Cümə, 18 Noyabr 2016 00:00

BAXCP-nin 8 şöbəsi istefa verdi

Yazan

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Oğuz, Balakən, Göygöl, Ucar, Kürdəmir, Quba, Yasamal, Füzuli və Sumqayıt şöbələri istefa verib.

BAXCP-nin baş katibi Söhrab Abdullayev “facebook” səhifəsində bu istefaların səbəbini açıqlayıb. Belə ki, Söhrab Abdullayevdən tanınmış vəkil Aslan İsmayılova qarşı məqalə yazmaq tələb olunub. O isə Aslan İsmayılova qarşı təhqirlərlə dolu məqalə yazmaqdan imtina edib və buna görə də Qüdrət Həsənquliyev tərəfindən partiyadan xaric edilib. Buna görə də digər 8 rayon şöbəsi istefa verib: “Əsas məsələ nə ilə bağlı olduğunu Sizlərə qısa şərh etmək istəyirəm. 22 sentyabr 2016 tarixində Qüdrət Həsənquliyev saat 19-00 da mənə zəng edib Aslan İsmaylovla münasibətimin olub –olmadığını sordu. Mən də olduğunu dedim və oğlumun toyunda iştirak etdiyini bildirdim. Öncə məndə telefonunu istədi, mən də verdim. Daha sonra isə Qüdrət bəy haqqında təhqiramiz sözlər yazdığını dedi. Dedim zəng edib danışaram . Dedi “yox, sən önun haqında yaz”. Məndə “yazaram” dedim. Yəni bir ziyalı qınağı səviyyəsində. Axşam Fecebook-da oxuyub yazaram dedim. Fecebooka girdiyimdə Niyaməddin Orduxanlı və bir qrup tərəfindən Aslan İsmaylov haqqında nalayiq ifadələrlə dolu yazılarla rastlaşdım. Bu yazıda məni də etiketləmişdilər. Yazılar mənim xoşuma gəlmədiyi üçün mən yazı qoymadım və qərara gəldim ki, Qüdrət bəylə görüşüm və bir müsahibə verim. Bununla bağlı idarə heyətinin üzvləri Mikayıl Rəhimov və Hüseynağa Qəniyevlədə danışdım. 23-26 arası xəstə olduğumdan kimsəylə əlaqə qurmadım və 27-si işə çıxdım. İş otağıma girər –girməz İlqar bəy (maliyyə məsələləri üzrə şöbə müdiri) otağa girdi və Qüdrət bəyin təlimatı var, otağı boşalt açarları təhvil versin dedi. Sizi işdən azad etdi. Qüdrət bəydən sorduğumda isə Aslan İsmaylovun əleyhinə yazmadığım üçün bu qərarı verdiyini bildirdi. Daha sonra 29.10.2016 tarixində yetərsay olmayan məclisin qərariylə Baş katib təsdiqləndi və Məclis sədri seçildi (Yeni təyin edilmiş baş katib ilk yalanını Qüdrət bəyə söylədi , yəni 29 əvəzinə 45 nəfər məclis üzvünün iştirak etdiyini bildirdi. İnanıram ki, Qüdrət bəyin bundan xəbəri olmadı). Təbii ki, bu qəradan sonra keçdiyimiz 15 illik bu yola bu cür münasibəti həzm edə bilməyən bir qrup rayon təşkilatları istefa qərarı almışlar. Bundan qıcıqlanan idarə heyətinin bəzi üzvləri mənim təşkilatdan kənarlaşmam haqqında əsassız qərar qəbul ediblər. Xeyirli olsun”- deyə Söhrab Abdullayev yazır.
Bizə verilən məlumatda o da bildirilir ki, yaxın günlərdə daha bir neçə şöbə istefa verəcək.

Aşağıdakı foto BAXCP Sumqayıt şöbəsinin istefa bəyanatıdır

Bu gün Vətəndaş və inkişaf partiyasinda Türkiyənin AKP- li sabiq millət vəkillərindən Mehmet Emin Bilgiçlə görüş kecirilmişdir.

