Bu bitki hər yerdə var, amma bilmirsiniz ki, o, diabet və yüksək arterial təzyiqi, şiş xəstəliklərini müalicə edir!

Ağ tutun vətəni Çindir, ancaq indi onu demək olar dünyanın hər yerində tapmaq olar.

 Bu ağacın sağlamlıq üçün çox güclü üstünlükləri var.

 Giləmeyvələrindən bir neçə xəstəliklərin müalicəsi üçün istifadə etmək olar, belə ki, diabet, yüksək arterial təzyiqi və xolesterinin yüksək səviyyəsini tənzimliyir, şiş xəstəliklərini sağaldır.

Digər üstünlüklər saç tökülmə, başgicəllənmə və vaxtından əvvəl qocalmanın qarşısını alır.

Tut ağacının meyvələri sağlamlığa qarşı xeyirlidir. 

Bu meyvə dərildikdən sonra tez istifadə edildiyində orqanizmə daha yaxşı təsir göstərir.

Ağ tut, qış ayları üçün yaz mövsümünün günəşi altında qurudulduğu zaman elə dəyişikliyə uğrayır ki, egzemaya qarşı sanki möcüzəvi təsir göstərir.

Çünki, bu meyvənin yarpaqlarında üzvi turşular, C vitamini, aşılayıcı maddələr, gilələrində isə şəkər, üzvi maddələr, C, B vitamini, karotin, müxtəlif amin turşuları vardır.

Şərq təbibləri qeyd edirdilər ki, şirin tut sidikqovucu, qanyaradıcı təsir edir, cinsi fəallığı artırır, ağciyərlər üçün faydalıdır, bəlğəmgətirici xüsusiyyətlərə malikdir. Meyvəsindən hazırlanan bəhməz və ya doşab, mürəbbə ürək zəifliyi müalicəsində və xroniki mədə xəstəliyinə faydalıdır.

-Revmatizmli xəstələrə isə ağ tut meyvələri ilə vanna etmək məsləhət görülür.

- Vücuda qüvvət verir;

- Ağız, boğaz iltihabı, diş əti xəstəlikləri zamanı, öskürəyə qarşı təsirlidir;

- Hərarəti salır; 

- Qaraciyəri qüvvətləndirir; 

- Mədə və bağırsaqların işini nizamlayır;

- Dəmir baxımından çox zəngin, şiş əridici, sidikqovucudur;

- Acqarnına yeyilən ağ tut bağırsaq qurdlarını salır;

- Mədə və bağırsaqları rahatlaşdırır; 

- Qara tut ağız və boğaz iltihablarına yaxşı təsir göstərir. Rəngindən asılı olmayaraq qana xeyirlidir; 

- Kökəldir və iştah açır;

- Qaraciyəri qüvvətləndirir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəblərdən pul yığdırır. Bu barədə adının çəkilməsini istəməyən valideyn Xeber.İnfo-a məlumat verib. Valideyn iddia edir ki, Z.Fərəcov məktəb direktorlarını yığıb hər valideyndən 20, 30 azn yığılmasını tələb edib. Valideynin dediyinə görə bu dəfə süpürgə və sair şeylər alınmayacaq, yığılan pulla Sumqayıtda yaşayış binalarının bloklarına qapılar qoyulacaq və təmir ediləcək.

Ramin Meherremov

Bazar ertəsi, 29 May 2017 00:00

“Amerikanın damazlıq inəyisiniz!”

Yazan

Son günlərdə İranla Səudiyyə Ərəbistanı arasındakı gərginlik daha da artıb.

Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamaneyi Ər-Riyad hökumətinin ünvanına sərt sözlər deyib. Ərəblərin ABŞ-dan 100 milyard dollarlıq silah alması ilə bağlı müqaviləyə münasibət bildirən İran lideri onların ünvanına “Amerikanın damazlıq inəyi” ifadəsini işlədib. Xamaneyi deyib: “İslam dünyasındakı bəzi xalqların taleyi dəyərsiz idarəedicilərin əlindədir. Məsələn, Səudiyyə Ərəbistanı. Bu tip hakimiyyətlər neft satışından əldə etdikləri sərvəti xalqlarının həyat səviyyəsinin yüksəlməsi əvəzinə kafircəsinə məhv edirlər. Bu axmaqlar pul verərək İslam düşmənlərinin səmimiyyətini qazanacaqlarını düşünürlər. Bunlar damazlıq inək kimidir. Südləri bitən kimi kəsilməyə məhkumdurlar”.

Qurultaya hazırlaşın VİP sədri: “Bir neçə miqyaslı hadisə bizim şanslarımızı yüksəldir”

Vətəndaş və İnkişaf Partiyası mayın 28-də qurultay keçirəcək. Qurultayla və digər bəzi məsələlərlə bağlı “Yeni Müsavat”ın suallarını partiyanın sədri Əli Əliyev cavablandırıb.

- Əli bəy, partiyanızın qurultayı harada keçiriləcək? Nədən məhz Azərbaycanda Xalq Cümhuriyyətinin yarandığı günün 99-cu ildönümünə qurultay təyin etmisiniz?

- Qurultay Beynəlxalq Mətbuat Mərkəzində saat 10.30-da öz işinə başlayacaq.

Bu günün seçilməsi təsadüfi deyil. May ayının 28-i dünyada yaşayan 50 milyon azərbaycanlı üçün mühüm gündür. Azərbaycan Respublikasının təsisat günü bizim dövlətçilik tariximizin yeni mərhələsidir. Rəsulzadə, Topçubaşov, Xoyski və digərləri Azərbaycanın fədailərinin o zamankı nəslinin öndərləridir. Onları yaşatmaq və əziz tutmaq hər birimizin vəzifəsi, boyun borcumuzdur. Qurultayın vaxtı məhz o günə sayğıdan yaranıb. Bizim partiyanın təsis günü də 2006-cı il 28 mayda olmuşdu.

- Partiyanın sədri postuna namizədlər varmı? Sizdə bir nəfərin neçə dəfə sədr olmağına məhdudiyyət varmı?

- Sədrliklə bağlı nizamnamədə hər hansı məhdudiyyət yoxdur. Heç bir senz nəzərdə tutulmayıb. Qurultayın gedişində də istənilən partiya üzvü namizədliyini irəli sürə, iddiasını əsaslandıra bilər. Mən namizədliyimi irəli sürəcəyəm. Hələlik alternativ namizəd yoxdur. Görünür, belə ağır mövcudluq şərtlərində məsuliyyətin altına girməyə ehtiyat edirlər. Ölkədə iqtidar tərəfindən diktə olunan amansız siyasi şəraitdə müxalifət partiyalarında məhdudiyyətlərin tətbiqi düzgün olmazdı. Partiyalar, xüsusən də açıq və ya gizli şəkildə sistemdə olmayanlar mümkünsüz şərtlərdə yaşayır, mübarizə aparırlar. YAP iqtidarı dövründə şəraitin dəyişəcəyinə inam azdır. Bu səbəbdən partiyalarda senzlərin, məhdudiyyətlərin tətbiqini yanlış hesab edirəm.

- Dəvətlilər arasında kimlər var, məsələn, vaxtilə rəhbəri olduğunuz AMİP-dən də?

- Dəvət məsələsində çalışmışıq siyasi, ictimai, mətbuat seqmentlərindən heç kəsi unutmayaq. Bəzi istisnalarla demək olar ki, hamıya dəvət göndərilib. İqtidarı da dəvət etmişik. Həm Prezident Administrasiyasından, həm də YAP-dan dəvət etdiyimiz insanlar var. İqtidardan dəvətlilər baş nazirin müavini Əli Əhmədov, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, YAP icra katibinin müavini Siyavuş Novruzov, YAP-çı deputat Aydın Mirzəzadə və Tahir Süleymanovdur. Diplomatik korpusun geniş çevrəsinə də dəvət göndərmişik. Adını çəkdiyiniz (AMİP-i nəzərdə tutur - E.S.) təşkilatla heç bir münasibət ola bilməz və dəvət də göndərilməyib.

