Cümə axşamı, 01 Dekabr 2016 00:00

Ərdoğanın buna gücü çatmaz

Yazan

İrandan çox sərt reaksiya — Ərdoğanın buna gücü çatmaz!

İran İnqlabı Keşikçilərinin komandirinin müavini Senayirad Türkiyə prezidenti Ərdoğanın Suriya ilə bağlı fikirlərinə sərt reaksiya göstərib.

Ərdoğanın “terrorçu zalım Əsədin hökmranlığını bitirmək üçün Türkiyə Suriya ərazisinə girib” fikrinə İrandan sərt reaksiya gəlib.

Ərdoğanın Əsəd barədə dediyi sözləri dəyərləndirən İran İnqlabı Keşikçilərinin komandirinin müavini Rəsul Senayirad deyib:

“Ərdoğanın Bəşər Əsəd hökumətini yıxmağa gücü çatmaz. Türkiyənin belə bir gücü olsaydı, tampon ərazi yaratma məsələsində nəaliyyət əldə edərdi”.

İranlı general Türkiyə və İordaniyanın Suriyadakı ifratçı qruplara kömək etdiyini iddia edərək, sözügedən qrupların Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyələşdirildiyini də iddia edib.

Cümə axşamı, 01 Dekabr 2016 00:00

Latviyada Azərbaycansayağı fırıldaq

Yazan

Uzun illərdir Latviyada Azərbaycan hakimiyyətinin təbliğatını apararaq diaspora adıyla fəaliyyət göstərən Məmmədovlar barəsində redaksiyamıza bir sıra maraqlı məlumatlar təqdim edilib. Belə ki, Latviyanın paytaxtı Riqa şəhərində vitse-meri Andris Ameriks ilə qanunsuz işbirliyinə girən və özünü Azərbaycan diasporasının önəmli fiquru hesab edəən Adıgözəl Məmmədov adıçəkilən ölkənin KNAB (Koorrupsiyaya Qarşı Mübarizə İdarəsi) təşkilatı tərəfindən ifşa olunub. Məlumatlara görə, Riqanın vitse-meri Andris Ameriks və hazırda mer olan Nil Uşakov Latviyada rusların Birliyi kimi tanınan – Soqlasiya partiyası ilə yaxından əməkdaşlıq edib, lobbi dəstəyi alırlar. Bu yaxınlığın nəticəsində Riqa merliyinin bütün bahalı layihələrinin 80 faizini keçirilən tenderlər də Məmmədovlar ailəsi “udur”. Sistem belədir ki, Adıgözəl Məmmədova aid “Riga” Sanitar Transport şirkəti, Məmmədova aid təmir-tikinti firması və adını məlum olmayan digər şirkətlər var. Bu şirkətlər Adıgözəl Məmmədovun hyat yoldaşı Maya Məmmədovanın adına rəsmiləşdirilib. 2016-cı ilin əvvəllərindən başlayaraq Məmmədova məxsus təmir-tikinti şirkəti Riqa şəhərində nəqliyyat yollarının bərpa və qurulmasına başlayıb. Onu da bildirk ki, bu şirkət hələ 2013-cü ildən 2016-cı ilə qədər tenderlərin 88 faizində müəmmalı şəkildə qalib olub və nəticədə 6,2 milyon avro təmiz gəlir əldə edib. Təbii ki, bu müəmmalı qaliblik də Latviyanın aidiyyatı qurumlarının diqqətini çəkib. Respublikanın KNAB adlı korrupsiyaya qarşı mübarizə dövlət təşkilatı araşdırma aparıb və məlum olub ki, Lariya Məmmədova əldə edilən gəlirlərdən hissə-hissə vitse-merin (Andris Ameriks) təmsil olunduğu partiyaya yardım etmişdir. 2014-cü ilin sentyabr ayında isə Aıgözəl Məmmədovun şirkəti olan “Riga” Sanitar Transport şirkəti tərəfindən “VİENOTİBA” partiyasına yardımlar edilib.