Xeber.İnfo-a daxil olan məlumata görə, görüşdə Türkiyə Azərbaycan əlaqələri,Qarabag münaqişəsi, regionda baş verən son hadisələr müzakirə olunub.

Görüşdə Vip sədri Əli Əliyevlə bərabər Milli Dövlətcilik Partiyasinin sədri Nemət Pənahlı iştirak edib.

ABŞ-ın yeni prezidenti seçilən Donald Tramp təqaüddə olan general-leytenant Maykl Flinni müdafiə naziri təyin edə bilər.

Tramp 57 yaşlı məşhur hərbçiyə öncə prezidentin milli təhlükəsizlik üzrə sözçüsü vəzifəsini təklif edib.

Flinnin təklifi qəbul edib-etmədiyi hələlik dəqiq bilinməsə də, onun müdafiə naziri postuna ən real namizəd olduğu deyilir.

Maykl Flinn uzun müddət İraq və Əfqanıstanda xidmət edib. O, Barak Obamanın prezidentliyi dövründə Müdafiə Kəşfiyyat Agentliyinin direktoru vəzifəsini tutub.

Qeyd edək ki, Flin FETÖ-ya qarşı sərt addımlar atılmasının tərəfdarıdır. O, bir müddət öncə qələmə aldığı məqalədə FETÖ lideri Fətullah Güləni Əl Qaidə terror təşkilatının keçmiş lideri Üsamə bin Laden ilə müqayisə edib:

“Arxa baxçamız Pensilvaniyaya rahatca yerləşmiş bu maskalı terror və xaos qaynağı tərəfindən Vaşiqntonun gözü boyanırkən, NATO müttəfiqimiz Türkiyəyə əngəl olmaq məntiqsizdir. Türkiyənin gözü ilə baxsaq, Vaşinqton Türkiyənin “Üsamə bin Ladeninə” sığınacaq verir. 11 Sentyabrdan sonra Üsamə bin Ladenin Türkiyədə gözəl bir yerdə yaşadığını və eyni zamanda Türkiyənin maliyyə dəstəyi ilə fəaliyyət göstərən 160 məktəb işlətdiyini öyrənsəydik, nə edərdik?..”

Türkiyədə daha bir mis mədənində qəza baş verib. 

Qaynarinfo.Az xəbər verir ki, Siirtin Şirvan qəsəbəsindəki mədən çüküb.

16 işçi, 8 maşın və 3 iş aparatı dağıntılar altında qalıb. 

Hadisə yerinə çox sayda ambulans göndərilib. 

İlkin məlumata görə, 4 nəfər həlak olub.

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 17-si ilə müqayisədə 0,31% bahalaşaraq 1,7091 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,53% zəifləyərək 1,8128 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0263 manat olub.

Türkiyə lirəsinin məzənnəsi də 1,48% azalaraq 0,5055 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1200 manatdır. Beləliklə, funt sterlinq 0,1%-lik artılm nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,3% bahalaşaraq 0,6878 manat olub.

VHP qərargahında Azərbaycanda milli azadlıq hərəkatının başlanması günü kimi tarixə düşən 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə ölkənin tanınmış simaları, partiya liderləri, meydan hərəkatının öncül simaları və Türkiyədən gələn qonaqlar iştirak edib. 

Tədbiri giriş sözü ilə VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı açdı. Meydan hərəkatının öncüllərindən olan partiya sədri tədbir iştirakçılarını salamladı. Xalq şairi  hərəkatda iştirak edən öncüllərin adlarını sadaladı: "Bu gün Azərbaycan tarixinin ən şərəfli hadisələrindən biri olan meydan hərəkatının ildönümüdür. Bu illər ərzində çox hadisələr oldu. Bu hərəkatın önündə olan bir sıra insanlar həyatdan gediblər. Ona görə bütün şəhidlərimizi, türk dünyasının bütövlüyü uğrunda canlarını fəda edən, böyüklərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək".

Sükutun ardından Azərbaycanın dövlət himni səsləndi. 

