Əsabəli Mustafayev: “Bunları bizim o “qəhrəmanlar” edirdilər”

Sumqayıtda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təxribat xarakterli qətllərin növbəti ildönümü yaxınlaşır. 1988-ci il fevralın 27-29-da baş verən bu faciə ilə bağlı hər il bu ərəfədə yeni-yeni faktlar, fikirlər meydana çıxır. Bu il də istisna deyil.

Fevralın 22-də Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun bu hadisələrlə bağlı birgə yaydıqları bəyanatda da yeni məlumatlar var. Hər iki rəsmi dövlət qurumu 30 il əvvəlki qətliamın bütün sifarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində tədbirlərin davam etdiyini bildiriblər.

Sumqayıt hadisələri vaxtı bu şəhərdə yaşayan və həmin  faciənin şahidi olan hüquqşünas Əsabəli Mustafayev musavat.com-a yeni faktları açıqlayıb: “O zamanlar İcraiyyə Komitəsində işləyirdim. Həmin hadisələrlə bağlı gördüyüm və üzdə olan məsələlərdən məlumatlıyam. Bunun üçün də gördüklərimi və bildiklərimi deyəcəm. Məxfi sənədlərdə olan məlumatlar barədə nəsə deyə bilmərəm. Çünki istintaqın aparılmasında olmamışam. O ərəfədə Qərbi Azərbaycandan çoxsaylı insanlar gəlməyə başladı. Onların bir hissəsi Qarabağa gəlsə də, onları orada yerləşdirməyə imkan vermədilər. Bu səbəblə onları Bakı və Sumqayıta göndərdilər. 1988-ci ilə qədər Sumqayıtda ermənistanlı çox idi. Görünür, bu səbəbdən həmin qaçqınların bir hissəsi Sumqayıta gətirildi. O zaman Ermənistanda azərbaycanlıların başına gətirilən müsibətləri mətbuat yazmırdı. Bura gələnlər artıq o müsibətləri danışmağa başladılar. Bu da insanlarda hiddət yaratdı. Nəticədə mərkəzi meydanda etiraz mitinqləri başladı. Həmin yer iş pəncərəmin düz qarşısı idi. Orada bilinmirdi ki, mitinqin təşkilatçıları kimlərdir. Həmin vaxt Sumqayıtın I katibi olan Cahangir Müslimzadə məzuniyyətdə idi. Onu təcili geri çağırdılar. Qaçqınlar mitinqə gəlib orada çıxış edib, başlarına gətirilən hadisələrdən danışırdılar. Nəticədə bu, bir az da əhalidə hiddət yaradırdı. Bilmirəm, hansı səbəbdənsə, yaxud kimlərinsə tapşırığı ilə mitinqin iştirakçıları hərəkət etməyə başladılar. Orada da minlərlə insan var idi. Cahangir Müslimzadə də kütlənin qarşısında gedirdi ki, onlar dağıntılara yol verməsinlər. Partiya komitəsinin işçiləri də çalışırdılar ki, insanlar qanunsuz hərəkətlərə yol verməsinlər. C.Müslimzadə kütləni şəhər meydanından çıxardı, dəniz qırağı yolla, indiki Səməd Vurğun küçəsi ilə getməyə başladıq. Həmin gün mitinq bir qədər sakit keçdi. Qış vaxtı idi, havalar da çox soyuq keçirdi. Mitinqlərdə şahidi olduğum bir faktı deyim. Dediyim kimi, hava soyuq olduğundan insanlar qalın geyinmişdilər. Mitinqdəki bəzi mülkü geyimlilərin paltolarının altında dəyənəklər var idi. Bu dəyənəklər adətən polislərdə olur. O zaman bunları birinci dəfə idi ki, görürdüm. Çünki o vaxt bu dəyənəklər polislərə verilmirdi. Yəqin ki, xüsusi təyinatlılara verirdilər. Deyə bilmərəm ki, mitinqə dəyənəklərlə gələnlər kimlər idilər, hansı məqsədlə bu şəkildə gəlmişdilər. Görünür, müəyyən məqsədləri var idi. Çalışırdıq ki, o hadisələrin qarşısını alaq. Mobil telefonlar o dövrdə olmadığından əlaqə yaratmaqda çətinliklər çəkirdik. Eşidirdik ki, filan yerdə ciddi hadisələr baş verir, ora dərhal gedib insanları sakitləşdirməyə çalışırdıq. Digər yerlərdə də bu tipli hadisələr baş verirdi. Hiss olunurdu ki, xüsusi planlaşdırılmış ssenari var. Adi insanlar bunları edə bilməzdi. Bu baxımdan bu hadisələrin sifarişçiləri və təşkilatçılarının olduğunu bəzən əminliklə söyləmək də olar. Əsas iki gün ciddi hadisələr yaşandı. Ondan sonra sakitlik başladı. Sumqayıta qoşun da yeridilmişdi. Ölənlərin dəfn olunması ilə bağlı komissiya yaradılmışdı, məni həmin komissiyaya daxil etmişdilər.

