“Mənə dedilər ki, bir də danışsan səni və ailəni öldürəcəyik”. Bu sözlər blogger Fuad Axundova məxsusdur. F.Axundov hakimiyyəyin siyasətini tənqid etdiyi, söz və ifadə azadlığını müdafiə etdiyi üçün polis tərəfindən təhdid olunduğunu deyir. Hətta ailə üzlərinin də ölümlə hədələndiyini iddia edir. F.Axundov polis tərəfindən döyüldüyünü və ciddi xəsarət aldığını bildirib: “Bu il mayin 19-da məni Baş Polus İdarəsinə apardılar. Məni sorğuya aldılar. Ciddi şəkildə tələb etdilər ki, sosial şəbəkələrdə hakimiyyəti tənqdi edən yazılarımı və statuslarımı yığışdırım. Bildiyiniz kimi tanınmış jurnalist Əfqan Muxtarlı Gürcü polisi tərəindən həbs edilib və Azərbaycana təhvil verilib. Bu hal ölkədəki vəziyyətin necə də acınacaqlı olduğunu göstərir”.

F.Axundov siyasi statuslarına görə polis tərəfindən vəhşicəsinə döyüldüyünü və ciddi xəsarətlər aldığını deyir: “Disput.az saytının siyasət bölümündə ölkədə baş verən məmur və polis özbaşınalığından yazmışdım. Bu ilin iyun ayının 2-də saat 10-da iki nəfər polis əməkdaşı yaşadığım Kürdəxanı qəsəbəsinə gəldi və məndən tələb etdilər ki, polis zorakılığından və məmur özbaşınalığından danışmayım, yazmayım. Buna cavab olaraq dedim ki, prezidentimiz demokratiya elan edib. Söz hüququm var, azad sözümü deyə bilərəm. Bu cavabdan sonra onlar əsəbləşdilər biri məni itələdi və mən yıxıldım, onlar da əlləri və ayaqları ilə məni döydülər. Mən qışqırırdım, səsimə qonşular çıxdılar qonşuları görəndə onlar dayandılar. Mənə dedilər ki, bir də danışsan səni və ailəni öldürəcəyik. Qonşularımdan biri şəkil çəkib. O şəkillər də sübut kimi əlimizdədir

IMG 20170628 WA0039

Bazar ertəsi, 12 İyun 2017 00:00

Seyidin sənədi - Kənan Rövşənoğlu yazır

Yazan

Və ya Masallı axundunun verdiyi vəsiqəin etibarı

Sosial şəbəkələrdə bir vəsiqə şəkli yayılıb. Vəsiqənin bir tərəfindən bir gənc adamın şəkli, üst tərəfdə isə “Seyid Ağa” yazısı və vəsiqənin nömrəsi yazılıB. Yeri gəlmişkən, yazıdan görünür ki, artıq 20 mindən çox belə vəsiqə var.

Digər səhifəsində isə başda “Həqiqətən bu şəxs seyiddir” yazılıb və altdan isə vəsiqəni verən şəxsin ad-soyadı, eləcə də şəxsi möhürü vurulub. Vəsiqəni verən adamın Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazısı Hacı Mirqiyas Təhməzov olduğu yazılıb.

Hələlik Mirqiyas Təhməzovun və əməkdaşı olduğu QMİ-nin bu barədə açıqlaması yoxdur. Yəqin ki, olaya bu gün - bazar ertəsi aydınlıq gətiriləcək. Amma bu “indulgensiya” (Orta əsrlərdə kilsənin satdığı “cənnət qəbzləri”) olayı artıq bu şəkillər sosial şəbəkələrdə yayılandan sonra ənənəvi müzakirələr başlayıb. Və təbii ki, hər kəs düşüncəsinə, baxışlarına əsasən tənqid edir, bəziləri burdan çıxış edərək yenə də dini baltalayır. Ancaq bu hadisəyə daha soyuq başla yanaşıb, bəzi məsələlərə aydınlıq gətirmək lazımdır.

Əvvəla, seyid adının partiya və ya dövlət vəsiqəsi şəklində bəlli şəxslərə verilməsi və bunu hansısa bölgə qazısının etməsinin heç bir dini və ya hüquqi əsası yoxdur. Ərəbcədə cənab, ağa mənasını verən “seyyid” (yerli yazılışı seyid) islamiyyətin gəlişindən sonra həm də Məhəmməd Peyğəmbərin nəslindən olanlara verilib. Bəzi mənbələrə görə, nəvəsi İmam Hüseynin (ə) soyundan gələnlərə deyilib.

Ancaq bu ümumi bir qan qohumluğu anlayışı ilə əlaqədardır. Yalnız Cəfəri məzhəbində seyid olanlara bəzi imtiyazlar tanınır. Məsələn, onlara sədəqə haramdır, bunun əvəzinə kasıb seyidlər dini vergi olan “xüms”dan pay alırdılar. Bu isə Quran-Kərimin Ənfal surəsinin 41-ci ayəsinə əsaslanır. “(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!”

Bu səbəbdən də bu imtiyazdan saxtakarlıqla faydalanmasın deyə seyidliyin müvafiq “şəcərəsi” tutulub. Şəcərə ərəbcədə ağac mənasını verir və seyidliyə iddia edən şəxsin soy kökünün kimlər vasitəsilə imamlara bağlandığını göstərirdi. Bu şəcərəyə müvafiq yerli dövlət qurumlarının təsdiqi də şərt olub. Hətta İran və İraqda bununla bağlı müvafiq arxivlərin olması haqqında iddialar var.

