Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
 Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, icra başçısına qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı daha 11 nəfər saxlanılıb.
 Həmin şəxslər aşağıdakılardır:
 Zeynalov Firudin Etibar oğlu – 1982-ci il Tərtər rayonu
 Zalov Cəfər Mürsəl oğlu – 1977, Gəncə şəhəri
 Əzizov Mahir Əziz oğlu – 1986, Yevlax şəhəri
 Əliyev Muraz Mətləb oğlu, 1989, Gəncə şəhəri
 Abdullayev Hamlet Ramiz oğlu, 1978, Gəncə şəhəri
 Ələkbərov Fikrət Balaqardaş oğlu, 1979, Bakı şəhəri
 Həsənov Rauf Rövşən oğlu, 1983 Gəncə şəhəri
 Paşayev Ramil Famil oğlu, 1980, Gəncə şəhəri
 Salahov Ceyhun İsrail oğlu, 1972-ci il, Gəncə şəhəri
 Mustafayev Rasim Hafiz oğlu, 1980, Gəncə şəhəri
 Zahidov Elmir Savadxan oğlu, 1996-cı il, Neftçala rayonu
''Ona təzyiq hər gün artır''
 
Həbsdə olan NİDA-çı İlkin Rüstəmzadənin anası Atlas Hüseynova iyulun 8-də mənzilində mətbuat konfransı keçirib.
 
O, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İlkin Rüstəmzadənin həbsdə olduğu 5 il yarım müddətdə həmişə təzyiq altında olduğunu və bu gün də oğluna qarşı basqıların davam etdiyini söyləyib.
 
Anası deyib ki, İlkin Rüstəmzadə həbs olunanda 20 yaşı vardı, indi isə 26 yaşı var:
 
"Oğlum bugünlərdə əməliyyat edilib, amma bizdən bunu gizlədib. Onu buna görə tibb məntəqəsində saxlamayıblar və bildiriblər ki, yuxarıdan belə tapşırıq veriblər. Ona təzyiqlər hər gün artır, telefon zənglərinə məhdudiyyətlər qoyulduğundan, o, bundan imtina etdi. Penitensiar Xidmətə müraciət etsəm də, reaksiya yoxdur. Yalnız mətbuat katibi Mehman Sadıqovla danışa bilmişəm, o da rəhbərliklə danışacağını söyləyib. Eyni zamanda, Ombudsman Aparatı ilə danışmışam. Təəssüf ki, son iki gündə müvafiq qurumlarla danışa bilməmişəm. Biz gələn həftədən müraciətimizi davam etdirəcəyik. İlkinin ölümünə hazırlıq gedir. Biz dövləti idarə edənlərə deyirik, oğlumuzu azad edin”.
 
Atlas Hüseynova deyib ki, oğlu "Əsgər ölümlərinə son!” aksiyasına görə həbs edilib:
Atlas Hüseynova
 
"Aksiyanın tələbləri də haqlıydı, çünki ondan sonra nazir Səfər Əbiyev işdın azad edilib. Ona olan təzyiqlərin kökündə əfv ərizəsi yazmaması dayanır. Amma İlkin deyir ki, mən əfv ərizəsi yazsam, deməli, günahımı etiraf etmiş olaram. Mən burdan oğlumdan əlçəkmələrini istəyirəm. Onun bir neçə dəfə məcburi şəkildə saçlarını qırxıblar. İlkinlə həbs edilən 7 nəfər azad olunub, amma onu saxlayıblar, halbuki, hamısı eyni maddə ilə həbs ediliblər. Niyə onu indiyə qədər saxlayılblar? Bu işə hökm verənlər, nə istəyirsiniz ondan? Tarix heç nəyi unutmur, heç olmasa haqqı deyin”.
 
İlkin Rüstəmzadə 17 may 2013-cü ildə xuliqanlıq ittihamı ilə saxlanılıb - istintaq Bakının dənizkənarı bulvarında Harlem Shake rəqs fləşmobunu və onun "YouTube"-da yerləşdirilməsini xuliqanlıq kimi qiymətləndirib.
 