- Qurultayınız partiya həyatı, fəaliyyəti və cəmiyyət üçün nəsə bir yenilik təqdim edəcəkmi?

- Hesab edirəm ki, siyasi şərtlərin indiki durumunda müxalifət adına keçirilən istənilən tədbir təqdirəlayiq sayılmalıdır. Diqqət yetirin, son illərdə neçə partiya geniş, şəffaf qurultay keçirməyə nail ola bilib. Olduqca az təşkilat. Biz qərar qəbul edən zaman məhz ictimai hadisə ola biləcək tədbir keçirmək istəyi ərsəyə gəldi. İstəyirik qurultayın birinci hissəsində açıq müzakirə olsun. Bunu bir fürsət kimi dəyərləndiririk. Lakin nəticənin nə olacağını həmin gün fərq edəcəyik. Öz tərəfimizdən partiya strukturlarına, üzv və tərəfdarlarımıza, ölkə ictimaiyyətinə, beynəlxalq auditoriyaya mesajlarımız olacaq.

Son referendumdan sonra baş verənlər yeni mərhələnin başlanğıcıdır. Dünya, regionumuz və Azərbaycan tamamilə yeni çağırışlarla üzbəüzdür. Hakimiyyət transformasiyaya çalışır. Biz də dəyişməliyik. Qarşıdakı dövrdə müxalifət qüvvələri üçün unikal dövr gəlir. Bir neçə miqyaslı hadisə bizim şanslarımızı yüksəldir. Düzgün addımlar atılacaqsa, ötən əsrdəki nailiyyətləri təkrarlamağımız mümkün ola bilər. Qurultayı partiyamız üçün yeni dövrdə bir şans kimi görürük.

- VİP-in qurultayında prezidentliyə namizəd də müəyyənləşəcək?

- Fikrimcə, VİP-də belə olacaq. Eksklüziv olaraq, “Yeni Müsavat”a bu “mətbəx” hazırlığımızı da açıqlayırıq. Növbəti prezident seçkiləri ilə bağlı geniş şərhimiz var. Öz namizədimiz müxalifətin geniş spektrli birliyinin baş tutmayacağı halda ehtiyat variant kimi düşünülür. 
Bizə görə seçkilər bu il də keçirilə bilər, təqvim üzrə gələn il, hətta 2020-ci ilə qədər ertələnməsini də mümkün sayırıq. Bütün variantlarda müxalifətin geniş koalisiyasına ehtiyac vardır. Lakin bu çevrədə hakimiyyətin gizli adamları yer almamalıdır. Bu günə qədər toplanan təcrübə bizi məcbur edir ki, seçimdə ehtiyatlı olaq. Çünki səhv qərarlar cəmiyyətdə ruh düşkünlüyünə gətirir. Səmimi şəkildə hakimiyyətdən eyni məsafədə duran, maddi və digər asılılıqları olmayan qüvvələrin bir araya gəlməsi zəruridir. İnanıram ki, belə koalisiya həm də hakimiyyətin sıralarına dağıdıcı təsir göstərə bilər. Nə qədər iqtidar zahiri də olsa, monolitliyi saxlayır, bizim uğur haqda düşüncələrimiz xülya olacaq.

- İddialar var ki, Rusiya budəfəki seçkilərdə 2013-cü ildəkindən daha fəal hərəkət edəcək, “İbrahimbəyov ssenarisi”nə oxşar, amma daha güclü ssenarini işə salacaq...