Ancaq göründüyü kimi, bu sənəddə o şəcərədən söhbət getmir, üstəlik, hətta şəcərə olsa belə, QMİ-nin yerli nümayəndəsinin bunu hansı əsasla etməsi məlum deyil. Amma maraqlı olan başqa bir məqam Mirqiyas Təhməzovun ötən həftə Masallı Məhkəməsində verdiyi ifadədir. Məsələ ondadır ki. ötən həftə hazırda həbsdə olan ilahiyyatçı Şeyx Sərdar Babayevin məhkəmə prosesi keçirilib və Mirqiyas Təhməzov da ifadə verib. Qazı həmin məhkəmə prosesində verdiyi ifadəsində Şeyx Sərdarı məsciddə xütbə deməyə özü dəvət etdiyini etiraf edib və eyni zamanda istintaqda onun əleyhinə ifadə verdiyi, yəni həbs olunmasında rolu olduğu da üzə çıxıb. İndi isə bu şəxsin seyidlik vəsiqəsi verdiyi məlum olub.
Yeri gəlmişkən, Masallı məhkəməsində verdiyi ifadəsində Təhməzov “Mənim üçün dövlətin qanunları bütün qanunlardan üstündür” demişdi. Görəsən seyidlik vəsiqəsini hansı qanunlara əsasən verib: dövlət, yoxsa dini?

http://www.mia.az/w261707/share/

310 Cavid Cabbarlı: “Hakimiyyət qeyd-şərtsiz siyasi məhbusları azad etməli və ölkədə  tüğyan edən neqativ halların qarşısını almalıdır”

  “Azərbaycanda siyasi məhbus problemi çox ciddi görkəm alıb. Lakin hakimiyyət  birmənalı şəkildə ölkədə siyasi məhbus olmadığını iddia edərək, zaman-zaman bu  problemlə manipulyasiya edib və hətta bir sıra ölkələrə və beynəlxalq təşkilatlarla  siyasi “alış-veriş”-ə girib”. Bu sözlər  Vətəndaş və İnkişaf Partiyasınln sədr müavini  Cavid Cabbarlıya məxsusdur.

 C.Cabbarlı bildirdi ki, vətəndaş cəmiyyətinin sıradan çıxarıldığı, müstəqil medianın  çökdürüldüyü, məhkəmələrin qeyri-müstəqil olduğu, repressiyaların davam etdiyi  hazırkı dövrdə ölkəmizdə ictimai, siyasi, dini, bloggerlik, jurnalist, hüquq-müdafiə  fəaliyyətinə görə hazırda 100-lərlə şəxs qanunsuz həbs həyataı yaşayır: “Müstəqil  vəkillərin sayının az olduğu, olanların da hakimiyyət tərəfindən sıxışdırıldığı, Vəkillər Kollegiyasının üzvlüyündən çıxarıldığı, məhbuslara vaxtında və lazımi peşəkar hüquqi xidmətin göstərilməsi problem olaraq qaldığı, təzyiq və repressiyaların davam etdiyi indiki məqamda ictimai-siyasi fəallığına, tənqidçi mövqeyinə görə həbs olunan bütün şəxslər barədə məlumat toplayıb, onları aşkara çıxarıb müəyyənləşdirmək müəyyən çətinliklər yaradır. Bu kateqoriyadan olan bəzi şəxslər isə köməksiz və inamsız durumda, bir qismi isə təzyiq və təhdid altında olduqlarından, bəziləri isə şirin vədlərlə aldadıldıqları üçün zamanında hüquq müdafiəçiləri ilə təmas qura bilmirlər”.

Azərbaycan hakimiyyəti qəbul etməlidir ki, sağlam və ədalətli dövlətlər güclü vətəndaş cəmiyyətinin olduğu olkələrdə  mövcud olur. Son baş verənlər də göstərdi ki, hakimiyyətə real təhlükə vətəndaş cəmiyyətindən deyil, onun daxilindən, yürüdülən yarıtmaz siyasətdən və bu siyasətdən narazı qalan ölkədə sosial problemlərdən əziyyət çəkən xalqdan gəlir. Əksinə sağlam vətəndaş cəmiyyəti xalqla dövlət arasında körpüdür. Hakimiyyət bu körpünü dağıtmaqla özünü narazı və qəzəbli xalqla üz-üzə qoyur - C.Cabbarlı bildirib.

Müsahibimiz hakimiyyətin beynəlxalq təşkilatların tələb və təklilərinə əhəmiyyət vermədiyini diqqətə çatdırıb: “Beynəlxalq ictimaiyyətin təkidli tələblərinə baxmayaraq, ölkədə siyasi məhbus problemi həll olunmur. Azərbaycan hakimiyyəti bu problemi həll etmək əvəzinə repressiya siyasətini davam etdirərək, siyasi məhbusların sayının artırılması ilə məşğuldur. Bu gün Azərbaycanda yüzlərlə siyasi məhbus var. Ölkəmiz siyasi məhbusların sayına görə dünyada lider ölkələr sırasındadır”.

C.Cabbarlı  hesab edir ki, siyasi məhbus problemi Azərbaycan üçün milli təhlükəsizlik məsələsinə çevrilib: “Bu problemin mövcudluğuna görə Avropa Şurası ölkəmizdə siyasi məhbusların vəziyyətinin tədqiq olunmasının vacibliyi barədə qərar qəbul edib. ABŞ Konqresinin Helsinki Komitəsində Azərbaycan hökumətinə qarşı sanksiyalar haqqında qanun layihəsi qəbul olunub. Bu layihə Konqresin təsdiqinə verilib. Siyasi məhbus problemi beynəlxalq aləmdə Azərbaycanın iştirakı ilə aparılan bütün proseslərdə mövqeyimizi zəiflədir. Hakimiyyət indiki siyasi şəraitdə, cəmiyyətin, demokratik təşkilatların, siyasi partiyaların və beynəlxalq təşkilatların davamlı səylərinə məhəl qoymur, əksinə siyasi məhbusların sayının artması prosesi davam edir”.