Daha maraqlı detallardan biri də budur ki, “Mono” Holdinqin sahibi Mixail Ulmana 18 min evro yardım adıyla pul verilib. Maraqlı odur ki, Latviyanın KNAB şirkəti 2016-cı ildə özlərini Azərbaycan diasporasının aparıcı simalarından hesab edən Adıgözəl Məmmədov və Maya Məmmədovanın təmsil etdiyi təşkilatlardan ruslara və rus partiyalarına edilən yardımların siyahısını, bank köçürmələrini rəsmi saytlarında işıqlandırıb. Həmçinin Məmmədovların təmir-tikinti şirkəti 2016-cı ilin may ayından sentyabradək Riqa şəhər daxilində eyni zamanda mərkəzi hissələrdə bütün yol qovşaqlarında təmirə başlamış, bu da əhali arasında narazılıq doöurub. Əhalinin şikayətləri üzrə LTV1 və LTV 7 kanalları bunu işıqlandırıb. Latviyda baş verən bu olaylar nədənsə Azərbaycan mediasında işıqlandırılmayıb və buna imkan da verilməyib. Biim əməkdaşımız Rəşad Rüstəmov əldə olunan bu məlumatlarla bağlı araşdırma aparmış, Latviyanın delfi.lv, LTV1, LTV7, Riqa Duması, KNAB təşkilatının faktlarla dolu məlumatlarını əldə edib. Eyni zamanda Məmmədovlara məxsus təşkilatların fəaliyyətini araşdırmışdır. Bundan əlavə araşdırmalar zamanı məlum olmuşdur ki, Latviyada diaspora adıyla fəaliyyyət göstərən “Azeri-Çıraq” təşkilatını Məmmədovlar ailəsi maliyyələşdirir (http://metbuat.az/news/48330/xocali-soyqiriminin-23-cu-ildonumu-latviyada-da-qeyd-olunub.htmlhttp://yap.org.az/az/view/news/10488/latviyada-ulu-onder-heyder-eliyevin-nurlu-xatiresi-anilib . Diasporanın Baltikyanı ölkələrdə bir sıra tədbirlər keçirilməsini maliyyyələşdirirlər.(azadliq.ino)

“Uzun illər hakimiyyətdə olan biri kimi demək istəyirəm ki, 2017-ci ilin büdcə və vergi siyasətinə baxdıqda həqiqətən də vəziyyətin gələn ilin mürəkkəb olacağını deyə bilərik.

Amma bu o demək deyil ki, vəziyyət çox pisdir. Azərbaycan 90-cı illərdə bundan da pis durumlarda yaşayıb”. Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov 2017-ci il dövlət büdcə layihəsinin Milli Məclisin komitələrində müzakirəsi zamanı deyib.

Elman Rüstəmov söyləyib ki, deputat Zahid Orucun tutduğu irad və etdiyi tənqid yerindədir: “Bu gün formalaşmış büdcəyə böyük əmək qoyulub. Maliyyə Nazirliyinin böyük zəhməti var. Zahid Orucla razılaşıram ki, bizim kommunikasiya siyasəti effektli deyil”.

Ölkə bahalaşmanın yaratdığı aqressiyaya bürünüb. Toplum qəzəbli və narazıdır; Əhali sosial şəbəkələrdə, çayxanalarda, işlədiyi kollektivlərdə qaz və işığın qiymətinin artırılmasına etirazını bildirir...

