Friday, September 22, 2017

Azərbaycanda ötən il və bu ilin 9 ayı ərzində intihar edənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov "Report”un sorğusuna cavab olaraq bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub.

Ancaq intiharın səbəbləri barədə nazirlik açıqlama verməyib.

Müşahidəçilər hesab edirlər ki, son vaxtlar intihara daha çox maddi və sosial çətinliklər, o cümlədən, kredit borclarını ödəyə bilməmək kimi hallar səbəb olub.

"Deputat deyir ki, elə bil pulu qumarda uduzmusan, unut getsin”

"Deputatın villasında aylarla əziyyət çəkib işlədik, axırda pulumuzu vermədi. Çox get-gəldən sonra dedi ki, "elə bil pulu qumara qoyub uduzmusan, unut getsin”.

Mən unudaram unutmasına, gətirdiyim fəhlələrə, ustalara nə deyim? Onlar mənim yaxamdan yapışıb pullarını istəyirlər axı”.

Bu sözləri Ağdamdan olan məcburi köçkün Zülfüqar Əliyev deyir. O, deputat Mirzəcan Xəlilovdan şikayətçidir.

"Bugünə qədər pulumuzu ala bilməmişik”

Zülfüqar Əliyev deyir ki, təkcə, işçilər deyil, tikinti materialları aldığı mağazalar da pulunu istəyir:

"Fəhlələrdən ibarət briqadam var. Fərdi evlərdən tikinti, təmir sifarişləri alıb işləyirik. 2013-cü ildən 2014-cü ilədək işçilərimlə birgə "Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi işini görmüşük. Ancaq bugünə qədər pulumuzu ala bilməmişik”.

"Deputat seçiləndən sonra, ümumiyyətlə, yaxın düşə bilmirik”

Zülfüqar Əliyev deyir ki, Mirzəcan Xəlilovda 55 min manat alacağı var. Pulumuzu verməmək üçün min bir bəhanə gətirir: "Əvvəl yenə zənglərimizə cavab verirdi. Deputat seçiləndən sonra, ümumiyyətlə, yaxın düşə bilmirik.  Bizdə olan nömrələrə zəng edirik, köməkçisi İlham götürür. Deyir, bu gün olacaq, sabah olacaq… İki ildir sürünürük, pulumuzu ala bilmirik”.

"Millət vəkili vətəndaşı 100 min manatlıq təzminat tələbi ilə məhkəməyə verib”

Millət vəkili sonda Zülfüqar Əliyevi Abşeron Rayon Məhkəməsinə verib: "Guya onun işini yarımçıq qoyub, pulu alıb qaçmışam. O da sonradan başqa briqada ilə danışıb, işini onlara gördürüb. Bu iddia məhkəmədə təsdiqini tapmadı”.

Sonradan Z.Əliyev Mirzəcan Xəlilovla bağlı Milli Məclisin komitələrinə və hüquq-mühafizə orqanlarına məktublar göndərməyə başlayıb. Bunu eşidən millət vəkili bu dəfə də onu 100 min manat təzminat tələbi ilə Ağdam Rayon Məhkəməsinə verib:

"Guya onların şərəf və ləyaqətini alçaltmışam. Beləcə, həm günahkar, həm də güclüdülər”.

"Bizim heç kimə borcumuz yoxdur”

Zülfüqar Əliyev deyir ki, öz payına düşən məbləği istəmir, yetər ki, fəhlələrin pulu ödənsin:

"Tikinti materialı satanlar da məndən əl çəkmirlər. Mən ora-bura məktub yazandan sonra deputatın köməkçisi mənimlə görüşdü, dedi ki, tezliklə problem həll olunacaq. Bugünə qədər səs-soraq yoxdur. Ağdam məhkəməsi isə görülən işləri dəyərləndirmək üçün ekspertiza təyin edib, villaya baxış keçirib. Təkcə villaya, halbuki, villanın ətrafındakı hasarlanma işlərini də biz görmüşük.

Meydan TV məsələyə münasibət öyrənmək üçün millət vəkilinin telefonuna zəng edib. Mirzəcan Xəlilovun özünü İlham kimi təqdim edən köməkçisi bildirib ki, Zülfüqar Əliyevin dediklər yalandır:

"Necə oldu ki, adam 2013-cü ildə iş gördü, pulunu almadı və susdu? Mirzəcan müəllim millət vəkili olandan sonra başlayıb şantaj etməyə. Bu 3 ildə harda yatmışdı? Niyə tələb etmirdi pulunu? Özü də 55 min manatlıq əmək haqqı olmur. Yalan danışır, elə bir şey olmayıb. Biz onunla bağlı məhkəməyə müraciət etmişik. Bu barədə şər-böhtan yayan media qurumlarını da məhkəməyə verəcəyik. Bizim heç kimə borcumuz yoxdur”.azadliq.info

Hazırda mətbuat orqanlarında adı ən çox tikinti və maliyyə dələduzluğunda hallanan adamlardan biri də Aydəm İsmayılovdur

Keçmiş MTN-nin iş adamlarımızın başına gətirdiyi bütün oyunların içindən bu adam çıxır.

 Banklardan milyonlarla dollar alıb qaytarmaması məhkəmələr tərəfindən təsbit olunmasına, aldatdığı bir çox iş adamının ölkə rəhbərindən tutmuş hüquq mühafizə orqanlarına qədər müxtəlif instansiyalara müraciətlərinə, problemlərini mətbuat orqanlarında ictimailəşdirməsinə baxmayaraq, Aydəm İsmayılova “gözün üstə qaşın var” deyən yoxdur.

Bu da istər-istəməz ictimai vicdanda bəzi sualların ortaya çıxmasına yol açır: Görəsən, bu cür etibarlı təhlükəsizlik zirehi geyinmiş bu adam kimin himayəsindədir? Axı dünənə qədər onun himayəsinə sığındığı MTN artıq yoxdur. Həmin qurumu idarə edənlərin böyük əksəriyyəti ədalət qarşısında cavab verirlər. Baxmayaraq ki, MTN sefi hələ də azadlıqdadır, amma Eldar Mahmudovun əvvəlki qüdrətini itirmədiyinə inanmaq da sadəlövhlük olardı. Bəs, kimdir Aydəm İsmayılovun əsl himayədarı?

