Şirəliyevin xanım müavini ilə bağlı ilginc iddia

Bu məqaləni qiymətləndir
(0 səs)

Nazir Oqtay Şirəliyevin xanım müavini ölkəninin səhiyyə sistemindəki bütün korrupsiyanı idarə edir.

Nigar Əliyevahaqqındadetallı məlumatlarfaktlarlavə sübutlarlaortaya çıxarsa, ozaman "MTNişibelə Oqtay Şirəliyev - Nigar Əliyevaişininyanındaxırdavə cılızgörünər.

Ölkənininsəhiyyə sistemindəkivəziyyətelə birhəddə çatıbki, artıqsözüntamanlamındasəhiyyədəkivəziyyətiməsuliyyətsizliksindromuadlandırmaqolar. Çünki baş verənlər, xüsusən də həkimlərin günahı ucbatından insan ölümlərinin sayının artması məhz səhiyyədəki məsuliyyətsizlikdən yaranır. İnsan həyatına dəyər verməyə deyil, soyğunçuluğa və qəssab davranışlarına üstünlük verən həkimlərin sayı isə günü-gündən artmaqdadır. Təbii ki, bu vəziyyəti yaradan ilkin səbəb səhiyyədə baş alıb gedən və bütün səhiyyəni bataqlığına çəkən korrupsiyadır.Məhz korrupsiya həkimlərdə, tibb işçilərində məsuliyyətsizlik yaradır. Elə ona görə də ölkənin səhiyyə sistemində çalışanlar insan həyatını özlərinin biznes şəbəkəsinin alver predmetinə çeviriblər və bunu adi hal kimi qəbul edirlər. Xəstələrini öldürən həkimlərin cəzasız qalmaları isə bu sahədə vəziyyəti daha da qarmaqarışıq hala salıb.

Səhiyyədəki problemlərin başında doğurdan da, korrupsiya, xüsusən də savadsız həkimlərin rüşvət verərək işə qəbul edilmələri dayanır. Savadsız həkimlərin işə alınmasında isə Səhiyyə nazirinin xanım müavini Nigar Əliyevanın dayandığını öyrəndik. Çünki məhz bu xanım müavin Səhiyyə Nazirliyndə işə qəbulu tam öz nəzarəti altında saxlayır və məcburi qaydada hətta kənd xəstəxanalarına belə yeni təyin olunan şəxsdən rüşvət alınmasını tələb edir. 

Onlar hər ay Nigar Əliyevanın qarşısında işə qəbul olunanlarla bağlı "hesab” verirlər. Ona görə də heç kimin pulsuz işə götürülməsi mümkün deyil. Daha çox pulu isə bir qayda olaraq savadsız həkimlər, tibb işçiləri verirlər.

Məlumatlı şəxsinbildirdiyinə görə hərayNigar Əliyevaonların "gəlirlərinin” 60 faizinialır. Ölkəninin bütün xəstəxanalarından, səhiyyə idarələrindən və sanatoriyalarından hər ay Nigar xanımın "qara kassasına” külli miqdarda vəsait toplanır. Bu vəsaitlərin sonucda hara axması isə yəqin ki, özü-özünə aydındır. Hər halda səhiyyədəki vəziyyət bunu bariz şəkildə nümayiş etdirir, yəni "kor-kor, gör-gör” misalı.

Onun sözlərinə görə,  Nigar Əliyeva qeyri-rəsmi olaraq təkcə kadr "siyasətini” kurasiya etmir. Nazir Oqtay Şirəliyevin bir nömrəli etimad göstərdiyi şəxs olaraq xanım Əliyeva səhiyyədəki bütün korrupsiyanın sükanının möhkəmcə öz əlində tutur. 

Qeyd edək ki, Nigar Əliyeva nazir müavini olmamışdan əvvəl Respublika Diaqnostika Mərkəzində sıravi həkim işləyib. Birdən- birə nazir müavini olan xanım Əliyevanının bu yüksəlişinin bir çox qaranlıq məqamlarının da olduğu bildirilir. Xanım müavinin adının səhiyyə sistemindəki bütün qaranlıq işlərdə keçdiyi iddia olunur. Bu da Nigar Əliyevanının ölkənin, bəlkə də, ən varlı qadınları içində birinci yer tutmasına gətirib çıxarıb. 

Nigar Əliyevanı tanıyan mənbənin iddiasına görə, Oqtay Şirəliyevin xanım müavinin sərvəti son illər o qədər artıb ki, artıq Nigar Əliyeva bu biznes obyektlərini və mülklərini idarə etməyə adam belə tapa bilmir. Çünki bu məsələdə ancaq sədaqətli yaxın adamlarına etibar edə biləcək olan Nigar Əliyeva artıq bu kriteriyalara cavab verə biləcək etibarlı, biznes təcrübəsi olan, boş yaxın adamları qalmayıb. Elə o üzdən də mənbə hazırda həddindən artıq varlanan Nigar Əliyevanının inanılmaz sərvətini idarə etməkdə çətinliklərlə üzləşdiyini qeyd edib. 

Mənbə bildirir ki, Nigar Əliyeva haqqında detallı məlumatlar faktlarla və sübutlarla ortaya çıxarsa, o zaman "MTN işi” belə Oqtay Şirəliyev-Nigar Əliyeva işinin yanında xırda və cılız görünər.

Qeyd edək ki, Nigar Əliyevanının səhiyyə sistemindəki korrupsiya fəaliyyəti ilə bağlı qalmaqallar müntəzəm medianın gündəmində olub. 

Onu da qeyd edək ki, Nigar Əliyeva mediada yayılan informasiyaya heç bir münasibət bildirməyib.(azfakt.com)

Oxu 1252 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.