Ölənlərin öz dininə uyğun şəkildə həmin yas mərasimlərini necə lazımdırsa, elə də təşkil etdik, bütün xərcləri İcraiyyə Komitəsi öz üzərinə götürmüşdü. Bizim gördüyümüz bunlar idi, yəni adi insanların gördüklərini bizlər də görmüşdük. Bu hadisələrlə bağlı gedən istintaq qrupunda olan bəzi azərbaycanlılar qəhrəmanlıqlarından danışa bilərlər, ciddi işlər gördüklərini deyərlər. Amma bir faktı da deyim ki, biz komitə işçiləri ciddi təzyiqlər altında idik. Kimin dilindən Ermənistanda azərbaycanlıların başına hansı oyunların gətirilməsi ilə bağlı bir fikir səslənirdisə, onu dərhal çağırıb, sorğu-sual edirdilər. Bunları bizim o “qəhrəmanlar” edirdilər. Kimliyindən asılı olmayaraq, hər kəs böyük təzyiq altında idi. Şəhəri hərbçilər idarə edirdilər, yəni azərbaycanlılar idarəçilikdə deyildilər. Biz hadisələri sadəcə, müşahidə edirdik ki, nə ilə bitəcək”.(musavat.com)

Cümə, 23 Fevral 2018 00:00

İsa Qəmbər yenidən xəstəxanada

Yazan

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanasındadır (MKX).

Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, İsa Qəmbər özünü yaxşı hiss edir və xəstəxanaya müayinəsini davam etdirmək üçün gedib. Məlumatda qeyd edilir ki, MKX-nin həkimləri İsa Qəmbərin bir neçə gün müddətində burada qalması və ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı tibbi prosedurlardan keçməsini tövsiyə ediblər.

Cümə axşamı, 22 Fevral 2018 00:00

Ukraynayadan Saakaşviliyə qadağa

Yazan

Ukraynanın Sərhəd Xidməti 2021-ci il, fevralın 13-dək Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin ölkəyə girişini qadağan edib.

Bu barədə “İnterfaks-Ukrayna” məlumat verib.

Xidmətdən bildiriblər ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub.

M. Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək şikayət veriləcəyini bildirib.

Cümə axşamı, 22 Fevral 2018 00:00

“Mehriban Əliyevanın başqa işi olmayıb”

Yazan

Mehman Əliyev: “Mehriban Əliyevanın başqa işi olmayıb”

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsindən bir il ötür. Onun birillik fəaliyyətini kim necə dəyərləndirir?

«Turan» xəbər agentliyinin direktoru Mehman Əliyev deyir ki, bir ildə «müəyyən dərəcədə» Birinci vitse-prezidentin komandasının formalaşması gedib, ancaq «başqa işi olmayıb»:

«Əslində, ona sosial-iqtisadi blok həvalə edilmişdi. Ancaq o, sosial-iqtisadi blokla məşğul olmayıb».

M.Əliyev hesab edir ki, Birinci vitse-prezidentin vəzifədə özünü göstərə bilməsi üçün ilk növbədə bu bir ildə struktur dəyişiklikləri baş verməliydi, vəzifə bölgüsü aparılmalıydı və o da fəaliyyətə başlamalı idi.