2014-cü il mayın 6-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. Onunla birlikdə həbs edilən 7 nəfər çoxdan azad edilib. Lakin İlkin Rüstəmzadə hələ də həbsdədir. Yaxınları bunu NİDA-çının əfv ərizəsi yazmaması ilə əlaqələndirirlər.
 
Ötən il iyulun 20-də Avropa İnsan Haqları Məhkəməsi İlkin Rüstəmzadənin Bakıda etiraz aksiyalarından biri zamanı inzibati həbsi ilə bağlı ilk şikayəti üzrə qərarı elan edib. AİHM ona 6 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.
 Meydan.Tv
Ölən və yaralananların artacağı ehtimal edilir
 
İyulun 8-də axşam saatlarında Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb. Türkiyə mediasının məlumatına görə, hadisə Tekirdağ əyalətində baş verib.
 
Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın beş vaqonu relsdən çıxaraq aşıb.
 
Qəza zamanı qatarda 360-dan artıq sərnişinin olduğu bildirilir. Məlumata görə, onlardan 10 nəfər ölüb, 73 nəfər xəsarət alıb. Ölü və yaralı sayının arta biləcəyi istisna olunmur.
 
Tekirdağ əyalətinin valisi Mehmet Ceylan bildirib ki, yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıblar. Sərnişin qatarının qəzaya uğramasına əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir. Qatarın altı vaqonunun relsdən çıxmasına səbəb kimi leysan yağışlar nəticəsində baş verən torpaq sürüşməsi göstərilir.
 
Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi qəzanın həddindən artıq yağışın yağması səbəbindən barmaqlıqlarla rels arasındakı torpağın boşalması nəticəsində baş verdiyini bildirib.
 
Nazirliyin yaydığı məlumatda deyilir ki, Uzunköprü-Halkalı marşrutu ilə hərəkət edən 6 vaqon, 362 sərnişin və 6 heyətlə yola çıxan 12703 saylı qatar Balabanlı-Çorlu arasında 162-ci kilometrdə yerli vaxtla saat 17.00-da sırada olan 5 vaqonun relsdən çıxaraq aşması nəticəsində qəzaya uğrayıb.

Azərbaycan hökuməti hadisələrdən nəticə çıxartmaq əvəzinə, siyasi fəallara qarşı təzyiqlərini artırır. Elmar Vəliyevin vurulması və ölkənin bütünlüklə zülmətə qərq olmasından tarazlığını itirən hökumət, qəzəbini xəstə analardan və xanımlaran çıxır. Almaniyada mühacir həyatı yaşayan, Demokratik Azərbaycanı Seç-in (DAS) üzvü, siyasi fəal Müşfiq Qocayevin qohumlarının Bakıda 29 saylı polis bölməsinə aparılmaları dediklərimizə sübutdur.

Xeber.İnfo-nun əldə etdiyi məlumata görə, Müşfiq Qocayevi adını açıqlamayan bir şəxs təhdid edəndən dərhal sonra, onun yaxın qohumlarını 29-cu polis bölməsinə aparıblar. Azərbaycanda avtoritar rejim ciddi-cəhdlə çalışır ki, hökumətə alternativ fikir deyənləri susdursun. Buna görə də, təzyiqlər davam edir. Azərbaycanda olanları həbs edirlər, olmayanları da qohumları vasitəsilə susdurmağa cəhd edir.

Qeyd edək ki, Müşfiq Qocayev DAS-ın üzvüdür və fəaliyyətinə görə qohumlarından imtina edib. Buna baxmayaraq, hökumət M.Qocayevin qohumlarına işgəncəni davam etdirir.