Nə yazıq ki, cəmiyyətimiz beynini qurcalayan bu suallara cavab tapmadıqca, atalar sözündə deyildiyi kimi, mal bir yana, güman min yana gedəcək. Aydəm İsmayılovun iş adamlarını aldadarkən, bir çox mötəbər şəxslərin adını çəkməsi və həmin aldadılmışların bu faktı ictimailəşdirməsi də malla gümanın fərqli istiqamətlərə yönəlməsində müstəsna rol oynayır. Xoşagəlməz dedi-qodulara yol açan belə məlumatlardan biri iş adamı, "Evrotikinti" MTK sədri N.Sadıqovun dövlət başçısı İlham Əliyevə ünvanladığı və mətbuat orqanlarında dərc olunan müraciətidir. Həmin müraciətdə deyilir:

``2010 cu ilin avqust ayında Bakı şəhəri Heydər Əliyev Prospekti 105, 195-ci məhəllədə 12 mərtəbəli binanın tikintisinə başladım. Aydəm İsmayılov bildirdi ki, Heydər Əliyev prospektində yuxarının razılığı olmadan heç kəs tikinti tikə bilməz. Aydəm İsmayılov bizdən tələb etdi ki, Mənzil Tikinti Kooperativinin 10 faizini Prezident Aparatının məsul şəxsinə (Müraciətdə həmin şəxslərin birbaşa adı çəkilsə də, qarşı tərəfin mövqelərini öyrənmək imkanımız olmadığı üçün yayımlamadıq-Strateq.az), 20 faizini isə özü ilə yanaşı hörmətli generallardan birinə verilməlidir. Aydəmin dediyinə görə, həmin şəxslər dövlət adamları olduğu üçün şirkət payları onların adına olmaz və onların şəxsi nümayəndəsi kimi şirkətin 30 faizini öz adına, yəni Aydəmin adına sənədləşməsini bizdən tələb etdi”.

Baxmayaraq ki, elə həmin müraciətində iş adamı bu mötəbər şəxslərin adıyla aldadıldığını da etiraf edir: “İndi aldandığımı başa düşürəm və inanmıram ki, Aydəmin bu işlərindən həmin generalların xəbəri var”. Bununla belə, Azərbaycan hüquq mühafizə orqanları, ən azı, dövlətin ədalət imicini qorumaq naminə lazımi addımlar atmalı,  yarana biləcək dedi-qoduların qarşısını almaq üçün iş adamlarının şikayətlərinə xüsusi diqqətlə yanaşmalıdır. Ən azı ona görə ki, bu kimi ittihamlar dövlətə ümumxalq etibarını da sarsıda bilər.

Strateq.az-ın əldə etdiyi bəzi məlumatlar isə Aydəm İsmayılovun ölkəmizin ən aparıcı maliyyə qurumlarıyla da ciddi əlaqələrinin olduğunu təsdiqləyir. Ötən yazımızda qeyd etdiyimiz kimi, onun ciddi maliyyə resurslarına sahib olmasında Milli Bankın sədri Elman Rüstəmov birbaşa rol oynayıb. İkilinin birgə əməkdaşlığı hər hansı layihəyə öz ciblərindən pul qoymadan böyük sərvət qazanmaq məntiqinə əsaslanıb. “Boş patron"la "qaz vurub qazan doldurmaq” mexanizmi isə çox sadə imiş: Aydəm İsmayılov alacaqları krediti girovlarla təmin etməli, Elman Rüstəmov isə aşağı faizlə bu layihələrə vəsait ayrılmasını banklardan birinə tapşırmalıydı. Aşağıfaizli kreditin ayrılması isə "Texnika Bank"a həvalə edilir. Di gəl ki, kredit borcları sonradan ödənilmir və bank 25 milyon dollar ziyana salınır. Bu cür problemli kreditlər ucbatından həmin bank ötən ilin avqust ayında iflas bayrağını qaldırır.

Halbuki, bundan bir neçə ilə qədər “Texnika Bank” ölkənin ən qüdrətli bankı hesab olunur, heç bir həmkarı onunla rəqabət apara bilmirdi. Bank o qədər qüdrətlənmişdi ki, bəzi həmkarlarını belə “yeməyə” hazırlaşırdı. Qısa müddətdən sonra “Texnika bank” o dövrün ən qabiliyyətli bankiri hesab olunan Cahangir Haciyevin vasitəsilə sıradan çıxarılır. Banka nəzarət Beynəlxalq bankın prezidentinə həvalə olunur. Əslində isə “Texnika bank”ın yeni sahibi sayılan Cahangir Hacıyev də sələfi Etibar Əliyevdən daha təmiz deyildi. Necə ki, eyni vaxtda faktiki olaraq, həm “Texnika “Beynəlxalq Bank”a , həm də “Texnika bank”a rəhbərlik edən “təcrübəli bankir”in sayəsində qısa müddətdən sonra Azərbaycanın maliyyə resurslarının iş adamlarına peşkəş çəkilməsinin üstü açılacaq və Cahangir Hacıyev öz layiqli cəzasını alacaqdı. Və məhkəmə iclaslarının birində Cahangir Hacıyev istintaqa vəsatətlə müraciət edəcəkdi ki, onun Elman Rüstəmov və Samir Şərifovla üzləşdirilməsi təmin olunsun: çünki o, kreditləri təkbaşına verməyibmiş. Çoxmilyonluq kreditlərin verilməsinə nəzarət edən qurumların rəhbərləri məhz bu iki şəxs olub. Təəssüf ki, məhkəmə müttəhimin bu vəsadətini təmin etməyəcək və Cahangir Hacıyev təkbaşına günah keçisinə çevriləcəkdi.

