Tuesday, September 26, 2017

Aprelin 2-də saat 04:00-dan başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribat törədiblər. Cəbhəyanı zonaya yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra məntəqələr, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalıb. Artilleriya atəşləri nəticəsində 3 sakin həlak olub, biri 13 yaşlı uşaq olmaqla 5 nəfər yaralanıb, müxtəlif yaşayış məntəqələrində 10-dan çox ev dağıdılıb, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəyib.

İşğal altında olan Dağlıq Qarabağda və digər ərazilərdə yerləşən Ermənistan hərbi birləşmələrinin fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq və mülki əhalini müdafiə etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi birliklər qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı layiqli cavab tədbirləri həyata keçiriblər.

Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə həyata keçirdiyi əks-tədbirlər nəticəsində erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunub.

Azərbaycan ordu birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər.

Döyüşlərdə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, həmçinin onlarla hərbi qulluqçu ölüb və yaralanıb.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu həlak olub, habelə 1 “Mi-24” helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb.

ATƏT-in Minsk qrupu həmsədrlərinin, dünya ictimaiyyətinin hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin bərpa olunması ilə bağlı davamlı çağırışlarına baxmayaraq, erməni silahlı birləşmələri aprelin 2-3-də hərbi əməliyyatların intensivliyini daha da artırmağa çalışıb, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumları və qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edib.

Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin bütün cəhdlərinə layiqli cavab 

Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akar cəbhədə baş verən döyüş toqquşması nəticəsində hərbçilərimizin şəhid olması ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı məktubu ünvanlayıb.

Məktubda bildirilir:

"2 aprel 2016-cı il tarixdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüş qarşıdurmasında qəhrəman on iki əsgərinizin şəhid olduğunu dərin bir üzüntü ilə öyrəndim. Dost və qardaş Azərbaycan Silahlı Qüvvələrinin bu hadisə səbəbi ilə yaşadığı acını ürəkdən bölüşürəm.
Şəxsim və Türk Silahlı Qüvvələri şəxsi heyəti adından şəhid olan hərbi qulluqçulara Uca Allahdan rəhmət, yaxınlarına, Sizə və şəxsinizdə Azərbaycan Silahlı Qüvvələrinin dəyərli şəxsi heyətinə başsağlığı verirəm." 

ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev ötən gün Ermənistan Silahlı Qüvvələrindən azad olunan "Lələ təpə" adlandırılan yüksəkliyin ətəyində Müdafiə Nazirliyinin generalından son vəziyyət barədə məlumat alıb.
General açıqlamasında bildirib ki, heç bir əsgər yaxud zabit tapşırığını yerinə yetirməkdən şübhə etmir:
“Lələ təpə" adlandırılan yüksəkliyin ələ keçməsi ilə Cocuk Mərcanlı kəndindən Beyləqan rayonuna qədər bütün kəndlər indi özünü təhlükəsiz hiss edə bilər”. 

Azərbaycanda hakim Yeni Azərbaycan Partiyası dünən gecədən cəbhə xəttində baş verən döyüşlərə münasibət bildirib.
 YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov "Qafqazinfo”ya açıqlamasında hərbçilərimizin qanlı döyüşlərdə qəhrəmanlıq göstərdiyini bildirib:
 "Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qəhrəmancasına öz canlarını fəda ediblər. Əsgərlərimiz düşmənə layiqli cavab veriblər. Düşmən xeyli itki verib. Son günlər cəbhədə baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan ordusu Qafqazın ən güclü ordularından biridir. Nəinki Qafqazın, Azərbaycan ordusu həm peşəkarlıq, həm texniki, həm də hazırlıq baxımından dünyada ən yüksək səviyyədədir. Bunu xüsusi qeyd edirik ki, digər qüvvələr olmasa, Azərbaycanla Ermənistan arasında olan münaqişə bir həftə ərzində öz həllini tapa bilər”.
 Siyavuş Novruzov şəhid olanların ailələrinə bağsağlığı verib:
 "Qalanlara can sağlığı arzulayıram. Biz hər birimiz də əsgərik, vətənimiz, xalqımız və torpağımızın azad olunması uğrunda döyüşməyə hazırıq. Ordumuzdakı itkilər bizi ağrıdır, bununla yanaşı Azərbaycan ordusunun bu cür hazırlıqlı olması, səfərbər olunaraq düşmənə layiqli cavab verməsini də yüksək qiymətləndiririk”.
 Qeyd edək ki, aprelin 2-nə keçən gecə cəbhədə baş verən döyüşlərdə Azərbaycan 12 şəhid verib.

Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən şiddətli döyüşlərdə qəhrəmanlıqla şəhid olan Mehralıyev Sarvan Natiq oğlu dəfn olunub.
1997-ci il təvəllüdlü S.Mehralıyev Ağdam rayonunun Ballar kəndində torpağa tapşırılıb. 
Əslən Xocalıdan olan şəhidimiz 9 ay bundan əvvəl hərbi xidmətə çağırılıbmış.





 

Silahlı Qüvvələr azad olunmuş ərazilərin möhkəmləndirilməsinə başlayıb.

Beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

 

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və yaşayış məntəqələrimizi, mövqelərimizi təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcəkdir.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı aprelin 1-dən başlayaraq cəbhə bölgəsində düşmən təxribatı zəminində yaranmış qarşıdurmaya münasibət bildirərək, igid əsgərlərimizin qəhrəmanlığı sayəsində əhəmiyyətli irəliləyişləri alqışlayıb, şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Bu barədə Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Xeber.İnfo-a məlumat daxil olub. Məlumatda deyilir: 

“Aprelin 1-dən 2-ə keçən gecə erməni quldurlarının təmas xəttinin müxtəlif istiqamətlərində fəallaşması və nəinki ön mövqelərimizdəki hərbi mükəlləfiyyətliləri, hətta yaşayış məntəqələrini və mülki əhalini iriçaplı silahlardan, artileriya qurğularından atəşə tutması dünya birliyinin də dəstəklədiyi bir çox təşəbbüslərin üstündən xətt çəkməklə yanaşı, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə bəslənən öləzimiş ümidləri tamamilə söndürdü. Əslində mənfur düşmən birinci Qarabağ savaşı zamanı müəqqəti nəzarətinə aldığı ərazilərimizdə daim xain planlar qurur, cəbhəboyu kəndlərimizi, yaşayış evlərini, tarlalarda çalışan zəhmətkeş əhalini hər gün, hər saat gülləbaran etməklə atəşkəsin tələblərini pozurdu.

Ermənistan silahlı birləşmələri sonuncu təxribatı nəticəsində isə vətən torpaqlarını canı, qanı ilə qoruyan igid əsgərlərimizin güclü müqaviməti ilə üzləşmiş, darmadağın edilərək rüsvaycasına geri çəkilmək, qaçıb dağılışmaq məcburiyyətində qalmışlar. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında da bildirildiyi kimi, Silahlı Qüvvələrimiz tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin həyata keçirilməsi nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan məntəqəsi düşməndən tam təmizlənmişdir.

Lakin bu döyüşlərdə ermənilərə məxsus 6 ədəd tankın, 15-dək artilleriya və mühəndis qurğularının məhvi, o cümlədən yüzdən çox hərbi qulluqçusunun ölməsi və yaralanması nə qədər uğurludursa, 12 hərbi qulluqçumuzun şəhid olması, 1 ədəd helikopterin və tankın sıradan çıxması,dinc sakinlərin həyatını və sağlamlığını itirmələri bir o qədər üzüntülüdür. Amma neyləməli, qələbəyə gedən yol itkisiz olmur.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı olaraq, orumuzun qətiyyətli əks-hücuma keçməklə əlverişli mövqeləri ələ keçirməsini alqışlayır, şəhidlərimizə Allah-təalan rəhmət, yaralılara cansağlığı arzulayırıq.

İnanırıq ki, növbəti belə əməliyyatlardan biri də işğaldakı torpaqlarımızın tamamilə yağı caynağından xilası, məcburi köçkünlərimizin doğma yurd-yuvasına qayıtması ilə nəticələnəcək".

Xeber.İnfo

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı şantaj və hədə qorxu gəlmək yolu ilə prezident İlham Əliyevin yaxın qohumu Fərid Əliyevə məxsus olan Nur İnşaaat (Altes Group) şirkətinin rəhbərindən pul qoparmaq istəyindədir. Vergilər nazirliyinin İstintaq departamentinin təhlükəsizlik şöbəsinin əməkdaşı Vüqar Namazov iddia edir ki, o, Yasamal rayonunun Bəsti Bagırov küçəsində yerləşən Emerald Palace yaşayış binasında VİTR Fitnes klubu açmaq üçün böyük bir sahəni icarəyə göturərək təmir edib və bunun əvəzində Nur İnşaat şirkəti şəxsən ona 1200000 manat pul ödəməlidir. Bunu Böyük Britaniya vətəndaşı olan Nur İnşaat şirlətinin direktoru Rüstəm Abdullayev bildirib.

