Saturday, September 23, 2017

Cümə axşamı, 17 Noyabr 2016 00:00

Mirşahin ölkəni tərk etdi

Yazan

Uzun zamandır ANS kanalı ətrafında baş verən hadisələr ölkə gündəmini məşğul edir

 Kanalın bağlanmasından sonra onun yaradıcıları məhkəmə instansiyalarına müraciət etsələr də, müsbət nəticəyə nail ola bilməyiblər.
 Turaninfo.az  faktor.az-a istinadən xəbər verir ki, bundan sonra əlaqədar şəxslərin başqa bir sahədə iş quracaqları, yaxud ölkəni tərk edib, yaşamağa xarici dövlətlərdən birini seçəcəkləri də ehtimal edilirdi.
 Bu saatlarda ANS kanalının ən məşhur siması Mirşahinin ölkəni tərk etdiyi görüntülənib.
 Onu da əlavə edək ki, Mirşahinin aprel döyüşlərində geyindiyi gödəkçəsi də əynində olub, O, Qarabağ savaşı müddətində bu geyimi üstündə daşıyıb.

Çərşənbə, 16 Noyabr 2016 00:00

Fikrət Sadıq vəfat edib

Yazan

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Fikrət Sadıq vəfat edib.

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.

F.Saqdıq bu gün dəfn ediləcək.

Allah rəhmət eləsin!

Bu il “Azərbaycan Beynəlxalq Bankı”nın  toksik aktivlərinin "Aqrarkredit"ə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb. Bu barədə bankın ilk yarımilə aid birləşdirilmiş audit hesabatında deyilir. 

Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlər 9 milyard 930 milyon manat həcmindədir. Həmin aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır. “Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin 2-ci, 2017-ci ilin 1-ci yarısında tamamlanması planlaşdırılır”, - sənəddə belə yazılıb.

Ümumiyyətlə, ABB-də problemli kreditlərin həcmi tam açıqlanmır. Xatırladaq ki, Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və “Aqrarkredit” QSC arasında ötən il avqustun 11-də imzalanan baş sazişə əsasən, ABB-nin problemli kreditləri 2015-ci ildən 2017-ci ilədək “Aqrarkredit”ə transfert ediləcək. ABB ötən il dekabrın 28-də “Aqrarkredit” QSC-dən “Zəmanət və öhdəlik” məktubu alıb. Bu məktub çərçivəsində “Aqrarkredit”in ABB-yə 5,7 milyard manat məbləğində öhdəliyi yaranıb.

Virtualaz.org qeyd edir ki, bu rəsmi məlumatda Azərbaycan Beynəlxalq Bankından təkcə birinci mərhələdə 10 milyard manatlıq problemli aktivin çıxarılması bankda Cahangir Hacıyevin dövründə hökm sürmüş dəhşətli korrupsiyanı bir daha göz önünə çıxarır. Bu, manatın indiki məzənnəsi ilə təqribən 5.8 milyard ABŞ dolları edir. Söhbət bankın geri qayıtmayan və müxtəlif layihələrdə batan  kreditlərindən gedir. Lakin bankda problemli aktivlər hələ qalır və açıqlamada deyildiyi kimi prosesin ikinci mərhələsi hələ başlamayıb. Deməli Azərbaycan Beynəlxalq Bankının problemli aktivlərinin həcmi C.Hacıyevin bankdan uzaqlaşdırıldığı vaxtda təxmin ediləndən dəfələrlə çox imiş. Hansı ki, o vaxt rəsmi məlumatlarda bankın problemli aktivlərinin həcmi heç 1 milyard dollara da çatmırdı.

İqtisadçılara görə manatın dalbadal iki dəfə kəskin devlvasiyaya məruz qalmasının və hazırda da dəyərdən düşməkdə davam etməsinin əsas səbəbini məhz Azərbaycan Beynəlxalq Bankının “zəhərli” aktivlərində axtarmaq lazımdır.

Çərşənbə, 16 Noyabr 2016 00:00

Məktəblilərin payız tətili başlayır

Yazan

Bu gündən, noyabrın 16-dan məktəblilərin payız tətili başlayır.

5 günlük tətil noyabrın 20-dək davam edəcək.

Qeyd edək ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 

Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) və 5 gün qış tətili (27-31 yanvar) olur. İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.

Çərşənbə, 16 Noyabr 2016 00:00

Hava limanına silahlı hücum: yaralı var

Yazan

ABŞ-da hava limanına silahlı hücum: yaralı var

Amerika Birləşmiş Ştatlarında hava limanına silahlı hücum olub.

Hadisə nəticəsində azı 1 nəfər yaralanıb. Silahlı hücum Oklahoma şəhərinin Uil Rogers hava limanında baş verib. Hazırda hava limanının giriş-çıxışı bağlanıb. 

Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb.

“Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində

Neftçala rayonunda sonuncu tədbirini keçirdi.

Bərabər İmkanlar Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində 28 oktyabr 2016-cı il tarixində Neftçala rayonunda maarifləndirici tədbir keçirdi.

