Bazar ertəsi, 18 İyul 2016 23:00

ANS-in taleyi ilə bağlı QƏRAR VERİLDİ

Yazan

“ANS-in isenziyasının qüvvəsinə xitam verilməsi barədə qərar qəbul etmişik”

“Qanunvericiliyin bizə verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edərək “ANS Müstəqil Yayınm və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən bir ay müddətinə dayandırılması, xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul etmişik”.

Bunu “Report”a açıqlamasında Milli Teleradio Şurasının sədri Nuşiravan Məhərrəmli deyib.

“Baş Prokurorluğun müraciətini nəzərə alaraq qərar verdik. Məsələ artıq hüquq müstəvisində həll olunacaq. Bu proses bir ay çəkəcək. Bu müddət ərzində ANS televiziyası bağlı qalacaq”, - N.Məhərrəmli əlavə edib.

Bazar ertəsi, 18 İyul 2016 23:00

Diqqət: Sabah 42 dərəcə isti olacaq

Yazan

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 20-də hava şəraiti əsasən yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 750 civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-40 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında arabir güclənən xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 17-22° isti, gündüz 27-32° isti olacağı gözlənilir. 

Bazar ertəsi, 18 İyul 2016 23:00

Çavuşoğlu təcili ABŞ-a uçur

Yazan

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 19-da ABŞ-a səfər edəcək

Virtualaz.org-un RİA Novosti-yə istinadən məlumatına görə, səfər zamanı hərbi çevrilişin təşkilində ittiham olunan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi müzakirə olunacaq.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir az əvvəl bildirmişdi ki, ölkəsi Fətullah Gülənin qaytarılması üçün ABŞ-a rəsmi sorğu göndərəcək.

Vəkil: Məhkəmədə Tale Bağırzadə və onunla birgə həbs olunanların günahsız olduğunu hər kəs biləcək.

İyulun 19-da "Müsəlman birliyi" hərəkatının rəhbəri Tale Bağırzadə və onunla birgə həbs olunanların məhkəməsidir. 

Martın 19-da həbs olunan Tale Bağırzadə Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.7-ci, 120.2.12-ci, 29, 120.2.1-ci, 29, 120.2.3-cü, 29, 120.2.4-cü, 29, 120.2.7-ci, 29, 120.2.12-ci, 28, 214.2.1-ci, 28, 214.2.3-cü, 214-2-ci, 220.2-ci, 228.3-cü, 278-ci, 279.1-ci, 283.2.3-cü və 315.2-ci maddələri ilə ittiham olunur. İstintaqın gedişiylə əlaqədar T.Bağırzadə vəkili Elçin Sadıqov Meydan Tv-nin suallarını cavablandırdı. 

- Elçin bəy, “Müsəlman birliyi” təşkilatının rəhbəri Tale Bağırzadənin istintaqı necə keçir? 

- İstintaq yekunlaşıb və cinayət işi məhkəməyə verilib. Biz vəkillər istintaqın aparılmasından razı deyilik, çünki istintaq bitərəfli qaydada aparılıb. 

- Hansı əsaslarla bitərəfli aparıldığını iddia edirsiniz? 

- İstintaqın bitərəfli aparılmasının əsasları ondan ibarətdir ki, birinci, Tale Bağırzadə başda olmaqla təqsirləndirilən şəxslərdən işgəncə vasitəsilə ifadələr alınıb. 

- Tale Bağırzadə işgəncə nəticəsində ifadələr verib? 

- Bəli, müəyyən ifadələr verib ki, hansı ki onu məcbur ediblər. Əlavə olaraq şahidlər də Tale Bağırzadə əleyhinə ifadə verməyə məcbur ediliblər. Biz üzləşdirmədə bunun canlı şahidi olmuşuq. 