Politika.Az xəbər verir ki, deputatlar isə odun üstünə közlə gedir. Camaatın qəzəbini artıran açıqlamalar verən millət vəkilləri əhalinin hazırkı durumunu nəzərə almır. 
Deputatların vəzifəsi xalqın yanında olmaq, hökumətin qüsurlarını dilə gətirməkdir. Amma mandat sahiblərinin əksəriyyəti hökuməti mədh edir, bahalaşmaya haqq qazandırır. 
Onlardan biri də deputat Rüfət Quliyevdir. Lənkəranın deputatı deyib ki, kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək.
Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək: "Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkərinə, "Azəriqaz" və "Azərişıq" İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək".
R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində "kombi" istilik sistemindən istifadə etmir: 
"Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək".
R.Quliyev özünü təkzib etməklə məşğuldur. Deputat deyir ki, əhalinin çoxunun “kombi”si yoxdur. Millət vəkili iqtisadi idarəçiliyi ifşa edir. Hökumətin yaratdığı vəziyyət nəticəsində evlərdə “kombi” olmadığını, camaatın donduğunu dilə gətirir. 
Politika.Az xəbər verir ki, paralel olaraq, biabırçı şərh verib. Guya bahalaşma büdcəyə xeyir verəcək. Yəni, camaatın cibini soymaqla büdcəni dolduracaqlar. 
Hələ azmış kimi, əhalini qənaət etməyə çağırıb. Halbuki, deputatın villasında və kabinetində “kombi” yanır. Camaata isə qənaət edib evlərdə sərin otaqlarda yaşamağa çağırır. Etitaf edir ki, insanların evində “kombi” yoxdur. 
Onu da etiraf edir ki, bu artımdır, sadəcə aztəminartlı ailələrə zərbəsi olmayacaq. Yəni iş adamlarına, fermerlərə, təsərrüfatı olanlara dəyəcək. Deputat hökumətin bahalaşmaya getməsini pisləməlidir. Həmçinin, tələb etməlidir ki maaşlar artırılsın, qiymətlər tənzimlənsin. R.Quliyevin isə buna cəsarəti çatmayıb. 
Əvəzində bir tərəfdən xalqı qıcıqlandırır, cığal açıqlamalar verir və yaxşı bilir ki qərarlar xalqın əleyhinədir. Özü də bu sözləri elə adam deyir ki, sələmə pul verən deputatdır. Bundan başqa, siqaret bazarında bahalaşma yaradan monopolistdir. Xalqı zəhərləyərək milyonlar qazanan millət vəkilinin bizneslə məşğul olmasına “gözün üstə qaşın var” deyən də yoxdur. 
Halbuki, qanunla deputatın biznes fəaliyyəti qadağandır. Azərbaycanda isə illərdir ki, “EUROPEAN TOBACCO Baku” fabrikinə deputat rəhbərlik edir.
Şirkət “British American Tobacco” və “İmperial Tobacco Group” kimi qlobal şirkətlərlə birgə “Viceroy” və “Prima De Luxe” siqaret brendlərini istehsal edir.

Avropa.info-nun bölgə müxbiri Saleh Qafarlı İmişli rayonundakı mal bazarının rəhbərliyi tərəfindən zorakılığa məruz qalıb.

Avropa.info xəbər verir ki, bu gün səhər saatlarında İmişli rayonunun mal bazarında çəkiliş aparan Saleh Qafarlıya mal bazarının müdiriyyəti və onun saxladığı qoçu dəstəsi hücum edib.

Jurnalistin qanunsuz olaraq telefonu və kamerası əlindən alınıb və o vəhşicəsinə döyülüb. Nəticədə jurnalistin başı yarılıb və ona çoxsaylı bədən xəsarəti yetirilib.

Bundan sonra Saleh Qafarlı İmişli Rayon Polis Şöbəsinə aparılıb və hazırda orada saxlanılır. İmişli Rayon Polis Şöbəsindən Avropa.info-ya verilən məlumata görə, Saleh Qafarlı izahatı alınmaq üçün polisə çağırılıb və məsələ ilə bağlı araşdırma aparılır.

Avropa.info-nun əldə etdiyi məlumata görə isə hazırda məsələ araşdırılmaq üçün İmişli rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, Saleh Qafarlı bir neçə il bundan öncə İmişli rayonunda yerləşən mal bazarından çəkdiyi rüşvət video görüntüləri ölkədə böyük səs-küyə səbəb olmuşdu.

Həmin video görüntülərdə ləğv olunmuş Nəqliyyat Departamentinin əməkdaşlarının rüşvət alması görüntüləri öz əksini tapmışdı.

Çərşənbə, 30 Noyabr 2016 00:00

Şeyx məscidlərə axund təyin edə bilmir

Yazan

1500 məscidə axund və ya imam təyin olunmayıb; dini sahədə ən ciddi problemlərdən biri kadrların yetişdirilməsi və onlara müvafiq statusun verilməsidir

Azərbaycanda 1500 məscidə axund və ya imam təyin olunmayıb. Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli məlumat verib. O bildirib ki, ölkədə hazırda 2100 məscid var və onlardan yalnız 600-ə yaxınına QMİ axund və imam təyin edib.

1500 məscid isə imam və axundsuz fəaliyyət göstərir. Hacı Sabir Həsənli məscidlərin boş qalmasının başqa bir təhlükəli tərəfinə toxunub. Onun sözlərinə görə, boş qalan məscidlər radikal qüvvələrin təsiri altına düşür. Sitat: “Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdən istifadə etmələrinə və dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. Onlar insanların beynini cihad fikirləri ilə doldururlar”.