Sessiyada rayonun dövlət idarələrinin əməkdaşları, həmçinin muzey, kitabxana və təhsilt işçiləri iştirak etdilər. Neftçala rayonu 4 saylı tam orta məktəbdə keçirilən tədbirdə və rayon icra hakimiyyətinin məsul işçisi Fərid Eyvazov iştirak etdi.

Layihə rəhbəri Rafiq Təmrazov iştirakçıları salamladıqdan sonra Azərbaycanda neft gəlirlərinin istismarı prizmasından başlayaraq Azərbaycanda neftin işlənməsiylə paralel olaraq Şəffaflıq Təşəbbüsünün meydana gəlməsindən danışdı. Eyni zamanda bu təşəbbüsün ölkə üçün önəmini qeyd edərək layihənin aktuallığını əsaslandırdı. Qeyd olundu ki, Azərbaycan hökumət səviyyəsində bu prosesdə qalmaqda maraqlıdır və 3 gün əvvəl Qazaxıstanın Astana şəhərində Beynəlxalq İdarə Heyətinin qərarıyla ilə ölkəmiz namizəd ölkə statusunu qoruyub saxlaya bilmişdir.

Sonra layihə rəhbəri öz çıxışına indiyədək istismardan əldə olunan gəlirlər və xərclənən vəsaitlə bağlı məlumat verməklə başladı. Qeyd olundu ki, bu günədək neft istismarından 135 milyard dollar əldə edilmişdir ki, onun 100 milyarda yaxını xərclənmişdir. Xərcləmələr zamanı Qaçqın və Məcburi Köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasına, infrastruktur layihələrinə, o cümlədən nəqletmə zamanı çəkilmiş olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə sərf edilməsi və dövlət büdcəsinə tranferlərin həyata keçirilməsi qeyd olundu. X.Kazımov öz çıxışında şəffalıq təşəbbüsünün mahiyyəti haqqında bir daha məlumat verərək prosesə ictimai nəzarətin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. Qeyd olundu ki, Azərbaycan Şəffaflq təşəbbüsünə quşulan ilk ölkələrdən olmaqla ən çox -18 hesabat vermişdir. Xüsusi olaraq əhalinin məlumatlılığının təmin olunması üçün Neft Fondunun, QHT koalisiyasının, Hökumət Komissiyasının və əlaqədar strukturların saytları qeyd olundu. X.Kazımov eyni zamanda hesabatlılıq və şəffaflıüqla yanaşı səmərəlilik prinsipini də xüsusi vurğuladı və bildirdi ki, xərcləmələrin nə dərəcədə səmərəli olmasını vətəndaşlar qiymətləndirə bilərlər və bunun üçün təşəbbüskarlıq da lazımdır.

Daha sonra söz alan QHT Koalisiyasının Şura üzvü Elşən Nağıyev daha çox Şəffaflıq sahəsində ixtisaslaşan və vətəndaş cəmiyyətini təmsil edən QHT koalisiyasının fəaliyyətini qeyd etdi. O, öz çıxışında koalisiyanın əsas fəaliyyətinin ictimai iştirakçılıq, vəkillik, maarifləndirmə, özünü inkişaf etdirmə və s. olduğunu bildirərək son bu tədbiri də məhz bu tipli addım adlandırdı. S.Allahverdiyeva sonda koalisiyanın tərkibi, idarə olunması haqqında da məlumat verdi.

Koalisiyanın Şura üzvü sonda Şəffaflıq Təşəbbüsünün əsas mahiyyətini təşkil edən və qərarverici struktur olan Çoxtərərfli Qrup (ÇQ) haqqında öz bilgilərini paylaşdı. O, həm hökumətdən, həm şirkətlərdən, həm də vətəndaş cəmiyyətindən eyni sayda (hər tərəfdən 6 nəfər) nümayəndənin təmsil olunduğu ÇQ-da qərarların konsensusla qəbul olunduğunu və bütün məsələlərlə bağlı əsas qərar verdiyini bildirdi.

Daha sonra tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirildi. Belə ki, iştirakçılar onları maraqlandıran məsələlərlə bağlı suallar və təkliflər verdilər.

“Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində

Tərtər rayonunda növbəti tədbirini keçirdi.

Bərabər İmkanlar Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində 25 oktyabr 2016-cı il tarixində Tərtər rayonunda maarifləndirici tədbir keçirdi.

Sessiyada 30-dan artıq gənclər, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak etdilər. Tərtər rayonu Gənclər Mərkəzində keçirilən tədbirdə Gənclər İdarəsinin rəhbərliyi və rayon icra hakimiyyətinin məsul işçisi Elvin Əhmədov iştirak etdi.

Layihə rəhbəri Rafiq Təmrazov iştirakçıları salamladıqdan sonra Azərbaycanda neft gəlirlərinin istismarı prizmasından başlayaraq Azərbaycanda neftin işlənməsiylə paralel olaraq Şəffaflıq Təşəbbüsünün meydana gəlməsindən danışdı. Eyni zamanda bu təşəbbüsün ölkə üçün önəmini qeyd edərək layihənin aktuallığını əsaslandırdı. Qeyd olundu ki, Azərbaycan hökumət səviyyəsində bu prosesdə qalmaqda maraqlıdır və cari il Azərbaycan üçün taleyüklü dövrdür.

Sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü üzrə Qeyri-Hpkumət Təşkilatları Koalisiyasının üzvü taleh Əliyevə verildi. T.Əliyev öz çıxışına indiyədək istismardan əldə olunan gəlirlər və xərclənən vəsaitlə bağlı məlumat verməklə başladı. Qeyd olundu ki, bu günədək neft istismarından 135 milyard dollar əldə edilmişdir ki, onun 100 milyarda yaxını xərclənmişdir. Xərcləmələr zamanı Qaçqın və Məcburi Köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasına, infrastruktur layihələrinə, o cümlədən nəqletmə zamanı çəkilmiş olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə sərf edilməsi və dövlət büdcəsinə transferlərin həyata keçirilməsi qeyd olundu. X.Kazımov öz çıxışında şəffalıq təşəbbüsünün mahiyyəti haqqında bir daha məlumat verərək prosesə ictimai nəzarətin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. Qeyd olundu ki, Azərbaycan Şəffaflq təşəbbüsünə quşulan ilk ölkələrdən olmaqla ən çox -18 hesabat vermişdir. Xüsusi olaraq əhalinin məlumatlılığının təmin olunması üçün Neft Fondunun, QHT koalisiyasının, Hökumət Komissiyasının və əlaqədar strukturların saytları qeyd olundu. X.Kazımov eyni zamanda hesabatlılıq və şəffaflıüqla yanaşı səmərəlilik prinsipini də xüsusi vurğuladı və bildirdi ki, xərcləmələrin nə dərəcədə səmərəli olmasını vətəndaşlar qiymətləndirə bilərlər və bunun üçün təşəbbüskarlıq da lazımdır.

Daha sonra söz alan QHT Koalisiyasının üzvü Xalid Kazımov daha çox Şəffaflıq sahəsində ixtisaslaşan və vətəndaş cəmiyyətini təmsil edən QHT koalisiyasının fəaliyyətini qeyd etdi. O, öz çıxışında koalisiyanın əsas fəaliyyətinin ictimai iştirakçılıq, vəkillik, maarifləndirmə, özünü inkişaf etdirmə və s. olduğunu bildirərək son bu tədbiri də məhz bu tipli addım adlandırdı. S.Allahverdiyeva sonda koalisiyanın tərkibi, idarə olunması haqqında da məlumat verdi.

R.Təmrazov sonda Şəffaflıq Təşəbbüsünün əsas mahiyyətini təşkil edən və qərarverici struktur olan Çoxtərərfli Qrup (ÇQ) haqqında öz bilgilərini paylaşdı. O, həm hökumətdən, həm şirkətlərdən, həm də vətəndaş cəmiyyətindən eyni sayda (hər tərəfdən 6 nəfər) nümayəndənin təmsil olunduğu ÇQ-da qərarların konsensusla qəbul olunduğunu və bütün məsələlərlə bağlı əsas qərar verdiyini bildirdi.

Daha sonra tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirildi. Belə ki, iştirakçılar onları maraqlandıran məsələlərlə bağlı suallar və təkliflər verdilər.

Tədbir qarşılıqlı diskussiya şəklində başa çatdı.

“Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində

Ağdam rayonunda məlumatlandırma sessiyası keçirdi.

Bərabər İmkanlar Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində 24 avqust 2016-cı il tarixində Ağdam rayonunda maarifləndirici tədbir keçirdi.

Sessiyada 30-dan artıq gənclər, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak etdilər. Ağdam rayonunda Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Gənclər İdarəsinin rəhbərliyi iştirak etdi.

Layihə rəhbəri Rafiq Təmrazov iştirakçıları salamladı və Azərbaycanda neft gəlirlərinin istismarı prizmasından başlayaraq Azərbaycanda neftin istismarıyla paralel olaraq Şəffaflıq Təşəbbüsünün meydana gəlməsindən danışdı. Eyni zamanda bu təşəbbüsün ölkə üçün önəmini qeyd edərək layihənin aktuallığını əsaslandırdı. Qeyd olundu ki, Azərbaycan hökumət səviyyəsində bu prosesdə qalmaqda maraqlıdır və cari il Azərbaycan üçün taleyüklü dövrdür.

Sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü üzrə Qeyri-Hpkumət Təşkilatları Koalisiyasının üzvü Xalid Kazımova verildi. X.Kazımov öz çıxışına indiyədək istismardan əldə olunan gəlirlər və xərclənən vəsaitlə bağlı məlumat verməklə başladı. Qeyd olundu ki, bu günədək neft istismarından 135 milyard dollar əldə edilmişdir ki, onun 100 milyarda yaxını xərclənmişdir. Xərcləmələr zamanı Qaçqın və Məcburi Köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasına, infrastruktur layihələrinə, o cümlədən nəqletmə zamanı çəkilmiş olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə sərf edilməsi və dövlət büdcəsinə tranferlərin həyata keçirilməsi qeyd olundu. X.Kazımov öz çıxışında şəffalıq təşəbbüsünün mahiyyəti haqqında bir daha məlumat verərək prosesə ictimai nəzarətin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. Qeyd olundu ki, Azərbaycan Şəffaflq təşəbbüsünə quşulan ilk ölkələrdən olmaqla ən çox -18 hesabat vermişdir. Xüsusi olaraq əhalinin məlumatlılığının təmin olunması üçün Neft Fondunun, QHT koalisiyasının, Hökumət Komissiyasının və əlaqədar strukturların saytları qeyd olundu. X.Kazımov eyni zamanda hesabatlılıq və şəffaflıüqla yanaşı səmərəlilik prinsipini də xüsusi vurğuladı və bildirdi ki, xərcləmələrin nə dərəcədə səmərəli olmasını vətəndaşlar qiymətləndirə bilərlər və bunun üçün təşəbbüskarlıq da lazımdır.