Ona görə də Taleh Bağırov üzləşdirmədən imtina edibdir. İstintaqda digər pozuntular müdafiə tərəfinin vəsatətlərinin əsassız olaraq təmin edilməməsi, vəkillərə müdafiə etdiklərin şəxsin müdafiəsini qurmaq üçün lazım olan sənədlərin verilməməsi və hətta ekspertiza rəylərinin yarımçıq verilməsidir. Əməliyyat sənədlərini isə ümumiyyətlə vermədilər. Həmçinin sorğular və onlara alınmış cavabların surəti verilmədi. Halbuki, bunlarsız müdafiəni qurmaq mümkün deyil. Cinayət işinin materiallarından da görünür ki, polislər həmin əraziyə hücum edənə qədər orada heç bir hadisə baş verməyib. Hesab edirəm ki, işgəncəylə bağlı verilən ifadələr məhkəmədə öz təsdiqini tapacaq. Nəhayət, Nardaranda mülki əhalidə silah olmayıb və onlar heç kəsə atəş açmayıb. 

- Sadaladıqlarınız Azərbaycan Konstitusiyasında, qanunvericiliyində və imzaladığımız beynəlxalq konvensiyaların hansı maddələrinin pozulmasıdır? 

-Bütün hallarda müdafiə hüququnun pozulmasıdır. Müdafiə hüququna Konstitusiyamızda, Cinayət-Prosesual Məcəlləsində, həmçinin İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təminatlar verilir. Bu, bizim məhkəmədə öz mövqeyimizi müdafiə edə bilməməyimizə yönəlib. Ancaq məhkəmədə ittihamı tam ifşa edəcəyik. 

- Yəqin ki, DİN və Respublika Prokurorluğunun hadisə baş verəndən sonra birgə yaydığı məlumatla tanışsınız. Həmin açıqlama nə ədərəcə əsaslıydı? 

-Məlumatın hər hansı bir əsası yox idi. Əməliyyat əməliyyatçının qərarı əsasında həyata keçirilib. Qərara görə faktiki olaraq axtarış və götürmələr olub ki, halbuki bunlar yalnız təxirəsalınmaz müstəntiqin qərarıyla və ya məhkəmənin qərarı ilə olmalıydı. Ən əsası isə bu barədə məhkmələrin məlumatının olması vacib idi. Axtarış və götürmələrin heç birində məhkəmə qərarı olmayıb, proses əməliyyatçının qərarıyla gerçəkləşdirilib və bu axtarış və götürmələr barədə məhkəmələrə heç bir məlumat verilməyib. Bundan başqa əməliyyat həyata keçirilərkən əməliyyatda kimlərin iştirak etməsi, kimin hansı silahdan istifadə etməsi, əməliyyatda neçə güllədən istifadə edilməsi və neçə dəbilqənin istifadəsi barədə heç bir məlumat yoxdur.

-İstintaqda bu barədə vəsatətlər qaldırdınızmı? 

-Bəli, amma təmin olunmadı. Tale Bağırzadə və digər təqsirləndirilən şəxslər həmin silahların polis orqanları tərəfindən evlərə yerləşdirildiyini hesab edir, sonradan axtarışda tapılma adıyla rəsmiləşdirilib. 

- Əməliyyat zamanı iki polisin ölümü barədə sosial şəbəkələrdə müxtəlif məlumatlar yayıldığından bu barədə nə deyə bilərsiniz? 

- Cinayət işində həmin şəxslərin əməliyyat zamanı hansı formada olmasıyla bağlı heş bir məlumat yoxdur. Şəxslərin ancaq alt paltarında şəkilləri var. Buna görə də onların şəklinə baxıb polis olduqlarını deməyə heç bir əsas yoxdur. Eyni zamanda, polis olduqları güman edilən şəxslərin meyitlərinin tam şəkli yoxdur, şəkillər hissə-hissə çəkilib. Bu mənada həmin şəkillərin başqa-başqa adamlara aid olması ehtimalımız var. Hissələrdə bədənin rəngləri də fərqlənir. 

- Məsələ ondadır ki, daxili işlər naziri cənab Usubov onların dəfnində iştirak edib... 

