Kürdəmir ƏSMM-də Asif Abdullayev «böhranı»

Bu məqaləni qiymətləndir
(1 Səs)

İddialara görə, direktor yuxarıların «haqqı»nı verərək, məsələləri ört-basdır etməyə çalışır 

Kürdəmir rayonu Əhalinin Sosial Müdafiə Mərkəzində özbaşınalıq pik həddə çatıb. Rayon sakinləri mərkəzin direktoru Asif Abdullayevin əlindən zinhara gəliblər. Edilən ardıcıl şikayətlərə baxılmaması isə mərkəz direktorunun daha da əl-qolunu açır. 
Həmin şikayət məktubunda vurğulanır ki, ünvanlı sosial yardımların verilməsində neqativ halların çoxluğu, yardımların konkret olaraq rüşvət qarşılığında təyin olunması ilə bağlı yetərli qədər etiraz var. 
JAM.AZ vasitəsiylə Prezident İlham Əliyev, millət vəkili Mehriban Əliyeva və Baş Prokurorluğa ünvanlanmış müraciətdə deyilir ki, Asif Abdullayev ünvanlı sosial yardımların elektron qaydada təqdim edilməsi barədə qərarın çıxmasından sonra daha da özbaşınalığa qol qoyub. «Rayon camaatının yüzlərlə şikayətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab olaraq konkret faktlar istəyib. Maraqlıdır, Səlim Müslümov daha hansı faktları istəyir? Məgər bizim yazdıqlarımız, təqdim etdiklərimiz fakt deyilmi?:»
Şikayətçilər yazırlar ki, mərkəzin direktoru Asif Abdullayev bütün işçilərinə qəti tapşırıq verib ki, ünvanlı sosial yardım təyin olunmuş şəxslərdən məcburi qaydada pul tələb etsinlər. «Xüsusilə, bu sahədə Arzum Həmidov, Nemət İsmayılov, Ramin Mürsəlov, Hamil Hidayətov və digərləri sosial yardım təyin olunan vətəndaşları mərkəzə dəvət edərək, onlardan rüşvət tələb edirlər. Bildirirlər ki, «sizin işinizi biz düzəltmişik 3,4 və ya 5 ayın sosial yardımın verməlisən». "Bu günün sabahı var", yaxud da "sosial yardımınızı " kəsəcəyik sözləri ilə hədələyərək, pullarnı əllərindən alırlar. Acınacaqlısı odur ki, qanunlardan xəbərsiz olan vətəndaşlar onların təklifi ilə razılaşmalı olur». 
Edilən şikayətlərə rəğmən, Asif Abdullayevlə bağlı tədbirlərin görülməməsi Kürdəmir sakinlərinin daha da qəzəbinə səbəb olub. Çünki onlarda belə bir qənaət formalaşıb ki, mərkəz direktoru və onun işçilərinin adamları nazirliyin yüksək vəzifəli şəxsidir. Və bu səbəbdən də edilən şikayətlər gözardı edilir. 
Daha sonra qeyd edilir ki, Kürdəmir ƏSMM-də baş verənlərdən icra başçısı Ceyhun Cəfərov və yerli hüquq mühafizə orqanlarının da xəbər var. Onların sözlərinə görə, sadəcə, Asif Abdullayevin onlara vaxtında «haqq» verməsi baş verənlərə göz yumulmasına gətirib çıxarıb. 
JAM.AZ-a yazan şikayətçilər qeyd edirlər ki, mərkəz direktoru etik normaları da gözləmir. Belə ki, Asif Abdullayev dəfələrlə içkili vəziyyətdə vətəndaşları qəbul edib. 

Oxu 409 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.