Bazar ertəsi, 28 Noyabr 2016 00:00

Erməni terroçuya Türkiyədə abidə qoyuldu

Yazan

Türkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını əbədiləşdirən abidə qurulub.

Belə sensassion məqalə ilə Türkiyənin tanınmış araşdırmaçı jurnalisti və yazarı Saygı Öztürk çıxış edib.

Məqalədə qeyd olunur ki, erməni və PKK üzvlərinin qoyduğu abidənin üzərində ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var:

“Erməni və PKK üzvləri Türkiyənin nəzarətdən kənar bölgələrində terrorçulara abidə ucaldaraq, Türkiyədə altımızı qazmağa çalışırlar. Həmin abidənin açılış mərasimi bu il aprelin 26-da keçirilib. Mərasimə Fransa və Yunanıstandan da erməni diasporu nümayəndələri qatılıblar. Abidənin üzərində ASALA terror təşkilatı üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Dəmir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyanın adları da əks olunub. Abidə üzərində bu sözlər də yazılır: “Erməni soyqırımını lənətləyirik, Armenak Bakırcıyanı və Hrant Dinki anırıq. Erməni soyqırımı 100-cu ildönümündə də davam edir”. Göründüyü kimi, ermənilər jurnalist Hrant Dinkin ölümündən özlərinə müdafiə kimi istifadə edirlər”.

Jurnalist yazır ki, bütün bu faktları Əli Ərdincin rəhbərlik etdiyi Tələt Paşa Komitəsi ifşa edib: “Bu komitə olmasa, bütün bu hadisələrdən heç kəsin xəbəri olmayacaqdı”.

İraqlı sünni alim maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Şeyx Əhməd əl-Kəbisi televiziya verilişlərinin birində İraqın Mosul şəhərində dini abidələr və ziyarətgahların dağıdılması ilə bağlı ünvanlanan suala belə cavab verib: “Hüseynin (ə) qatilindən daha şərəfsiz olan Əbubəkr əl-Bağdadi yəhudilərin muzdurudur, vəssəlam.

Allaha and olsun işid-mişid, hətta vəhhabilərin atası olan Məhəmməd ibn Əbdul-Vəhhab yüz faiz yəhudilərin tərbiyə etdiyi şəxslərdir. Mən aləmlərin Rəbbinin qarşısında bütün bu dediklərimin məsuliyyətini qəbul edirəm. Allaha and olsun ki, yəhudi hərəkatı İslama zərbə vurmaq üçün ayağa qalxıb və buna da nail olurlar.”

Qeyd edək ki, bu alim 2 il bundan öncə də İslam peyğəmbərinin (s) bəzi səhabələrini, o cümlədən Müaviyəni şiddətlə qınayaraq, Əbu Süfyan barədə “Bizim bu günkü problemlərimizin hamısı onun sayəsindədir”-deyə bildirmişdi.

“Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər”.

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. O, deyib ki, bunun üçün müəyyən zəmin hələ bu il iyulun 15-dən sonra elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı: “O zamandan olan gözləntilərə 2017-ci ilin büdcə layihəsi son qoya bilər. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, "Bakı Metropoliteni" QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb. Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər”.

Q. İbadoğlu hesab edir ki, bu artım gələn il yanvarın 1-dən etibarən reallaşacaq: “Yəqin ki, rəsmilər bu qərarı xüsusilə də Avropa və ABŞ-da olan qiymətlərlə müqayisə edib, əsaslandırmağa çalışacaqlar. Həqiqətən də dollarla ifadə olunan belə müqayisələr Azəurbaycanda qiymətlər ucuzdur deməyə əsaslar yaradır. Amma bu zaman 3 məsələyə diqqət çəkmək lazımdır.

Birincisi, Azərbaycanda əhalinin orta aylıq gəlirləri beynəlxalq müqayisələrdə çox aşağıdır, belə olan halda müxtəlif ölkələrdə qiymətlər deyil, nəqliyyat xidmətinə sərf olunan xərclərin orta aylıq əmək haqqında xüsusi çəkiləri müqayisə olunmalıdır.