Daha sonra söz alan QHT Koalisiyasının üzvü Akif Hüseynov əsasən Şəffaflıq sahəsində ixtisaslaşan və vətəndaş cəmiyyətini təmsil edən QHT koalisiyasının fəaliyyətini qeyd etdi. O, öz çıxışında koalisiyanın əsas fəaliyyətinin ictimai iştirakçılıq, vəkillik, maarifləndirmə, özünüinkişaf etdirmə və s. olduğunu bildirərək son bu tədbiri də məhz bu tipli addım adlandırdı. S.Allahverdiyeva sonda koalisiyanın tərkibi, idarə olunması haqqında da məlumat verdi.

Daha sonra R.Təmrazov Şəffaflıq Təşəbbüsünün əsas mahiyyətini təşkil edən və qərarverici struktur olan Çoxtərərfli Qrup (ÇQ) haqqında öz bilgilərini paylaşdı. O, həm hökumətdən, həm şirkətlərdən, həm də vətəndaş cəmiyyətindən eyni sayda (hər tərəfdən 6 nəfər) nümayəndənin təmsil olunduğu ÇQ-da qərarların konsensusla qəbul olunduğunu və bütün məsələlərlə bağlı əsas qərar verdiyini bildirdi.

Daha sonra tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirildi. Belə ki, iştirakçılar onları maraqlandıran məsələlərlə bağlı suallar və təkliflər verdilər.

Tədbir qarşılıqlı diskussiya şəklində başa çatdı.

“Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində

Bərdə rayonunda məlumatlandırma sessiyası keçirilmişdir.

Bərabər İmkanlar Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” lyihəsi çərçivəsində 17 avqust 2016-cı il tarixində Bərdə rayonunda məlumatlandırma sessiyası keçirmişdir.

Sessiyada 30-dan artıq yerli sakin, o cümlədən təhsil, səhiyyə və mədəniyyət işçiləri də iştirak etmişlər. Bərdə rayonu Elektron kitabxanada keçirilən tədbirdə yerli icra hakimiyyətinin nümayəndəsi Fəxrəddin Məmmədov iştirakçıları və layihə icraçılarını salamlamış, daha sonra sözü layihə rəhbəri Rafiq Təmrazova vermişdir.

R.Təmrazov sözü Azərbaycanda neft gəlirlərinin istismarı prizmasından başlayaraq Azərbaycanda neftin istismarıyla paralel olaraq Şəffaflıq Təşəbbüsünün meydana gəlməsindən danışdı. Eyni zamanda bu təşəbbüsün ölkə üçün önəmini qeyd edərək layihənin aktuallığını əsaslandırdı. Qeyd olundu ki, Azərbaycan hökumət səviyyəsində bu prosesdə qalmaqda maraqlıdır və cari il Azərbaycan üçün taleyüklü dövrdür.

Sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü üzrə Qeyri-Hpkumət Təşkilatları Koalisiyasının üzvü Xalid Kazımova verildi. X.Kazımov öz çıxışına indiyədək istismardan əldə olunan gəlirlər və xərclənən vəsaitlə bağlı məlumat verməklə başladı. Qeyd olundu ki, bu günədək neft istismarından 135 milyard dollar əldə edilmişdir ki, onun 100 milyarda yaxını xərclənmişdir. Xərcləmələr zamanı Qaçqın və Məcburi Köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasına, infrastruktur layihələrinə, o cümlədən nəqletmə zamanı çəkilmiş olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə sərf edilməsi və dövlət büdcəsinə tranferlərin həyata keçirilməsi qeyd olundu. X.Kazımov öz çıxışında şəffalıq təşəbbüsünün mahiyyəti haqqında bir daha məlumat verərək prosesə ictimai nəzarətin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. Qeyd olundu ki, Azərbaycan Şəffaflq təşəbbüsünə quşulan ilk ölkələrdən olmaqla ən çox -18 hesabat vermişdir. Xüsusi olaraq əhalinin məlumatlılığının təmin olunması üçün Neft Fondunun, QHT koalisiyasının, Hökumət Komissiyasının və əlaqədar strukturların saytları qeyd olundu. X.Kazımov eyni zamanda hesabatlılıq və şəffaflıüqla yanaşı səmərəlilik prinsipini də xüsusi vurğuladı və bildirdi ki, xərcləmələrin nə dərəcədə səmərəli olmasını vətəndaşlar qiymətləndirə bilərlər və bunun üçün təşəbbüskarlıq da lazımdır.

