“İsmayıllı rayonunda qadınlar üçün Şəffaflıq təşəbbüsü ilə bağlı informasiya sessiyası keçirilib.

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 05 sentyabr 2016-cı il tarixində ismayıllı rayonunda informasiya sessiyası keçirdi.

İsmayıllı rayonu Gənclər Mərkəzində keçirilən tədbirdə 30-dək təhsil, səhiyyə, mədəniyyət, kitabxana, muzey və s. sahələri təmsil edən qadınlar iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin məsul işçisi Sevil Əhmədova da tədbirdə iştirak edərək layihə icraçılarının məqsədini açıqladıqdan sonra sözü layihə rəhbəri Lətafət Məlikovaya vermişdir.

L.Məlikova yerli icra hakimiyyətinə və Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirdi. O, təşkilatın daim qadınlarla bağlı layihə icra etdiyini bildirdi və qadınların maarifləndirilməsinin vacibliyini vurğuladı. Daha sonra L.Məlikova qlobal miqyasda şəffaflıq təşəbbüsünün meydana gəlməsini və burada məqsədin korrupsiyaya qarşı və şəffaf xərcləməyə yönəlik olduğunu bildirdi. Layihə rəhbəri yoxsulluğun azaldılması üçün şəffaflığı yeganə texnologiya olduğunu bildirdi. Bundan sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının üzvü Xalid Kazımova verildi. X.Kazımov şəffaflıq mövzusunda hazırladığı təqdimatla neft gəlirlərinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini rəqəmlərlə və vizual slaydlarla təqdim etdi. Daha sonra o, şəffaflıq təşəbbüsünün Azərbaycanda tətbiq olunmasını, o cümlədə bu yöndə Azərbaycanın 18 hesabat açıqladığını və prosesdə vətəndaş cəmiyyətinin aktivliyini qeyd etdi.

X.Kazımov neft istismarından 135 milyard dollar gəlir əldə olundğunu və səmərəli xərcləmənin vacib olduğunu qeyd edərək, bir çox hallarda səmərəsiz xərcləmələrin də vacibliyini vurğuladı.

Tədbirin ikinci məruzəçisi Rafiq Təmrazov üzvü olduğu Çoxtərəfli Qrupun fəaliyyətindən danışdı və vurğuladı ki, hökumət, şirkətlər və vətəndaş cəmiyyəti kimi QHT koalisiyasının üzvlərindən ibarət bu struktur ölkədə şəffaflıq təşəbbüsünü idarə edən strukturdur. R.Təmrazov bütün məsələlərin Çoxtərəfli Qrupda konsensusla qəbul edildiyini, vətəndaş cəmiyyətinin problemlərinin burada müzakirə olmsını qeyd etdi. Eyni zamanda Azərbaycanın şəffaflıq prosesində iştirakıyla əhəmiyyətli addımları sadaladı və qeyd etdi ki, 2015-ci ildə Azərbaycanın statusu aşağı enib və cari il ölkə üçün bu baxımdan əhəmiyyətlidir. Sonda R.Təmrazov Koalisiyanın fəaliyyət istiqamətlərini də şərh etdi.

Tədbirin sonunda isə iştirakçılar onları maraqlandıran məsələlərə dair suallar verdilər və qarşılıqlı müzakirə şəklində tədbir başa çatdı.

REAL sədrinin çoxdan gözlənilən məhkəməsi baş tutsa da, onun kasasiya şikayəti təmin olunmadı 

Noyabrın 18-də Ali Məhkəmədə REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun Şəki Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayətinə baxılıb. Məhkəməyə İ.Məmmədovun özü gətirilməsə də REAL-çılar, bəzi müxalif partiya rəhbərləri və jurnalistlər zala buraxıldılar.  Həmçinin, bir müddət öncə əfv fərmanı ilə azadlığa buraxılan Tofiq Yaqublu da məhkəmə zalında idi.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə kasasiya şikayəti təmin olunmadı və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıldı.