 Qarşısına qoyduğu məqsədə çatmaq üçün Vergilər Nazirliyinin müfəttişi və biznesmen ağıla sığmayan yollara əl atmaq qərarına gəlib. Bu çirkin əməlində informasiya dəstəyi qazanmaq üçün Namazov “sarı mətbuata” üz tutub və artıq iki həftədir ki, tikinti şirkəti rəhbərliyini ləkələmək məqsədilə iftira dolu yazılar yazdırır, Fərid Əliyevi ətrafında qalmaqalın hələ də səngimədiyi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun tərəfdaşı kimi cəmiyyətə təqdim etməyə çalışır.

 Vergilər Nazirliyinin əməkdaşı və fitnes klub sahibinin banklara 600 min ABŞ dolları borcu var

 Bütün bu qalmaqal 2014-cü ildə Böyük Britaniya vətəndaşı və Nur İnşaat şirkətinin rəhbəri Rüstəm Abdullayevlə Vüqar Namazovun keçmiş şərikiCeyhun Vəliyev arasında Emerald Palace yaşayış binasında müəyyən ərazinin icarəyə götürülməsi barədə müqavilənin baglandığı andan başlayıb.

 2014-cü ilin sentyabrından 2019-cu ilin eyni ayına qədər Namazov icarəyə verən qarşısında hər ay 9 000 manat pul ödəyəcəyi barədə öhdəlik götürüb.

 Qeyd edək ki, icarəyə verənlər Namazov şəxsən danışıqlar aparıb, Vəliyevin imzası isə formal xarakter daşıyıb ( bir qədər sonra Namazov sənədləri xanımının adına keçirib). Fitnes klubun da sahibi Namazovun özüdür. Amma o zamanlar nə Fərid Əliyev, nə də Rüstəm Abdullayev icarəyə götürənin Vergilər Nazirliyi əməkdaşı olduğunu bilməyib. Namazov bu məlumatı sirr saxlayaraq özünü idmançı kimi təqdim edib və bu təsadüfi olmayıb. Belə ki, Namazovun qanuna əsasən sahibkar fəaliyyəti göstərmək hüququ yoxdur.

 Rüstəm Abdullayevin dediyinə görə, artıq onda o, Namazovla hər hansı əməkdaşlıq etməsindən təəsüflənib. “ 2014-cü ilin mayında o yanımıza gəldi və binada sahə icarəyə götürmək niyyətində oldugunu bildirdi. Biz onun idmançı olduğunu (o, özünü belə təqdim edirdi), öz biznesini qurmaq istədiyini düşündük. O, bizə vaxtlı vaxtında ödəniş edəcəyinə söz verdi. Müqaviləyə görə, Nur İnşaat Vüqar Namazovu 2014 –cü ilin sentyabrına kimi, yəni sahəni təmir etdiyi 4 ay müddətinə icarə haqqından azad etdi. Beləliklə, müqavilə imzalayarkən sənədin şərtlərinə görə, Vuqar Namazov 3 aylıq icarə haqqını ödədi və növbəti icarə pulunu 2015-ci ilin yanvarında verəcəyini öhdəsinə götürdü.

Yanvarda Namazov təmir işlərinin uzandığını deyərək növbəti yeddi ayda bir qəpik də olsun icarə haqqı vermədi. Bununla da o, müqavilənin şərtlədini pozdu. Və yalnız 2015-ci il avqustun 5-də , yənı razılaşmanın imzalandığı gündən 15 ay keçəndən sonra 2000 manat ödəyərək borclarını baglamaq şərti ilə aylıq haqqı vaxtı vaxtında verəcəyini dedi. Amma sözünün üstündə durmadı.

19 aylıq icarə müddətində Namazov 171000 manat əvəzinə 66 000 manat ödəyib. Beləliklə, onun borcu bu günə elektrik haqqını çıxmaq şərti ilə 105 min manat təşkil edir”, — deyə R.Abdullayev vurğulayır.

R.Abdullayevin dediyinə görə, şirkət əməkdaşları Namazovdan icarə haqqını qəpik-qəpik qoparmaga çalışıb. Halbuki həmin vaxta fitnes klubun ayda 80 manat abunə haqqı ödəyən 1200 müştərisi olub. Yəni Namazovun aylıq gəliri 96 min manat təşkil edib.