«Düzdür, keçən il ölkədə müəyyən struktur dəyişiklikləri oldu, yeni dövlət strukturlarının yaradılması və ya birləşdirilməsi, bəzi şəxslərin vəzifədən getməsi, azca da olsa, baş verdi. Görünən budur ki, hər şey 2018-ci ilə saxlanılıb. Ona görə də tələsik seçkilər keçirilir, məqsəd prosesə seçkilərdən sonra start verməkdir. Ona görə də nəsə baş verəcəksə, bu il olacaq. Yəni komandada böyük dəyişikliklər, eləcə də struktur dəyişikliyinin sürətlənməsi və yeni gedişlər ediləcəyi gözlənilir», – M.Əliyev belə düşünür.

Azər Qasımlı: «Niyə təyin olundu, nə etdi?»

Hakimiyyətə müxalifətdə olan REAL-ın siyasi məsələlər üzrə katibi Azər Qasımlı isə təmsil etdiyi qurumun və şəxsən özünün M.Əliyevadan heç bir gözləntisi olmadığını bildirir.

«Biz əvvəlcədən demişdik ki, bu, yanlış qərardır. Yəni Konstitusiyanın dəyişdirilməsi ilə vitse-prezidentlik institutunun gətirilməsi doğru addım deyil. Bu, idarəçilik strukturunda paralellik yaradacaqdı. Yaratdı da. Bir çoxlarının gözləntisi vardı ki, Prezident Administrasiyası ilə vitse-prezidentin yaradacağı struktur arasında gərginlik olacaq. Amma açıq müstəvidə belə bir gərginliyi müşahidə etmədik», – Əliyevanın bir illik fəaliyyəti barədə müşahidələrini bölüşən REAL təmsilçisi belə söyləyir.

O bu vaxt ərzində M.Əliyevanın öz strukturunu yaratmağa cəhd göstərdiyini qeyd etsə də, çoxlu sualların yarandığını da qeyd edir: «Bu struktur nədən ibarətdir, vitse-prezidentin işi, funksiyaları nədən ibarətdir, hansı sahələrə cavabdehdir, hansı işi görür?.. Bu haqda nəsə deyə bilmərəm. Bu haqda ictimaiyyətdə heç bir məlumat yoxdur. Sadəcə, bir il əvvəl Birinci vitse-prezident təyin edildi, amma ortada iş görmürük. Niyə təyin olundu, nə etdi?.. Ortada effektiv nəticə yoxdur. Bir qərar idi, verildi. Bu qərarın arxasında nə durur, nə etdi, nə edəcəyi barədə cəmiyyət heç nə bilmir».

YAP-çı: «Kaş elə…»

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) geniş şərh almaq mümkün olmayıb. Bu partiyadan deputat seçilən Rafiq Məmmədhəsənov AzadlıqRadiosuna M.Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətini müsbət yüksək qiymətləndirdiyini bildirir. O, xanım Əliyevanın bütün ümidləri doğrultduğunu deyir və bir istəyini də səsləndirir: «Kaş, elə bütün xanımlar onun kimi olaydı».

YAP icra katibinin müavini Siyavuş Novruzov isə sualı dinlədikdən sonra iclasda olduğundan danışa bilmədiyini söyləməklə söhbətə son verir.

«Bir il bəs deyil»

Deputat Fəzail İbrahimlinin qənaətincə, bir il M.Əliyevanın fəaliyyətini qiymətləndirmək üçün bəs deyil. «Buna kifayət qədər vaxt lazımdır» söyləyən deputat əlavə edir ki, M.Əliyeva sadəcə Birinci vitse-prezidentdir, ölkənin iqtisadi, siyasi, mənəvi durumu isə bir fərdin fəaliyyəti ilə ölçülmür:«Nəticələr, uğurlar, uğursuzluqlar ümumi komandanın işidir».

Deputat onun fəaliyyətinə xeyriyyəçilik, təhsil, mədəniyyət və başqa sahələrdəki uğurları müstəvisində yanaşaraq «məqbul» sayır.

«İnşallah, növbəti illərdə vitse-prezident kimi fəaliyyətinə qiymət vermək mümkün olacaq. Hələlik, o, komanda formalaşdırır», – İbrahimli bildirir.