İkincisi, metroda gediş haqqı inflyasiya hesablamaq üçün təsdiq olunmuş 585 adda mal və xidmətdən ibarət istehlak səbətində xüsusi çəkisi ilk beşliyə daxil olan məhsul və xidmətlərin siyahısına daxildir. Belə olan halda da metroda gediş haqqının bahalaşmasının istehlak qiymətləri indeksinə artırıcı təsiri çox olacaq.

Nəhayət onu da nəzərə almaq lazımdır ki, metroda gediş haqqının artırılması avtobusda və taksi xidmətində də gediş haqlarının bahalaşmasına gətirib çıxaracaq”.

Bazar ertəsi, 28 Noyabr 2016 00:00

Dərs vəsaitlərinin qiyməti bahalaşdı

Yazan

Vətəndaş dərs vəsaitinin fərqli, daha doğrusu baha qiymətə satılmasından şikayətlənir.

Məsələ burasındadır ki, orta məktəb şagirdləri üçün nəzərdə tutulan əlavə vəsaitlər, testlər və ya iş dəftərləri hər il fərqli qiymətə satılır. Vəsaitin içində çox cüzi fərq edilir və ya üz qabığının rəngi yüngülvari dəyişdirilir və yeni versiya kimi təqdim edilərək qiyməti qaldırılır.

Əlavə vəsaitlərin ilbəil cüzi dəyişikliklə baha satılması məsələyə nəzarət mövzusunu gündəmə gətirir.

Əslində biz yox, aidiyyatı qurumlar məsələyə müraciət etməlidir.

Təhsil Nazirliyinin Tədris Resursları şöbəsindən bildirirlər ki, dərslik komplektindən kənar vəsaitlərin çapı nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir. Onlar bu vəsaitlərin qiymətini müəyyən etməkdə sərbəstdirlər. Nə qədər təəccüb doğursa da, şobədən bildirirlər ki, dərslik komplektindən kənar vəsaitlərin alınması vacib deyil. Halbuki, həmin vəsaitlər məhz müəllimlərin tapşırığı ilə alınır.

Bazar ertəsi, 28 Noyabr 2016 00:00

Lukaşenko bu gün Bakıya gəlir

Yazan

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycana səfər edəcək.

Belarus prezidenti Bakıda iki gün səfərdə olacaq.

Səfər çərçivəsində Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko həm təkbətək, həm də geniş tərkibli formada görüş keçirəcək. Bundan sonra bir sıra beynəlxalq sənədlərin imzalanacağı gözlənilir.

Belarus prezidenti, həmçinin baş naziri Artur Rasizadə ilə də görüşəcək.

Bazar ertəsi, 28 Noyabr 2016 00:00

Bu günə olan rəsmi məzənnə

Yazan

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 25-i ilə dəyişməyərək 1,7196 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,85 möhkəmlənərək 1,8331 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl dəyişməyərək 0,0266 manat olub.

Türkiyə lirəsinin məzənnəsi də 1,04% artaraq 0,5022 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1509 manatdır. Beləliklə, funt sterlinq 0,46%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,5% ucuzlaşaraq 0,6858 manat olub.

Akif Çovdarov hakim qarşısında agentini ifşa edib – “Eynulla Fətullayev indi də DTX-ya işləyir”

Akif Çovdarovdan Eynulla Fətullayevə ittiham Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarov sonuncu məhkəmə prosesində Haqqin.az və Virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayevin haqqında sərt ittihamlar səsləndirib.

Xəbər verir ki, Akif Çovdarov məhkəmə prosesindən yalnız Eynulla Fətullayevin rəhbərlik etdiyi media orqanlarının reportaj verməsini belə izah edib:

“Bütün buradakı kameraları mən quraşdırmışam və hansının necə işlədiyini də yaxşı bilirəm. Burda olanlar müvafiq qurumlar tərəfindən izlənilir. Eynulla Fətullayev bizim dövrümüzdə MTN-ə işləyirdi, biz ötürürdük, indi də DTX-yə işləyir onlar ötürür”.