- Biz həmin polislərin şəxsi işlərini tələb edən vəsatət qaldırdıq, həm də Sosial Müdafiə Fondunda polis olmaları haqda sənədləri, tabel silahlarının olub-olmamasını tələb etsək də, istintaq rədd etdi. Ümumiyyətlə, cinayət işində həmin iki nəfərin polis olmasını təsdiq edən heş bir rəsmi sənəd yoxdur. 

- Bəs istintaqda Nardaranda əməliyyatın nəyə görə keçirildiyi müəyyən olundumu? 

- Tale Bağırzadə Nardaran əməliyyatının yerli əhalinin qorxudulması və onun həbsi üçün keçirildiyini hesab edir. İkinci, hesab edir ki, hökumət bununla Nardaranda problem olduğunu və bunu həll etməyə çalışdığını göstərib, ibadətlə məşğul olanları cinayətkar kimi təqdim etməyə çalışıb. 

-Bütün sadaladıqlarınızı götürsək, bu qədər qanun pozuntularıyla getdiyinizi deyirsinizsə, məhkəmənin də istintaqın davamı olacağını düşünmək olarmı? 

- İndiyənə qədər olan praktika göstərir ki, məhkəmə bu cür işlərdə qanunlara əməl etmir və qərarları qanunvericiliyi pozaraq qəbul edirlər. Bütün hallarda biz vəkillər mövqeyimizi sübut etməyə çalışacayıq. Əlavə onu da bildirim ki, polis olması güman edilən polislərin təşrih masasında şəkilləri və cinayət işində meyitlərin yarılması haqda məlumat da yoxdur. Yalnız meyitlərin sxemi çəkilib və zədələr sxem əsasında göstərilib. Şəkillər olmadığından və zədələr sxem əsasında verildiyinə görə polis olması güman edilən şəxslərin meyitləri məhkəmə tibbi ekspertizasından keçirilməyib.

- Polislərin xidməti yox, zibil maşınında kəndə gəlmələri haqda iddiaları istintaqda qaldırdınızmı?

- Əməliyyatda kimlərin iştirakı, hansı paltarları geyilmələri barədə qərarda da heç nə yoxdur. Şahidlər çəkilişlərin olduğunu deyirlər, biz çəkilişləri tələb etsək də, istintaq çəkilişin olmadığını bildirdi. Bütün hallarda hesab edirik ki, əməliyyat çəkilişi olmalıydı, əgər əməliyyat reallığı əks etdirirsə, bu, istintaqın xeyrinə olan bir hal idi. 

- Bu işin Avropa Məhkəməsinə göndərilmə perspektivi varmı? 

- Yerli məhkəmələr prosesə ədalətli yanaşmasalar Avropa Məhkəməsinə göndərilmə perspektivi çoxdur. Çünki Avropa Konvensiyasının 18-ci maddəsi pozulub. 

- Məsələ ondadır ki, dindarlarla bağlı məsələlərdə Avropa struktuları fərqli yanaşma ortaya qoyurlar... 

- Hesab edirəm ki, məhkəmədə Tale Bağırzadə və onunla birgə həbs olunanların günahsız olduğunu hər kəs biləcək.

- Əminliyiniz nəyə əsaslanır? 

- Birinci, onların heç bir təqsirlənin olmadığına və əlavə olaraq biz sübutların nümayiş etdirilməsinə çalışacayıq. Bundan əlavə təqsirləndirilənlər və şahidlər ifadə verəcək. İşin özündə də elə sənədlər var ki, elan olunmasına nail olacayıq. 

- Bu mənada hakimlər heyəti prosesi qapalı keçirə bilərmi? 

- Qanunvericilikdə prosesin qapalı keçirilməsi üçün heç bir əsas yoxdur. (islamazeri)

Bazar ertəsi, 18 İyul 2016 23:00

Dollar bahalaşmağa davam edir

Yazan

Azərbaycan Mərkəzi Bankı 19 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, iyulun 19-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5631 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi isə 1,7313 manat təşkil edir.

1 türk lirəsi 0,5240 manat, 1 rus rublu 0,0248 manatdır.