- Moskva artıq hərəkətə keçib. Kreml hakimiyyətdaxili real rıçaqlarını itirmək istəmir. O zaman da İbrahimbəyov versiyası Milli Şura, “Milyarderlər ittifaqı”, iqtidardakı “5-ci kolon” YAP-ın prezidentliyə namizədini dəyişməməsi üçün idi. Həmin layihədə yer alan bütün tərəflər Azərbaycanı 4 il geri sala bildilər. Yenə də “5-ci kolon” gündəlikdədir. Emissarlara baxın-Patruşev, Nazarbayev, Solovyov, Duqin. Bu şəxslərin hər biri Putinin Avrasiya İttifaqı layihəsinin ideya müəllifləridir. Çox güman ki, Kreml sözünü bunlarla çatdırırdı. ÜAK-ın qapadılması da referendumdan sonrakı siyasi transferlərlə bağlıdır. Əminəm ki, bu son deyil. Sözsüz ki, keçmiş imperiya mərkəzi seçki ərəfəsi yenə də bir şeylər düşünür. Rusiyanın hibrid müdaxiləsinə müqavimət təşkil olunmalıdır. Heç bir halda kənar müdaxiləyə qapı açmaq olmaz. Buna görə də milli çıxarlarımızı önəmli sayıb, xarici təcavüzə sinə gərməyi bacarmalıyıq.

 “Mən Səhiyyə Nazirliyinə və digər müvafiq qurumlara müraciət edirəm ki, Milli Onkologiya Mərkəzində və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında nələr baş verdiyini araşdırsınlar. Bu iki səhiyyə ocağında insanları heç kimdən çəkinmədən soyurlar. Ən yüksək səviyyədə xəstələrdən pul tələb olunur, dövlətin verdiyi dərman pereparatları və hətta əməliyyat üçün nəzərdə tutulan vəsaitlərin alınması xüsusi apteklərdən tələb olunur. Heç başqa apteklərdən tapmaq da mümkün deyil”. Bu sözlər onkoloji xəstəlikdən əziyyət çəkən bir şəxsin Xeber.info-a ünvanladığı məktubda yer alır.

Mənbə şahid olduğu hadisələri qeyd edir: “Həm Milli Onkologiya Mərkəzində, həm də Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında açıq alver gedir. Bu iki müəssisə dövlət xəstəxanaları olsalar da insanları soymaqla məşğuldur. Daha maraqlı fakt odur ki, onkoloji xəstə başqa özəl tibb müəssisəsində müalicə ala bilməz. Mütləq adını qeyd etdiyim yerlərdə dərdinə əlac axtarmalıdır. Mənə özəl klinikaların birində onkoloji xəstə olduğumu, lakin bunun müalicəsinin və əməliyyatının ancaq  Milli Onkologiya Mərkəzində və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında mümkün olduğunu dedilər. Əvvəl Milli Onkologiya Mərkəzinə getdim. Həkimin (lazım olsa adını deyərəm) otağına girən kimi, məndən 20 AZN tələb etdi. Mən də ödədim. Sonra analizə göndərdi. 200 AZN-dən çox pulum çıxdı. Dedilər ki, dərhal əməliyyat olmalısan, 2000 (iki min) ödə əməliyyat edək. Mənim bu qədər pulum yoxdur, deyəndə “özün bilərsən, qərar sənindir, biz səni əməliyyat etməkdə borclu deyilik” cavabını aldım. Bir tanış vasitəsilə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına getdim. Müayinə olunduqdan sonra (hamısı baha qiymətlə və bəzi analizləri özəl klinikalarda verməyi tələb etdilər) əməliyyat göstərişi verildi. Amma Milli Onkologiya Mərkəzində deyilən qiymətin yarısına razılaşdıq. Bu zaman qədər, hardasa vəziyyətlə barışırdım. Əməliyyatdan bir gün əvvəl sizə təqdim etdiyim reseptləri verdilər ki, bunlar alınmalıdır. Xüsusi qeyd etdilər ki, bunları ancaq “Yasmin” aptekindən almalısınız. Digər apteklərdən soruşdum. Dedilər ki, bunlar satılmır. Xəstəxanalara əməliyyat üçün verilir. Nəhayət 300 AZN-ə yaxın pul ödədikdən sonra dərman pereparatlarını və əməliyyat vəsaitlərini aldm. Bir sual məni düşündürdüyü üçün bu müraciəti edirəm. Dövlət büdcəsindən ayrılan vəsait hesabına Onkoloji Klinikaya verilən dərman pereparatları və əməliyyat vəsaitləri bir aptekə neçə gedib çıxıb? Niyə bu ləvazimatlar digər apteklərdə yoxdur? Xahiş edirəm Səhiyyə Nazirliyi və digər müvafiq qurumlar bu məsələni araşdırsınlar və ictimaiyyətə açıqlama versinlər”. 