Qeyd edək ki, Akif Çovdarovun məhkəməsi qapalı keçirildiyindən media prosesə buraxılmır. Amma Eynulla Fətullayevin rəhbərlik etdiyi saytlar prosesdə baş verənləri təfərrüatı ilə yayımlayır. Son prosesdə Akif Çovdarovun fikirləri isə yarımçıq verilib. Onun Eynulla Fətullayev barədə dedikləri bir qədər təhrif olunmuş formada verilib.

Masallı rayonun Miyankü kəndində Azərbaycan təhsil sistemi üçün nümunə hesab oluna biləcək bir məktəb var.

Bu məktəb tək özünün, həmin kəndin sakini olan iş adamının hesabına yaradılan maddi-texniki bazasıyla deyil, həm də məktəb kollektivivin ortaya qoyduğu bacarıq və enerjisilə respublika səviyyəsində tanınır. Keçən il Miyankü kənd orta məktəbi təhsil və tədrisin səviyyəsinə və əldə edilən uğurlu nəticələrə görə rayon üzrə birinci yerə çıxıb. Bu orta məktəbin qazanığı uğurlara dəstək vermək, onun təcrübəsindən bəhrələnmək əvəzinə Masallı rayonun inzibati rəhbərliyi aydın görünür ki, başqa xətt tutub. 

Verilən məlumatlara görə Masallı rayon qaz idarəsinə yeni təyin edilən rəisin qeyri-rəsmi göstərişləri əsasında 25 noyabr 2016-cı il tarixdən etibarən məktəbə qaz verilişi dayandırılıb. Prosesə yerli polis tərəfindən cəlb edilmiş qüvvə ilə əmr yerinə yetirilib.

Sinif otaqlarını qızdırmaq üçün məktəbin heç bir alternativ imkanı yoxdur. Digər tərəfdən bu aksiya heç bir xəbərdarlıq etmədən baş tutub. Ona görə də hətta natural formada otaqların qızdırılması mümkün olmayıb. Müəllimlər və şagirdlər qızdırılmayan sinif otaqlarında dərs keçməyə məcbur ediliblər və təbii ki, belə şəraitdə tədrisin hansısa keyfiyyətindən danışmaq mümkün deyil. Hava şəraitin bu günlərdə soyuq keçməsi vəziyyəti bir az da gərginləşdirib. 

Məlumdur ki, məktəb müstəqil hüquqi şəxs deyil, dövlət müəssəsidir və məktəbdə baş verən tədris prosesi də dövlət büdcəsindən maliyələşir. Qaz idarəsi də hansısa bir xüsusi şirkətin strukturu deyil, dövlətin inzibati sistemin bir elementidir. Elə isə həm məktəb, həm də rayon qaz idarəsi bir dövlətə bağlı olan iki strukturdursa, bu olaya səbəb nədir? Qaz idarəsinin yeni təyin olunan rəisin hərəkətləri necə qiymətləndirilməlidir? Bəlkə Təhsil naziri Mikayıl Cabbarov erməni kilsələrini qazla təmin etdirməyi ilə öyünən Dövlət Neft Şirkətinin rəhbəri Rövnək Abdullayeva xahiş-minnət eləsin? Amma buna inanmağım gəlmir. Çünki ucqar bir kənd məktəbində tədrisin keyfiyyəti çətin Bakının mərkəzində kiminsə marağında olsun.