C.Cabbarlının fikrincə, siyasi motivli həbslərə əsasən söz, mətbuat və toplaşmaq azadlığı hüququnu reallaşdırmaq istəyənlər məruz qalır: “Ona görə də siyasi məhbusların sayı artmada davam edəcək. Hakimiyyət narazı insanların toplaşmasından qorxur. Narazı insanlar fəallıq göstərib danışan kimi həbs edilir. Siyasi həbslərin əsas səbəbləri həm də korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı ilə bağlıdır. Hakimiyyət qeyd-şərtsiz siyasi məhbusları azad etməli və ölkədə tüğyan edən neqativ halların qarşısını almalıdır. Çünki günahsız insanların həbs olunması cəmiyyətdə çox ciddi problemlərə yol açır”.

Ey gözümün nuru imam Həsən, əzablı şəhadətin canımı incidir, ruhumu ağladır. Ağladıqca doğulmazdan qabaq qanıma yeridilən zəhərin acısının şiddətli ağrısı yayılır canıma... ZƏHƏRLƏNMİŞİK...Sizin kimi...Ağrı əzabından qovrulur canımız, Sizin kimi... Biz necə zəhərləndik?

...Anam danışırdı və hər dəfə bu hadisədən qorxurdum. Elə bilirdim ki o zəhər mənim canıma hopub. Elə bilirdim ki, tez-tez boğulmağıma o zəhər səbəb olub.

“Günortaya çıxmışdıq. Pambıqlığın kənarında torpağın üstünə süfrə sərmişdik. Hər kəs evindən gətirdiyini qoymudu ortaya. Əlimizi süfrəyə uzatmamış əyripalan başımızın üstündən o yana bu yana uçdu, göydən yerə ağ duman ələndi elə bil. Əyripalanın pambığa tökdüyü zəhər duman kimi bələdi bizi. Çölün düzündə həkim nə gəzirdi. Qırılıb batdıq...Hamımız zəhərləndik...”

Anam nəql edirdi bunu... O zaman subay olub. Sonra ailə qurdu və 5 uşaq dünyaya gətirdi... Biz doğulan kimi baxıb gördük ki, zəhərlənmişik, özü də  PAMBIQ ZƏHƏRİNDƏN...

O zaman pambıq işi başlayanda bütün yollar bağlanırdı. Hətta doğum sancısı tutan qadınları yolları bağlayan polislər geri qaytarırmış ki, “get günbatandan sonra gəlib doğarsan. Bax beləcə, insanlığı zəhərləyirdilər.

Sonra böyüdükcə daha çox zəhərləndik. Biz hər gün zəhərləndik Ya Həsən!

Uşaqlığımız 10 illik planı 5 ildə yerinə yetirən, keçici qırmızı bayraqları muncuq kimi dalbadal düzən  pambıq ölkəsi Azərbaycanın pambıqçılıq məskəni olan Saatlıda keçdi. Yayın hər səhərini əyripalanların səsinə oyanardıq. Biz kənd uşaqları üçün göydə uçan əyripalan çox maraqlı idi. Amma valideyinlərimiz qışqırıb bizi içəri salırdılar ki, zəhər üstünüzə tökülməsin. Ətraf isə çiskin havanı xatırladır, zəhər damcıları hər yerə səpələnirdi. Bostanda-bağda əlimizi nəyə uzatsaq “əl vurma, zəhərlənərsən” təhdidi bütün uşaqlığımızı zəhərlədi.

Sonra dədəm ədalətli olduğu və haqqı sevdiyinə görə həbs edildi. Ya Həsən, zəhərlənmiş adamın canının çəkdiyi acıları yaşamısız. Bəli, çox incidir, çox ağrıdır. Bizim zəhərlənmiş vücudumuzu atasızlığın qovurduğu həsrət yandırırdı. Bizi də zəhərləmişdilər...

Sonra böyüdük, məktəbə getdik. Musiqi dərsində

“Kür -Araz Ararat dost olub Hayıstan Azərbaycan” mahnısı ilə beynimizi zəhərlədilər.

Böyüklərimizin maraqla baxdığı “Sonuncu aşrım” filmi varıydı. Bir gün maraqlandım, müəllimdən soruşdum o möhtəşəm kişiləri. Müəllim dedi ki, əslində Qəmlo da Kərbəlayi də bizim xalqımızın düşmənidir,onlar qolçomaq olublar. Sonra mənə məktəb kitabxanasından bir kitab göstərdi, dedi apar bu kitabı oxu, biləcəksən Kərbəlayi və Qəmlo kimdir. Kitabın adı “Məhəbbət yanğısı” idi. Romanda deyilirdi ki, xalq ermənilərlə bizim aramıza girmək istəyən Kərbəlayinin qəbrini bu gün də lənətləyir və hər dəfə yanından keçəndə tüpürür bu qəbrə...

Bizi yer üzündən silməkdə olan ermənilərə qan udduran Kərbəlayi də, Qəmlo da beləcə xalq düşməni kimi təqdim edilirdi. Bəli, bizim tariximizi də zəhələmişdilər. Tarix kitabının səhifələrini vərəqlədikcə dilimizə, əllərimizə, beynimizə, qanımıza yayılırdı bu zəhər.

Sonra erməni millətçisi, 1918-ci ildə Azərbaycanı yerlə yeksan edən Stepan Şamuyanı Azərbaycan xalqının dostu, xalq qəhrəmanı kimi sırıdılar bizə. Amma bu Stepan zəhəri nə zəhər idisə təsirini heç nə təmizləyə bilmədi. Bizi bu gün də hər dəqiqə Stepan zəhəri ilə zəhərlənirik.

Canım Sizə fəda Ya imam Həsən! Sizi xanımınız zəhərlədi. Bu olay əslində ailə dəyərlərinə saplanan xəncər idi. Çünki o qatil Cödəni Müaviyyə pulla satın almışdı. Bu gün də ailə dəyərlərimizi belə zəhərləyirlər. Telekanallarda cödələr tüğyan edir, ulduz olur, xalqa nümunə göstərilir, hörmət-izzət sahibinə çevrilirlər. Sizin canınıza yeridilən zəhər bu gün körpələrimizi atasız-anasız qoyur.