Xeber.İnfo səs yazısını təqdim edir:

Bir müddət əvvəl azadlığa çıxan jurnalist Əfqan Sadıqovun yendən həbs olunma xəbəri yayılıb. Jurnalistin həyat yoldaşı Sevinc Sadıqovanın verdiyi məlumata görə, Əfqandan heç bir xəbər ala bilmirlər: “İki gündür Əfqandan xəbər ala bilmirik, harda olmasından xəbərsizik. Müvafiq qurumlar heç bir söz demirlər. Əfqan ayın 6-da Cəlilabad rayonunda saxlanılıb. Deyilənə görə, onu Bakıya göndəriblər. Cəlilabad rayon Polis İdarəsi Əfqan haqqında məlumat verməli olduğu halda bizi təhdid edir. Bu, nə özbaşınalıqdır? Polisə bu səlahiyyəti kim verib ki, "Əfqanın harada olması barədə məlumat verməyə borclu deyilik, Bakıda oturub yekə-yekə danışma, Əfqanın harada olmasını bilmək istəyirsənsə dur, gəl Cəlilabad Polisinə", deyir? Çox böyük narahatlıq içindəyəm. Əfqan Sadıqov niyə saxlanılıb? Onun səhhəti necədir?! Günün günorta çağı adam oğurlayıb, ailəsinə də xəbər vermirsiniz. Qurtarın bu özbaşınalğı“.

Xatırladaq ki, Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də də saxlanılmışdı. O, Cəlilabad rayon icra hakimiyyətinin binasında qadını vurmaqda ittiham olunurdu. O, 2,5 il müddətinə həbs edilsə də, sonradan cəza müddəti 1,5 ilə endirilmişdivə təqribənikiay əvvəlazadolunmuşdu.

Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.

Xeber.İnfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, Elmar Vəliyevi vuran Yunis Səfərov dəhşətli işgəncə altındadır. Mənbə Yunisin sağ olduğunu bildirir: “Yunisi döyürlər, özündən gedir, ayıldırlar, gülümsəyir, yenidən döyürlər. Yunisin cinsiyyət orqanını ayaqlayırlar, ağrının şiddətindən huşunu itirir. Bunu Yunisa işgəncə verən polislərdən biri deyib. Bütün polislər dəhşətə gəliblər ki, belə möhkəm əqidəli insan görməyiblər. Bu qədər işgəncənin altında hələ ki, sağdır.

Mənbə bildirir ki, youtub kanalında yayınlayan video həqiqətlə üst-üstə düşür: “Yunisi tanıyanlar bəziləri youtubda danışan xanımın dediklərini təsdiq edir. Təqribən 10 il əvvəl Rusiyaya köçüblər. Yeni Gəncə, bina 34 ünvanında yaşayıblar. Bir müddət əvvəl Gəncəyə gəlib müxtəlif ünvanlarda qalırmış. Şayiələrə görə, hətta gecə saatlarında Natiq adlı bir polislə 9 mərtəbəli binanın blokunda rastlaşıb və polisi ayağından yaralayıb qaça bilib“.

Tanınmış jurnalist, TuranTV-nin rəhbəri Qənimət Zahid Facebook səhifəsində Elmar Vəliyevi güllələyən Yunis Səfərovun müəllim kimi çalışdığı məktəbin direktoru ilə danışdığını yazıb. Xeber.İnfo həmin statusu olduğu kimi təqdim edir:

“Yunis Səfərov "radikal- ekstremist" filan deyil. Moskva Mədəniyyət və İncəsənət Universitetinin hüquq fakultəsini bitirib. Sonra Moskvada 157 nömrəli orta məktəbdə tarix müəllimi işləyib. Məktəbin keçmiş direktoru ilə danışa bildim. "Yunis olduqca mədəni, ziyalı, kübar bir gəncdi"- dedi.

Vəkil Fuad Ağayev cəzalandırıla bilər. 
 
