Hakimlər və Prokurorlar Ali Təşkilatı (HSYK), silahlı terror təşkilatı FETÖ (Fethullahçı Terör Örgütü) ilə əlaqəsi olan hakim və prokurorlar haqqında, ən ağır cəza tədbirinin görülməsi üçün toplanıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul və Ankaradakı çevrilişə cəhddən sonra məhkəmə sistemində çalışan hakim və prokurorlardan silahlı terror təşkilatı üzvü olanlar müəyyənləşdiriləcək.

Həmçinin toplantının nəticələri ilə bağlı ictimaiyyətə açıqlama veriləcəyi bildirilir. Bundan əlavə, bütün hakim və prokurorların icazələri ləğv edilib, izində olanlar da vəzifə başına çağırılıb.

“Biz bu prosesləri narahatlıqla izlədik. Dövlət başçımız, prezident də bütün gecəni çox narahat olub. Bunu bütün Azərbaycan edib və bu da təbiidir. Bu, dövlət çevrilişinə cəhddir, Türk xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir”.

 Bunu APA-ya açıqlamasında Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N. Məmmədov deyib ki, baş verənlər Türkiyənin Ana Yasasına, demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdidir: “Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Hamı Azərbaycanla Türkiyə arasında, qardaş xalqlarımız və dövlət başçılarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini gözəl bilir. 

Bu isə o deməkdir ki, Azərbaycan həmişə Türkiyənin yanındadır. Amma Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq belə çevriliş cəhdləri reallaşa və qəbul edilə bilməz. Türkiyənin başında bu gün xalqının demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi prezidenti, hökuməti var. Xalq da onlarla birdir, onların arxasındadır. Düşünürəm ki, bu çevriliş cəhdi Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacaq”.

Toplantı bu gün Bakı vaxtı ilə saat 13:00-da olacaq. 

Türkiyənin baş naziri Binali Yıldırım Türkiyə Böyük Millət Məclisini fövqəladə toplantıya çağırıb.

Toplantı bu gün Bakı vaxtı ilə saat 13:00-da olmalıdır.

Baş nazirin sözlərinə görə, Millət Məclisi milli iradənin səsi olaraq lazım olan cavabı verəcək.

"Müxalifət liderlərinə təşəkkür edirəm. Onlar demokratiyaya sahib çıxıblar, çevriliş cəhdinə qarşı dəqiq mövqe göstərərək, hökumətimizin yanında olublar. İkincisi, vətəndaşlarımız küçələri inqilabçılara verməyiblər. Buna görə, vətəndaşlarımıza çox təşəkkür edirəm. Bundan sonra da vətəndaşlarımız heç vaxt ayrılmasınlar, evində olanlar dərhal meydana gəlsinlər. Meydanı boş buraxmayaq", - deyə Binali Yıldırım vurğuladı.

Bu, Türkiyədə baş verən dövlət çevrilişi ilə bağlıdır. 

Bu gün Bakıdan Türkiyəyə yola düşməli olan bütün reyslər ləğv edilib. 

Bu barədə AZAL-ın mətbuat xidmətinin başçısı Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, reyslər bu gün səhər Bakıdan İstanbula və Ankaraya həyata keçirilməli idi. Qurum rəsmisi deyir ki, reyslərin nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil.

Türkiyədə çevriliş təşəbbüsü ilə bağlı başlanılan araşdırmalar çərçivəsində çox sayda saxlanılanlar var. 

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Türkiyə daxilində 754 Türk Silahlı Qüvvələri əməkdaşının nəzarətə alındığı bildirilir. 
Saxlanılanlar arasında 5 general, 29 polkovnikin də olduğu qeyd olunur. 

Türkiyə Prezidenti T. Ərdoğan İstanbula dönüb və dərhal açıqlama verib. O, baş verən hadisəni paralel dövlətin törətdiyini iddia edib və bunu vətənə xəyanət kimi qiymətləndirib. ıprezident deyib ki, biz bu yola başımızı qoyduq. Türkiyə əvvəlki Türkiyə deyil. Kimsə darbe ilə xalqın seçdiyi hökuməti devirə bilməz. Ərdoğan deyib ki, bunu edənlər ən ağır şəkildə cəzalanacaqdır. 

Ərdoğan sensasion açıqlama verib. O, deyib ki, Marmarisdə, tətildə imiş. Oradan çıxar-çıxmaz, həmin yeri bombalayıblar. Ərdoğan deyib ki, prezident olaraq, özünün baş katibini və genelkurmay başkanını girov götürüblər. O, bütün əsgərlərə səslənib, sizlər bizim övladımızsınız, deyib. Xalqa silah doğrultmayın, sizə bu silahı millətiniz verib. Bu yanlışdan tez dönün. Yoxsa bədəlini ödəyəcəksiniz. 