Aradan illər ötdü sonra çıxıb televizorda yekə -yekə adını ziyalı qoyan idbarlar dedilər ki, mövsümlər, talelər, sərdarlar, elçinlər, elmanlar, abbaslar və. s. və ilaxır bizim düşmənlərimizdir, agentdir satqındır, müstəqillyimizi istəmir.

Ey İmam Həsən, ey ədalət döyüşünün əziz şəhidi, sizi bir dəfə zəhərlədilər, bizi hər gün, hər saat zəhələyirlər.

Mövsümlərin, talehlərin, sərdarların, elmanların, elçinlərin, döyülərək şəhid edilən sarvanların tək günahı Allahı sevmələridir.

Siz zəhələnmənin verdiyi ağrının əzabını bir neçə an yaşamısız, indi görün biz bütün ömrümüzü bu acı-ağrı ilə necə yaşayırıq.

Məmləkətimizin ac-işsiz gənclərinə yaxşıca pul, imkanlar yaradan şəxslər var. Amma bu pul və imkan tələyə qoyulmuş pendirə bənzəyir. Ac qılınca çapar. Evində ac uşağın, səfalətin eşq evindən qovub kibirə sürüklədiyi qadının qəzəbli sifətinə baxmaqdan yorulmuşlar o pendirə yüyürürlər. Tələni nurçular, PKK-çılar və vəhabilər qurub pusquda gözləyir. Vətənimin gənclərini baxın, beləcə zəhərləyirlər.

Ey İmam Həsən, Sizin mübarək mövludunuz günü bu ölkədə 120-yə yaxın uşağı da zəhərlədilər. Bu kütləvi zəhərlənmənin məhz Sizin mövludunuza təsadüf etməsində mistika axtarmaq zərurəti var...

Hələ ki, 120 uşağın zəhərlənib bu yayın istisində can ağrısından qovrulmasına cavabdehlər susur. Çünki laxlayır, dövlətçiliyimizin sütunları laxlayır. İnsan zəhərlənəndə baş gicəllənir. Bu laxlanma, bu çalxalanma, bu başgicəllənmə, bu gözü qaralma... vallah zəhər artıq işini bitirməkdədir... canım sizə fəda Ey İmam Həsən, zəhərlənmişik, zəhərlənmişik...

Arzu Abdulla

Fəaliyyəti dayandılırılan ANS TV-nin prezidenti Vahid Mustafayevin motosiklet karvanı ötən həftə polis tərəfindən saxlanılıb.

Polis motosikletləri saxlayaraq cərimə meydançasına aparıb, Vahid Mustafayev və dostlarını isə 46 saylı avtobusla yola salıb. Qeyd edək ki, hadisə Nobel prospektində baş verib. Polisin verdiyi məlumata görə, motosiklet karvanının saxlanmasına səbəb motosikletlərdə boğucu səslərin olması və magistralda düzgün hərəkət etməmələri olub. Verilən məlumata görə, V.Mustafayevin motosiklet karvanı motosiklet qəzasınada dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Əraziyə çağırılan evakuatorlar vasitəsilə motosikletlər cərimə meydançasına aparılıb.

Bir neçə gündür ki, Sumqayıtda uşaqlar arasında yayılan kütləvi zəhərlənmə panikaya səbəb olub. 

Bu saata qədər 119 uşaq xəstəxanaya yerləşdirilib.

Ancaq rəsmi qurumlar bu zəhərlənmənin səbəbləri barəsində susurlar. Ehtimal olunur ki, uşaqlarda yayılan mədə-bağırsaq infeksiyası Ceyranbatan su anbarından verilən içməli sudan keçib. Hətta sosial şəbəkələrdə daha həyəcanlı xəbərlər yayılmaqdadır. 

Jurnalist Şahvələd Çobanoğlu Feysbukda yazıb ki, bu zəhərlənmənin Bakıya da keçdiyi barədə xəbərlər var. Şakir Məmmədov adlı şəxs isə qeyd edib ki, Sumqayıtda halsızlıq, başağrısı halları kütləviləşib.

Aynur İslamova isə şok iddia ilə çıcış edib: "Azərsu”da işləyən biri mənə demişdi ki, su xlorlandıqdan sonra ən azı 4 gün saxlanmalı və şəbəkəyə vurulmalıdır. 

Amma "Azərsu” Ceyranbatanda suyu xlorladıqdan sonra çox az zaman içərisində şəbəkəyə yönləndirir. Bu da suda olan bağırsaq çöpü, bir çox bakteriyaların aktiv şəkildə yayılmasına səbəb olur”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev bildirib ki, son üç gün ərzində Saray, Masazır, Corat, Hacı Zeynalabdin Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. 

Onlardan 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. Artıq uşaqlardan 65 nəfəri evə buraxılıb. Hazırda Mərkəzin əməkdaşları uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürürlər. Laborator müayinələr aparılacaq. 

Lakin suda olan infeksiyanın haradan qaynaqlandığı, necə düşdüyü məlum deyil. Bunun bir təxribat olduğu müəmması da var. "Azərsu” ASC-dən məsələ ilə bağlı açıqlama verilməyib.

***

"Azərsu"nun mətbuat katibi Anar Cəbrayıllı BakuPost.az-a bildirib ki, qurum əməkdaşları bütün günü Sumqayıtda yoxlama aparıblar: "Onlar müxtəlif ünvanlarda su nümunələrini yoxlayıblar, nümunələr standartlara uyğun olub, suda problem aşkarlanmayıb".

 
Masallı Rayon Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu, Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirildi.