Himnin ardından meydan hərəkatı vaxtı səslənən uvertura Nemət Pənahlının, Sabir Rüstəmxanlının meydanları çıxışları ilə alqış sədaları altında səsləndi.

S.Rüstəmxanlı çıxışına davam etdi: "Bu kadrlar o günləri qaytardı. Bizim azadlıq mübarizəzimiz türk dünyasında və digər ölkələrdə gedən bu tipli proseslərdən geri qalmır. Bu gün burada danışıqlar çox olacaq. Ona görə geniş danışmaq istəmirəm. Hər il bu günləri partiyalar şəklində müzakirə edirik. Ona görə bu gün partiyalar olaraq birik. Təəssüf bu müddət ərzində ayrılıqlar oldu. Meydan hərəkatında bir olanlar indi ayrıdır. Bəlkə də bu Avropanın siyasəti idi ki, demokratiya adı altında ayrılıq salmaq. Nə yaxşı ki, tariximizdə 1988-ci ilin meydan hərəkatı var. Kaş belə meydanların sayı çox olsun tariximizdə. Əslində bu meydan ikiyə bölünməyimizdən, xalq cümhuriyyətinin süqutundan başlamışdı. Meydan bu millətin ruhundan başlamışdı. Meydan həyatımızın və tariximizin elə səhifəsidir ki, o tarixə qayıtdıqca böyüyürük.      

Nə qədər yaşayırıq bu tarix yaşayacaq. Bu tədbirin özü də tarixi toplantıdır. Tezliklə Qarabağ problemimiz həll olunsun. Meydan hərəkatı olmasaydı, SSRİ dağılmayacaqdı. Bu tarixə kölgə salmaq olmaz. Sizlərə eşq olsun".

Ardınca söz Nemət Pənahlıya verildi: "Biz tariximizə nəzər salsaq, bütün fəlakətlərin kökündə parçalanmaları görəcəyik. Əsrlərdir başımıza fəlakət gəlir. Bütün tarix boyu istiqlal mübarizəsi aparırıq. Təəssüflər olsun ki, o inqilabların sonu qələbə olmadı. Çünki xarici qüvvələrə daim inam göstərildi. Onlar da bizi satdılar. İki yüz ildə meydan hərəkatı qədər xalqı birləşdirən hərəkat olmayıb. Azərbaycanı qan içində boğsalar da, sonda qalib gəldik. Millət özünə inananda, bir olanda o boyda imperiyanı diz çökdürmək olurmuş. Təəssüf ki, müstəqillikdən sonra mübarizəmizə müxtəlif donlar geyindirdilər. Çünki o insanların meydan hərəkatı ilə bağlılıqları yox idi. Əminəm ki, bu millət bir daha bir araya gələcək. Bütün uğurlarımız milli birlikdən keçir".

N.Pənahlı çıxışını öz şeiri ilə bitirdi: Daha sonra aparıcı Türkiyədən gələn qonaqları salamladı. AK Partiyanın millət vəkili Mehmet Emin Bilgiz bunları dedi: "Hər kəsi salamlayıram. Türkiyənin hər tərəfində sizə dəstək verən milyonlarla insan var. Biz bu birliyi möhkəmləndirmək üçün burdayıq. Bir birlikdə dünyaya təpki verməliyik. Dünya hansı birimizi incitsə, dünyanın hər tərəfindən türklərin təpkisi ilə üzləşəcəyini bilməlidir. Hər kəsi təbrik edirəm. Allah yardımçımız olsun".

"Çənlibel" Dərnəyinin yaradıcılarından olan Bəxtiyar Tuncay ilyarımlıq meydan hərəkatının 600 səhifəlik yazdığı kitaba sığışmadığını bildirdi: "Tarixçilər hesab edirlər ki, milli azadlıq hərəkatı "Çənlibel"lə başlayıb. Burada iştirak edən hər kəsi xatırlayıram. Rus əsgərləri ilk dəfə Nemət Pənahlı işğalçı adlandırdı. İlk dəfə SSRİ-dən çıxmağı Nemət bəy milyonların qarşısında dedi. Bunları unutmaq olmaz. Bir faktı unutmaq olmaz ki, biz bu hadisələrdə daha çox Şimaldan olan liderləri deyirik. Amma Güneydən olan liderlər də az deyildi. Mən Məhəmməd Hatəmini milli azadlıq hərəkatını banisi sayıram ki, o da güneyli idi. Bu hərəkatda Güney və Qüzey birləşdi. Bunları unutmayaq".