S.Həsənli bildirib ki, BİU-nun tələbələrinin 46-47 faizi qızlar olduğundan onları imam və axund kimi göndərə bilmirlər. Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdə dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. 

Qeyd edək ki, bu məsələ əslində yeni deyil və bir daha Azərbaycanda dini təhsil və din xidməti mövzularını gündəmə gətirir. Azərbaycanda həqiqətən də savadlı, hansısa xarici dini qrupların təsiri altında olmayan ilahiyyatçı kadrların sayı azdır. Ümumilikdə, ölkədə dini mühitdə xarici təsirin çox güclü olması heç kimə sirr deyil. Uzun illər bu sahə boş qalıb və dövlətin hansısa bir konsepsiyası olmadığı üçün din sahəsində yetişən kadrların böyük çoxluğu xarici təsir altında olub və ya xaricdə yetişib. Hökumət bu sahəyə çox gec, 2000-ci illərin əvvəllərində diqqət ayırmağa başlayanda isə artıq gec idi. Üstəlik və ən pisi o idi ki, hökumətin bu yöndə fəaliyyətləri problemin yenidən aradan qaldırılması, vəziyyəti düzəltmək üçün kifayət edəcək səviyyədə deyildi.

Konkret olaraq məscidlərdə əhaliyə din xidməti verəcək kadrların olmamasının və ya bu sahənin yarıtmaz olmasının bir sıra səbəbləri var. Qeyd etdiyimiz kimi, bu sahədə uzun illər boşluq səbəbindən yerli kadrlar yetişdirilməyib, din təhsili dəstəklənməyib, bu səbəbdən də çoxları normal dini təhsili xarici dini təhsil mərkəzlərində almaq yolunu tutub. Bu məsələdə xarici ölkələrin missioner fəaliyyətləri də rol oynayıb, nəticədə bütöv bir 10 illik dövrdə dini kadrlar xaricdə təhsil alıb. Ancaq 2000-ci illərin əvvəllərində hökumət xaricdə dini təhsil alan ilahiyyatçılara qarşı savaş açıb və nəticədə “Dini etiqad azadlığı haqqında” Qanun dəyişdirilib və xaricdə dini təhsil alanların Azərbaycanda dini vəzifə tutması yasaqlanıb.

Yerli kadrların sayı isə dini vəzifə tutmaq üçün yetərli olmayıb. Çünki Azərbaycanda 1989-cu ildən yaradılmış Bakı İslam Universiteti (ilk 3 il mədrəsə - K.R) və onun Zaqatala, Lənkəran və daha bir neçə filialı (daha bir neçəsi qapadılıb - K.R.) və o cümlədən Bakı Dövlət Universitetinin ildən-ilə kiçilən ilahiyyat fakültəsi yetərli sayda kadr hazırlaya bilmir. Dövlətin isə nə özünün bu cür dini məktəblər yaratmağa həvəsi var, nə də başqalarının yaratmasını təmin edəcək qanuni baza. 

Din xadimi çatışmazlığının daha bir obyektiv səbəbi isə din xadimlərinin maddi təminatı mövzusudur. Azərbaycan qanunları din xadimlərinin təminatına icazə vermir. Yəni məscid mollalarına dövlət tərəfindən maaş verilmir. Belə olan halda din xadiminin və ya belə desək, mollanın yeganə yolu yas mərasimlərindən aldığı pulla dolanmaqdır. Bu isə heç də hamı üçün münasib deyil. Üstəlik, normal ictimai və dövlət statusu verilmədiyi üçün din xadimliyi iş yeri hesab olunmur. 

Yəni BDU-nun ilahiyyat fakültəsini və ya BİU-nu bitirən ilahiyyatçı gedib hansısa ucqar kənddə işləməyə həvəsli deyil. Üstəlik, yerli ənənələr, bu istiqamətdə qanunvericiliyin və ya fəaliyyət əsasnaməsinin olmaması məscidlərdə ruhani işini sistemli hala gətirməyib. Bu səbəbdən də məscidlərdə işləmək istəyən gənc ilahiyyatçıların sayı azdır və paralel olaraq məscidlər boş qalır. 

QMİ-nin bu vəziyyəti aradan qaldırması üçün müvafiq qanunvericilik, hüquqi baza yaradılması, bu istiqamətdə ciddi fəaliyyət konsepsiyası hazırlanmalıdır. Hələlik isə bu istiqamətdə hansısa əməli fəaliyyət yoxdur. 