Prosesdən sonra jurnalistlərə açıqlama verən İ.Məmmədovun vəkili Fuad Ağayev  bildirdi ki, qəbul olunmuş məhkəmə qərarları Azərbaycanın ədalət sisteminin göstəricisidir: “Açıq-aşkar ortada olan  obyektiv sübutlara qiymət vermək istəməyən, yaxud da tərsinə qiymət verən hakimlərə, məhkəmələrə hansı sözüm ola bilər? Ona görə də biz məcburuq yenə də üzümüzü beynəlxalq qurumlara tutaq”. 

REAL Hərəkatının rəhbərlərindən olan Azər Qasımlı isə söyləyib ki, onsuz da məhkəmədən ədalətli qərar gözləmirdilər.

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu bildirib ki, qərar tam siyasidir: “Ola bilsin ki, ölkə rəhbərliyinə yanlış məlumatlar verirlər və buna görə də qərar verilir ki, İlqar Məmmədovu həbsdə saxlayın. İlqar bəydən başqa 4 nəfər də bu iş üzrə məhbəs həyatı yaşayır. O da yerli hakimiyyət orqanları ilə problemi olan şəxslərdir. Bundan istifadə edib, onları həbsə salıblar. Bir yol qalıb, o da Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək”.

İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova isə bildirib ki, İlqar bəyin özünün bu gün azadlığa  çıxacağına ümidi yox idi:  “İlqarla 2 gün öncə telefonla danışdım. Özünün ümidi yox idi və bilirdi ki, xeyirli bir qərar çıxmayacaq. Mən də məhkəməyə çox az ümidlə gəlmişdim. Ümidimiz sadəcə Avropa Məhkəməsinə qalıb. Düzünü deyim ki, məhkəmədən hələ daha pis qərar çıxacağından qorxurduq. Yaxşı ki, Azərbaycandakı məhkəmələrdən canımız qurtardı”.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apelyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kasasiya şikayəti veriblər. Ali Məhkəmə kasasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərib. 

Şəki Apelyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kasasiya şikayəti verib. Xatırladaq ki, T.Yaqublu bu ilin martında verilən əfv sərəncamı ilə azad olunub.

'Bakı Rabitə Tikinti Təchizat' MMC-nin əvvəlki təsisçisi B.Hüseynovun arvadı olub, sonradan isə həmin müəssisə B.Vəliyevin adına sənədləşdirilib

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) sabiq baş mühasibi Anar Mustafayevin istintaqa verdiyi ifadəsi məlum olub.

"Report"un istintaq materiallarına əsasən yazdığına görə, birliyin keçmiş baş mühasibi təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, 2005-ci ilin aprel ayında BTRİB-in baş mühasibi vəzifəsinə təyin olunduğunu, 2015-ci ilin oktyabr ayına kimi olan dövrdə həmin vəzifədə işlədiyini deyib.

A.Mustafayev müqavilələr üzrə işlərin görülməsinə nəzarət edib, görülən işlərə görə isə BTRİB-in rəhbərliyinin şifahi göstərişlərinə əsasən qovşaqlar tərəfindən həmin təşkilatalara ödənişlər aparıldığını söyləyib. A.Mustafayevin sözlərinə görə, qovşaqların gəliri əhaliyə göstərilən telefon xidməti, abunə haqqı, internet xidməti, telefon çəkilişi, servis xidmətləri hesabına formalaşır.

O, birliyin mühasibat uçotu işini təşkil edib və qovşaqlarda görülən işlərə görə özəl təşkilatlara ödəniş aparılması barədə müvafiq göstərişlər verib. Qovşaqlar üzrə işləri əsasən “Bakı Rabitə Tikinti Təchizat” MMC, “Təmir Tikinti Servis” MMC, eyni zamanda “Rabitə Mülki Tikinti” MMC və “3 nömrəli Təmir Tikinti” MMC-lər icra edib. Həmin özəl təşkilatların hər birinin rəhbəri, yəni Bayram Vəliyev və Emin Məmmədov BTRİB-in baş direktoru Beytulla Hüseynovla yaxın münasibətdə olub.

Hətta “Bakı Rabitə Tikinti Təchizat“ MMC-nin əvvəlki təsisçisi B.Hüseynovun arvadı olub, sonradan isə həmin müəssisə B.Vəliyevin adına sənədləşdirilib. Bu müəssisə isə faktiki olaraq B.Hüseynovun özünə məxsus olub.