Elşad Mirinin "Yaşıl Orta" verlişindəki yalanların ifşası – Elşad bəy sizin adınız Quranda var? Sabahınız xeyir Elşad bəy...

 Bu yazı Elşad bəyin və onun yeni hocası Türkiyəli ilahiyyatçı Əbduləzizin 06.04.2017 də “Yaşıl Orta” verlişində səsləndirdikləri bir sıra fikirlərə münasibət bildirmək və həqiqətlərin bəyanı məqsədi ilə yazılmışdır.

Verlişin bir neçə dəqiqəsinə baxdıqda, aydın olur ki, burada yenə də təzə söz eşidə bilməyəcəyik. Elşad bəy yenə də daha öncələr dediyi sözləri təkrar-təkrar müdafiə edəcək...

Pirlər və ziyarətgahların yeni inkar üsulu – “Ölülər bizi eşitmir yalanı.”

Pir və ziyarətgahların qazanc mənbəyi olması əksər zamanlar bu ideologiyanın daşıyıcılarının “ağrılı-acılı” məqamıdır. Guya...

Sual: Ən böyük ziayarətga Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki müqəddəs Kəbə evidir. Dünyanın dörd bir yanından insanlar axın-axın o mübarək torpaqlara eşq və məhəbbətlə səfər edir. Təbiidir ki, həcc səfəri müddətində hər bir hacı müəyyən pul vəsaitini bu yolda sərf edir. Milyonlarla insanı nəzərə alsaq bu məbləğ saya gəlməz həddə yetişir. Əgər qeyd edilən məntiqlə götürülsə gərək heç kim həccə getməsin. Çünki, o pullar nəticə etibari ilə həmin şəxslərin sözü ilə desək “ciblərə” gedir və Kəbə “qazanc mənbəyinə” çevrilir. Hətta bu məntiqdən çıxış edib “həccə getməyin, elə burda kasıba əl tuta bilərsiz” deyən şəxslər də peyda olur. Amma bütün dünya müsəlmanları bu məntiqin əksinə olaraq ziayrətgahlara gedərək müəyyən ibadi ayinləri həyata keçirirlər.

Sonra qeyd edilir ki, “ölülər bizi eşitmir” deyə ziyarətgaha getmək olmaz. Ümümiyyətlə bilmək lazımdır ki, İNSAN ÖLMÜR. İnsan öz ölümü ilə ölümü öldürür. Ölümü ilə dirilir və yeni həyata qədəm qoyur. Bu primitiv məlumatları din haqqında bir iki kitab mütaliə etməklə də asanlıqla öyrənmək varkən, bəzilərinə nə gəlib ki, hələ də ölü ilə diri arasında olan ən mühüm fərqi bilmir? Ölü və diriliyin meyarı ruha, qəlbə və imanla olan əlaqəsini bilmir? Bizim ölü dediklərimiz əslində bir çox diri dediyimizdən daha yaxşı anlayır, dərk edir və eşidir. Dünyasını dəyişənlərin, qəbir əhlinin bizi eşitməsi barədə o qədər dəlil mövcuddur ki, bura yazsaq əsas mövzu unudular. Bu mövzuda sizə iki əsaslı yazı təqdim edirik. Quran və sünnəyə əsasən dünyasını dəyişənlərin bizləri eşitməsinin dəlillərini buradan geniş şəkildə oxuya bilərsiniz.