Məhkəmədə şahid qismində iştirak edən QMİ-nin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov çıxışı zamanı çaşqınlıq və qeyri-müəyyənlik nümayiş etdirdi. Vəkillərin suallarına verdiyi cavablarla o, ilkin istintaqa verdiyi ifadələri alt-üst etdi.

Cənub bölgəsinin qazisi: “Məhkəmədə abırım gedib”

Mirqiyas Təhməzov: Sərdar əlimizdə böyüyüb. 2008-ci ildə cümə namazı qılmaq üçün onu Masallıya mən dəvət etdim. 2015-ci ildə xarici ölkədə dini təhsil alan şəxsin dini mərasim yerinə yetirməsi qanunla qadağan edildi. Onu da deyim ki, Masallıda 216 nəfərdən çox insan xarici ölkələrdə dini təhsil alıb. Mən də, Sərdara, Masallı rayon “Cümə” məscidinin icma sədri Hacı Əhməd vasitəsilə xəbər göndərdim ki, cümə namazında iştirak etməsin. Hacı Əhməddən başqa da bir-neçə nəfərdən Sərdara xəbər göndərdim.

Dövlət ittihamçısı: Siz Sərdar Babayeva şəxsən dediniz ki, birdə cümə namazına gəlməsin?

Mirqiyas Təhməzov: Xəbər göndərdim, şəxsən demədim.

Dövlət ittihamçısı: Bayaq dediniz ki, 2015-ci ildə Sərdar Babayeva sifariş göndərdiniz. O zaman Sərdar Babayev nəsə dedimi?

Mirqiyas Təhməzov: Xeyir. Mən Sərdarı görmürdüm. O, cümə günləri namaza gəlirdi. Mən də həmin günü məscidə getmirdim. 

Dövlət İttihamçısı: Nə əcəb, siz cümə günü məscidə gedib, özünüz şəxsən Sərdar Babayevə sözünüzü demirdiniz?

Mirqiyas Təhməzov: El qınağı çox pis şeydir. El qınağından qorxurdum, ona görə Hacı Əhməddən sifariş göndərdim. Sonra başqa adamlardan da sifariş göndərdim.

Dövlət İttihamçıcı: Xəbər göndərib nə dediniz?

Mirqiyas Təhməzov: Dedim ki, məscidə gəlməsin. Məscidə gəlib, xütbə oxumasın.

Dövlət ittihamçısı: Sonra Hacı Əhməddən sizin sifarişinizi Sərdara çatdırdığını soruşdunuz?

Mirqiyas Təhməzov: Soruşdum, Hacı Əhməd dedi ki, hələ deməmişəm.

Dövlət ittihamçısı: Sizin ifadələrdə uyğunsuzluq var.

Mirqiyas Təhməzov: Məndən ilk ifadə alınanda dedim ki, deməmişəm, amma sonra yadıma düşdü ki, demişəm.

Dövlət ittihamçısı: Sərdarın xaricdə təhsil aldığını sizə kim demişdi?

Mirqiyas Təhməzov: Hüquq –mühafizə orqanlarından dedilər.

Vəkil Cavad Cavadov: Mirqiyas Təhməzov, siz neçə dəfə ifadə vermissiniz?

Mirqiyas Təhməzov: İki dəfə

Vəkil Cavad Cavadov: Sərdarı nə zamandan tanıyırsan?

Mirqiyas Təhməzov: 1980-ci ildən.

Vəkil Cavad Cavadov: Sərdar Babayev ilk dini təhsilini kimdən alıb?

Mirqiyas Təhməzov: Molla Bəylərdən.

Vəkil Cavad Cavadov: Molla Bəyləri tanıyırsız?

Mirqiyas Təhməzov: Molla Bəylər xalam oğludur.

Vəkil Cavad Cavadov: İlahiyyatçı kimi necə adam idi?

Mirqiyas Təhməzov: Yaxşı adam idi.

Vəkil Cavad Cavadov: Sərdar Molla Bəylərin yanında neçə il təhsil aldı?

Mirqiyas Təhməzov: 4-5 il.

Vəkil Cavad Cavadov: Molla Bəylər Sərdar haqqında danışırdı? Necə tələbə idi Sərdar?

Mirqiyas Təhməzov: Hər cəhətdən yaxşı tələbə idi.

Vəkil Cavad Cavadov: Sərdarı 2009-cu ildə Masallıya niyə dəvət etdiniz?

Mirqiyas Təhməzov: Çünki Sərdar savadlı idi. Mən məscidin axundu idim. Sərdar savadlı, ləyaqətli, bacarıqlı olduğu üçün çağırdım.

Vəkil Cavad Cavadov: Sərdarı Masallıya nə üçün dəvət etdiniz?

Mirqiyas Təhməzov: Dedim ki xalq Sərdarın savadından bəhrələnsin. Xalq arasında vəhdət yaransın.

Vəkil Osman Kazımov: Siz Sərdar Babayevi cümə namazı qılmaq üçün Masallıya çağırmısınız. Bu çağırış rəsmi qaydada necə olur?

Mirqiyas Təhməzov: Bu bizim işimiz deyil...(?) Bu adamı insanlıq edib çağırmışam.

Vəkil Cavad Cavadov: 20 fevralda sizinlə Sərdar arasında üzləşmə olub. Siz yazmısınız ki, 2009-cu ildə Sərdarı pişnamazlıq etmək, xütbə oxumaq üçün Masallıya çağırmısınız.

Mirqiyas Təhməzov: Xütbə oxumaq üçün yazmamışam.

Vəkil Cavad Cavadov: Demək yalan yazmısız?

Mirqiyas Təhməzov: Yazmamışam.

Vəkil Cavad Cavadov: Hacı Əhmədə nə demisiniz?

Mirqiyas Təhməzov: Hacı Əhmədə dedim ki, get Sərdara de ki, dövlət onun xütbə oxumasına icazə vermir.