Bundan əlavə A.Mustafayev göstərib ki, görülən işlərə və alınan mal-materiallara görə pul vəsaitləri əsasən yuxarıda adlarını qeyd etdiyi özəl cəmiyyətlərə köçürüb.

O bildirib ki, müəssisə rəhbərlərini əvvəllər ayda 2-3 dəfə qəbul edib, onlardan həmin pulu alıb, sonradan isə digər əməkdaşların şübhələnməməsi üçün onları ayda bir dəfə görüşə çağırıb, verdikləri pulu qəbul edib. A.Mustafayevin söylədiyinə görə, əvvəlki dövrlərdə hər ay B.Hüseynova verdiyi pul vəsaitinin miqdarını dəqiq xatırlamır, lakin 2015-ci ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan dövrdə isə hər ay B.Hüseynova 270 min-310 min manat mələğində pul verib. O, qeyd edib ki, eşitdiyinə görə B.Hüseynov hər ay nazirliyin yüksək vəzifəli şəxslərinə pul verib.

B.Hüseynov hər ay qeyri-qanuni yolla əldə olunan puldan 2005-2007-ci illər ərzində A.Mustafayevə 2500 manat, sonrakı illərdə isə 4 min-7 min manat pul verib.

A.Mustafayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Şənbə, 19 Noyabr 2016 00:00

Moskvada “qanuni oğru” öldürüldü

Yazan

Moskva şəhərində 2013-cü ildə kriminal avtoritet "Ded Xasan”ın qətlə yetirildiyi tarixdən sonra ilk dəfə "qanuni oğru” öldürülüb.

Modern.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu, 40 yaşlı Georgi Şirinovdur. Gürcü əsilli "qanuni oğru” kriminal aləmdə "Gürzə” ləqbilə tanınırdı. Başından aldığı zərbələr nəticəsində beyin silkələnməsi diaqnozu qoyulan "Gürzə”ni həkimlər xilas edə bilməyiblər. 

Faktla əlaqədar istintaq araşdırması aparılır. 

Qeyd edək ki, 2013-cü ildə kriminal avtoritet "Ded Xasan”ın qətlə yetirildiyi tarixdən sonra "qanuni oğru”larla bağlı bir sıra ölüm halları ilə nəticələnmiş hadisələr baş verib. Həmin hadisələrin hamısı Rusiya sərhədlərindən kənarda törədilib.

Kamal Abdulla-Nurlana Əliyeva savaşında növbəti raund: dövlət müşaviri rektora qəzəbləndi

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri Kamal Abdulla ilə xələfi, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva arasında "soyuq müharibə” pik həddə çatıb.

BakiPost.az xəbər verir ki, bu posta təyinat aldıqdan sonra N.Əliyevanın BSU-nun keçmiş rəhbərliyi haqqında sərt ittihamlar səsləndirməsi, universitetdə əvvəllər hər cür özbaşınalıqlar olduğunu deməsi, hətta əsas korpusun qədimi mozaikalarını böyük qalmaqalla sökdürməsi tərəflər arasındakı münasibətləri tamamilə gərginləşdirib.

Bu qarşıdurma Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirində özünün zirvəsinə çatıb. Məlumata görə, xanım rektor tədbirə gəlsə də, 5 dəqiqə sonra zalı tərk edib. O, tədbiri tərk etməsini özünə edilən sayqısızlıqla əlaqələndirib. 

Xanım rektor onun üçün ayrılmış yerdən narazılıq edib və bunun tədbirin təşkilatçıları - K.Abdullayevin ətrafı tərəfindən qəsdən edildiyinə eyham vurub. Amma sonradan bəlli olub ki, həmin masa həqiqətən rektorlar üçün ayrılıbmış və az sonra İqtisad Universitetinin rektoru Ədalət Muradov, Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Qafqaz Universitetinin rektoru Havar Məmmədov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov həmin masada əyləşiblər.

Bu hadisə isə Kamal Abdullaya yaxın olan mətbuat orqanlarda rektor N.Əliyevanın hədəfə çıxmasına səbəb olub. 