Əldə etdiyimiz məlumatların analizi Cahagir Haciyevin bu vəsadəti qaldırmasının heç də təsadüf olmadığını ortaya qoyur.  Bildirildiyinə görə, “Texnika Bank”-dan aldığı və sonradan bir qəpik belə qaytarmadığı kreditlə böyük sərvətə sahib olan Aydəm İsmayılovla bu krediti ona verilməsini təşkil edən Elmar Rüstəmovun şəriklik əlaqələri olub. İkilinin tanışlığı isə də baş bankirin yaxın adamı Akif Kərimovun vasitəçiliyi ilə baş tutub: “Bu tanışlıqdan əvvəl Akif Kərimovla (əslində Elman Rüstəmov) hazırda həbsdə olan Rauf Kərimov adlı iş adamı 28 may küçəsində yerləşən “Bakı Mehmanxanası”nın torpaq sahəsində hündürmərtəbəli yaşayış evi inşa edirmişlər. Elə həmin dövrdə Rauf Kərimov dostu Aydəm İsmayılovu bacarıqlı biznesmen və biznes meneceri kimi Akif Kərimova çıxarıb. Aydəm İsmayılov öz təkliflərini Akif Kərimova çatdırıb. Maraqlı təkliflərdən biri də Səbail rayonunda Nizami küçəsində yerləşən keçmiş ayaqqabı fabrikini (“Arena" ASC) almaq və onun yerində hündürmərtəbli yaşayış evini tikmək olub. Bu təklif Akif Kərimovun diqqətini üçün o qədər cəlb edib ki, iş adamı onu öz şefi Elman Rüstəmova çatdırıb”.

“Akula” Akifin “sağ əli” Aydəm İsmayılovla Elmar Rüstəmovun şərikliyi belə başlayır.

2007-ci ildə ikili “Arena” ASC-nın səhmlərini aldıqdan sonra cəmiyyətə direktor Elman Rüstəmovun tələbə yoldaşı Elburus Məmmədov təyin edilir. Lakin Elburus Məmmədov idarəetmədə yol verdiyi qüsurlara görə bir müddətdən sonra işindən uzaqlaşdırılır və onun yerinə Elman Rüstəmovun qohumu və yerlisi Həşim Hüseynov gətirilir. Bir müddətdən sonra Aydəm İsamyılov Həşim Hüseynovla da yola getmir və bu mübahisənin sonu Həşim Hüseynovun işi ilə vidalaşması ilə nəticələnir.

Məlumatlara görə, Aydəm İsmayılovun ortaq biznes layihələrində baş bankirin adamlarını bir-bir təmizləməsində MTN-ə bağlılığının da böyük rolu olub. O, öz “mühafizə çətiri”ni yanında gəzdirmək üçün Eldar Mahmudovun “piyalə yoldaşı” “Akula” Akifə uzun müddət idarə etdiyi “Arena” ASC-də pulsuz ofis verir: “Arena” ASC-nin binasında yerləşən “EMPORİUM” oteldəki 101 saylı  otaq Akula Akifin istifadəsində olmuşdur. Həmin otağın arxa tərəfə çıxışı olduğu üçün təhlükəsiz hesab edildiyindən, Aydəm İsmayılov və "Akula" Akif məhz bu otağı öz istifadələrində saxlamış, bütün görüşlərini burada keçirmiş və iş adamlarının başına birgə corab hörmüşlər”

Baş bankirin bütün yaxın adamlarını müxtəlif yollarla sıradan çıxaran Aydəm İsmayılov onun bir nömrəli adamına çevrilir. Bu yaxınlıqdan sonra ikili bir sıra biznes layihələrini birgə həyata keçirirlər. Maraqlıdır ki, Azərbaycana neft pullarının axdığı sıralarda qeyri-neft sektorunun inkişafı layihələrinə investisiya yatırmaq haqqında düşünmək əvəzinə, baş bankirin Aydəm İsmayılovla əməkdaşlığı tamamilə bu strategiyanın əleyhinə yönəlib. Halbuki, digər iri məmurlarımızdan fərqli olaraq Elmar Rüstəmov savadlı iqtisadçı kimi tanınır. Onun Azərbaycana qızıl gətirən neft bulağının nə zamansa quruyacağını və ölkənin iqtisadi müstəqilliyi üçün qeyri-neft sahələrinin yaranmasına ehtiyac duyulduğunu anlamaması mümkün deyildi. Di gəl ki, baş bankirin Aydəm İsmayılovla birgə fəaliyyətinə nəzər salanda qəribə bir təzadlıqla qarşı-qarşıya qalırıq. İkili adətən Bakının müxtəlif yerlərində sənayə müəssisələrini alıb uçurur, yerində isə göydələnlər ucaldırmışlar.

Bunlardan biri də “Sahil” Metrosu ilə üzbəüz, Üzeyir Hacıbəyov küçəsində yerləşən, vaxtı ilə Ə.Bayramov adına tikiş fabriki olmuş binadır: “Binanın  tikintisini Elman Rüstəmova məxsus şirkət həyata keçirir. Həmin əmlakın alınmasında Aydəm İsmayılov vasitəçilik edib. Ona görə də Elman Rüstəmov həmin inşaatda Aydəm İsmayılova 10 faizlik pay verib. İnşaat işlərinə Aydəm İsmayılov 1 manat da olsun pul vəsaiti ödəməyib. Bu işdə onun əsas vəzifəsi layihə və sənədlərin müvafiq qurumlarla razılaşdırılmasını təşkil etmək olub”-informasiya mənbəyimiz belə deyir.

Baş bankirin Bakının mərkəzindəki sənaye müəssisələrinin yerində göydələnlər ucaltmasının səbəbləri əslində başadüşüləndir. Sahil metrosu kimi mərkəzi yerlərdə ucalan bu cür bina inşaatı layihələrə yatırılan investisiyanı çox böyük qazancla geri qaytardığından, Elman Rüstəmov həvəslə ona kapital ayırır. Axı, baş bankirin pul tapmaq problemi də yoxdur. Pul, necə deyərlər, bir onun rəhbərlik etdiyi Mərkəzi Bankda, bir də ingilis bankında. Bizim baş bankirimizin nəyi Rotşilddən əskikdir ki?

Verilən məlumata görə, tikiş fabrikasının yerində inşa olunan həmin bina Bakının memarlıq baxımından ən gözəl tikilisi hesab olunur. Ağ mərmərlə üzlənən və ortasına qırmızı mərmərlə xüsusi gözəllik verilən bina paytaxtın ən bahalı yaşayış obyektlərindən sayılır. Hazırda fasadı tamamlanan, içərisində bəzi təmir işləri görülən binadakı mənzillərin kvadrat metri 4000 manatdan alıcılara təklif olunur. Yaxınlıqdakı binalarda isə bu qiymət  2000-3000 manat arasında dəyişilir.