Vəkil Cavad Cavadov: Özün niyə demirdin ki, Sərdara?

Mirqiyas Təhməzov: Mən el qınağından qorxurdum.

Vəkil Cavad Cavadov: Axı mobil telefon var idi. Zəng edəydin.

Mirqiyas Təhməzov: Elin qınağından qorxurdum.

Vəkil Cavad Cavadov: İndi Sərdarın üzünə duranda elin qınağından qorxmursan?

Mirqiyas Təhməzov:  Məni bura gətirənə Allah lənət eləsin!

Zaldan “Amin” səsləri ucalır.

Mirqiyas Təhməzov: Mən sifariş etmişəm.

Vəkil Cavad Cavadov: Elə Sərdar da sifarişnən tutulub.

Vəkil Elçin Sadıqov: Sərdarı Masallıya necə dəvət etdiniz? O, məsciddə necə iştirak edəcəkdi?

Mirqiyas Təhməzov: Onu xalq təyin edir.

Vəkil Elçin Sadıqov: Yəni Sərdarı dəvət edəndə dediniz ki, o məscidə gəlib neyləsin?

Mirqiyas Təhməzov: Çağırdım ki, gəlib cümə namazlarında moizə etsin.

Vəkil Elçin Sadıqov: Deməli, çağırdız ki, gəlib moizə etsin?

Mirqiyas Təhməzov: Yox moizə demədim.

Vəkil Elçin Sadıqov: Siz hardan bildiniz ki, Masallıdan 216 nəfər xarici ölkələrdə oxuyub?

Mirqiyas Təhməzov: Namiq Abbasov dedi.

Vəkil Elçin Sadıqov: Namiq Abbasov 12 il əvvəl nazir olub.

Mirqiyas Təhməzov: Məclislərdən eşitmişdim.

Vəkil Osman Kazımov: Sizi nə vaxt çağırmışdılar milli təhülkəsizlik orqanlarına?

Mirqiyas Təhməzov: Mənə dedilər ki, 2015-ci ildə qərar çıxarılıb ki, xaricdə dini təhsil alanlar xütbə oxuya bilməz.

Vəkil Osman Kazımov: Yəni hüquq mühafizə orqanlarının sizə bu barədə tapşırıq vermək hüququ var?

Mirqiyas Təhməzov: Allahşükür dedi.

Vəkil Osman Kazımov: Sərdar Babayev niyə həbs edilib? Dini ayin icra etdiyi üçün?

Mirqiyas Təhməzov: Yox

Vəkil Osman Kazımov: İddiada deyilir ki, Sərdar Babayev xütbə oxuduğu üçün həbs edilib.

Mirqiyas Təhməzov: Bunu dövlət rəhbəri deyib, mən yox.

Osman Kazımov: Burda nə cinayət var ki?

Mirqiyas Təhməzov: Bunu gedin, o qanunu qoyan dövlət rəhbərindən soruşun. Mən orucam.

Vəkil Osman Kazımov: Siz prezidentdən yuxarı şəxssiniz.

Mirqiyas Təhməzov: Mənim üçün dövlətin qanunları bütün qanunlardan üstündür.

Zaldan: Yəni Allahın qanununlarından da?

Mirqiyas Təhməzov: Bəli, bəli.

Vəkil Cavad Cavadov: Siz Sərdarın araxasında dayanıb namaz qılmısız?

Mirqiyas Təhməzov: Bəli.

Vəkil Elçin Sadıqov: Harda təhsil almısız?

Mirqiyas Təhməzov Molla Bəylərin və bir neçə mollanın adını çəkir.

Vəkil Elçin Sadıqov: İrana getmisiz?

Mirqiyas Təhməzov: Bəli, getmişəm, orda namaz da qılmışam.

Vəkil Elçin Sadıqov: Siz də müctehiddən dərs almısınız. Siz də həbs oluna bilərsiz.

Vəkil Cavad Cavadov: Sərdarın pişnamaz olduğu məclisində olmusuz?

Mirqiyas Təhməzov: Bəli.

Cəlal Şəfiyev adlı şəxsin şəkli.

Şahid Mirqiyas Təhməzov

Şeyx Sərdar Mirqiyas Təhməzova üzünü tutub: Sizi mən çağırtdırmamışdım. Sizi Sahil Abıyev gətizdirmişdi.

Mirqiyas Təhməzov: Mənim adımı ilk dəfə siz vermisiz.

Şeyx Sərdar Mirqiyas Təhməzova: Burda sizdən başqa heç kəs bu yalanlara inanmır. Ancaq sizi inandırıblar ki, mən guya ki, hüquq-mühafizə orqanlarında nə bilim milli təhlükəsizlik orqanlarında dindirilmişəm, ifadə vermişəm. Məni bu orqanların heç birinə çağırmayıblar. Sizə çöldə yalan informasiya veriblər.

Sizə deyiblər ki, məni DTX-nə çağırıblar. Hamısı yalandır.

Şirvanda bir nəfər mənə dedi ki, bizə demişdilər ki Sərdar terrorçudur.

Mənim terrorçuluğum haqqında kimin əlində sənədi varsa, qoysun ortalığa.

Əslində dövlətin sütununu napakın pakın üzünə durması laxladır.

Üzə durmaq, böhtan atmaq hər zaman olub. Hətta Allahın da üzünə durub, iftira atıblar. Bəli, şeytan Allaha iftira atıb.

Dönün arxanızdakı adamların üzünə baxın, nə qədər adam sizin sözünüzə inandı? Heç kim inanmadı.

Mən istəyirəm ki, sizə hüquqi vətəndaş olmağın yolunu öyrədim.

Məndən soruşanda dedim ki, məni Masallıya Mirqiyas ağa dəvət edib ki, gəlim, cümə namazı qılım.