Akif Nağı: “Ermənilər get-gəli təmin etməklə işğal faktını unutdurmağa çalışırlar”

İradə Rizazadə: “Hansısa erməni gəlib Bakıda üzür istəyirsə, onu qəbul etmək normaldı”

Bir neçə gün əvvəl üç erməni fəalı – Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və “Meridian” Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan Bakıya gəldilər. Xalq diplomatiyası çərçivəsində Azərbaycanda Qeyri Hökumət Təşkilatları səviyyəsində qarşılanan “qonaqlar” Bakıdan razılıqla ayrılıblar. Ermənilər tərəfindən törədilmiş XX əsrin ən dəhşətli soyqırımlarından biri - Xocalı soyqırımına həsr edilmiş Abidənin qarşısında baş əyən  Vahe Avetyan “Mən Azərbaycana gəlib Xocalı abidəsinin önünə güllər qoymaq, məscidə gedib müsəlmanlarla birlikdə dua etmək və sonra da dənizdə üzmək istəyirdim” deyib. Ermənistan-Azərbaycan arasında baş verənləri unutdurmağa çalışan dəvətsiz qonaqln gəlişi heç də birmənalı deyil. Mövzunu Kanal13-ün efirində yayımlanan “Sizin tribuna” verlişində müzakirə etdik. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı belə görüşlərin və xalq diplomatiyasının ancaq torpaqlar işğaldan azad olandan sonra mümkün olduğunu dedi: “Xalq diploatiyasi indiyə qədər bu cür oxşar münaqişələrin həllində heç bir rol oynamayıb. Nə qədər torpaqlar işğal altındadır xalq diplomatiyası nəticə verməyəcək. Ermənilər get-gəli təmin etməklə işğal faktını unutdurmağa çalışırlar. Buna görə hətta üzür istəməyə hazırdılar. Belə səfərlərin məqsədi Azərbaycanda ermənilərə qarşı olan nifrəti aradan qaldırmaqdır. Anacaq torpaq işğaldan azad ediləndən sonra xalq diplomatiyası işə düşə bilər.

Məlum görüşün təşkilatçısı olan Milli Qeyri Hökumət Təşkilatları Forumunun idarə heyyətinin sədr müavini İradə Rizazadə isə tam əksini düşünərək hesab edir ki, qonşuluq siyasətinə əsasən nə zamansa ermənilərlə dostluq münasibətlərimiz bərpa olacaq. Bunu biz ediriksə, müsbəta haldır: “Üç erməninin Bakıda Xocalı abidəsinin qarşısında üzür istəməsi müsbət haldır. Biz Ermənistanla qonşu olduğumuz üçün gec-tez əlaqələrimiz bərpa olacaq. Lakin torpağı bağışlamaq olmaz. Hansısa erməni gəlib Bakıda üzür istəyirsə, onu qəbul etmək normaldı”.

Masallı rayonunun Ərəb kəndində Dövlətovlara məxsus bir ev var.

Bu ev kəndin kənarında yerləşir. Yolu ilin payız, qış fəslində demək olar ki, keçilməz olur. Bu evdə insanı sivil dünyaya bağlayan çox az nəsnə gözə dəyir. Televizor, soyuducu yoxdur. Evin işığını da, qazını da borca görə kəsiblər. İşığı indi qonşular verir...

Evdə bir ana və bu ananın 3 uşağı yaşayır. Demələrinə görə, yarıtox, yarıac keçinirlər.

Ana Əfsanə Dövlətova göz yaşlarını güclə saxlayır, başına gələnlərdən danışır:

"Aliment kəsildi"

"2009-cu ildə ərimdən rəsmi şəkildə boşanmışam. Dözülməz şərait var idi. Cəlilabaddan köçdüm Masallıya, Ərəb kəndinə, ata evinə. Valideynlərim rəhmətə gedib. Bu evdə uşaqlarımla qalıram. İlk aylarda aliment alırdım. Sonra aliment kəsildi".

Ədliyyə Nazirliyi Cəlilabad rayon icra bölməsindən gələn məktubda oxuyuruq ki, bu ailəyə hər ay 90 manat aliment verilməlidir. Bununla bağlı Masallı Rayon Məhkəməsi 2011-ci il martın 29-da qərar verib. Həmin qərara görə, Cəlilabad rayon Muğan kəndində yaşayan Bəhruz Akif oğlu Filatov 2011-ci il fevralın 10-dan hər ay hər bir uşağa 30 manat ödəməlidir.