Daha sonra söz alan QHT Koalisiyasının Şura üzvü Sevil Allahverdiyeva əsasən Şəffaflıq sahəsində ixtisaslaşan və vətəndaş cəmiyyətini təmsil edən QHT koalisiyasının fəaliyyətini qeydetdi. O, öz çıxışında koalisiyanın əsas fəaliyyətinin ictimai iştirakçılıq, vəkillik, maarifləndirmə, özünü inkişaf etdirmə və s. olduğunu bildirərək son bu tədbiri də məhz bu tipli addım adlandırdı. S.Allahverdiyeva sonda koalisiyanın tərkibi, idarə olunması haqqında da məlumat verdi.

Daha sonra R.Təmrazov Şəffaflıq Təşəbbüsünün əsas mahiyyətini təşkil edən və qərarverici struktur olan Çoxtərərfli Qrup (ÇQ) haqqında öz bilgilərini paylaşdı. O, həm hökumətdən, həm şirkətlərdən, həm də vətəndaş cəmiyyətindən eyni sayda (hər tərəfdən 6 nəfər) nümayəndənin təmsil olunduğu ÇQ-da qərarların konsensusla qəbul olunduğunu və bütün məsələlərlə bağlı əsas qərar verdiyini bildirdi.

Daha sonra tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirildi. Belə ki, iştirakçılar onları maraqlandıran məsələlərlə bağlı suallar və təkliflər verdilər.

Tədbir qarşılıqlı diskussiya şəklində başa çatdı.

 

Çərşənbə axşamı, 15 Noyabr 2016 00:00

Lomonosov elmdə xarici təcavüzə qarşı

Yazan

Ölkə tarixini falsifikasiya etdiyinə görə alman “professor”unu döydüyü üçün tanınmış rus alimi Mixail Lomonosov zindana salındı. Lomonosov düz bir il Petropavlovsk qalasındakı zindanda ölüm hökmü altında yatmalı oldu. Ölümündən sonra isə alimin misilsiz arxivi İmperatriça Yekaterinanın favoriti qraf Orlov tərəfindən naməlum istiqamətə aparıldı. Böyük mütəfəkkirin qiymətli kitabxanası və bütün həyatını həsr etdiyi çoxsaylı əlyazmaları it-bata düşdü.

 Mixail Lomonosov öz müasirləri içində Rusiya Elmlər Akademiyasında yeganə rus mənşəli alim idi. Buna görə də daim təzyiqlərlə üz-üzə qalmışdı. 18-ci əsrdə Rusiya Elmlər Akademiyasında alman alimləri üstünlük təşkil edirdi. 1724-cü ildə Rusiya Akademiyası yaranan dövrdən Qərbyönümlü hakimiyyətin istəyinə uyğun olaraq Rus tarixşünaslığının əsasını da rusca danışa bilməyən yabançı alimlər qoymuşdular. İmperatriça Anna İoannovnanın vaxtında isə Rusiyaya xarici alimlərin daha geniş axını başladı. Həmin dövrdə Rusiya Elmlər Akademiyasının Tarix Şöbəsi iudey mahiyyətli aşağıdakı avropalı alimlərdən ibarət idi: Kol Peter (1725), Fişer İohann Eberqard (1732), Kramer Adolf Bernqard (1732), Lotter İohann Georq (1733), Lerua Pyer-Lui (1735), Merlinq Georq (1736), Brem İohann Fridrix (1737), Tauber İohann Qaspar (1738), Kruzius Xristian Qotfird (1740), Moderax Karl Fridrix (1749), Stritter İohann Qotqilf (1779), Qakman İohann Fridrix (1782), Busse İohann Qenrix (1795), Vovilye Jan-Fransua (1798), Klaprot Qenrix Yulius (1804), Qerman Karl Qotlob Melxior (1805), Kruq İohann Filipp (1805), Lerberq Avqust Xristian (1807), Keler Qenrix Karl Ernst (1817), Fren Xristian Martin (1818), Qrefe Xristian Fridrix (1820), Şmidt İssak Yakob (1829), Şenqren İohann Andreas (1829), Şarmua Frans-Bernar (1832), Fleyşer Qenrix Leberext (1835), Lenç Robert Xristianoviç (1835), Brosse Mari-Felisite (1837), Dorn İohann Albrext Bernqard (1839). Mötərizələrdə onların Akademiyaya qəbul olma illəri göstərilmişdir. Nəticədə Vatikan ideologiyası Rusiyada ayaq tutub yeriməyə başladı.