Mirqiyas Təhməzov: Xeyr, cümə namazı demədim. Dedim gəl, namaz qıl.

Şeyx Sərdar: Mən Masallı balasıyam. Masallıda məsciddə namaz qılmaq üçün sizin dəvətiniz lazım deyildi. Siz çağırdız ki, gəlim cümə namazı qılım, mən də gəldim. Əgər siz çağırmasaydınız mən gəlməzdim.

Siz mənim pişnamazlıq etdiyim cümə namazlarında dəfələrlə arxamda dayanıb namaz qılmısınız.

Mirqiyas Təhməzov: Hə, gəlmişəm.

Şeyx Sərdar: Məni Sibirə də göndərsələr, qəbrə də göndərrsələr, olanını deyəcəm. Dəfələrlə evinizdə olmuşam, məclislərinizdə olmuşam. Allah hər ikimizin danışdıqlarını eşidir. Mən də sizi halal edirəm.

Mirqiyas Təhməzov: Mən sizə hər zaman yaxşılıq etmişəm. Amma siz bu gün abrımı töküb məni bura çağırtdımısız.

Şeyx Sərdar: Məndən soruşdular, mən də dedim ki, məni Masallıya Mirqiyas dəvət edib.

Axı nə oldu ki, 70 ildən sonra Masallıda cümə namazı qıldırmaq istədiz və məni dəvət etdiz?

Mirqiyas Təhməzov: Dövlət istədi.

Şeyx Sərdar: Deməli, dövlət sifarişdir.

Mən burdan bütün Masallı camaatına səslənirəm. Heç biriniz Mirqiyası görəndə, ona üz-gözünüzü turşutmayın.

Vəkil Cavad Cavadlı Mirqiyas Təhməzovdan soruşur: Sizin qazi olaraq səlahiyyətinizə nə aiddir?

Mirqiyas Təhməzov: Məscidlərə axund göndərmək.

Vəkil Elçin Sadıqov: Sərdar Babayevə dediniz ki, ona yaxşılıq edib, məscidə çağırmısız. Yəni nə yaxşılıq etmisiz?

Mirqiyas Təhməzov: Sual çox mürəkkəbdir.

Vəkil Cavad Cavadov: Niyə görə, Sərdarı dəvət etdiniz başqasını yox?

Mirqiyas Təhməzov: Savadına görə.

Vəkil Cavad Cavadov: Bəs yaxşılığı necə etmisiz ki?

Mirqiyas Təhməzov: Sərdarı namaz qıldığına görə tutmayıblar. Mən də namaz qılıram, bəs məni niyə tutmurlar?

Şeyx Sərdar: Çünki sən qulağına pıçıldananlara inanırsan, mən inanmıram. Səni halal edirəm gedə bilərsən.

Mirqiyas Təhməzov Şeyx Sərdarı qucaqlayıb boynuna sarılır və peşiman görkəmdə zalı tərk edir.

Daha sonra Masallı Şəhər İcra nümayəndəsi Kamal Mazanov şahid qismində dindirildi.

Kamal Mazanov məscidə getdiyini, Şeyxin orada “dini ayin” icra etdiyinin şahidi olduğunu bildirdi.

Amma Şeyx Sərdarın həbsinə vəsilə olan xasiyyətnaməni yazan Kamal Mazanov ifadə verərkən xeyli səhvlər buraxdı və “hazırladığı” xasiyyətnamədən xəbərsiz olduğu bəlli oldu. O, xasiyyətnaməni bəzi adamların verdiyi xəbərlər əsasında yazdığını və indiyə qədər 150-yə yaxın belə sənəd hazırladğını dedi.

Vəkillər Kamal Mazanova Şeyx Sərdarın iştirakı olmadan onun haqqında xasiyyətnamə hazırlamasına irad bildirəndə isə K.Mazanovun ibtidai sinif şagirdi qədər savadının olmadığı ortaya çıxdı. O, vəkillərin suallarına daha çox “bilmirəm” cavabını verməklə canını qurtarmağa çalışsa da çox çıxılmaz vəziyyətdə olduğunu hamı kimi özü də yaxşı anlayırdı.

Cəlal Şəfiyev adlı şəxsin şəkli.

Şeyxin üzünə duranlardan biri Şəhər icra nümayəndəsi Kamal Mazanov   

Onun Şeyx Sərdar üçün tərtib etdiyi xasiyyətnamədə “İranın dini-siyasi rejimini dəstəkləyir” ifadəsindən isə xəbərsiz olduğunu vəkillərin verdiyi suallar bəlli etdi. İxtisasca bədən tərbiyəsi müəllimi olan Kamal Mazanov vəkilin “Siz bilirsinizmi ki, sizin bu verdiyiniz xasiyyətnamə ilə qarşınızda gördüyünüz şəxsi həbs ediblər” sualına cavab vermədi.

“Bəzən insanlar tabeçiliklə təslimçiliyi səhv salırlar”

Şahidin ifadəsindən sonra çıxış edən Şeyx Sərdar Hacıhəsənli tabeçilik anlayışına toxundu. O, hər zaman ətrafında baş verənlərə tolerant yanaşdığını söylədi: ““Cümə” namazlarında çalışmışam ki, insanlara nə isə yaxşı bir şey öyrədim. Onlara xeyirxahlığı aşılayım. Tabeçilik deyilən bir məfhum var. Əgər bu olmasa, dünyada hərc-mərclik hökm sürər. Müəllimin direktora tabeçiliyi, şagirdin müəllimə tabeçiliyi, aşağı çinli məmurun özündən yuxarı məmura tabeçiliyi və s. Tabeçilik həyatımızın idarə edilməsində mühüm rola malikdir. Ancaq bəzən insanlar tabeçiliklə təslimçiliyi səhv salırlar.