Bazar ertəsi, 18 İyul 2016 23:00

Vahid Mustafayev və Mirşahin saxlanıldı

Yazan

ANS teleşirkətinin prezidenti Vahid Mustafayev və vitse-prezidenti Mirşahin Ağayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İdarəsində ifadə vermələri üçün saxlanılıblar.

Virtualaz.org-a gecə saatlarında daxil olan bu məlumatı teleşirkətdən təsdiqləyiblər. V.Mustafayevlə M.Ağayevin telefonları qapalı olduğundan onların özləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Ondan əvvəl isə Baş Prokurorluğun və DİN-in Səbail Rayon Polis İdarəsinin əməkdaşları teleşirkətin binasını möhürləyiblər. ANS şirkətinin rəhbərliyinə qarşı “terrorizmin təbliği” maddəsi ilə cinayət işi qaldırılıb.

Xatırladaq ki, dünən Milli Televiziya və Radio Şurası Baş Prokurorluğun təqdimatı ilə ANS-in yayımının dayandırlması barədə məlumat yayıb.

APA-nın məlumatına görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaq olub.

Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.

Qeyd edək ki, dünən ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşova Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons vermişdi. Onu da qeyd edək ki, Q.Ataşova dünyanın müxtəlif KİV-lərinin nümayəndələri ilə birlikdə F.Gülənin mətbuat konfransında iştirak edib.

Xebernfoəldə etdiyiməlumatagörə, Bakı şəhərinin Baş Planına uyğun olaraq paytaxtın Yasamal rayonu ərazisində Azərbaycan prospekti, Tolstoy küçəsi, Əli bəy Hüseynzadə küçəsi və Nərimanov prospektinin yaxınlığında, eyni zamanda Nəriman Nərimanovun abidəsindən Hüseyn Cavid bağına kimi uzanan ərazidə yerləşən evlərin sökülməsinə başlanılacaq.  Evlərinin sökülməsi müqabilində hökumətin təklif etdiyi hər kvadrat metrə 1500 AZN kompensasiyanın azlığından narazı olan “Sovetski” sakinləri etirazları davam edir. 

Bakı şəhəri, Çingiz Mustafayev küçəsi 7 ünvanında yaşayan,Hüseynova Fəridə İmamverdi qızı məlumat verərək bildir ki, onlara məxsus olan 43 kvadratmetr ərazinin yalnız 25 kvadratmetri hesaba alınıb. Evlərinin sökülməsi müqabilində hökumətin təklif etdiyi hər kvadrat metrə 1500 AZN kompensasiya çərçivəsində bizim ev almamız və yenindən məskunlaşmağımız mümkünsüzdür. Hər yerə müraciət etmişik, bizim mülkiyyət hüquqlarmız tanınmır. Əksinə etiraz etdiyimizə görə yoldaşımı Hüseynov Rəşad Həsənağa oğlu polis tərəfindən qanunsuz saxlanıb və işgəncələrə məruz qalmışdır.

F.Hüseynova problemini kimə deyəcəyini bilmir: “Dəridimizi kimiə deyək? Mülkiyyət hüququmuzu nəzərə almadan mənzilimizi sökürlər. Hökümətə bildiriəm ki, mənim ailə vəziyyətimi nəzərə alıb mənə normal kompensasiya ayırsınlar ki, mən ev alim. Bu pula ancaq tövlə almaq olar”.

qachay Müsahibimiz son zamanlar Azərbaycan Diplomatiya akademiyasında olanlarla bağlı sosial  şəbəkələrdə qalmaqallı fikirlər səsləndirən Qaçay Piriyevdir.

 - Qaçay müəllim, Azərbaycan Diplomatiya Akademiyası özəl xüsusiyyətləriylə Azərbaycanda  seçilən ali məktəblərdəndir. Nə baş verir ki, Siz bu təhsil ocağına qarşı tənqidi fikirlər  səsləndirirsiniz?