1.Bax: http://mahir-shekerov.blogspot.com/2017/04/olulr-bizi-esidir-quran-v-sunn-isgnda-1.html

2. Bax: http://mahir-shekerov.blogspot.com/2017/04/olulr-bizi-esidir-quran-v-sunn-isgnda-2_74.html

Sual: “Əgər ölü bizi eşitmir deyə ziyarətgahlara getməyi qadağan bilirsizsə, həcc zamanı peyğəmbər (s) məzarı niyə ziyarət edilir? Peyğəmbərin (s) özünün ziayrəti ilə bağlı buyurduğu hədislər necə olsun?”

Mümkündür bu gün hardasa bir ziyarətgahda kimlərsə fırıldaqçılıq edə, bunun mənası bu deyil ki, bütün dünya ziayrətgahlarını sual altına aparaq. Bir müəllim əxlaqi normalara riayət etmirsə, bizim haqqımız yoxdur ki, “müəllim” adı altında fəaliyyət göstərən bütün şəxslər haqda fikir yürüdək. Bu gün bir nəfər naməhərm arasına soxularaq gizlin şəkil çəkirsə və kimsə də desə ki, bütün ilahiyyatçılar belədir doğru olarmı Elşad bəy?  Ziyarətgahlarda bu qəbildəndir.

Allah dostlarının ağız suyuna irad tutan Elşad bəyə peyğəmbər (s) sünnəsindən dəlil.

Səhih Buxaridə Səhl ibni Səddən rəvayət olunur. Peyğəmbəri-əkrəm (s) Xeybər qəzvəsində buyurdu: Bu bayrağı sabah elə bir şəxsə verərəm ki, Allah Xeybəri onun əli ilə fəth edəcəkdir. O, Allah və rəsulunu sevir, Allah və rəsulu da onu sevir. Səhər açıldı. Hamı peyğəmbərin (s) yanına cəm olduqda peyğəmbər buyurdu: “Əli (ə) hardadı?” Dedilər: Onun gözü ağrıyır. Peyğəmbər onu çağırtdırdı. Öz ağzının suyundan götürüb Hz Əlinin gözlərinə sürtdü. Onun gözləri elə sağaldı ki elə bil ümumiyyətlə onda ağrı olmayıbdır. (Buxari-duaun nəbi iləl islam babı 2 c s 107, Səhihi Muslim cihad və siyər hədis 123)

Elşad Mirinin yeni metodu – “Pisliyin içində yaxşını da qurban vermək.

Elşad bəyin “təbliğ” metodunda həmişə yol verdiyi bir yanlışılığı bu gün qeyd edirəm. Elşad bəy, xurafat və uydurmalardan danışarkən, bir neçə xurafatın və batil fikrin içərisində bir həqiqəti də batil kimi qələmə verməsidir. Bu hal, yol verilməzdir. Bu, muxatəbi aldatmaq, həqiqəti təhrif və insanların bilgisizliyindən sui istifadə etməkdir ki, bu işlərdən Allaha sığınırıq.

Elşad bəy, biz elə bilmirdik, siz elə bilirdiz...

Elşad bəyin tez-tez istifadə etdiyi ifadə “biz elə bilirdik ki”, “bizim hər birimiz elə bilirdik ki” ifadəsi əslində dolayı yollarla qarşı tərəfi də öz düşüncələrində şərik etməkdir. Haqlı olaraq sual yaranır ki, “Siz peyğəmbərsiz? Dini yaxud İslamı təmsil edirsiz ki, sizin hansısa məsələyə olan baxışınız ümumi kütlə üçün meyar olsun?”

Siz bir məsələdə səhv düşüncədə olmusunuzsa deyin ki, “mən elə bilirdim ki” nəinki sizə aid olan məsələni “biz” ifadəsi ilə bütün ümmətə nisbət verəsiniz. Siz sanki, bu ümmətin, bəşəriyyətin “xilas gəmisi” imişsiz kimi iddialı danışırsız. Sanki, siz bu sözləri deməsəydiniz Allahın dini məhv olub aradan gedəcəkdi. Bu nə düşüncə və iddiadır bəy? Bu iddialar xeyirli aqibətin nişanəsi deyil. Lütfən öz səhv inancınızı İslama adına yazmayın. Siz deyirsiz ki, “hər birimiz elə bilirdik ki”... Biz sizin kimi düşünmürdük bəy. Biz dünən də, bu gündə xurafat və uydurma dini tanıyır və ardınca getməyə səy göstəririk.