Məsələn, qanunda yazılar var ki, buna tabe olmaq lazımdır. Amma yuxarı çinli məmura tabe olan burada təslimçiliyi önə çəkir və onun verdiyi qərarı eyni ilə yerinə yetirir. Amma fikirləşmir ki, o ən əvvəl qanuna tabe olmalıdır. Qanuni tabeçilik ölkəni idarə etməyin zərurətidir. Bu olmalıdır. Amma qorxun o gündən ki, tabeçiliyi özündən yuxarıda oturanın təslimçiliyinə çevirəsiniz. O zaman bizi fəlakət gözləyir”.

“Siz heç zaman məni görməmisiniz. Deyirsiniz ki, monitorinq keçirmisiniz. Mənim xütbələrimə qulaq asmısınız. Mən xütbəmdə İran haqqında danışmışam, oradakı quruluşu təbliğ etmişəm.  Elə isə sizə sual edirəm. Mən xütbəmdə Çin haqqında danışmışam. O zaman yazacaqdınız ki, mən Çindəki kommunist rejimi təbliğ edirəm, ölkəyə buddizm dinini gətirirəm? Heç Allahdan qorxmursunuz?  Rafil Hüseynovun (Masallının icra başçısı) istəklərinə bu qədər tabe olmağa məcbursuz?  Sizi heç bir zaman bağışlamayacağam”.

Məhkəmənin gedişində bəlli oldu ki, Şeyx Sərdara Cümə namazına gəlməməsi ilə bağlı heç bir xəbərdarlıq edilməyib.

Çünki Miriyas Təhməzov Masallı rayon “Cümə” məscidinin icma sədri Hacı Əhməd vasitəsilə Şeyx Sərdara xəbədarlıq göndərdiyini desə də  O, şahid qismində ifadə verərkən dedi ki, ona  edilən xəbərdarlığı şeyxə çatdırmayb: “QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov məndən xahiş etdi ki, Şeyx Sərdara deyim ki, “Cümə” namazı qılmasın. Amma bu xəbərdarlığı Şeyx Sərdara çatdırmağı unutmuşam”.

Şeyx Sərdara dini ayindən “dərs deyən” Kamaz sürcüsü

Daha sonra şahid qismində dindirlən digər şahid Şeyx Sərdarın cümə namazlarında iştirak etdiyini desə də vəkillərin namazla bağlı verdiyi suallara cavab verə bilmədi. O, hətta vəkillərin namazdakı “Həmd surəni oxuyun burda” təklifini də cavablandırmad.

Şeyx Sərdar ona ünvanladığı sual isə sürücünü lap özündən çıxardı. O, “Əvvəlcə namaz qılıb sonra xütbə oxuyrdular" deməsinə etiraz edən Şeyx Sərdara acıqlı şəkildə mənə öyrətməyin, mən bilirəm deməsinə zaldakıların hamısı gülüşdü.

Dəhşətli olanı isə bu məhkəmə prosesində istifadə edilən insanların faciəsidir.  Şeyx Sərdarın üzünü ilk dəfə məhkəmədə görən bu adamların qorxaq, rəzil duruşları əslində çox acınacaqlı idi. Qorxa-qorxa danışan şahidlərə vəkillərin verdiyi sual zamanı onların hətta imza atdıqları ifadələrdən də xəbərsiz olduğu bəlli olurdu.

Növbəti məhkəmə posesi 19 iyun saat 10: 00-a təxirə salınb.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, “Cümə” namazı qılmaqda ittiham olunur.

Cümə, 09 İyun 2017 00:00

Nazir vəfat etdi

Yazan
Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib.
 
APA-nın əldə etdiyi məlumata görə, İstanbulun "Florence Nightingale" klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.
 
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu.
 
Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.
 
1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mədən geoloqu ixtisası üzrə bitirib.
 
İnstitutu bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin "Azərdənizneftkəşfiyyat” trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib.
 
N.Əliyev 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir, böyük elmi işçi vəzifəsində işləyib.
 
1979-cu ildə "Xəzərneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləyib.
 
1993-2005-ci illərdə N.Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti və Direktorlar Şurasının sədri idi.
 
1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub. 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilib.
 
2005-2013-cü illərdə sənaye və energetika naziri vəzifəsində işləyib.
 
22 oktyabr 2013-cü il tarixində energetika naziri vəzifəsinə təyin edilib.
 
N.Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub. O, Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmlər doktoru olub.
 
N.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilib.

Xeber.İnfo Bank Olmayan kredit Təşkilatı “AZƏR FİNANS” MMS-nin 2016-cil il üzrə maliyyə yekunları barədə auditor rəyinin PDF formasını təqdim edir.

Baş Prokurorluğun əməkdaşları "Kanal-13"ün ofisində axtarışa başlayıblar. 
 
Bu barədə internet-televiziyanın əməkdaşları məlumat veriblər. 
 
İyunun 1-də Tv-nin rəhbəri Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192.2  (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb. 
 
Baş redaktor qanunsuz sahibkarlıqda və vəzifə saxtakarlığında təqsirləndirilərək barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 
 
"Əziz Orucova qarşı qaldırılan cinayət işi "Kanal-13"ün fəaliyyəti və "Qafqaz Media Təhqiqatları Mərkəzi" İctimai Birliyinin fəaliyyətinə görə irəli sürülüb”, – vəkil bildirib.
 
Mayın 2-də Əziz Orucov 30 sutka həbs cəzası almışdı. O, iyunun 1-də azadlığa çıxmalı idi. Həmin gün Əziz Orucov ilə birlikdə onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Çarpanova da saxlanıb. Ancaq bir saat sonra Lamiyə xanım sərbəst buraxılıb. Əziz Orucov isə Nəsimi rayon Məhkəməsinə aparılıb.O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunurdu.
 
"Kanal 13" internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Kanalın təsisçisi Anar Orucov Almaniyada yaşayır.
10 -dən səhifə 149