Bu arada Abdullayev müəyyən edib ki, Namazovun müxtəlif banklara 600 min ABŞ dolları borcu yığılıb və onun bütün əmlakı girov qoyulub. Məsələn, trenajor aldığına görə onun TEXNOJYM şirkətinə 38,700 ABŞ dolları, idman mərkəzində təmir işləri aparan podradçıya isə 12,500 manat borcu var. “Bu rəqəmlər dəqiqdir. Həmin adamlar bizim şirkətə gəlib və mən şəxsən onlarla görüşmüşəm. Məncə, məhz bu səbəbdən Namazov müxtəlif yollarla bizdən 1200000 manat almaq, kreditlərini qaytarmaq və əmlakını geri götürməyə çalışır. O iddia edir ki, klubun təmirinə məhz bu qədər pul xərcləyib. Amma o, yalan danışır. Mən audit təşkil etməyə və təmirin dəyərini müəyyənləşdirməyə hazıram. Şərtləri yerinə yetirmədiyi üçün mənim birtərəfli qaydada müqaviləni pozmaq hüququm var”, — deyə Abdullayev bildirib.

 Vergilər Nazirliyinin əməkdaşı Altes Group şirkətinin hazırda axtarışda olan vitse prezidenti ilə iş birliyinə girib.

İcarə haqqı borcu Nur İnşaat şirkətinin Namazovun yaratdığı yeganə baş ağrısı deyil. V.Namazov həmçinin böyük həcmdə istehlak etdiyi elektrikin haqqını da ödəmək istəmir.

 «Biizm o ərazidə 3 binamız var və onların hər biri 123 kilovatt/saat elektrik enerjisi istehlak edə bilər. Amma tək o 120 kilovatt/saat elektrik istehlak edib. Həmin vaxt sakinlərin sayının az olması və liftlərin çoxunun işləməməsi səbəbindən biz ona belə imkan yaratmışdıq. O zamanlar altı liftdən üçü çalışırdı. Onun isə saunası, istilik sistemi və xeyli sayda trenajoru işləyirdi. Namazov düşünürmüş ki, hər binaya 370 kilovat/saat elektrik enerjisi norması ayrılıb. Onun təkcə işıq pulu borcu 17 min manatdır. Bu səbəbdən “Bakielektrikşəbəkə” tərəfindən bizə elektrik enerjisi verilişinin dayandirılması təhlükəsi yarandı. Təkcə Namazovun günahı üzündən binanın bütün sakinləri işıqsız qala bilərdi. Əlbəttə biz buna yol vermədik. Odur ki, icarədarın bütün borclarını özümüz ödəməli olduq. Bundan sonra biz onun işığını kəsdik”, — deyə Abdullayev bildirdi.

Amma bu Namazovu dayandırmayıb. O, kluba yüksək güclü köhnə generator quraşdırıb işə salmaqla havanı zəhərli qazlarla çirkləndirməyə başlayıb. Namazov icarəyə götürdüyü əraziyə su qızdırmaq üçün qaz balonları yerləşdirərkən binadan tüstü çıxmağa başlayıb.

Bununla bağlı sakinlər Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Məktubda göstərilən faktları araşdırmaq üçün Yasamal rayon icra hakmiyyəti tərəfindən komissiya təşkil olunub və bəlli olub ki, Namazov təmir zamanı texniki tələbləri pozaraq sanitar qovşaq və digər konstruksiyaları temperatur tikişlərinin üstündə quraşdırıb. Bu kimi hallar tikinti normalarının ciddi pozuntusu kimi qiymətləndirilir və binanın seysmik davamlılığını aşağı saldığından bina sakinləri üçün təhlükə yaradır.

 Şirkət direktoru bildirir ki, vergilər nazirliyi əməkdaşının bir il yarım ərzində fitnes klubdan gəlir götürməsi və vergi ödəməməsi barədə də məlumatı var. Namazovun bu ilin fevralına kimi, hətta Fərdi vergi nömrəsi (FVN) belə olmayıb. Şirkət məhkəməyə mürciət edəndən sonra, o, 2016-cı ilin 19 fevralında xanımının adına FVN alıb. Bir sözlə Vergilər Nazirliyi əməkdaşı AR CM 192-ci maddəsinə zidd sahibkar fəaliyyəti ilə məşgul olub.