Meydan hərəkatının güneyli fəalı Siyamək həmin dövrlər barədə bunları söylədi: "Həmin ilin dekabrında artıq meydanı dağıtmaq üçün hərəkətə keçmişdilər. Millət o zaman meydandan getmirdi. Dekabrın 4-ü gecəsi Nemət bəy dedi ki, bizi dağıdacaqlar, öldürə bilərlər, dağılışın, biz qalacağıq. Amma millət getmədi, bu millətdən yoxdur. 17 noyabrdan önəmli 5 dekabrdır. Bunu da unutmaq olmaz".

Hərəkatın fəallarından olan Ramiz Tağıyev hər kəsin bu gününü təbrik etdi: "O zaman Naxçıvanda mənim üzərimə missiya qoyulmuşdu. O zaman bütövləşdik, amma sonradan dağıldıq.  Çox səhvlər etdik həmin tarixdən sonra. Öz silahdaşlarımız bizi ləkələməyə çalışdılar. Bir-birimizin quyusunu qazdıq. Millət də ruhdan düşdü, amma bu millət hər şeyə qadirdir. Bu gözəl gündür. Hamını birliyə çağırıram. Millətin dərdi böyükdür.

Oyanmağın zamanıdır. Hamını mübarizə əhval ruhiyyəsinə çağırıram. Cəsarət olan yerdə uğur da olur".

MSDM rəhbəri İsa Qəmbər partiyaları bir araya gətirməyin böyük təşəbbüs olduğunu bildirdi: "Möhtəşəm bir tarix idi. Xalqımızın ədalət, müstəqillik hisslərinə uyğun hərəkat idi. Daha çox Qarabağ məsələsinə o meydan hərəkatı başlamışdı. O hərəkatı idarə edənlər təbii ki var idi. Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Məhəmməd Hatəminin rolu kifayət qədər yüksək idi. Bu şəxslərin hər birinin meydanda xüsusi xətti var idi. Nemət Pənahlı xalqla daha çox birlikdə hərəkət edirdi. Adları saymaqla bitirmək olmaz. Biz qum dənələri kimi birləşərək meydanı yaratdıq. Meydanın əsas qəhrəmanı heç yerdə tanımayan vətəndaş idi. Eşq olsun o qəhrəmana. Meydan tarixdə bir zirvə idi. Zirvəni fəth etmək olar, amma yaşamaq olmur. Xalqımız o zirvəni əldə etdi. Hədəf o idi ki, dünyaya varlığımızın mesajını göndərmək. Onlar möhtəşəm hisslər idi. İlk dəfə o meydanda 31 yaşımda çıxış etmişdim. Millət bir-birini dinləyirdi. Meydan hərəkatı millətin birliyini göstərdi. Tariximizdə ən şərəfli tarixlərdən biri idi. Meydanda bir nəfər də var idi, o da Əbülfəz Elçibəy idi. O zamandan prosesin önündə idi. Bir daha tədbir təşkilatçılarına təşəkkür edirəm. Birlik sözdə yox, əməldə olmalıdır".

Milli Şuranın sədri Cəmil Həsənli hər kəsi təbrik etdi: "Əzəmətli gündür. Uzun zamandan sonra xalq siyasi səhnəyə çıxmışdı. Xalq tarixin yaradıcısına çevrilmişdi. Xalq o günə hazır idi.      
Meydanın qəhrəmanları, iştirakçıları da var idi. Hər cəhətdən ora meydan idi və xalqın dirilişini göstərirdi. Biz müstəqil olduq, amma azad olmadıq. Bu gün o birliyə bir daha ehtiyac var. SSRİ-nin sonunu gətirən Bakı hadisəsi oldu, bunu unutmamalıyıq. Kükrəyən meydanın varisləri bu gün ağır vəziyyətdədir. Azad mətbuatı yox,  söz azadlığı mövcud deyil. 17 noyabrı etmiş xalq bir daha ayağa qalxmalıdır".