"Aliment verilmədi..."

Ancaq Əfsanə Dövlətovanın dediyinə görə, məhkəmənin qərarı yerinə yetirilmir, onlara aliment verən yoxdur. Nə edəcəyini bilmir. İmkansızlıqdan artıq səhər yeməyini tərgidiblər. Yavan çörəyə möhtacdırlar:

"Məktəbdə xadimə işləyirəm"

"İcra məmuruna zəng etmişəm. Mənə deyir ki, onu tapa bilmirik. Məktəbdə xadimə işləyirəm, çox cüzi əməkhaqqı alıram. O da olmasa, bilmirəm nə olacaq. Fəhləliyə gedərəm. Uşaqları evdə necə tək qoyum? Uşaqlardan biri xəstədir. Qohumlar kasıbdır, hərə öz dərdinə qalır. İmkan daxilində kənd kömək edir.

Mənə uşaqlar üçün köhnə paltarlardan veriblər. Uşaqları özümlə aparıram məktəbə, özümlə də gətirirəm".

"Nə odun var, nə çörək, nə də qənd"

Onun deməsinə görə, vəziyyət günü-gündən pisləşir. Qarşıdan qış gəlir, yandırmağa heç nəyi yoxdur. Evində nə çörək, nə qənd var: "Keçmiş ərimin imkanları var. Atası da, anası da sağdır. Bizimlə maraqlanmırlar. Atıblar bizi ehtiyac içinə, boğuluram burda. Kənd mənim ailəmi saxlayır. 46 manat işığa görə borcum var, onu kəsiblər. Yalvardım ki, heç olmasa, qazı kəsməyin, dedilər bizlik deyil. Sosial da vermirlər".

Havanın soyuq keçməsinə baxmayaraq, 12 yaşlı İslam Dövlətov qolsuz köynəkdə gəzir. Dilinə haçan ət dəyib, yadına düşmür.

Əfsanə Dövlətovanın qonşusu Niftulla Hacıyev deyir ki, kənddə iqtisadi vəziyyəti ağır olan ailələr çoxdur. Bir-iki ailəni çıxmaq şərti ilə hamı kasıbdır.

Qonşu: "Allah eləsin, qışı keçirsinlər"

"Həmişə yardım eləmək olmur. Özümüz də ehtiyac içində yaşayırıq. Uzun müddət evləri qaranlıqda qaldı. Ona işıq verdik, o da müvəqqəti. İnanın ki, çörəyə möhtacdırlar. Ailədə 4 nəfər var. Uşaqlardan biri xəstədir. Aliment vermirlər. Allah eləsin, qışı keçirsinlər".

Aliment verməyən ata həbs edilə bilər, gizlənir...

Cəlilabad rayon icra bölməsinin icra məmuru Səbuhi Həmzəyev deyir ki, alimentlərin ödənişi ilə bağlı problem həmişə var: “Bəhruz Akif oğlu Filatov ilə bağlı axtarış vermişik. Ona dəfələrlə xəbərdarlıq məktubu göndərilib. Cəlilabad Rayon Məhkəməsinin 2012-ci il fevralın 1-də çıxartdığı qərar ilə Bəhruz Filatova 5 gün inzibati həbs verilib. O, 1510 manat aliment verməlidir. Qanuna görə, aliment ödənməsə, növbəti cəza tətbiq edilir. Ancaq biz bu adamı tapa bilmirik”.

Əfsanə Dövlətova deyir ki, onlara ən qorxulu vaxt gecə saatlarıdır: "Gecə soyuq olur. İşığı çox yandırmırıq. Qonşunundur, istəmirəm ki, işıq çox pul yaza. Alimentdən də əlimi üzmüşəm. Müraciət etməkdən bezmişəm. Daha heç kimdən kömək də istəmirəm. Yorulmuşam. Talehin ümidindəyik. Nə olar-olar..."(azadlıq radiosu)

89 -dən səhifə 188