"Sevindirin ki, Allah da sizi sevindirsin" - çarəsiz ailəyə yardım edin

Bu məqaləni qiymətləndir
(1 Səs)

Şəkildə gördüyünüz 2001-ci il təvəllüdlü Pənahov Rövşən Azər oğlu ürək xəstəliyindən əziyyət çəkir. Yaxın günlərdə kardioloq-aritmoloqun qəbulunda olmuş və müayinə olunmuşdur. Həkim xəstəyə - aritmiya, sağ mədəciyin aritmogen displaziyası xəstəliyi diaqnozunu qoymuş və təcili əməliyyat olunmasının vacibliyini bildirmişdir. Xəstənin ürəyinə cihaz yerləşdirilməlidir. Əməliyyat üçün təxminən 8 min dollar tələb olunur. Ailə üzvləri uzun illərdir Bakı şəhərində kirayədə yaşayırlar. Xəstə uşağın atası sürücü işləyir. Anası işləmir, 2-ci qrup əlildir. Ayağından ağır əməliyyat olunub, güclə gəzir. Çarəsiz ananın aglamaqdan göz yaşları quruyur daha.... əlindən heç nə gəlmir...

 Ailənin aylıq gəliri kirayə pulunu, qismən də yemək xərclərini güclə ödəyir. Bundan əlavə ailənin himayəsində yaşlı, xəstə nənə də var. O da 1-ci qrup əlildir. Ailənin maddi vəziyyəti çox aşağıdır. Belə bir bahalı əməliyyatı həyata keçirmək onların imkanları xaricindədir. Üzümüzü imkanlı, insaflı şəxslərə tutub deyirik: Allah yolunda bu balaya kömək olun! Dəstək olun! Sağlamlığına qovuşmasına vəsilə olun! Gözüyaşlı, biçarə ananı sevindirin!

 Sevindirin ki, Allah da sizləri sevindirsin. Heç kim xəstəliklərdən sığortalanmayıb. Bir neçə ay bundan əvvəl bu yaraşıqlı, xaricən saglam görünən Rövşən balamız da xəstə olduğunu bilmirdi. İndi həyatı bir cihazdan asılıdır. İnanıram ki, səsimizə səs verib köməyinizi əsirgəməyəcəksiniz.

Əlaqə nömrələri:
Nərgiz: 070-842-70-83 (anası)
Azər: 070-533-88-08 (atası)

AZƏRBAYCAN MANATI ILƏ BANK HESABI:
Bank Respublika ASC 
Alanın adı: Azar Panahov
IBAN: AZ52BRES00380194403252742301

ABŞ DOLLARI ILƏ BANK HESABI:
USD Bank Details:
Beneficiary Bank: Bank Respublika OJSC Baku / Azerbaijan
SWIFT: BRESAZ22
Beneficiary Name, Surname: Azar Panahov
IBAN: AZ46BRES00381184003252742302

Milliön və hesab.az ilə ödəniş etmək üçün: 
Bank Respublika 
Hesab nömrəsi: 380194403252742301
Şəxsiyyət vəsiqəsinin nömrəsi : 06524050

Oxu 545 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.