Kənan Rövşənoğlu

Bakı metropoliteninin "Koroğlu" stansiyasında intihara cəhd hadisəsi baş verib.

Baş verən hadisə ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu barədə Ölkə.Az-a açıqlamasında hadisənin təfərrüatlarını bildirib:

"Hadisə "Koroğlu" stansiyasında saat 09:15-də olub. İntihara cəhd edən şəxs özünü "Həzi Aslanov" stansiyası istiqamətinə gedən qatarın altına atıb.

Özünü qatarın altına atan şəxs Əhmədov Nəsir Əlihüseyn oğlu 1951-ci il təvəllüdlü Nardaran sakinidir. Hadisə qəfil baş verdiyindən maşinist qatarı tam saxlaya bilməyib. Özünü qatarın altına atan şəxs xoşbəxtlikdən ölməyib. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hadisəyə görə xətdə müvəqqəti gecikmə yaranıb. Qatar orada saxlanılıb, ona görə də, metroda gecikmə var. Polislər hadisənin təfərrüatını aydınlaşdırır".

Qeyd edək ki, intihara cəhd edən şəxs artıq xəstəxanaya yerləşdirilib.

Tarif Şurasının son bahalaşma qərarlarının digər bazarlara da təsiri olacaq 

Politika.Az-ın Analitik qrupu təcrübədən çıxış edərək bildirir ki, tənzimlənən qiymətlərin, xüsusilə də qaz və işığın, yanacağın qiymətlərin bahalaşması xüsusilə ərzaq bazarına kəskin təsirləri olur. 
Növbəti qərarın da həm psixoloji və həm də iqtisadi təsirlərinin olacağı danılmazdır. Adətən psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzun müddətli və davamlıdır.
Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq. Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək. 
Lakin buna qədər ərzaq bazarında kəskin bahalaşmanın olacağı qaçılmazdır. Məlumat üçün xatırladaq ki, onsuz da dolların bahalaşması fonunda ərzağın qiymətində ciddi artımlar müşahidə edilirdi. Mal əti, toyuq və toyuq məhsulları son günlər pik həddə bahalaşmışdı. Bu qərardan sonra isə bahalaşmanın növbəti dalğasının olacağı qaçılmazdır. 
Bakıdakı marketlərdən birinin mühasibi Politika.Az-a bildirib ki, artıq bir sıra firmalar qiymətləri qaldırıblar: “Əsasən yağ, un və un məmulatları, şəkər, şəkər tozu kimi məhsulların qiyməti baha təklif edilir. Deyilənə görə, “Azərsun” firmalara mal verilişini ciddi azaldıb, demək olar ki, dayandırıb. Bir çox təminatçı şirkətlər həmçinin eyni addımı atır. Görünən odur ki, dekabrın 1-dən daha baha qiymətlərlə verəcəklər mallarını”.
Qeyd edək ki, qarşıdan Yeni il bayramı gəlir. Hər bayram ərəfəsində psixoloji amillərin təsiri altında ərzaq bazarında kəskin bahalaşma olduğunu nəzərə alsaq, Tarif Şurasının son qərarının təsiri ilə müşayiət olunan bahalaşma hətta bəzi məhsullarda 100 faizə yaxın ola bilər. Bu isə qiymətlərdə iki dəfə artım deməkdir.

Çərşənbə, 30 Noyabr 2016 00:00

"Ölüm hökmü bərpa olunsun" - Deputat

Yazan

Bahar Muradova isə deyib ki, geri qayıtmağa, ölüm hökmünü bərpa etməyə ehtiyac yoxdur

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova ölkədə məişət zorakılığının artmasından narahatlığını bildirib.

APA-nın məlumatına görə, E. Axundova qeyd edib ki, statistikaya görə qadınlara qarşı həyat yoldaşları tərəfindən zorakılıq halları artır: "Belə insanlar ömürlük həbsə məhkum edilməlidirlər. Ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı başqa ölkələrdə ölüm hökmü var. Bizdə niyə yoxdur?"

Vitse-spiker Bahar Muradova isə deyib ki, geri qayıtmağa, ölüm hökmünü bərpa etməyə ehtiyac yoxdur.

87 -dən səhifə 188