Sabiq müdafiə naziri Rəhim Qazıyev çıxışında meydan hərəkatında rolu olan hər kəsi təbrik etdi: "Bu möhtəşəm hərəkatda iştirak edən və hazırda həyatda olmayan hər kəsin ruhu şad olsun. Əldə qayırma liderlərin vasitəsilə hazırda xalqa müxtəlif fikirlər yeridirlər. Növbəti belə günlərin yenidən olmasını arzu edirəm".

Sabiq daxili işlər naziri İsgəndər Həmidov bildirdi ki, çıxış edənlərin hər biri ürəyimə toxunur: "Heç kəs istiqlaliyyətini qurban verməyəcək. Hər birinizi təbrik edirəm. Mən fəxr edirəm ki, Elçibəyin rəhbəri olduğu partiyanın üzvü olmuşam".

KXCP sədri Mirmahmud Mirəlioğlu çox sözün deyildiyini qeyd etdi: "Biz niyə bu gündəyik, mandat görəndə özümüzü unutduq, haqqımızı yedik? 16 ildir meydan boşdur. Əgər sabah növbədənkənar prezident seçkiləri, yaxud parlament və bələdiyyə seçkiləri olsa nə baş verər? Sabir Rüstəmxanlı o zaman çağırsa gələrik? Əlbəttə yox, çünki o zaman hamımızın işi olacaq. Üzbəüz gələndə görüşdük, sonra arxamızca nələr danışmadıq. 28 illiyini qeyd etdiyimiz bu günün iştirakçılarının baş naziri Artur Rasizadə olmamalı idi. Hamımız bir--birimizə qarşıyıq. Bu gün təkcə üç siyasi məhbus siyahısı var. Bunlar  Azərbaycan reallığıdır. Bundan çıxış edərək hərəkət etmək lazımdır. İnanıram ki, özümüzdə güc tapıb birlikdə olacağıq".

VİP sədri Əli Əliyev 17 noyabrın qırılma nöqtəsi meydan hərəkatında olduğunu söylədi: "Bu tədbir tariximizi xatırlamağı, yaddaşlarımızı yeniləmək üçün önəmli idi. Bu hadisələrin təsiri ilə digər SSRİ ölkələri də müstəqillik əldə etdilər. Xalqımız qarşısında çox məsələlər var. Ədalətli cəmiyyətə ehtiyacımız var. Bu tədbiri növbəti mərhələnin başlanması kimi qəbul edirəm. Tədbiri təşkil edəndə də əsas məqsədimiz bu oldu. Xalqımız daim ayaqda olmalıdır".

Hüquqşünas Aslan İsmayılov o hərəkatı görmədiyini bildirdi: "1989-cu ildən mitinqlərə getmişəm. Orada çıxış edən hər kəsə salam verməyi özümə şərəf bilirəm. Böyük tarixdir. O hərəkatda iştirak edən hər kəs öz missiyasını yerinə yetirib. O şəxslərin hər biri memuar yazmalıdır ki, həqiqətləri bilək".

AĞ Partiya sədri Tural Abbaslı çıxışında bildirdi ki, çıxış etməyə haqqı olan hər kəsdən üzr istəyib danışıram: "Meydan hərəkatında iştirak edənlər özlərini bu gün qınadılar. Qum dənələri deyildi, əgər o meydanda iki tribuna olsaydı, iki istiqamətdə xalq gedərdi. Təəssüf ki, bu gün bu milli birlik yoxdur. Amma artıq bu birliyi yaratmağa ehtiyac var. Təklif edirəm ki, gələn bir milli birlik mitinqi təşkil edək".

T.Abbaslının təklifi zalda alqışlara səbəb oldu. 