«Bu kimi addımlar atdığımızdan Namazov daha da azğınlaşaraq bizi hədələməyə və mətbuatda biabır edəcəyi ilə qorxutmağa başladı. O, hətta Facebookda Altes Azərbaycan saxta səhifəsini açıb. Orada mənim barəmdə, şirkət haqqında yalan məlumatlar verir və yayır. Daha sonra mənim adımdan yazaraq bildirir ki, guya mən onunla əməkdaşlıqdan təəssüflənmirəm. Namazov hər yerdə bizi sabiq nazir Eldar Mahmudovun tərəfdaşları adlandırarar öz hərəkətləri ilə Altes Group-un imicinə xələl gətirir”, — deyir R.Abdullayev.

Martda Rüstəm Abdullayev və Fərid Əliyev Yasamal rayon polis idarəsinə ərizə ilə müraciət edərək Vüqar Namazovun binadan çıxarılacağı təqdirdə tikilinin obyekt və divarlarını qırmaqla hədələdiyini bildirib. İddiaçılar təkçə V.Namazov barəsində deyil həmçinin onun tərəfdaşı Saleh Nəsirovla da baglı cinayət işi qaldırılmasınıtələb edib.

 Bundan başqa Nur İnsaat məhkəmədən müqavilə şərtlərini pozduğu üçün Vüqar Namazovu tutduğu ərazidən çıxartmağı tələb edib. Məhkəmə borclu olması səbəbindən onun bütün əmlakına həbs qoyub. Amma məhkəmə qərarını belə Namazov ərazini boşaltmaq üçün yetərli saymır. “Namazov hər şeyi qulaq ardına vurur. O, ağlını tamam itirib”, — deyir Abdullayev.

 Onun sözlərinə görə, Namazovun bütün qanunsuz fəaliyyəti barədə Vergilər Nazirliyinə məlumat verilib.

 Bütün bunlarla bağlı Yasamal rayon polis idarəsinni istintaq bölməsində bildirirlər ki, hazırda polis iki ərizə üzrə araşdırma aparır. Onlardan biri R.Abdullayev, digəri isə F.Əliyevin ərizəsidir. Belə ki, paralel olaraq Vüqar Namazovun iddia ərizəsi də icraata götürülüb. Həmin ərizədə Namazov Nur İnşaat şirkətini onun 200000 manatı məbləğində pulunu ələ keçirməkdə suçlayır. Öz ərizəsində Namazov iddia edir ki, fitnes klubun təmirinə 500000 manat pul xərcləyib. Bunu sübut etmək üçün onun tərəfindən bu məbləği təsdiq edən audit təşkil olunub.Amma podryadçı bu qiymətləndirmə ilə razılaşmır və təmirə maksimum 300000 xərclədiyini deyir.

Polisdə həmçinin bildirdilər ki, ərizələrin heç biri əsasında hələlik cinayət işi qaldırılmayıb.

Martın 20-da Nur İnşaat rəhbərliyi Namazova qarşı cinayət işinin qaldırılması ilə bağlı DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş Polis İdarəsinə müraciət edib və bu gün Namazov işin araşdırılması məqsədi ilə həmin idarəyə dəvət olunub.

Bu arada, Vüqar Namazov barəsində firildaqçılıq maddəsi ilə Yasamal polis idarəsində cinayət işi açıldığından Dubaya qacmıç Nur İnşaat şirkətinin sabiq vitse prezidenti Polad Kabulovla iş birliyinə girib. Kabulov 16 dekabr 2013-cü ildə Dubaya yollanıb, bundan bir gün sonra isə məhkəmə onun şirkətə 300000 manat borclu olması barədə qərar verib. Başqa qərara görə, Kabulov Altes Group-a 700000 manat borcludur. Hazırda Kabulov Namazova Altec Group rəhbərliyini ləkələyən məlumatlar ötürür.

«Məsələn onlar bilirlər ki, Eldar Mahmudov səkkiz il əvvəl Altes Group-da yaşayış sahəsi alıb. Burada kriminal nə varə Bizim binada ölkənin bir çox məşhur adamları, o cümlədən də nazirlər yaşayır. Hələ milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən qalmaqalla kənarlaşdırılmazdan qabaq Kabulov MTN Antiterror Mərkəzinin müdir müavini, 1 nömrəli Bakı istintaq təcridxanasında özünü asmış İlqar Əliyevlə aramızı vurmaq istəyirdi.