Qəlbin möhürlənməsi yaxud, qadını ikinci dərəcəli bilmək mövzusunda da biz yox siz elə düşünürsünüz.

Nisa 34 və qadının döyülməsi.

Nisa 34 evin, ailənin idarə edilməsi ilə bağlı bir əxlaqi ayədir. Quran demir, kişi qadının başçısıdır, əksinə evin idarəsinin kişiyə məxsus olmasından söz açılır. Səbəbi də qadın və kişi arasında bir pillə fərqindən danışılır. Bu fərq əqidə, iman kimi mənəvi halətlərə aid deyildir. Kişi bir çox hallarda cəmiyyətdə kişilər arasında müəyyən fikir mübadiləsi aparır, müharibə və cənglərdə düşmən müqabilində dayanır, ailəsini dolandırmaq üçün müyyən ağır işlərdə işləməli olur. Bu kimi hallar qadın üçün uyğun olmadığı kimi təbiətinə də ziddir. Nəinki, bəziləri deyə ki, “kişi və qadın eynidir”, “qadından üstün deyil, bərabərdir” və s. yanıldıcı sözlərlə əsas məqsədi unutdura. Bu üstünlük, yaxud fərq kişinin dediyimiz mövzularda daha fəal olmasına və qətiyyətli olmasına görədir. Qadının işi tərbiyədir. Qadın cəmiyyətə mənəviyyatlı insanlar bəxş edən bir varlıqdır. Ən gözəl mürəbbi anadır. Dinimizdə də evdə tərbiyəçi ana hesab olunur ata yox. Bu kimi səbəblər ucbatından kişilər və qadınlar arasında fərqlilik gözə çarpır. Qadın kişinin himayəsi altındadır, çətin anlarında onu özünə sipər bilir. Bu ayənin təfsirinə baxsaz daha çox incə mətləblər əldə edə bilərsiz. Ayədəki bu incəlikləri bilmədən, ayənin şəninə uyğun olmayan ifadələr söyləmək və guya qadınları müdafiə edirmiş kimi canpəşanlıq nümayiş etdirmək yersizdir. Ayələri bu hala salanların əməli nəticəsidir ki, qadın və kişi münasibətlərində bir uçurum müşahidə edirik. Qadınların vurmaq mövzusuna gəlincə qeyd etmək lazımdır ki, bir xanım ərinin şərəf və ləyaqətinə, namusuna xətər gətirəcək iş görərsə Quran bizə 3 mərhələ təqdim edir. 1. Nəsihət. 2. Yatağı ayırmaq. 3. Vurmaq – Bu vurmağın mənası bizim anladığımız şəkildə deyildir. Qadını vurarkən bədəni qızara yaxud göyərəsə artıq kişi həddini aşmış və günaha daxil olmuşdur. Hədislərdə gəlmişdir ki, “onları diş çöpü ilə vurun” Hədisdə çox mühüm incəlik vardır. Diş çöpü ilə vurmaq yəni demək istənilən mətləb onları vurmamaqdır əslində. Ayədə keçən “onları vurun” ifadəsi ilə bağlı çoxlu təfsir və izahlar vardır ki, biz ən uyğununu qeyd etdik.

Xurafat və uydurmanın fərqi.

Xurafat var olduğu halda, şəriət və əqlə zidd olan işlərə deyilir. (Cahil ərəblər yağış yağmadıqda heyvanın quyruğuna atəş bağlayırdılar)

Uydurma isə, ümumiyyətlə var olmayan hadisənin xəyali təsviridir.

Fərqlər aydındır Elşad bəy?

Rəcm ayəsi?