- Əvvəla qeyd edim ki, ADA-nın xüsusi təhsil ocağı kimi xarakterizə olunması ölkədə digər sahələr kimi bu təhsil müəssisəsinin rəhbərinin kimin olmasıyla bağlıdır. Çünki, ali məktəbin rəhbəri ölkədə siyasi hakimiyyətdə olanların, daha doğrusu birinci xanımın əmisidir. Qeyd edim ki, mən burada həm təhsil almışam, həm də əmək fəaliyyəti göstərmişəm. Akademiyanın yeganə fərqli xüsusiyyəti ingilisdilli mühitin olmasıdır. Xüsusilə Akademiyada həm tələbələrə, həm də müəllimlərə qarşı xüsusi nəzarət həyata keçirilir ki, insanlar öz müstəqil fikirlərini bildirməsinlər. Sanki, seminarlarda gedən müzakirələr zamanı uşaqlar özlərini sıxıntıda hiss edirlər. Çünki, Akademiyanın tələbələri xarici qonaqlarla görüş zamanı ölkədəki vəziyyət, təhsil mühiti, azad sahibkarlıq mühiti, siyasi fəaliyyət imkanlarıyla bağlı normal müzakirə apara bilmirlər. Hər şeyin nəzarətdə olduğu bir yerdə normal təhsildən, normal inkişafdan söhbət gedə bilməz. Tələbəlikdən sonra 2011-ci ilin yanvar ayından Akademiyanın kitab mərkəzində işləməyə başladım. Burada da eyni mənzərəni gördüm, dünyanın liberal düşüncəli, iqtisadi və siyasi azadlıqla bağlı olan kitablarının kitabxanaya gətirilməsi üçün rəhbərliyə müraciət etdikdə isə hiss etdim ki, bu onların xoşuna gəlmir. Burada yalnız texniki və riyazi sahəylə bağlı lazımi ədəbiyyat var idi. Mən kitabxananı təkmilləşdirmək üçün müxtəlif təkliflər irəli sürsüyümə görə rəhbərlik mənə mühafizə xidmətində işləməyi təklif etdi. Mən isə tərəddüd etmədən təkliflə razı oldum. Çünki universitetin rəhbəri ölkənin birinci xanımının əmisidir, onun sözünü, mübahisəsiz, sual-cavabsız hamı icra edir. Həmin ilin iyulun 10-dan mühafizəçi kimi işləməyə başladım və 4 ay orada mühafizəçi kimi çalışandan sonra rəhbərlik məni yeni “vəzifəyə” təyin etdi. Bundan sonra isə mən ADA-da təmizlikçi işləmişəm və işim Unversitetinin binasının, iş və dərs otaqlarının, ərazinin təmizlənməsi, abadlaşdırılması və yaşıllaşdırılmasına nəzarət etməkdən ibarət idi. Əvvəlki işlərlə müqayisədə burada maaşım daha çox idi. Lakin təhsilli adam kimi məni bu işlərə cəlb etmələrini qəbul edə bilmirdim və qərara gəldim ki, mən də bu ədalətsiz sistemə qarşı mübarizə aparım. Xüsusilə rektorun və Prezidentin oğlu Heydər Əlievin dərs alacağı otaqların təmizlik aparılmasına birbaşa özüm nəzarət etdiyimdən sonralar bu amili mənə qarşı istifadə etməyə başladılar. Mən burada işlədikcə idarəetmə rejiminin insanları əzməsini və alçaltmasını görürdüm. Potensialım daha münasib işlərə uyğun gəldiyi halda bu cür işdə çalışmağım məni açmasa da, ailə vəziyyətinə və işsiz qalacağıma görə dözürdüm. Dövlət televiziyalarda isə bütün günü işsizliyin aradan qaldırılması istiqamətində aparılan böyük addımlardan danışıldıqca özümü çox pis hiss edirdim.

Qaçay müəllim, bütün bu haqsızlıqlar var idisə niyə etiraz etmirdiniz?