Sözsüz ki, heç bir iş adamı bu cür xeyirli biznesi qoyub, fabrik və zavod tikintisinə pul yatırtmaz. Amma dövlət adamları həm də gərək ölkənin taleyini də düşünələr. Tez pul gətirən investisiyalardan daha çox, perspektivə istiqamətlənmiş layihələrə yönələlər. Özü də bunu şəxsi hesablarına yox, ölkədə bu təşəbbüslə çıxış edən işa adamlarının önünü açmaqla həyata keçirələr. Əks halda, onlar dövlət adamlığından çıxıb, ancaq öz maraqlarını qoruyan iş adamına çevrilər və dövlətin onlara həvalə etdiyi sahələri öz təsərrüfatları halına gətirərlər. Necə ki, hazırda Azərbaycan məhz bu tendensiyaların ağır bədəllərini ödəyir: dövlətin bütün maddi resursları bir neçə iri məmuru oliqarxlaşdıran perspektivsiz layihələrə sərf olunub, iqtisadi rəqabətin qarşısını kəsən monopoliyalar yaradılıb, nəticədə ölkəmiz ağır iqtisadi böhrana sürüklənib və defolt olacağı anı gözləyir.

Ölkənin maliyyə gücündən birbaşa məsuliyyət daşıyan Mərkəzi Bank sədrinin çiyinlərinə isə bu məsələdə daha ağır yük düşür. Məhz Elman Rüstəmov bu gedişata “yox” deməyi bacarmalı, qarşılaşacağımız indiki problemlərlə ölkə başçısını vaxtında xəbərdar etməli, iradları bir işə yaramayacağı təqdirdə, vicdanlı məmur kimi qovluğunu qoltuğuna vurub, ömrünün ahıl yaşını təqaüddə keçirməklə razılaşmalıydı. Əldə etdiyimiz məlumatların analizi isə onun bir sıra məsuliyyətsiz iş adamlarıyla qol-boyun olub dövlət əmlakını şəxsi təsərrüfat obyektlərində istifadə edilməsində rol aldığını göstərir.

Acınacaqlıdır ki, adı indiyə qədər müxtəlif dələduzluqlarda hallanan Aydəm İsmayılov belə, sənaye müəssisələrinə investisiya yatırmaq sahəsində öz şəriki Elman Rüstəmovdan daha həssas davranırmış. Heç olmasa, bu adam boru sənayesiylə ciddi məşğul olmağa çalışırmış. Elman Rüstəmov isə fabrik və zavodları alıb yaşayış yerlərinə çevrimək və bu müəssisələrin kiçik səhmdarlarının əllərindəki hissələrini ucuzlaşdırmaqla məşğul imiş. İnanmırsınızsa, gəlin, “Bizim yol” qəzetində 5/1/2015 tarixində dərc olunmuş bir yazıya diqqət yetirək. “Vətəndaş qiymətli kağızını niyə sata bilməz?” sərlövhəli yazıda bildirilir ki, 200-ə yaxın səhmdar cəmiyyətdə səhmi olan Solmaz Qəmbərova adlı vətəndaş qəzet əməkdaşına təkcə nominalı az qala milyon manat dəyərində olan səhmlərinə görə, illik qazancınız aşağı olmasından şikayətlənib:

“Səhmdar xanımın sözlərinə görə, son qarşılaşdığı ən şokedici hadisə isə ASC-lərin qiymətli kağızlarının satışına rəsmi və qeyri-rəsmi qadağanın qoyulmasıdır… Bakının mərkəzi Nizami küçəsi 92 ünvandakı keçmiş "Ayaqqabı Fabriki", hazırda "Arena" ASC-də xeyli qiymətli kağızı var, 2 ildir alqı-satqı edib, öz təbirincə desək, səhmləri adına "oturda" bilmir: "Müəssisədə səhmlərimin sayı 600 civarındadır, bunun bir hissəsi iki nəfər başqa adamın adındadır. Mübahisəli olan da kənar adamlarda olan səhmlərdir. Bu qədər qiymətli kağız adıçəkilən müəssisə üçün az səhm deyil. Bazarda satılsa, hər səhmin satış qiyməti 10 manatdır. Amma deyirlər ki, satışına "stop" var”…

Müəssisənin səhmlərini alqı-satqı edə bilmədiyi üçün səhmdar xanım Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Milli Depozit Mərkəzinə şikayət edib, ona "müəssisənin borcu var" deyiblər: "MDM-də dedilər ki, o səhmlərin satışına qadağa qoyulub. Səbəbini soruşdum, "biz də bilmirik" dedilər. Çox get-gəldən sonra qadağa tapşırığının "yuxarı"dan olduğunu söylədilər”.

İnformasiya qaynağımız Somaz xanımı narahat edən bu “Stop” müəmmasına aydınlıq gətirərək, deyir: “Arena” ASC-nin səhmlərinin səhm bazarında və birjada satılması cəmiyyətin əsas səhmdarları olan Aydəm İsmayılov və onun şəriklərinin marağına uygun deyildi. Məqsəd isə ondan ibarət olub ki, cəmiyyətin səhmlərini satmaq istəyən səhmdar yalnız Aydəm İsmayılova satmalıdır, həm də onun istədiyi qiymətə. Ona görə də  Aydəm İsmayılov bu müəssisədə ona ortaq olan Elman Rüstəmovdan cəmiyyətin səhmlərinin alqı-satqısını qeydə almamaq üçün Qiymətli Kağızlar Komitəsinin sədri Rüfət Aslanlıya tapşırıq verməsini xahiş etmişdi. Baş bankir bu ricanı yerinə yetirir. Rüfət Aslanlı da, öz növbəsində, əvvəlki şefinin xahişinə əməl edib və belə bir göstəriş verib. 2014-cü ildən etibarən cəmiyyətin səhmlərinin alqı-satqısının qeydiyyata alınmasına Milli Depozit Mərkəzində qeyri-rəsmi şəkildə “Stop” qoyulub. Bu da az səhmə sahib səhmdarların hüquqlarını məhdudlaşdırıb və onların haqlı narazılığına səbəb olub”.