Tədbirin təşkilatçılarına yaxın qaynaqlardan əldə etdiyimiz məlumata görə isə artıq K.Abdulla xanım rektorun bu hərəkətindən bərk qəzəblənib. Güman edilir ki, Slavyan Universitetinin sabiq rektoru və hazırkı dövlət müşaviri hakimiyyət dairələrindəki yüksək nüfuzuna istinad edərək dövlət üçün də xüsusi əhəmiyyətli olan multikulturalizm məsələsi ilə bağlı tədbirdə belə qalmaqal yaradan "ərköyün xələfi” barədə ölçü götürülməsini istəyəcək.

Milli Məclisin iclaslarında müxtəlif qanun layihələri müzakirə olunur; Deputatlar ölkənin siyasi-iqtisadi, sosial-hüquqi sahələri üzrə təkliflər verir, çıxışlar edir... 

Politika.Az xəbər verir ki, parlamentarilər müxtəlif məsələlərə münasibət bildirir: bank sektoru, manatın taleyi, beynəlxalq təşkilatların ölkəmizlə əlaqələri, Qarabağ problemi və s. aktual mövzular ətrafında fikirlərini açıqlayır. 
Amma bu çıxışların heç birində Masallıdan deputat seçilmiş Nəriman Əliyevi görmək mümkün deyil. 
Vahid Əhmədov, Cavid Qurbanov, Məlahət İbrahimqızı, Elmira Axundova, Zahid Oruc, Siyavuş Novuzov, Fazil Mustafa, Rövşən Rzayev, Ziyad Səmədzadə, Hadı Rəcəbli və xeyli deputat adını çəkmək olar ki, ayrı-ayrı aktual məsələlər qaldırır, qanun layihələrinin qəbuluna fikirlərini bildirirlər. 
Amma N.Əliyev bu müzakirələrin heç birində iştirak etmir. Deputatın mikrofununu az qala toz basıb. Onun parlamentdə səsini eşidən olmayıb. Hətta bu millət vəkili barədə vikipediyada əməlli-başlı, dürüst bir informasiya da yerləşdirilməyib. 
Politika.Az xəbər verir ki, onun parlamentdə hansı komitənin üzvü olduğu bilinmir. Bu isə heyrətamiz faktdır. N.Əliyevin nə komitəsi bilinir, nə bioqrafiyası açıqlanır, nə də Milli Məclisdə bir çıxışını eşidən, səsinin necə olduğunu bilən var. 
Onun barəsində internetdə axtarış verməklə yalnız və yalnız xoşagəlməz ittihamlara rast gəlmək olar. Gah narkotik alverində adı çəkilib, gah əsgərliyə getmədiyi, gah diplomunun saxta olduğu, gah Masallıda sahibkarları incitdiyi barədə materiallar görmək olar. 
Hərçənd, deputatın hansısa məsələni qaldırması, spikerə müraciəti, hər hansı mövzuya münasibət bildirməsi, qanun layihələrindən birinə rəyinin olmasına dair yazı qarşımıza çıxmalıydı. Nəticədə mandat sahibi MM-də yer tutub.

2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı qətlə yetirilmiş yerli sakinlərin məzarları dağıdılıb. Bu barədə «Nardaran işi» üzrə məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Cabbar Cabbarov məlumat verib.

«Həqiqəti deməməsi üçün şahidlərə təzyiq edirlər, məhkəməyə gələn yaxınlarımızı hədələyirlər. Bütün bunlar bir yana, indi lap böyük biqeyrətlik eləyiblər. Yaxınları dörd nəfər kənd sakininin məzarını düzəltdirib, onları söküblər. Bu, insanlığa sığmayan, ən son hərəkətdir. Məzarı sökmək gözün görə-görə namusunu əldən verməkdir», – Cabbar Cabbarov məhkəməyə müraciət edərək, bu cür halların qarşısının alınması üçün tədbir görülməsini istəyib.