 18-ci əsrdə Qərbyönümlü hakimiyyətin istəyi ilə Sankt-Peterburqa səssiz-səmirsiz bir-birinin ardınca Qerxard Fridrix Miller, Avqust Lüdviq Şletser, Qotlib Ziqfrid Bayer kimi “tarıx yaradan” alimnümalar ixrac olunmağa başladılar ki, sonradan onların hamısı akademik adı alaraq elmi avtoritetə mindirildi. Qərb ideologiyasına uyğun olaraq onlar Rusiya tarixşünaslığını normann teoriyası üzərində köklədilər. Alman alimləri sübut etməyə çalışdılar ki, şərqi slavyanlar 9-10-cu əsrə kimi Afrika buşmenlərindən fərqlənməyən vəhşilər olmuşlar və yalnız qərbdən gələn varyaqların hesabına mədəniyyət və dövlətçilik qazanmışlar. Qotlib Ziqfrid Bayer Rusiyanın dövlət kimi formalaşmasını qərblilərə bağlayırdı. Onun Rusiyada dövriyyəyə buraxdığı normann teoriyasına görə, Rusiya minilliklər boyu cəhalət içində üzmüşdü və yalnız varyaq knyazları ölkəyə ayaq basandan sonra qısa bir müddət ərzində qaranlıq ölkədən möhtəşəm dövlətə çevrilmişdi. Qərbyönümlü hökumətin istəyinə uyğun hərəkət edən alman tarixçiləri göstərdilər ki, ruslar qədim dövrlərdə vəhşi xalq olub, yanlız Qərb mədəniyyətinin hesabına təkamül tapmışlar. Almanlar məsələni onun üzərində fokuslamağa çalışdılar ki, Asiyadan Rusiyaya həmişə bəlalar gəlib və Rus xalqının nicatı Avropa ilə bağlıdır. Məqsəd Rusiyanın gələcək ictimai-siyasi həyatını Avropa ilə inteqrasiya üzərində kökləmək idi. Həmin dövrdən Rusiya tarixçiliyinin təməli beləcə avropalılara sərf edən yanlış kontekst üzərində formalaşdı və təşəkkül tapdı.

 Rusiya tarixinin falsifikasiya olunmasına qarşı Akademiyanın yeganə rus alimi olan Mixail Lomonosov səsini ucaltdı. 1749-1750-ci illərdə Lomonosov Miller və Bayerin tarixi baxışlarına qarşı çıxaraq onların yaratdığı və dövriyyəyə buraxdığı stereotiplərə qarşı fəal mübarizəyə keçdi. İudey Kaqalına qarşı çıxmaqla o çoxluğun hədəfinə çevrildi və təzyiqlərə məruz qaldı. Alimə normal elmi yaradıcılıqla məşğul olmağa imkan vermədilər. Lomonosovun Elmlər Akademiyasında işləyən xarici kolleqaları ilə hərdən əlbəyaxa davaya da çevrilən mübahisələri düşdü. Tədricən Lomonosovun etirazlarına digər rus alimləri də qoşuldu. Tanınmış maşınqayırma mütəxəssisi A.K.Martov Rus akademik elmində gəlmələrin hegemonluğu ilə bağlı Senata şikayət ərizəsi yazdı  və həmin şikayətə İ.Qorlitskiy, D.Qrekov, M.Kovrin, V.Nosov, A.Polyakov, P.Şişkarev kimi rus alimləri də imza atdılar. O cümlədən bir çox tələbələr, tərcüməçilər, dəftərxana işçiləri də xaricilərin elmdə at oynatmasına və Rus tarixçiliyinə müdaxiləsinə qarşı etiraz səslərini ucaltdılar. Onlar Rusiya Elmlər Akademiyasının gəlmələrdən təmizlənməsi tələbini qoydular. Rusiyanın Hökumət Senatının yaratdığı komissiya yaranmış konfliktlə bağlı araşdırma apardı. Lakin komissiya etirazçıların çıxışlarını “rəhbərliyə qarşı yönəlmiş qaragüruhun qiyamı” kimi qiymətləndirdi. Etirazçıların liderləri Qərbyönümlü hakimiyyət tərəfindən qandala vurularaq zindana atıldı. Onları iki il həbsdə saxlasalar da, öz fikirlərindən dönmədilər, haqlı olduqlarını ortaya qoydular. Bir sıra çəkişmələrdən sonra etirazçılar cəzalandırıldılar, onların şikayət etdikləri əcnəbi alimlər isə mükafatlandırıldılar. Qorlitskiyə ölüm hökmü kəsildi, Qrekov, Polyakov, Nosov şallaqla döyülərək Sibirə sürgün olundular, Popov, Şişkarev və digərləri isə həbsə alındılar. Hadisələrin gedişində Lomonosov dəfələrlə Şumaxer, Taubert, Vinçqeym, Truskot, Miller kimi hökumətin dəstəklədiyi “elmi” aslarla baş-başa gəldi və həbs olunan həmfikirlərini müdafiəyə çıxdı. Hökumətin əlində olan dini dairələr Lomonosovun yandırılmasını tələb etdilər. Hökumət komissiyası gəldiyi qərarda açıq-aşkar yazdı ki, Lomonosov “həm akademiyaya, həm komissiyaya, həm də ALMAN TORPAĞIna münasibətdə dəfələrlə ədəbsiz, ləyaqətsiz və iyrənc hərəkətlərə yol vermişdir”. Nəticədə Lomonosov ölüm təhlükəsi ilə üz-üzə qaldı. İmperatriça Yelizaveta Petrovnanın fərmanı ilə görkəmli alim günahkar bilinsə də, cəza çəkməkdən azad olundu. Onun maaşını iki dəfə azaltdılar və “ədəbsizlik göstərdiyi” alman alimlərinin qarşısında üzr istəməyə məcbur etdilər.