Tədbirin sonlarına yaxın Sabir Rüstəmxanlı bu gün Nemət Pənahlının doğum gününün olduğunu xatırlatdı və toplantı iştirakçıları onu gurultulu alqış sədaları altında təbrik etdi. 

Aparıcı S.Rüstəmxanlı iştirak edən hər kəsə təşəkkür etdi. 

Tədbir "Savalan"qrupunun konserti ilə davam etdi. 

Zərdab Rayon Prokurorluğunun müstəntiq vəzifəsindən istefasını ölkədə insan haqlarının ucdantutma pozulmasına, prokurorluq orqanlarındakı qanunsuzluqlara bağlayan və bundan az sonra həbs olunan Rüfət Səfərov noyabrın 17-də yenidən məhkəmə önünə çıxarılıb - bu dəfə Şirvan Apelyasiya Məhkəməsində.

Rüfət Səfərovun vəkili Bəhruz Bayramov keçmiş müstəntiq haqqındakı qərarın başqa bir qətimkan tədbiri ilə əvəzlənməsi barədə vəsatət qaldırıb. O, vəsatəti əsaslandırarkən deyib ki, Rüfət Səfərov ibtidai istintaq və birinci instansiyada işə baxıldığı 9 ay boyunca həbsdə olmasa da, nə istintaqdan yayınıb, nə də məhkəmənin gedişinə də heç bir təsir göstərməyib.

Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Daha iki vəsatət verilib

Vəkilin daha iki vəsatəti olub - Rüfətin zaldakı dəmir qəfəsdən çıxarılıb müdafiəçisinin yanında əyləşməsinə imkan verilməsi, bir də apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması) baxılması haqda.

Bəhruz Bayramov deyir ki, ibtidai istintaq və Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi obyektiv və hərtərəfli araşdırılmayıb. Rüfət Səfərova rüşvət verdiyi iddia olunan şəxslər gəlib ifadə verməyib, sadəcə, məktub göndərməklə kifayətləniblər: "Rüfətə ən çox rüşvət verdiyi iddia olunan Zərdab rayon Mədəniyyət və Turizm İdarəsinin rəisi nə istintaqda onunla üzləşdirilib, nə də məhkəmədə. Rüfət bu adamın üzünü görməyib. Bu və başqa məqamlara aydınlıq gətirilməsi üçün apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmalıdır".

"Ev dustağı olduğum müddətdə...”

Rüfət Səfərov vəkilinin vəsatətlərinə münasibət bildirərkən, siyasi sifarişlə həbs olunduğunu vurğulayıb: "Mən ev dustağı olduğum müddətdə mediada, sosial şəbəkələrdə müəyyən açıqlamalar vermişdim. Bu da müəyyən adamları qıcıqlandırırdı. Sonuncu dəfə sentyabrın əvvəlində sosial şəbəkədə Milli Şuranın 11 sentyabr mitinqinə çağırış eləmiş, həmin mitinqdə iştirak edəcəyimi bildirmişdim. Məhz buna görə mitinqdən üç gün əvvəl mənim barəmdə tələsik hökm verildi və həbsxanaya göndərildim".

Haqqındakı hökmün qərəzli, əsassız olduğunu, Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona, hətta son söz deməyə imkan verilmədiyini xatırladan Rüfət Səfərovun fikrincə, keçmiş səhiyyə naziri Əli İnsanovu həbsdə saxlamaq üçün başlanmış yeni cinayət işinə dair söylədikləri də öz hökmünə təsir göstərib.

Məhkəmə yalnız apelyasiya şikayətinə qismən istintaqla baxılması haqda vəsatəti təmin edib. Məhkəmə baxışı dekabrın 1-nə təyin olunub.

Xatırlatma

Rüfət Səfərov ötən ilin dekabrında ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verəndən sonra prokurorluqda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılmışdı. Yanvarın 15-də R. Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvətalma) maddəsi ilə ittiham irəli sürülmüş və o həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin etmişdi.

Bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi R. Səfərova 9 il həbs cəzası kəsib. Keçmiş müstəntiq ona ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

R. Səfərov hakim Yeni Azərbaycan Partiyasından keçmiş deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.(azadliq.org)

"Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Hüseynov Beytulla İbrahim oğlunun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

Birliyin keçmiş direktoru dindirililən zaman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki,1984-cü ildə Azərbaycan Politexnik Universitetinin Elektroenergetika fakultəsini bitirib, Naxçıvan Muxtar Respublikasının (MR) Naxçıvan şəhər 5 nömrəli Texniki Rabitə idarəsində əvvəl elektromontyor, sonradan isə elektromexanik, mühəndis, baş mühəndis, daha sonra isə həmin idarənin rəisi vəzifəsində işləyib. B.Hüseynov 1998-ci ildə Bakı şəhərinə gəlib və həmin ildə Qaradağ, 1999-cu ildə Xəzər, 2000-ci ildə Nizami, 2003-cü ildə isə Xətai Telefon qovşağına rəis təyin olunub və son vəzifədə 2005-ci ilin aprel ayına kimi çalışıb, həmin ildə isə BTRİB-in baş direktoru vəzifəsinə təyin olunub, birliyin baş mühasibi vəzifəsində isə Anar Mustafayev işləyib.

Bundan başqa, o, ifadəsində qeyd edib ki, birliyin strukturuna 6 rayon qovşağı, bundan əlavə "Azevrotel” də nəzərə alınmaqla "Bakı Kabel Qovşağı”, "Rabitə Qurğularının Təmiri İdarəsi”, "Bakı Avtomat Telefon Qovşağı”, "Layihə Axtarış Kontoru” ilə birlikdə cəmi 11 struktur qurumu daxil olub. 2009-2015-ci illərdə BTRİB-ə əhaliyə, müəssisə və təşkilatlara, özəl təşkilatalara göstərilən rabitə və internet xidmətlərindən, həmçinin dövlət büdcəsindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) struktur qurumu olan "Azintelekom” MMC-dən vəsaitlər daxil olub, həmin vəsaitlərdən əmək haqqı və digər zəruri xərclər çıxıldıqdan sonra, qalan vəsaitlər Bakı şəhərı və Bakı ətrafı kəndlərdə rabitə xidmətinin, o cümlədən internet xidmətinin təşkilinə sərf edilib, yəni qeyd edilən dövrlərdə BTRİB və onun struktur bölmələri tərəfindən Bakı və Mingəçevir şəhərləri ərazisində yeni ATS binaları tikilib, yeni rabitə və kabel- kanalizasiya xətləri çəkilib, istismara cavab verməyən bina və qurğularda təmir işləri aparılıb, TPP, fibrooptik kabel xətləri çəkilib.

Həmçinin, B.Hüseynov dindirililərkən söyləyib ki, 2009-2015-ci illərdə nazirliyin rəhbərliyi tərəfindən ona BTRİB üzrə aparılan təmir-tikinti işləri və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılıb əldə olunan vəsaitlərin 80 faizinin nazirliyə verilməsi barədə tapşırıq verilib, həmin göstərişin icrasını təmin etmək məqsədilə BTRİB və onun struktur bölmələri tərəfindən görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılması barədə telefon qovşaqlarının rəhbərlərinə və iş görən təşkilat kimi "Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru Bayram Vəliyevə və "Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədova göstəriş verib, sonuncular da onun göstərişini icra edərək görülən işlərin, alınan mal-materialların qiymətlərini 20-25 faiz artırıb, əldə olunan vəsaitin 5 faizini telefon qovşaqlarının rəislərinə, 5 faizini qovşaqların baş mühasibi və baş mühəndisilərinə verib, mal-material xərcini, əmək haqqı xərclərinı çıxdıqdan sonra qalan vəsaiti onun göstərişi ilə birliyin baş mühasibi A.Mustafayevə verib.

O, ifadəsində vurğulayıb ki, keçmiş nazir Əli Abbasovun tapşırığı əsasında birliyin baş mühasibi A.Mustafayev hər ayın sonunda görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin artırılması ilə əldə olunan vəsaitlər barədə nazirliyin yüksək vəzifəli şəxsinə məlumat verib.