«ÖLƏNDƏN SONRA DA İŞGƏNCƏ VERİRSİZ»

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə deyib ki, bu hərəkətin bir adı var – vandalizm. İlahiyyatçı baş verənlərlə əlaqədar məhkəmə zalından prezidentə müraciət edib:

«Bu hakimiyyət elədiyi hərəkətlərlə İŞİD-i, vəhhabiləri də geridə qoyur. Şəhid olmuş qardaşlarımızın cəsədlərinə işgəncə verməklə kifayətlənməyib, indi də bu yola əl atıblar. Bunlar bu cür hərəkətləri ilə özləri də göstərirlər ki, qətiyyən xalqa layiq hakimiyyət deyillər. Fikirləşmirlər ki, sabah hakimiyyətdən gedəndə özlərinin, yaxınlarının da məzarı ilə eyni cür davrana bilərlər. Mənim sözüm İlham Əliyevədir: Onsuz da sifariş vermisiniz, adamları öldürüblər, heç olmasa, qəbirləri ilə işiniz olmasın».

Təqsirləndirilən Abbas Abbasov deyir ki, ermənilər Qarabağda azərbaycanlıların məzarlarına necə davranıbsa, bu hakimiyyət də öz vətəndaşlarına qarşı eyni addımı atır: «Bu hakimiyyət öz vətəndaşlarına, hətta öləndən sonra da işgəncə verir».

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov məzar dağıtmağın cinayət hesab olunduğunu desə də, bu məhkəmənin həmin hadisə ilə əlaqədar heç bir tədbir görə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, məhkəmə yalnız daxil olmuş cinayət işi, adamlara verilmiş ittiham üzrə hansısa addımlar ata bilər. O, prokurorluğa müraciət göndərməyi tövsiyə edib.

CAHANGİR HACIYEV DİNDİRİLSİN

Vəkil Yalçın İmanov məhkəməyə bir sıra şəxslərin əlavə şahid qismində dindirilməsi haqda vəsatətlər təqdim edib. Vəkilin məhkəmədə dindirilməsini istədiyi şəxslər sırasında Beynəlxalq Bankın keçmiş rəhbəri, bu yaxınlarda 15 il həbs cəzası kəsilən Cahangir Hacıyev, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, Nardaran əməliyyatına rəhbərlik etmiş Kərim Əlimərdanov da var.

Müdafiəçi qeyd edib ki, Cahangir Hacıyev «bandotdel»də Abbas Hüseynovla eyni kamerada saxlanılıb, ona verilən işgəncələrin şahidi olub.

XATIRLATMA

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilən bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər. (azadliq.org)

Cümə, 18 Noyabr 2016 00:00

BAXCP-nin 8 şöbəsi istefa verdi

Yazan

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Oğuz, Balakən, Göygöl, Ucar, Kürdəmir, Quba, Yasamal, Füzuli və Sumqayıt şöbələri istefa verib.

BAXCP-nin baş katibi Söhrab Abdullayev “facebook” səhifəsində bu istefaların səbəbini açıqlayıb. Belə ki, Söhrab Abdullayevdən tanınmış vəkil Aslan İsmayılova qarşı məqalə yazmaq tələb olunub. O isə Aslan İsmayılova qarşı təhqirlərlə dolu məqalə yazmaqdan imtina edib və buna görə də Qüdrət Həsənquliyev tərəfindən partiyadan xaric edilib. Buna görə də digər 8 rayon şöbəsi istefa verib: “Əsas məsələ nə ilə bağlı olduğunu Sizlərə qısa şərh etmək istəyirəm. 22 sentyabr 2016 tarixində Qüdrət Həsənquliyev saat 19-00 da mənə zəng edib Aslan İsmaylovla münasibətimin olub –olmadığını sordu. Mən də olduğunu dedim və oğlumun toyunda iştirak etdiyini bildirdim. Öncə məndə telefonunu istədi, mən də verdim. Daha sonra isə Qüdrət bəy haqqında təhqiramiz sözlər yazdığını dedi. Dedim zəng edib danışaram . Dedi “yox, sən önun haqında yaz”. Məndə “yazaram” dedim. Yəni bir ziyalı qınağı səviyyəsində. Axşam Fecebook-da oxuyub yazaram dedim. Fecebooka girdiyimdə Niyaməddin Orduxanlı və bir qrup tərəfindən Aslan İsmaylov haqqında nalayiq ifadələrlə dolu yazılarla rastlaşdım. Bu yazıda məni də etiketləmişdilər. Yazılar mənim xoşuma gəlmədiyi üçün mən yazı qoymadım və qərara gəldim ki, Qüdrət bəylə görüşüm və bir müsahibə verim. Bununla bağlı idarə heyətinin üzvləri Mikayıl Rəhimov və Hüseynağa Qəniyevlədə danışdım. 23-26 arası xəstə olduğumdan kimsəylə əlaqə qurmadım və 27-si işə çıxdım. İş otağıma girər –girməz İlqar bəy (maliyyə məsələləri üzrə şöbə müdiri) otağa girdi və Qüdrət bəyin təlimatı var, otağı boşalt açarları təhvil versin dedi. Sizi işdən azad etdi. Qüdrət bəydən sorduğumda isə Aslan İsmaylovun əleyhinə yazmadığım üçün bu qərarı verdiyini bildirdi. Daha sonra 29.10.2016 tarixində yetərsay olmayan məclisin qərariylə Baş katib təsdiqləndi və Məclis sədri seçildi (Yeni təyin edilmiş baş katib ilk yalanını Qüdrət bəyə söylədi , yəni 29 əvəzinə 45 nəfər məclis üzvünün iştirak etdiyini bildirdi. İnanıram ki, Qüdrət bəyin bundan xəbəri olmadı). Təbii ki, bu qəradan sonra keçdiyimiz 15 illik bu yola bu cür münasibəti həzm edə bilməyən bir qrup rayon təşkilatları istefa qərarı almışlar. Bundan qıcıqlanan idarə heyətinin bəzi üzvləri mənim təşkilatdan kənarlaşmam haqqında əsassız qərar qəbul ediblər. Xeyirli olsun”- deyə Söhrab Abdullayev yazır.
Bizə verilən məlumatda o da bildirilir ki, yaxın günlərdə daha bir neçə şöbə istefa verəcək.