– Əvvəla həmişə rəhbərliyə bildirirdim ki, mən daha bu işlərdə işləmək istəmirəm və doğrusu ümid edirdim ki, məni heç olmasa tədris-köməkçi heyətdə assistent və ya laborant kimi işə götürəcəklər. Eyni zamanda mən işim dəyişildikdən sonra həmişə mitinqlərdə iştirak etmişəm və hakimiyyətin siyasətinə tənqidi münasibətimi sərgiləmişəm. Qeyd edim ki, 2016-cı ildə konstitusiyaya edilən dəyişikliyə etiraz olan mitinqdə iştirak etdikdən sonra mənə qarşı münasibət dəyişdi. Konkret olaraq 11 oktyabr 2016-ci il tarixdə işdə olan vaxt 2 nəfər mülki geyimli şəxs qaraja dəvət etdilər və maşına zorla mindirərək apardılar. Burada məni hədələdilər və eyni zamanda sosial şəbəkədəki fəaliyyətimi, o cümlədən telefonumu yoxladılar. Bildirdilər ki, guya mən rektorun şəxsi mülkləri ilə bağlı sənədləri çəkib götürüm jurnalist olan həyat yoldaşım Günay Piriyevaya ötürmüşəm. Mən bunun yalan olduğunu bildirsəm də mənə fiziki güc tətbiq edərək sakit olmağımı tələb etdilər. Həmin gün mən qeyri-müəyyən şəraitdə təxminən 6-8 saat dindirilmişəm. Yəni bunları sadalayıram ki, mən etiraz etdiyimə görə cəzalandırılmışam və bilirəm ki, bunlar siyasi sifarişlə həyata keçirilən işlərdir. Artıq işə getmirəm və demək olar ki, hər günü səksəkə içərisində keçirirəm.

Son durum nə yerdədir və nə etmək fikrindəsiniz?

– Son durum odur ki, mən Cinayət Məcəlləsinin 284, 284-1 maddəsilə - yəni oğurluq - rektorun əmklakını oğurladığıma görə, kampyuter məlumatlarını ələ keçirdiyimə görə və dövlət sirri təşkil edən məlumatları qanunsuz ələ keçirdiyimə görə (maddə 284-1) cinayət məsuliyyətinə cəlb olunmuşam. Qeyd edim ki, bir neçə gün rayonda da yaşadım ki, bəlkə məsələnin üstündən keçələr. İndi isə hər şey ola bilər və hər an həbs oluna bilərəm. Buna görə də artıq ictimaiyyəti xəbərdar etmək üçün sosial şəbəkələrdən məlumatlar paylaşıram. Mənim şəxsi kompyüterim də müsadirə edilmişdir və geri qaytarılmamışdır. Ümid edirəm ki, bu sosial aktivliyimlə bəlkə mənim qanunsuz həbs olunmağımın və işgəncə almağımın qarşısı alına. Çünki, mən günahsız adamam və siyasi sifarişlə mənə qarşı cinayət işi açılmışdır.

“Türkiyədə çevriliş cəhdindən sonra kütləvi “təmizləmələr” dalğasında demokratiya prinsiplərinə əməl edilməzsə, ölkə NATO-dan çıxarıla bilər”.

Bu xəbərdarlıqla ABŞ dövlət katibi Con Kerri çıxış edib.

C. Kerri Brüsseldə bildirib ki, ABŞ və Avropa İttifaqı Türkiyəyə çevriliş cəhdinə verilən cavablarda demokratiya qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir: “ABŞ Türkiyəni mili demokratik institutların və qanunun aliliyinin yüksək standartlarına hörmət göstərməyə çağırır”.

Xatırladaq ki, Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra minlərlə hərbçi, dövlət məmuru işdən çıxarılıb. Onlar barəsində istintaq başlayıb. (apa)

Azərbaycan Respublikasının Konstitusiyaasına dəyişikliklər edilir.

Azərbaycanda parlament seçkilərində iştirak üçün yaş həddi 18-ə endirilə bilər.

Bu barədə Prezidentİlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 85-ci maddəsinin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözlərinin “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.

82 -dən səhifə 145