Ərdoğan deyib ki, bu hadisədən istifadə edib, ordunu təmizləyəcəyik. "Bu əməliyyata başladıq, bunu tamamən bitirəcəyik". Ərdoğan deyib ki, proses Pensilvaniyadan idarə olunur. 

Silahlı Qüvvələrin içərsində bunlar bir azınlıq. Bizlər vəzifəmizin başındayıq, bizi xalq seçib, deyib, Ərdoğan. Sonu yaxşı olacaq, deyib, Ərdoğan. O, deyib ki, hökumət iş başındadır və Türkiyəni işğalçılara təslim etməyəcəyik. 

Cümə, 15 İyul 2016 23:00

Neft bahalaşdı

Yazan

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 47,61 dollar olub. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 45,95 dollar təşkil edib. 

Cümə, 15 İyul 2016 23:00

Hulusi Akar xilas edildi

Yazan

Türkiyədə hərbi çevrilişə cəhd edən qiyamçılar tərəfindən girov götürülmüş baş qəragah rəisi Hulusi Akar xilas edilib.

Bubarədə Türkiyə mediasındanxəbəryayıılıb.

Bildirilir ki, Akınçılar hərbi hava bazasında girov saxlanılan Hulusi Akarı xilas etmək üçün əməliyyat keçirilib və onu qiyamçıların əlindən qurtarmaq mümkün olub. Hazırda sabiq baş qərargah rəisi etibarlı bir yerə aparılır.

Onu da qeyd edək ki, Hulusi Akarın girov olduğu zaman baş qərargah rəisi vəzifəsinə müvəqqəti olaraq 1-ci ordu komandanı Ümid Dündar təyin edilib.

“Aybkitab” layihəsində nəşr olunan kitabların bölgələrdə təqdimatları davam edir. 11 iyul 2016-cı il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuzun gənc yazarı Gülnar Səmanın bu layihədə çap olunan “Gül” şeirlər kitabının imza günü keçirildi. Bu barədə Gülnar Səma Xeber.İnfo-a məlumat verib. İyulun 12-də isə Qazax rayon Ədəbiyyat Muzeyində həmin layihədə çap olunan “Qazax mahalının şairləri” almanaxının təqdimatı keçirildi.

 Tovuzda təşkil olunan tədbirin aparıcısı Tovuz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Adil Həsənov müəllif haqqında iştirakçılara məlumat verərək ilk sözü AYB-nin Qazax zona filialının sədri Barat Vüsala verdi. Daha sonra Tovuzun millət vəkili Qənirə Paşayeva belə bir tədbirin Tovuz rayonunda təşkil olunmasını gənclərə dövlət qayğısının bariz nümunəsi kimi səciyyələndirdi. AYB-nin mətbuat katibi və layihənin rəhbəri Xəyal Rza layihə haqqında ətraflı məlumat verərək, hər bir istedadlı müəllifə layihənin qapılarının açıq olduğunu qeyd etdi. Tədbirdə Qazaxın yazarlarından Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu Ağstafanın ziyalılarından Firdovsi Heydərli və.s iştirak etdilər. Tovuz yazarlarından İsa Cavadoğlu, Qədir Hümbət, Brilyant Atəş, Yunus Oruclu, Nazim Əhmədoğlu, Novruz Mizani Hafiz, Maarif Həsənoğlu və.s müəllifə təbriklərini ünvanladılar. Gülnar Səmanın ustadı Əbülfət İslam yetirməsinin bu cür uğurlarına çox sevindiyini bildirib, dəstək olan hər kəsə minnətdarlıq etdi. Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz rayon Mərkəzi Kitabxanasının müdiri Güldərən İbrahimova, “Tovuz” qəzetinin baş redaktoru Çingiz Qəribli də təbriklərini çatdırdı. Müəllifin gənc qələn dostlarından Şahinə Könül, Elməddin Nicat, Ruslan Dostəli, Şəhriyar Seyidoğlu, Taleh Mansur, Rüfət Axundlu, Mehman Rasimoğlu, Günel Bayramsoy, Turanə Turan, Məhəmməd Mehdixanlı, Xəyal Nikbin və.s ona yeni yaradıcılıq uğurları arzuladılar. Sonda müəllif tədbirin yüksək səviyyədə keçməsinə görə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirdi.