Aşağıdakı foto BAXCP Sumqayıt şöbəsinin istefa bəyanatıdır

Bu gün Vətəndaş və inkişaf partiyasinda Türkiyənin AKP- li sabiq millət vəkillərindən Mehmet Emin Bilgiçlə görüş kecirilmişdir.

Xeber.İnfo-a daxil olan məlumata görə, görüşdə Türkiyə Azərbaycan əlaqələri,Qarabag münaqişəsi, regionda baş verən son hadisələr müzakirə olunub.

Görüşdə Vip sədri Əli Əliyevlə bərabər Milli Dövlətcilik Partiyasinin sədri Nemət Pənahlı iştirak edib.

ABŞ-ın yeni prezidenti seçilən Donald Tramp təqaüddə olan general-leytenant Maykl Flinni müdafiə naziri təyin edə bilər.

Tramp 57 yaşlı məşhur hərbçiyə öncə prezidentin milli təhlükəsizlik üzrə sözçüsü vəzifəsini təklif edib.

Flinnin təklifi qəbul edib-etmədiyi hələlik dəqiq bilinməsə də, onun müdafiə naziri postuna ən real namizəd olduğu deyilir.

Maykl Flinn uzun müddət İraq və Əfqanıstanda xidmət edib. O, Barak Obamanın prezidentliyi dövründə Müdafiə Kəşfiyyat Agentliyinin direktoru vəzifəsini tutub.

Qeyd edək ki, Flin FETÖ-ya qarşı sərt addımlar atılmasının tərəfdarıdır. O, bir müddət öncə qələmə aldığı məqalədə FETÖ lideri Fətullah Güləni Əl Qaidə terror təşkilatının keçmiş lideri Üsamə bin Laden ilə müqayisə edib:

“Arxa baxçamız Pensilvaniyaya rahatca yerləşmiş bu maskalı terror və xaos qaynağı tərəfindən Vaşiqntonun gözü boyanırkən, NATO müttəfiqimiz Türkiyəyə əngəl olmaq məntiqsizdir. Türkiyənin gözü ilə baxsaq, Vaşinqton Türkiyənin “Üsamə bin Ladeninə” sığınacaq verir. 11 Sentyabrdan sonra Üsamə bin Ladenin Türkiyədə gözəl bir yerdə yaşadığını və eyni zamanda Türkiyənin maliyyə dəstəyi ilə fəaliyyət göstərən 160 məktəb işlətdiyini öyrənsəydik, nə edərdik?..”

93 -dən səhifə 188