Thursday, November 23, 2017

Metronun “Avtovağzal“ stansiyasının keçidinə su sızdı

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bakı Metropoliteni "Avtovağzal" stansiyasının keçidlərindən birinə su sızıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında sızma faktını təsdiqləyib və tezliklə problemin aradan qaldırılacağını deyib.

"Bu nə boru partlaması, nə də kanalizasiya sularıdır. Ərazidə quyular yerləşir ki, həmin quyulara stansiya ərazisindəki suları yığaraq "Azərsu" ASC-nin kollektorlarına vururuq. Bu, məhz həmin quyulardan birindən sızan sudur. Böyük axıntı yoxdur. Tunelə sızma və yuxarıdan axma kimi heç bir qorxulu hal yoxdur. Artıq əməkdaşlarımız oradadır və tezliklə problem aradan qaldırılacaq", - deyə Metropoliten rəsmisi qeyd edib. 

Oxu 410 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.