Vəkillər Kollegiyasında onunla bağlı intizam icraatına başlandığı bildirilir.
 " Turan” agentliyinin xəbərinə görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, Fuad Ağayevlə bağlı müvafiq intizam icraatına başlanıb. 
 F.Ağayevin Vəkillər Kollegiyasının Rəyasət Heyətinin gələn həftə, iyulun 9-da keçiriləcək iclasına dəvət edildiyi qeyd edilir.
 "İnitzam Komissiyası işə baxıb, rəy verib. İyulun 9-da İntizam Komissiyasının rəyinə Rəyasət Heyətinin iclasında baxılacaq. Sonra Kollegiyanın qərarı ilə bağlı geniş məlumat veriləcək”, agentliyin xəbərinə görə, kollegiyanın sədri bildirib.
 Xəbərdə habelə qeyd edilir ki, A.Bağırov F.Ağeyevlə bağlı intizam icraatının hansı əsaslarla açılması barədə detallı məlumat verməyib.
 F.Ağayev özü isə barəsində intizam icraatı başlanılması haqqında deyilənləri şərh etməyib.
 O, siyasi məzmunlu işlərdə müdafiəçi kimi təmsil olunan vəkillərdəndir. Fuad Ağayev REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun yeagnə vəkildir.
 Eyni zamanda həbsdəki bloqqer Mehman Hüseynovun da vəkili F.Agayevdir.
 Vəkillər Kollegiyasında son yeddi ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərləri var.
 Y.İmanov istisna olmaqla, digərlərinə bir illik məhdudiyyət tətbiq olunub.
 Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.
 Ən son olaraq, bu yaxınlarda vəkil İradə Cavadova cəzalandırıb.
 Vəkillər barəsində cəza qərarları əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.
 Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.
Cümə axşamı, 05 İyul 2018 00:00

Novxanıda “Aqua Park”da faciə - Ölən var

Yazan

Novxanıda yerləşən "Aqua Park” əyləncə mərkəzində ölüm hadisəsi baş verib.

 Əyləncə mərkəzində olan attraksionda insanlar arasında toqquşma baş verib və bir nəfər həyatını itirib.
 Əyləncə mərkəzinin meneceri Sevinc xanım (soyadı dəqiqləşdirilməyib) faktı təsdiqləyib. O, bildirib ki, hazırda həmin yerə gedir: "Mənə məlumat veriblər. Lakin həyatını itirən vətəndaşın şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Hadisənin necə baş verdiyindən xəbərsizəm”.
 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə bildirib ki, bu radədə Mətbuat Xidmətində məlumat yoxdur. 
 ***
Novxanıda yerləşən "Aqua-Park”da baş verən ölüm hadisəsinin bəzi təfərrüatları ortaya çıxıb.
 Əyləncə mərkəzinin meneceri Sevinc Rəşidova Lent.az-a bildirib ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları var və məsələni araşdırırlar:
 "Bizi yaxına buraxmırlar. Ona görə ölən şəxsin kimliyi bilmirəm. Mərhumu morqa aparıblar. Bildiyimiz odur ki,  Azərbaycan vətəndaşıdır.  Bizə belə bir məlumat daxil olub ki, həmin şəxsin hər hansısa bir xəstələliyi, konkret olaraq qıc olması olub”.
 Menecer onu da qeyd edib ki, istirahətə gələn şəxslərin toqquşmasından söhbət gedə bilməz: "Toqquşma  halı ola bilməz. Bizdə hər yerdə- yuxarıda və aşağıda nəzarət var. Hazırda nəzarətçilər hüquq-mühafizə orqanı nümayəndələri tərəfindən dindirilirlər”.
 Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə isə, əyləncə mərkəzində istirahət edən 1983-cü il təvəllüdlü Zamiq Nağıyev attraksiondan yıxılaraq ölüb.
Jurnalist Aytən Məmmədova "Azərsu" Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verməyə hazırlaşır. 
 
Bu barədə jurnalist özünün feysbuk səhifəsində məlumat yayıb.
 