Təsəvvür edirsinizmi, ölkənin maliyyə gücündən istifadə edərək özlərinə səltənət quranlar kasıb-kusubun “yavan əppəyinə” belə göz tikiblər. Onların qanuni haqlarını mənimsəmələri azmış kimi, heç bir əsas gətirmədən mülkiyyətlərini də dəyər-dəyməzinə əllərdən alırlar. Və bu məsələdə baş bankirin də adı hallandırılır.

İndisə, Elman Rüstəmovdan daha rasional düşünən ortağı Aydəm İsmayılovun “sənayeçiliyinə” qısaca da olsa nəzər salaq. Məlumata görə, o, Şirvan şəhərində yerləşən “Əli Bayramlı Boru Alətləri” ASC-in ən böyük səhmdarlarından biridir. Düzdür, onun bu şirkətdəki fəaliyyətinin “Arena” ASC-dəki əməllərindən fərqli olduğunu da demək çətindir. Amma fakt budur ki, bu müəssisəsinin səhmlərinin 80%-nə sahib olan Aydəm müəllim istehsalla da məşğul olub. Bildirildiyinə görə, o, həmin müəssisədə istehsal etdiyi boruları Neft şirkətinə belə, satmağı bacarıb. Baxmayaraq ki, sonradan məhsulların keyfiyyətsizliyi anlaşıldığından, SOCAR  həmin boru alışını dayandırıb.

Ölkənin bir çox pul gətirən müəssisələrində iri məmurların ortağı olan Aydəm İsmayılovun başqa şərikləri də var imiş. Onun dişinə vurduğu biznes sahələri içərisində ən diqqət cəlb edəni sahə "ölülərdən pul qazanmaq ticarəti" olub. Belə ki, İsmayılovun  həm Təzə Pir Məsçidində mərasim zallarını, həm də Bakıdakı VİP mərasim xidmətini işlətməsi qeyd olunur. Aydəm İsmayılovun bu sahədə şərikinin hörmətli şeyxin qardaşı Cavanşir Paşazadə olduğundan bəhs edilir. Sonradan aralarında yaranmış mübahisəyə görə şərikliyə xitam verilib və Aydəm İsmayılovun nümayəndəsi olan qardaşı Azər İsmayılov Təzə Pir Məscidindən qovulub. Hətta 2015-ci ilin yayında “ölü biznesində” yol verdiyi əməllərinə görə, qəhrəmanımızın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığı bildirilir. Yenə himayədarlarının minnətçi düşməsindən sonra o, azadlığa çıxmağı bacarıb. Maraqlıdır ki, Təzə Pir macəralarından sonra qəhrəmanımızın dadına bu dəfə də baş bankir çatıb və Azər İsmayılov 2016-cı ilin aprel ayında Elman Rüstəmovun nəzarəti altında olan “Arena” ASC-də sədr vəzifəsinə təyin edilib.

Bu qədər keşməkeşli həyat yolları keçən və hələ də kimin adamı olduğu bilinməyən Aydəm İsmayılov ən böyük "məharət"ini isə, təbii ki, tikinti sahəsində göstərib. Onun təsisçilərindən olduğu “Evro Tikinti” Mənzil Tikinti Kooperativindəki fəaliyyəti isə əsl dastan mövzusudur.(strateq.az)

Ucar rayonunda Şəffaflıq təşəbbüsü ilə bağlı məlumatlandırma sessiyası keçirilib. Qadınlar neft gəlirləri ilə bağlı məlumatlandırılıblar.

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 04 noyabr 2016-cı il tarixində Ucar rayonunda informasiya sessiyası keçirdi.

Ucar rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə 30-dan artıq təhsil, səhiyyə, mədəniyyət, kitabxana, muzey işçiləri və gənc xanımlar iştirak etdilər.

Ilk öncə söz açan L.Məlikova layihəyə dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirdi. O, təşkilatın daim qadınlarla bağlı layihə icra etdiyini bildirdi və qadınların maarifləndirilməsinin vacibliyini vurğuladı. Daha sonra L.Məlikova qlobal miqyasda şəffaflıq təşəbbüsünün meydana gəlməsini və burada məqsədin korrupsiyaya qarşı və şəffaf xərcləməyə yönəlik olduğunu bildirdi. Layihə rəhbəri yoxsulluğun azaldılması üçün şəffaflığı yeganə texnologiya olduğunu bildirdi.

Bundan sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının üzvü Məlahət Mürşüdlüyə verildi. M.Mürşüdlü şəffaflıq mövzusunda hazırladığı təqdimatla MHŞT prosesinin meydana gəlməsini, prosesdə vətəndaş cəmiyyətinin rolunu, MHŞT prinsiplərini ardıcıllıqla şərh etdi. O, neft gəlirlərinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini qeyd edərək proses nəticəsində hökumətin hesabatlılığının əhəmiyyətini göstərdi. M.Mürşüdlü eyni zamanda şəffaflıq təşəbbüsünün Azərbaycanda tətbiq olunmasını, standartın təkmilləşməsini və vətəndaş cəmiyyətinin rolunun güclənməsinin vacibliyini qeyd etdi.

Tədbirin ikinci məruzəçisi Rafiq Təmrazov üzvü olduğu Çoxtərəfli Qrupun fəaliyyətindən danışdı və vurğuladı ki, hökumət, şirkətlər və vətəndaş cəmiyyəti kimi QHT koalisiyasının üzvlərindən ibarət bu struktur ölkədə şəffaflıq təşəbbüsünü idarə edən strukturdur. R.Təmrazov bütün məsələlərin Çoxtərəfli Qrupda konsensusla qəbul edildiyini, vətəndaş cəmiyyətinin problemlərinin burada müzakirə olmsını qeyd etdi. Eyni zamanda Azərbaycanın şəffaflıq prosesində iştirakıyla əhəmiyyətli addımları sadaladı və qeyd etdi ki, 2015-ci ildə Azərbaycanın statusu aşağı enib və cari il ölkə üçün bu baxımdan əhəmiyyətlidir. Sonda R.Təmrazov Koalisiyanın fəaliyyət istiqamətlərini də şərh etdi.