Bundan sonra A.Mustafayev birbaşa Aparat rəhbərinə hesabat verib, onun göstərişi ilə əldə olunan vəsaitin 80 faizini sonuncuya verib. Bu qayda ilə A.Mustafayevin vasitəsi ilə ilk aylarda nazirliyin rəhbər şəxslərindən birinə 200.000-250.000 manat, sonrakı aylarda isə 100.000-150.000 manat olmaqla, ümumilikdə 10.000.000 manat pul verib.

Bundan əlavə, o, ifadəsində göstərib ki, qiymətlərin artırıması ilə əldə etdiyi vəsaitdən nazirliyin rəhbər şəxsinə verdiyi hissəsindən sonra qalan vəsaitdən birliyin baş mühasibi A.Mustafayevə ayda "konvert” olaraq 7000 manat, "Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru B.Vəliyevə "konvert” şəklində 1500 manat, birliyin əməkdaşlarına - şöbə rəislərinə "konvert” olaraq ayda 500-700 manat olmaqla qeyd olunan dövr ərzində ümumilikdə hər ayda 4000-5000 manat, nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verib. O, B.Vəliyev və E.Məmmədovun vasitəsi ilə vergi orqanları əməkdaşlarına 11 milyon manat pul verdiyini, qiymətlərin artırlıması ilə əldə etdiyi vəsaitdən şəxsən özünə hər ay 25.000-30.000 manat olmaqla ümumilikdə 1 milyon 200.000 manat pul qaldığını, həmin pulu da şəxsi ehtiyaclarına sərf etdiyini bildirib.(Report)

Cümə axşamı, 17 Noyabr 2016 00:00

Ölümdən başqa bütün xəstəliklərə dərman

Yazan

Mükəmməl immun sistemə malik olan insan çox gümrah olur və nadir hallarda xəstələnir. Bu mükəmməllik onun xəstəliklərə qarşı möhkəm müqavimətinin olması ilə əlaqədar olur. Xəstəliklərə qarşı müqavimətli olmaq üçün immun sistemin möhkəm olması vacibdir. Bəs immun sistemi möhkəmləndirmək üçün nə etmək lazımdır?

Elm adamları bu sualın cavabını müasir texnologiyanın köməyi ilə tapmışlar. Qara zirənin toxumunda orqanizmin normal fəaliyyətini təmin edən yüzlərlə maddələr vardır. Məhz bu maddələrə görə 14 əsr bundan əvvəl Peyğəmbərimiz (s.a.s.) qara zirəni “Ölümdən başqa bütün xəstəliklərə dərmandır” deyə qeyd etmişdir. Peyğəmbərimiz (s.a.s.) qara zirəni hədislərində ilahi möcüzəyə malik bir nemət adlandırmışdır. Qara zirənin toxumunun tərkibində 38% karbohidrat, 35% müxtəlif yağlar və 21% albumin aşkar edilmişdir. Buraya çox qiymətli doymamış yağ turşuları da daxildir. Qara zirə toxumunun tərkibində B qrup vitaminlər, amin turşular, linolen turşusu, bir çox minerallar da vardır ki, onlar orqanizmin müdafiə sistemini möhkəmləndirir.
İmmun sistemi möhkəmləndirmək üçün hər gün bir miqdar qara zirə toxumu qəbul etmək və ya 1 çay qaşığı zirə yağını1 çay qaşığı balla yarım stəkan suya qatıb şam yeməyindən 15 dəqiqə əvvəl içmək lazımdır. Hər dəfə qəbul etmədən əvvəl şüşə qab yaxşı çalxalanmalıdır.
Xəstəlikləri olan adamlara hər gün yeməkdən sonra 1 xörək qaşığı qara zirə yağı içmək tövsiyə olunur. 3 çay qaşığı qara zirə yağı orta yaşlı adamın bir günlük dozasıdır.

58 -dən səhifə 152