 

Qazaxda keçirilən tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açıq elan edərək, qonaqları şairlər məkanı olan Qazaxda salamlamaqdan məmnun olduğunu bildirdi. O, rayonda aparılan quruculuq və abadlıq işləri haqqında məlumat verərək, mədəni sahənin də inkişafının daimi diqqət mərkəzində olduğunu nəzərə çatdırdı. Qeyd etdi ki, bu cür tədbirlərin həyata keçirlməsi üçün dəstəyini əsirgəməyəcək və tədbiri aparmaq üçün sözü AYB-nin Qazax zona filianının sədri Barat Vüsala verdi. Barat Vüsal da filialın uğurları və bölgədə ədəbiyyatın inkişafı haqqında ətraflı məlumat verərək, sözü “aybkitab” layihəsinin müəllifi Xəyal Rzaya verdi. Xəyal Rza layihə çərçivəsində görülən işlər və gələcək planlar haqqında iştirakçıları məlumatlandırdı. Qazaxın qocaman şairi Ələddin İncəli kitabdakı şeirlərin hamısının bir-birindən gözəl olmasının səbəbini də işə məsuliyyətlə yanaşmaqda gördü. Tovuz yazar ziyalıları adından İsa Cavadoğlu, Ağstafa ziyalıları adından Firdovsi Heydərli çıxış etdilər. Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu da zəhməti keçən hər kəsə minnətdarlıq etdi. Bölgənin gənc yazarları adından Taleh Mansur çıxış edərək “Hər qazılan qəbrə bir söz basdırın” şeirini söylədi. Tədbirin sonunda Qazax rayon İcra Hakimiyyətinin Başçısı hər kəsə təşəkkür edərək müəllifləri bir daha təbrik etdi.

Zaur Tahirsoy: “Ailə başçısı kişi olduğu üçün hədəf də kişilər seçilib”

Gənc yazar və rejissor Zaur Tahirsoyun Xeberman.com-a müsahibəsini təqdim edirik

-    Zaurbəy, ailə mövzusundayenikitabınızdərcolunub. Təbrik edirik.

-    “Xoşbəxt ailə notları” mənim ilk qələmə aldığım kitabdır. Ailə məsələləri üzrə araşdırmalardan ibarətdir. Oxucular tərəfindən də müsbət qarşılandı. Tanınmış ictimai xadimlər də kitab barədə müsbət fikirlər səsləndirdilər. Hətta həkim-nevroloq və psixoloqlardan mənə kitabımı pasientlərinə tövsiyə etdiklərini deyənlər oldu. Açığı bu qədər müsbət rəylər məni çox narahat etdi. Çünki tərifi insana zərərli ünsürlərdən sayıram. Tənqid isə mənə xüsusi zövq verir. Ən azından anlayıram ki, tərifə nisbətən tənqid inkişaf etməyimə səbəb olacaq.

-Deyirsiniz, sizin üçün bu qədər müsbət qarşılanması gözlənilməz oldu?

-  Düzünü desəm gözləyirdim. Çünki kitabın mövzularını öncədən kiçik məqalələr şəklində insanlarla paylaşırdım və çox müsbət qarşılanırdı. Məlum məsələdir ki, kitab da həmin məqalələrin toplusudur.

-  Kitabda kişilərə qarşı sanki sərt davranmısınız. Ailə münasibətlərində qadınların payına az məsuliyyət düşür?

-Bu cür etirazları indiyə qədər çox eşitmişəm (gülür). Bilirsiz, qadın zərif məxluqdur. Zərif məxluqa vəzifə yükləmək güclüyə yaraşmaz. Kitabda qadınlara özümdən icad etdiyim dəyəri verməmişəm. Sadəcə Allahın qadınlara verdiyi dəyəri elan etmişəm. Qadınlar, kimisə xoşbəxt etmək üçün yaradılmayıb, qadın məhz xoşbəxt edilmək üçün yaradılıb. Yalnız xoşbəxt edilən qadın xoşbəxt edə bilər. Eyni zamanda yaradılışda sistem belədir ki, kişi ailənin başçısıdır. Demək ailənin idarəçiliyi də kişinin öhtəsindədir və baş verən bütün problemlər bilavasitə kişidən qaynaqlanır. Ailənin başçısı kişi olduğu üçün məhz hədəf də kişilər seçildi. Bu mövzuya etirazların cavabı da kitabda qeyd edilib.

-   Yəqin ki, daha maraqlı əsərlər görəcəyik...

-   Əlbəttə, ilk kitab araşdırma formatında olduğu üçün bədii üsluba elə də diqqət edilməyib. Növbəti ildə romanımın işıq üzü görməsini planlaşdırıram və bu yöndə artıq xeyli işlər görmüşəm.

-Sizin əsas sənətiniz rejissorluqdur. Bu sahədə işləriniz necədir?  

-   RejissorluğuTürkiyədə oxumuşam. "Vətəni sevmək imandandır”, "Tamah”, "Soyuq Gecə” və sair qısametrajlı filimlərim olub.  

Polad Aslanov

90 -dən səhifə 152