 Amma alman alimləri bununla sakitləşmədilər, Lomonosovu və tərəfdarlarını Akademiyadan qovmaq üçün fəaliyyətə keçdilər. 1751-ci ildə Lomonosov alman tarixçilərinin qondardığı tarixdən fərqli “Qədim Rusiya tarixi” əsərini yazmağa başladı. O Rusiyanın geridəqalmış ölkə olması haqqında Bayer və Millerin tezislərini alt-üst edərək ölkə tarixinin şanlı səhifələrinə işıq salmağa çalışdı. Bundan qeyzlənən alman alimləri aktivləşərək Lomonosovu dünya elmi ictimaiyyəti qarşısında hörmətdən salmaq üçün əllərindən gələni etdilər. Lomonosov dünya miqyasında nüfuza malik bir alim idi. Onu xarici ölkələrin elmi dairələrində yaxşı tanıyırdılar. O Şved, Boloniya və digər akademiyaların üzvü idi. Miller Almaniyada Lomonosovun kəşflərini şübhə altına qoydu və onun Akademiyadan uzaqlaşdırılması məsələsini qaldırdı. Akademiyanın Rus tarixi üzrə rəhbəri təyin olunmuş Şletser isə Lomonosovu “öz əlyazmalarından başqa heç nə qanmayan kobud cahil” adlandırdı.

 2-ci Yekaterinanın şəxsən himayədarlıq etdiyi Şletserin nəinki Akademiyadakı sənədlərə, həm də İmperator Kitabxanasındakı və digər dövlət idarələrindəki materiallara da girişi vardı. Əcnəbilərin Rusiya arxivlərindəki sirlərə yiyələnməsi Lomonosovu hiddətləndirirdi. Vətənpərvər alim həmin dövrdəki qeydlərində yazırdı: “Heç nə qorunmur. Bütün mənbələr azğın Şletserin üzünə açılıb. Rusiya kitabxanasında artıq heç bir sirr yoxdur”.

 Miller və onun mənsub olduğu avropalılardan ibarət qruplaşma Peterburqdakı universitetə, eləcə də tələbə hazırlayan gimnaziyalara da tam nəzarət edirdilər. Ölkənin təhsil sistemində necə bir faciəli durumun yaranması həmin dövrə aid mənbələrin birində belə göstərilir: “Müəllimlər rus dilini, şagirdlər isə alman dilini bilmirdilər, bütün təhsil isə latın dilində aparılırdı...”. Belə acınacaqlı vəziyyət ona gətirib çıxardı ki, 30 il ərzində (1726-1755) gimnaziyalardan universitetə bircə nəfər də tələbə qəbulu olmadı. Qərbyönümlü hakimiyyət isə çıxış yolunu onda gördü ki, Almaniyadan universitetə tələbələr gətirilsin, belə ki “rusların içindən tələbə hazırlamaq mümkün deyildi”. Lomonosov bütün həyatı boyu belə yabançı siyasətə qarşı mübarizə apardı və yad elementlərə qarşı çarpışdı. Mənbələr xəbər verir ki, “Lomonosovun səyləri sayəsində akademiyaya bir neçə rus akademiki və assistenti götürüldü”.

 Xarici təcavüz vətənpərvər alimə olmazın başağrılar yaratdı. 1763-cü ildə Taubert, Miller, Ştelin, Epinuss və digər alimlərin donosları nəticəsində İmperatriça 2-ci Yekaterina Lomonosovu Akademiyadan qovdu. Amma bir müddət sonra alimin xalq arasında populyarlığını və xarici akademiyalar tərəfindən alqışlanılan elmi nailiyyətlərini nəzərə alaraq yenidən əvvəlki işinə qaytarmalı oldular. Akademiyada işləməyə davam etsə də, alim əvvəllər rəhbərlik etdiyi Coğrafiya Departamentindən kənarlaşdırıldı və həmin vəzifəyə düşməni Miller təyin olundu. Lomonosovun Rus dili və tarixi ilə məşğul olduğu materiallar isə digər düşməni Şletserin ixtiyarına verildi.

 Alimin ölümü də müəmmalı oldu və onun zəhərlənərək öldürülməsi barədə şayiələr yayıldı. Ölümündən sonra öz torpağına canı və qanı ilə bağlı olan böyük mütəfəkkirin arxivi- kitabxanası, əlyazmaları və kağızları müsadirə olundu və naməlum itiqamətdə aparıldı. Taubertin Millerə yazdığı məktubu saxlanılır ki, həmin məktubda Taubert alimin ölümündən sevindiklərini dilə gətirir və onun arxivinin “kənar əllərə” düşməsinin qarşısını almaq üçün göstərdikləri səylərdən yazır.