Tədbirin sonunda isə iştirakçılar onları maraqlandıran məsələlərə dair suallar verdilər və qarşılıqlı müzakirə şəklində tədbir başa çatdı.

Ağdaş rayonunda Şəffaflıq təşəbbüsü ilə bağlı məlumatlandırma sessiyası keçirilib. Qadınlar neft gəlirləri ilə bağlı məlumatlandırılıblar.

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 31 oktyabr 2016-cı il tarixində Ağdaş rayonunda informasiya sessiyası keçirdi.

Ağdaş rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə 30-dan artıq təhsil, səhiyyə, mədəniyyət, kitabxana, muzey işçiləri və gənc xanımlar iştirak etdilər. Tədbiri açan H.Əliyev Mərkəzinin direktoru Şıxıyeva Tənzilə iştirakçıları salamladı və qonaqları təqdim etdikdən sonra sözü Lətafət Məlikovaya verdi.

L.Məlikova ilk öncə icra olunan layihəyə dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirdi. O, təşkilatın daim qadınlarla bağlı layihə icra etdiyini bildirdi və qadınların maarifləndirilməsinin vacibliyini vurğuladı. Daha sonra L.Məlikova qlobal miqyasda şəffaflıq təşəbbüsünün meydana gəlməsini və burada məqsədin korrupsiyaya qarşı və şəffaf xərcləməyə yönəlik olduğunu bildirdi. Layihə rəhbəri yoxsulluğun azaldılması üçün şəffaflığı yeganə texnologiya olduğunu bildirdi.

Bundan sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının üzvü Məlahət Mürşüdlüyə verildi. M.Mürşüdlü şəffaflıq mövzusunda hazırladığı təqdimatla MHŞT prosesinin meydana gəlməsini, prosesdə vətəndaş cəmiyyətinin rolunu, MHŞT prinsiplərini ardıcıllıqla şərh etdi. O, neft gəlirlərinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini qeyd edərək proses nəticəsində hökumətin hesabatlılığının əhəmiyyətini göstərdi. M.Mürşüdlü eyni zamanda şəffaflıq təşəbbüsünün Azərbaycanda tətbiq olunmasını, standartın təkmilləşməsini və vətəndaş cəmiyyətinin rolunun güclənməsinin vacibliyini qeyd etdi.

Tədbirin ikinci məruzəçisi Rafiq Təmrazov üzvü olduğu Çoxtərəfli Qrupun fəaliyyətindən danışdı və vurğuladı ki, hökumət, şirkətlər və vətəndaş cəmiyyəti kimi QHT koalisiyasının üzvlərindən ibarət bu struktur ölkədə şəffaflıq təşəbbüsünü idarə edən strukturdur. R.Təmrazov bütün məsələlərin Çoxtərəfli Qrupda konsensusla qəbul edildiyini, vətəndaş cəmiyyətinin problemlərinin burada müzakirə olmsını qeyd etdi. Eyni zamanda Azərbaycanın şəffaflıq prosesində iştirakıyla əhəmiyyətli addımları sadaladı və qeyd etdi ki, 2015-ci ildə Azərbaycanın statusu aşağı enib və cari il ölkə üçün bu baxımdan əhəmiyyətlidir. Sonda R.Təmrazov Koalisiyanın fəaliyyət istiqamətlərini də şərh etdi.

Tədbirin sonunda isə iştirakçılar onları maraqlandıran məsələlərə dair suallar verdilər və qarşılıqlı müzakirə şəklində tədbir başa çatdı.

Qəbələ şəhərində Mədən Hasilatında şəffaflıqla bağlı məlumatlandırma sessiyası keçirilib

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 24 oktyabr 2016-cı il tarixində Qəbələ şəhərində informasiya sessiyası keçirdi. Qəbələ rayonu “İnformasiya və Turizm üzrə Peşə Təlim Mərkəzi”ndə keçirilən tədbirdə əsas iştirakçı xanımlar təhsil işçiləri olsa da, mədəniyyət, kitabxana və muzey işçiləri də iştirak etdilər. Bütövlükdə tədbidə 30-dan artıq xanım iştirak etmişdir.

L.Məlikova əvvəlcə icra olunan layihəyə verilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirdi. O, təşkilatın daim qadınlarla bağlı layihə icra etdiyini bildirdi və qadınların maarifləndirilməsinin vacibliyini vurğuladı. Daha sonra L.Məlikova qlobal miqyasda şəffaflıq təşəbbüsünün meydana gəlməsini və burada məqsədin korrupsiyaya qarşı və şəffaf xərcləməyə yönəlik olduğunu bildirdi. Layihə rəhbəri yoxsulluğun azaldılması üçün şəffaflığı yeganə texnologiya olduğunu bildirdi.

Bundan sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının üzvü Rafiq Təmrazova verildi. R.Təmazov şəffaflığn əhəmiyyəti mövzusunda hazırladığı təqdimatla MHŞT prosesinin meydana gəlməsini, prosesdə vətəndaş cəmiyyətinin rolunu, MHŞT prinsiplərini ardıcıllıqla şərh etdi. O, neft gəlirlərinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini qeyd edərək proses nəticəsində hökumətin hesabatlılığının əhəmiyyətini göstərdi. R.Təmrazov eyni zamanda şəffaflıq təşəbbüsünün Azərbaycanda tətbiq olunmasını, standartın təkmilləşməsini və vətəndaş cəmiyyətinin rolunun güclənməsinin vacibliyini qeyd etdi. Daha sonra Rafiq Təmrazov üzvü olduğu Çoxtərəfli Qrupun fəaliyyətindən danışdı və vurğuladı ki, hökumət, şirkətlər və vətəndaş cəmiyyəti kimi QHT koalisiyasının üzvlərindən ibarət bu struktur ölkədə şəffaflıq təşəbbüsünü idarə edən strukturdur. R.Təmrazov bütün məsələlərin Çoxtərəfli Qrupda konsensusla qəbul edildiyini, vətəndaş cəmiyyətinin problemlərinin burada müzakirə olmsını qeyd etdi.