"1 milyard dollar pul silindi"
"Bir neçə il öncə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə büdcədən təxminən 1 milyard dollar pul silindi. Guya məqsəd Bakı və ətraf qəsəbələri fasiləsiz su ilə təmin etmək idi. Şəhərin babat yerində yaşayıram, səhər və axşam üç saat olmaqla, gün ərzində cəmi 6 saat su gəlir. Bir neçə gündür 45 dərəcədə istidə, belə zibilli və rütubətli şəhərdə isə insanları ümumiyyətlə, susuz qoyublar. Gəlin birləşib "Azərsu"yu məhkəməyə verək. Deməyin ki, "xeyri yoxdur". Olacaq. Şəxsən mən yaxın günlərdə iddia ərizəsi hazırlatdırıb məhkəməyə təqdim etmək fikrindəyəm...", - jurnalist qeyd edib. 
 
Sosial şəbəkələrdə bu statusa həmrəylik nümayiş etdirən jurnalistlər "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovu təndiq edib, onu prezidentin keçirdiyi müşavirədə yalan danışmaqda suçlayıblar. 
 
Onlar bildiriblər ki, ölkə başçısı İlham Əliyevin enerji böhranı ilə bağlı keçirdiyi müşavirədə Qorxmaz Hüseynov Bakının 92-93 faizinin su ilə təmin olunduğunu deyib. Amma buna baxmayaraq, paytaxtın mərkəz hissəsi və əksər ərazilərində su problemi yaşanır. Bəzi ərazilərdə isə su çöküntü halında verilib. 
 
 
"Biri dolma bükür, biri corab toxuyur, digəri ərə getmiş qızına düşbərə bişirməyi öyrədir, 4-5 nəfər krosvord yazırdı..."
 
REAL Hərəkatının üzvü, iqtisadçı Natiq Cəfərli də "Azərsu" ASC rəhbərliyi ilə bağlı status yazıb.
O bildirib ki, illər öncə bu qurumda işçilər daha çox "qohum-əqrəba" prinsipi ilə işə götürülüblər: "2007-ci ildə böyük bir beynəlxalq layihənin yerli rəhbəri kimi "Azərsu"ya göndərdilər. Şirkətin rəhbərliyi qarşıladı və mənə mühasibatlıqda ayrıca otaq ayrıldığını dedi. Kollektivə təqdim etmək üçün "Azərsu"yun vitse-prezidenti məni mühasibatlığa apardı. Böyük zalda 20 işçi əyləşmişdi, zalın kənarında mənə özəl otaq ayırmışdılar. Məni təqdim edib getdi, işçilər öz rutin işlərinə başladılar, mən şok oldum: xanımlardan biri qazanı masanın üstünə qoyub dolma bükməyə, digəri corab toxumağa başladı. Başqa bir xanım isə telefonla təzə ərə getmiş qızına yüksək səslə düşbərə bükməyi öyrədirdi, digər işçi o birilərindən krosvord sualları soruşurdu, 4-5 nəfər çox böyük həvəslə krosvordu həll edirdi. Yəni 20 nəfərlik kollektivdən kompyuterdə işləyən, hesabat yazan cəmi 3 nəfər var idi". 
 
"Sonradan öyrəndim ki, həmin 3 nəfər "yiyəsiz" işçilər, qalanları isə rəhbərliyin qohum-əqrabası idi. Məhz belə mənasız sistemə görə indi 2 gündür bizdə su gəlmir, mağazadan su alıb daşımaqla məşğuluq. Sistem deyil, multfilmdir...", - iqtisadçı yazıb. 
 
İyulun 2-dən 3-ə keçən gecə Mingəçevirdə yerləşən "İstilik Elektrik Stansiyasında” qəza baş verib.
 
Nəticədə paytaxt və rayonlarda elektrik enerjisi kəsilib. Eyni zamanda paytaxt və Bakı ətrafı ərazilərdə içməli suyun verilməsində problem yaşanıb. 
 
Ötən gün elektrik enerjisinin verilməsi bərpa olunsa da, paytaxtda içməli suyun verilməsində hələ də problem yaşanır.
 
"Azərsu" ASC-dən Arqument.Az-a verilən məlumata görə, problem anbarlarda suyun azalması və təzyiqin aşağı olması ilə əlaqədardır.
2 -dən səhifə 187