«Bu, imic məsələsi idi»

«Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması imiclə bağlı məsələydi, onun rəsmi statusu müəyyənləşdirilməli idi. İkincisi də, bu addım fors-major situasiyalarda müdaxilə imkanlarının olması üçün vacib idi».

Avropada yaşayan siyasi şərhçi Rauf Mirqədirov belə düşünür. Onun sözlərinə görə, ilk Konstitusiyaya görə, ölkədəki hər hansı fors-major situasiyalarda nəzarət parlamentə keçirdisə, 2002-ci il dəyişikliklərindən sonra hökumətin başçısı – Nazirlər Kabinetinin sədri bu imkanı əldə edirdi. Amma parlament onu istefaya göndərə bilərdi. Birinci vitse-prezident isə parlamentə tabe deyil.

R.Mirqədirov sıravi vətəndaşlar arasında M.Əliyevaya bağlanan ümidlərlə bağlı deyir ki, köklü islahat aparılmadan bir nəfərin idarəçiliyi ilə 180 dərəcə dəyişiklik gözləmək sadəlövhlük olardı: «Bu baxımdan, Azərbaycanda kiminsə vəzifəyə təyinatı onun təsir imkanlarını nə daraldır, nə də genişləndirir. Mühüm olan hakim elitada yer tutmaqdır».

R.Mirqədirov Birinci ledinin elə Birinci vitse-prezident postunda da əvvəl hansı işləri görübsə, yenə onu gördüyünü, bacardığını etdiyini deyir.(AzadlıqRadiosu)

Cümə axşamı, 22 Fevral 2018 00:00

Siyasi mühacirin yeznəsi həbs edildi

Yazan

1519211925 28167077 784019461795638 936280463656551991 nMühacirətdə yaşayan Camal Seyidlinin yeznəsi həbs edilib. Bu barədə siyasi fəalın özünü ''fb'' profilində məlumat verib.

C.Seyidli qeyd edir ki, yeznəzi Aydın Məmmədov bu gün yaşadığı evdən bayıra çıırılıb və Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə aparılıb.

''Heç bir partiyanın üzvü olmayan yeznəm mənim siyasi fəallığıma və sosial şəbəkədə yazdığım tənqidi statuslara görədir. Bütün ailə üzvlərimə və qohumlarına təzyiq göstərirlər. Məni bu cür təziqlərlə, həbslərlə qorxutmaq istəyirlər. Amma məni haqq yolundan döndərə bilməyəcəksiniz. İstəyirsiniz bütün tayfamı həbs edin, amma bu yolda öldü var döndü yoxdur''-deyə o qeyd edib.

C.Seyidli əlavə edib ki, A.Məmmədov məhkəmənin hökmü ilə 30 sutka həbs edilib.  

Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Səbuhi Hüseynovun sədriliyi ilə  "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

Məhkəmədə hüquq müdafiəçisi, vəkil Yalçın İmanov, siyasi-ictimai şəxslər, dindarlar, media mənsubları, Əhsən Nuruzadənin ailə üzvləri və yaxınları iştirak edib.

Vəkil Fariz Namazlının qaldırdığı bir neçə vəsatət təmin edilməyib.

Hər zaman olduğu kimi zalda mikrafon olmadığı üçün vəkilin, hakimin, nə də dövlət ittihamçısının dediklərini eşitmək  mümkün olmayıb.

Məhkəmədən öncə çıxış edənp Əhsən Nuruzadə istintaqa qədər və istintaq zamanı ona qarşı edilən kobud rəftardan danışıb: Məndən dəfələrlə soruşublar ki işləyirsənmi. Demişəm ki, yx işləmirəm, iş yoxdur ki işləyim. Deyirlər get daş daşı. Deyirəm axı mən ali təhsil almışam, niyə daş daşımalıyam?

Məhkəmədən sonra Azərbaycan ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev, vəkil Yalçın İmanov, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli məhkəmə haqqında fikirlərini media ilə bölüşüblər.

Qeyd edək ki, Ə.Nuruzadə ötən il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Əhsən Nuruzadə bütün ittihamları rədd edir.