MHŞT üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasının Şura üzvü sevil Alahverdiyeva Azərbaycanın şəffaflıq prosesində iştirakıyla əhəmiyyətli addımları sadaladı və qeyd etdi ki, 2015-ci ildə Azərbaycanın statusu aşağı enib və cari il ölkə üçün bu baxımdan əhəmiyyətlidir. Sonda S.Allahverdiyeva MHŞT üzrə QHT koalisiyasının fəaliyyətindən, idarə olunmasından, beynəlxalq müstəvidə statusundan və görmək istədiyi işlərdən danışdı.

Sonda isə iştirakçıların sualları cavablandırıldı.

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 19 oktyabr 2016-cı il tarixində Göyçay rayonunda informasiya sessiyası keçirdi.

Göyçay rayonu tarix diyarşünaslıq muzeyində baş tutan tədbirdə 30-dan artıq təhsil, səhiyyə, mədəniyyət, kitabxana, muzey işçiləri və gənc xanımlar iştirak etdilər.

L.Məlikova ilk öncə icra olunan layihəyə dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirdi. O, təşkilatın daim qadınlarla bağlı layihə icra etdiyini bildirdi və qadınların maarifləndirilməsinin vacibliyini vurğuladı. Daha sonra L.Məlikova qlobal miqyasda şəffaflıq təşəbbüsünün meydana gəlməsini və burada məqsədin korrupsiyaya qarşı və şəffaf xərcləməyə yönəlik olduğunu bildirdi. Layihə rəhbəri yoxsulluğun azaldılması üçün şəffaflığı yeganə texnologiya olduğunu bildirdi.

Bundan sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının üzvü Məlahət Mürşüdlüyə verildi. M.Mürşüdlü şəffaflıq mövzusunda hazırladığı təqdimatla MHŞT prosesinin meydana gəlməsini, prosesdə vətəndaş cəmiyyətinin rolunu, MHŞT prinsiplərini ardıcıllıqla şərh etdi. O, neft gəlirlərinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini qeyd edərək proses nəticəsində hökumətin hesabatlılığının əhəmiyyətini göstərdi. M.Mürşüdlü eyni zamanda şəffaflıq təşəbbüsünün Azərbaycanda tətbiq olunmasını, standartın təkmilləşməsini və vətəndaş cəmiyyətinin rolunun güclənməsinin vacibliyini qeyd etdi.

Tədbirin ikinci məruzəçisi Rafiq Təmrazov üzvü olduğu Çoxtərəfli Qrupun fəaliyyətindən danışdı və vurğuladı ki, hökumət, şirkətlər və vətəndaş cəmiyyəti kimi QHT koalisiyasının üzvlərindən ibarət bu struktur ölkədə şəffaflıq təşəbbüsünü idarə edən strukturdur. R.Təmrazov bütün məsələlərin Çoxtərəfli Qrupda konsensusla qəbul edildiyini, vətəndaş cəmiyyətinin problemlərinin burada müzakirə olmsını qeyd etdi. Eyni zamanda Azərbaycanın şəffaflıq prosesində iştirakıyla əhəmiyyətli addımları sadaladı və qeyd etdi ki, 2015-ci ildə Azərbaycanın statusu aşağı enib və cari il ölkə üçün bu baxımdan əhəmiyyətlidir. Sonda R.Təmrazov Koalisiyanın fəaliyyət istiqamətlərini də şərh etdi.

Tədbirin sonunda isə iştirakçılar onları maraqlandıran məsələlərə dair suallar verdilər və qarşılıqlı müzakirə şəklində tədbir başa çatdı.

Şamaxı şəhərində qadınlar üçün Mədən Hasilatında Şəffaflıqlabağlı informasiya sessiyası keçirildi.

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 06 oktyabr 2016-cı il tarixində Şamaxı rayonunda informasiya sessiyası keçirdi.

Şamaxı rayonu Uşaq Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə 30-dan artıq təhsil, səhiyyə, mədəniyyət, kitabxana, muzey və s. sahələri təmsil edən qadınlar iştirak etdilər.

L.Məlikova ilk öncə icra olunan layihəyə dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirdi. O, təşkilatın daim qadınlarla bağlı layihə icra etdiyini bildirdi və qadınların maarifləndirilməsinin vacibliyini vurğuladı. Daha sonra L.Məlikova qlobal miqyasda şəffaflıq təşəbbüsünün meydana gəlməsini və burada məqsədin korrupsiyaya qarşı və şəffaf xərcləməyə yönəlik olduğunu bildirdi. Layihə rəhbəri yoxsulluğun azaldılması üçün şəffaflığı yeganə texnologiya olduğunu bildirdi. Bundan sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının üzvü Xalid Kazımova verildi. X.Kazımov şəffaflıq mövzusunda hazırladığı təqdimatla neft gəlirlərinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini rəqəmlərlə və vizual slaydlarla təqdim etdi. Daha sonra o, şəffaflıq təşəbbüsünün Azərbaycanda tətbiq olunmasını, o cümlədə bu yöndə Azərbaycanın 18 hesabat açıqladığını və prosesdə vətəndaş cəmiyyətinin aktivliyini qeyd etdi.

X.Kazımov neft istismarından 135 milyard dollar gəlir əldə olundğunu və səmərəli xərcləmənin vacib olduğunu qeyd edərək, bir çox hallarda səmərəsiz xərcləmələrin də vacibliyini vurğuladı.

Tədbirin ikinci məruzəçisi Rafiq Təmrazov üzvü olduğu Çoxtərəfli Qrupun fəaliyyətindən danışdı və vurğuladı ki, hökumət, şirkətlər və vətəndaş cəmiyyəti kimi QHT koalisiyasının üzvlərindən ibarət bu struktur ölkədə şəffaflıq təşəbbüsünü idarə edən strukturdur. R.Təmrazov bütün məsələlərin Çoxtərəfli Qrupda konsensusla qəbul edildiyini, vətəndaş cəmiyyətinin problemlərinin burada müzakirə olmsını qeyd etdi. Eyni zamanda Azərbaycanın şəffaflıq prosesində iştirakıyla əhəmiyyətli addımları sadaladı və qeyd etdi ki, 2015-ci ildə Azərbaycanın statusu aşağı enib və cari il ölkə üçün bu baxımdan əhəmiyyətlidir. Sonda R.Təmrazov Koalisiyanın fəaliyyət istiqamətlərini də şərh etdi.