Bütün deyilənlərlə baglı Vüqar Namazovun özü ilə əlaqə saxlamağa cəhd etdik.

 Bizimlə söhbətdə Namazov bildirib ki, Emerald Palace yaşayış binasında tutduğu ərazini yalnız Altes Group şirkıti ona 1200000 manat ödədikdən sonra boşaltmaq niyyətindədir. “Əks halda mən onlarla sosial şəbəkə və mətbuat vasitəsilə mübarizə aparacam”, – deyə Vüqar Namazov vurğulayıb.

 Namazovla əlavə danışmaq üçün Vergilər Nazirliyi ilə də əlaqə saxladıq və bəlli oldu ki, nazirlik əməkdaşlarının belə şəxsin bu qurumda çalışmasından ümumiyyətlə xəbəri yoxdur. Halbuki Altes Group şirkətinin vəkili Vergilər Nazirliyinə müraciət edib və ona verilən rəsmi cavabda göstərilib ki, Namazov Vergi Daxilolmalari üzrə İlkin İstintaq Departamentinin Mühafizə və Təhlükəsizlik Xidmətinin birinci şöbəsinin əməkdaşıdır. Amma Namazov pauerliftinq üzrə yarışlarda iştirak etdiyi üçün işə gəlmir.

 Sonda qeyd edək ki, yaranmış son maliyyə böhranı ilə əlaqədar prezident İlham Əliyev sahibkarları öz fəaliyyətlərini aktivləşdirməyə, məmurları isə sahibkarlara mane olmamağa çağırıb. Ümid edək ki, hüquq mühafizə orqanları bu münaqişəyə aydınlıq gətirəcək və ədalət öz yerini tutacaqdır.

Mənbə: Comments.az

«Mən bu məktubu göz yaşımla yazıram. Mənim bir qızım əlildir. Bizi Tofiq saxlayırdı, onu da həbs etdilər»
 Bir müddət əvvəl həbs edilən satirik şair Tofiq Həsənlinin anası Zərifə Cəlalova "Azadlıq” qəzetinə müraciət edib.
 Onun müraciəti oğlunun haqsız həbsilə bağlıdır. Zərifə xanım yazır: "Mən Tofiq Həsənlinin anasıyam. Oğlum şeir yazdığına görə onu həbs ediblər. Tofiqə zamanın Sabiri deyirlər. Mənə yalan danışmaq ayıb olar. Tofiq müqəddəs yerlərin hamısını ziyarət edib. Tofiqin mərsiyələri məclislərdə deyilir.
 Mən əl xəttiylə yazıram, qüsura baxmayın. 70 il əvvəl oxumuşam, yaşım 80-nə çatıb. Mən bu məktubu göz yaşımla yazıram. Mənim bir qızım əlildir. Bizi Tofiq saxlayırdı, onu da həbs etdilər. Deməyə sözüm çoxdur, amma hamısını deyə bilmirəm”.
 Qeyd edək ki, Tofiq Həsənli satirik şeirləri ilə tanınıb. O, şeirlərini öz səsləndirməklə sosial şəbəkələrdə yayırdı. Tofiq Həsənlinin hədəfində rüşvət, yalan, əliəyrilik, qısası bütün naqisliklər idi. Bu baxımdan onun şeirləri Azərbaycan hakimiyyətini də narahat edirdi. Nəhayət, parlament seçkilərilə bağlı yazdığı satirik şeir onun həbsini şərtləndirdi. Hakimiyyət bu şeirdən sonra onu şərləyərək həbs etdi. Onu da qeyd edək ki, Tofiq Həsənlinin həbsi bir neçə gün gizlədilib. Onun oğurlanması barədə məlumatların dərc olunmasından sonra hüquq-mühafizə orqanları Tofiq Həsənlinin həbsi barədə məlumat yaymağa məcbur oldu.

Nazirlər Kabineti Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda dəyişiklik edib.
Bu Qaydalar mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslərə şamil olunur.
Qaydalara əsasən indiyə qədər avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Nəqliyyat Nazirliyi tərəfindən verilirdi. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalı idilər. Dəyişikliyə əsasən Bakı şəhəri üzrə sərnişin daşıma ilə bağlı Nəqliyyat Nazirliyinin bu sahədəki səlahiyyətləri ləğv olunub. Başqa sözlə, bundan sonra Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Nəqliyyat Nazirliyi tərəfindən veriləcək. Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.(apa) 

137 -dən səhifə 148