 Alimin ölümündən yeddi il sonra onun Rusiya tarixi ilə bağlı kitabı çıxsa da, bu artıq Miller və Şletser tərəfindən “redaktə” edilmiş- dəyişdirilmiş tam fərqli bir kitab oldu. Maraqlıdır ki, Lomonosovun həmin kitabında sərgilədiyi tarixi baxışlar Rusiyanın keçmişi barədə Millerin nəzəriyyəsi ilə tam uzlaşırdı. Guya akimin qaralamaları əsasında hazırlanaraq təqdim olunan bu kitab Millerin yazdığı Rusiya tarixindən çox az fərqlənirdi. Sual olunur: Əgər Lomonosov Milleri Rusiya tarixini saxtalaşdırmaqda günahlandırırdısa, uzun illər ona qarşı böyük əzmkarlıqla mübarizə aparırdısa, bəs onda niyə onun kitabındakı tarixi hadisələr Millerin məlum nöqteyi-nəzəri ilə bütün punktlarınadək  üst-üstə düşürdü? Həmin Miller tərəfindən ölümündən sonra çap olunmuş digər müəllif- Vasili Tatişevlə də bağlı vəziyyət eynidir. Onun da Rusiya tarixi barəsində çap olunan kitabı bütün sətirlərinədək Millerin fikirləri ilə səsləşirdi. Görkəmli tarixçi və yazıçı Nikolay Karamzinin də əsərləri ölümündən sonra Rusiya Elmlər Akademiyasında hegemonluq edən avropalı alimlər tərəfindən bu cür dəyişikliklərə məruz qaldı. Hər dəfə nəşr ediləndə yeni-yeni redaktələr olundu və həmin dövrün siyasi konyukturası ilə tam uyğunlaşdırıldı. Məsələn, 1917-ci ildə nəşr olunarkən onun kitabından Rusiyaya varyaq təcavüzü haqqında olan hissələr çıxardıldı. Beləliklə, Karamzinin də tarixi baxışları Millerin Rusiyaya sırıdığı formulirovkaya tam otuzduruldu.

 Lomonosovun elmin müxtəlif sahələrini əhatə edən digər saysız-hesabsız əsərləri isə it-bat oldu. Miller Lomonosovun tarix kitablarından yalnız özünə sərf edən hissəni saxladı, qalan cildlərini isə tulladı. Odur ki, Lomonosovun bizə gəlib çatmayaraq məhv olmuş cildlərində hansı sirlərin gizləndiyini, hansı tarixi həqiqətlərin əks olunduğunu, ötən zamanlar haqqında hansı maraqlı və vacib informasiyanın yer aldığını təsəvvür etmək çətindir. Rusiyanın cəhalət və boyunduruqdan ibarət utancverici keşmişə malik olduğunu sübuta yetirməyə çalışan Miller və Şletser kimi əcnəbilərə həqiqətlərin işıqlandırılması əlbəttə kimi sərf etmirdi.

 Beləliklə, Rusiya tarixi əzəldən- 17-ci əsrdə yazılmağa başlanandan düzgün yazılmamış, təməl prinsipləri qəsdən eybəcər hala salınmışdır. Alman tarixçilərinin ortaya atdığı normann teoriyası Rusiyada hələ də dövriyyədədir. Müasir tədqiqatçıların da fikri budur ki, Rusiya tarixi 1-ci Pyotr tərəfindən Avropadan dəvət olunmuş xarici müəlliflər tərəfindən qələmə alınmışdır və həqiqətdən çox uzaqdır. İmperatriça Yelizavetanın vaxtında ölkənin baş tarixçisi təyin olunmuş alman Miller Rusiyadakı monastırları gəzərək reallığı əks etdirən bütün tarixi sənədləri yığmış və məhv etmişdir. Miller öz yaratdığı yeni tarixdə isə hətta Rusiyanın quruculuğunda mühüm rol oynamış çar İvan Qroznını yadelli Rürikoviçlərin soyuna bağlayır. Əsas diqqət Rusiya dövlətçiliyinin Kiyevdən nəşət götürməsi üzərində fokuslanmışdır. Varyaq Rürik Rusiya dövlətçiliyinin qurucularından biri kimi göstərilir, əslində isə o Rus taxt-tacına oturmaq istəyən yadelli işğalçı olub və knyaz Svyatopolk Yaropolkoviç tərəfindən öldürülüb. Ölkənin tarixi kitablarında bir çox hallarda Qərbdən Rusiyaya yürüşə çıxan yadellilər ölkənin həqiqi sahibləri kimi təqdim olunur. Beləcə avropalı alimlər Rusiya tarixini eybəcər hala salmış, həqiqətlərin üstündən xətt çəkərək tarixi səhnəni mistifikasiya və uydurmalarla doldurmuşlar. Dünyanın bir çox ölkələrində olduğu kimi, Rusiyada da iudeylər tarixşünaslığa yaxşıca əl gəzdirmişlər. Bizə sırınan parazitik sivilizasiyanın aparıcı qüvvələri daim onlara sərf etməyən informasiyaları ört-basdır etməyə çalışır, insanları yalanlar içində çaş-baş salmaq istəyirlər. Qoy xalqlara qarşı aparılan informasiya müharibəsinin əsas cəbhələrindən biri də tarix elmidir. Əsas hədəf kimi xalqların mənşəyi və keçdiyi tarixi yol götürülüb.(“Avrasiya tarixi” kitabından) 

İbrahim Sel

55 -dən səhifə 148