Tədbirin sonunda isə iştirakçılar onları maraqlandıran məsələlərə dair suallar verdilər və qarşılıqlı müzakirə şəklində tədbir başa çatdı.

“İsmayıllı rayonunda qadınlar üçün Şəffaflıq təşəbbüsü ilə bağlı informasiya sessiyası keçirilib.

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 05 sentyabr 2016-cı il tarixində ismayıllı rayonunda informasiya sessiyası keçirdi.

İsmayıllı rayonu Gənclər Mərkəzində keçirilən tədbirdə 30-dək təhsil, səhiyyə, mədəniyyət, kitabxana, muzey və s. sahələri təmsil edən qadınlar iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin məsul işçisi Sevil Əhmədova da tədbirdə iştirak edərək layihə icraçılarının məqsədini açıqladıqdan sonra sözü layihə rəhbəri Lətafət Məlikovaya vermişdir.

L.Məlikova yerli icra hakimiyyətinə və Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirdi. O, təşkilatın daim qadınlarla bağlı layihə icra etdiyini bildirdi və qadınların maarifləndirilməsinin vacibliyini vurğuladı. Daha sonra L.Məlikova qlobal miqyasda şəffaflıq təşəbbüsünün meydana gəlməsini və burada məqsədin korrupsiyaya qarşı və şəffaf xərcləməyə yönəlik olduğunu bildirdi. Layihə rəhbəri yoxsulluğun azaldılması üçün şəffaflığı yeganə texnologiya olduğunu bildirdi. Bundan sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının üzvü Xalid Kazımova verildi. X.Kazımov şəffaflıq mövzusunda hazırladığı təqdimatla neft gəlirlərinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini rəqəmlərlə və vizual slaydlarla təqdim etdi. Daha sonra o, şəffaflıq təşəbbüsünün Azərbaycanda tətbiq olunmasını, o cümlədə bu yöndə Azərbaycanın 18 hesabat açıqladığını və prosesdə vətəndaş cəmiyyətinin aktivliyini qeyd etdi.

X.Kazımov neft istismarından 135 milyard dollar gəlir əldə olundğunu və səmərəli xərcləmənin vacib olduğunu qeyd edərək, bir çox hallarda səmərəsiz xərcləmələrin də vacibliyini vurğuladı.

Tədbirin ikinci məruzəçisi Rafiq Təmrazov üzvü olduğu Çoxtərəfli Qrupun fəaliyyətindən danışdı və vurğuladı ki, hökumət, şirkətlər və vətəndaş cəmiyyəti kimi QHT koalisiyasının üzvlərindən ibarət bu struktur ölkədə şəffaflıq təşəbbüsünü idarə edən strukturdur. R.Təmrazov bütün məsələlərin Çoxtərəfli Qrupda konsensusla qəbul edildiyini, vətəndaş cəmiyyətinin problemlərinin burada müzakirə olmsını qeyd etdi. Eyni zamanda Azərbaycanın şəffaflıq prosesində iştirakıyla əhəmiyyətli addımları sadaladı və qeyd etdi ki, 2015-ci ildə Azərbaycanın statusu aşağı enib və cari il ölkə üçün bu baxımdan əhəmiyyətlidir. Sonda R.Təmrazov Koalisiyanın fəaliyyət istiqamətlərini də şərh etdi.

Tədbirin sonunda isə iştirakçılar onları maraqlandıran məsələlərə dair suallar verdilər və qarşılıqlı müzakirə şəklində tədbir başa çatdı.

REAL sədrinin çoxdan gözlənilən məhkəməsi baş tutsa da, onun kasasiya şikayəti təmin olunmadı 

Noyabrın 18-də Ali Məhkəmədə REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun Şəki Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayətinə baxılıb. Məhkəməyə İ.Məmmədovun özü gətirilməsə də REAL-çılar, bəzi müxalif partiya rəhbərləri və jurnalistlər zala buraxıldılar.  Həmçinin, bir müddət öncə əfv fərmanı ilə azadlığa buraxılan Tofiq Yaqublu da məhkəmə zalında idi.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə kasasiya şikayəti təmin olunmadı və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıldı.

Prosesdən sonra jurnalistlərə açıqlama verən İ.Məmmədovun vəkili Fuad Ağayev  bildirdi ki, qəbul olunmuş məhkəmə qərarları Azərbaycanın ədalət sisteminin göstəricisidir: “Açıq-aşkar ortada olan  obyektiv sübutlara qiymət vermək istəməyən, yaxud da tərsinə qiymət verən hakimlərə, məhkəmələrə hansı sözüm ola bilər? Ona görə də biz məcburuq yenə də üzümüzü beynəlxalq qurumlara tutaq”. 

REAL Hərəkatının rəhbərlərindən olan Azər Qasımlı isə söyləyib ki, onsuz da məhkəmədən ədalətli qərar gözləmirdilər.

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu bildirib ki, qərar tam siyasidir: “Ola bilsin ki, ölkə rəhbərliyinə yanlış məlumatlar verirlər və buna görə də qərar verilir ki, İlqar Məmmədovu həbsdə saxlayın. İlqar bəydən başqa 4 nəfər də bu iş üzrə məhbəs həyatı yaşayır. O da yerli hakimiyyət orqanları ilə problemi olan şəxslərdir. Bundan istifadə edib, onları həbsə salıblar. Bir yol qalıb, o da Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək”.

İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova isə bildirib ki, İlqar bəyin özünün bu gün azadlığa  çıxacağına ümidi yox idi:  “İlqarla 2 gün öncə telefonla danışdım. Özünün ümidi yox idi və bilirdi ki, xeyirli bir qərar çıxmayacaq. Mən də məhkəməyə çox az ümidlə gəlmişdim. Ümidimiz sadəcə Avropa Məhkəməsinə qalıb. Düzünü deyim ki, məhkəmədən hələ daha pis qərar çıxacağından qorxurduq. Yaxşı ki, Azərbaycandakı məhkəmələrdən canımız qurtardı”.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apelyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kasasiya şikayəti veriblər. Ali Məhkəmə kasasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərib. 

Şəki Apelyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kasasiya şikayəti verib. Xatırladaq ki, T.Yaqublu bu ilin martında verilən əfv sərəncamı ilə azad olunub.

53 -dən səhifə 148