Növbəti məhkəmə prosesi fevralın 27-si saat 16:30-a təyin edilib.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyevin haqqında dələduzluq iddiası ilə bağlı redaksiyamıza şikayət daxil olub. 

Şikayətçilər Qaynarinfo-ya müraciət edərək bildirib ki, İbrahim Əliyev Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "Bağlar" adlanan ərazidə onlara məxsus olan təqribən 4 sotluq torpaq sahəsini qanunsuz olaraq zəbt edib və hasarlayıb. 

Şikayətdə qeyd olunur ki, İbrahim Əliyev həmin ərazidə torpaq sahəsi olan 4 nəfər vətəndaşın istifadə etdiyi yolu da bağlayıb:

"İbrahim Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bizə təzyiq göstərir. Bizdən xəbərsiz torpaq sahələrimizi hasarladıb. Həmin ərazininin qonşuluğunda İbrahim Əliyevin 22 sotluq torpaq sahəsində tikilmiş 2 mərtəbəli dəbdəbəli villası var. İndi bizim torpaqları da öz həyətinə birləşdirmək istəyir. Deyir ki, "yuxarılarda" adamım var, gedin hara müraciət edirsiniz edin, heç kəs bu torpağı məndən ala bilməz!", - deyə şikayətçilər bildirib.

Şikayətçilər İbrahim Əliyevin qanunsuz əməlləri ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə və Birinici vitse-prezident Mehriban Əliyevaya müraciət etməyə hazırlaşır.

Çərşənbə axşamı, 20 Fevral 2018 00:00

Əziz Orucov həbsdə qaldı - VİDEO

Yazan

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi "Kanal 13” İnternet televiziyasının icraçı direktoru Əziz Orucovun barəsində hökmdən şikayəti təmin etməyib. 

Məhkəmə iclasına hakim Əmir Bayramov sədrlik edib.

Vəkil Cavad Cavadov 2016-cı ilin yayında qəbul edilmiş Cinayət Məcəlləsinin 192-ci maddəsinin (qanunsuz sahibkarklıq) yeni redaksiyasının şərhi ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş edib.

Yeni redaksiyaya görə, qanunsuz sahibkarlıq vergi uçotuna dayanmadan fəaliyyət göstərmək və lisenziya almaqdır (əgər tələb olunursa).

Lakin istintaq materiallarında guya maliyyə pozuntusuna görə adı keçən Qafqaz Media Araşdırmaları Mərkəzi vergiödəyicisi olub. Onun fəaliyyəti üçün lisenziya tələb edilməyib.

Sonra müdafiə tərəfi müttəhimin qardaşı Anar Əzizovun rəhbərlik etdiyi həmin QHT-nin fəaliyyətinin maliyyə yoxlanışı haqqında aktı imzalayan ekspertlərin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

Vəkil diqqəti ona yönəldib ki, akt formal olaraq tərtib edilib və ora Zöhrab İsmayılın rəhbərlik etdiyi başqa bir QHT-nin yoxlanmasına dair rəyi daxil ediblər. Ancaq məhkəmə hər iki vəsatəti təmin etməyib.

Vəkil C.Cavadov deyib ki, ittihamın Ə.Orucova aidiyyatı yoxdur. Çünki o, Qafqaz Media Araşdırmaları Mərkəzində heç bir post tutmayıb, qrant almayıb və sənədləri imzalamayıb.

Vəkil Bəhruz Bayramov da cinayət işini qərəzli adlandırıb və Ə.Orucova bəraət verilməsini istəyib.

Ə.Orucov ittihamın və cinayət işinin əsasının olmadığını bildirib. O, maliyyə yoxlamasına dair ekspertiza aktının saxtalaşdırıldığını deyib. Belə ki, bu sənəddə başqa QHT-dən və onun rəhbərindən danışılır.

Bununla belə, məhkəmə şikayəti təmin etməyərək, birinci insansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Demokratik ictimaiyyətin nümayəndələri, o cümlədən Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli prosesi izləyib.

Müdafiə tərəfi qərar ilə razı deyil və Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Ə.Orucov özünü təqsirli bilmir. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.

https://www.youtube.com/watch?v=b6_c1H1Rh4E

1 -dən səhifə 165