Qurani-Kərimdə rəcm (zina edən şəxsin daş-qalaq etmək) mövzusunda xüsusi bir ayə və göstəriş yoxdur. Var olmayan bir məsələ barədə müxaliflər zaman-zaman məzhəblərə böhtanlar ataraq, guya rəcm ayəsi Qurandan çıxarılmış yaxud hansısa heyvan (keçi) o ayənin yazılı olduğu kağızı, yarpağı yemişdir. Bu söz Quran və ağıla ziddir. Allah Quranı Qiyamətə qədər hifz edəcəyini qeyd edir. (Hicr 9). Digər tərəfdən peyğəmbər (s) zamanında və sonrakı dönəmlərdə Quranı əzbər bilən yüzlərlə insan vardı. Belə hallar, bu kimi şəraiti imkansız edir.

Peyğəmbər (s) adi bəşər deyil Elşad bəy.

Elşad bəyin bu iddiasını Quran alt-üst edir. Quran isbat edir ki, peyğəmbəri bizdən fərlqəndirən kifayət qədər yönləri vardır. Biz bu iddiaya cavab vermişik. Bax: http://mahir-shekerov.blogspot.com/2017/01/peygmbr-s-adi-bsrdir-deynlr-qurandan.html

Elşad bəy, yenə də daha öncələr etdiyi səhv yanaşma tərzini əldə bayraq edərək, kimlərinsə Allah rəsulu (s) barədə söylədiyi ifadələri yenə də müsəlman və İslam adı ilə qeyd edir. Elşad bəy, hansı müsəlman iddia edir ki, peyğəmbərin (s) arxada gözü var? Hansısa kitabda saxta bir məlumatı din adına qeyd etmək böyük yanlışlıqdır.

Peyğəmbərin (s) kölgəsi var idimi?

Bəzi məsələlər bəzən ağlımıza uyğun olmadıqda onu tez inkar etmək yaxud tez təsdiq etmək yolunu tutmayaq. Ən gözəl yol, məsələni araşdırmaqdır. Əgər bu barədə səhih məlumatlar olarsa qəbul etməliyik.

Peyğəmbərin (s) kölgəsinin olmadığını qeyd edən mənəbələr daha sonra bu hədisi də sözlərinə dəlil gətirirlər: “Allahım məni nur qərar ver.” (Buxari, c.1,s. 116.hədis, 6316; Səhihi Muslim, c 1, səh. 525-526, hədis187-763)

Həmçinin bax: “Səbilul huda və ər-rəşad”, c. 2, s. 90; Tam ilmihâl: Səadət-i əbədiyyə səh. 379 və s.)

Bu mövzuda olan hədislərlə bağlı alimlərin fikirləri budur ki: “Bu mövzuda olan hədislər sənəd baxımında etimad edilməyəcək vəziyyətdədir. Bu mövzuda nəql edilmiş tək rəvayət vardır. Əgər belə hal olsaydı daha çox insanın bunu müşahidə etməsi və rəvayət etməsi lazım idi. Hədis elmi baxımından bu kimi şübhələr üzündən məsələ sual altına gedir.”

Elşad Miri merac hadisəsini inkar edir.

Elşad Miri Allah Rəsulunun (s) meraca getməsini istehzalı sözlərlə ifadə etməsi də gözdən qaçacaq səhnə deyildi. Merac kimi əzəmətli bir hadisəni inkar edən Elşad bəy Allah Rəsulunun (s) digər möcüzələrini də inkar edir. Ən maraqlı hal isə, buna dəlil kimi “bunlar Quranda yoxdur” mövqeyindən çıxış etməsidir.

Bunlar Qurandamı olmalıydı? Bu ki, absurddur. Peyğəmbər (s) barədə danışıb sonra bu Quaranda yoxdur deməyiniz insanları aldatmaqdır. Çünki, Quranda hər şeyin konkret olaraq adbad gəlməsini heç bir ağıllı insan iddia etmir. Sizin adınız Quranda var? Quranda Elşad Miri sözü kəlməbəkəlmə yoxdursa deməli sizin adınız yoxdur. Budur sizin məntiqiniz? Sabahınız xeyir Elşad bəy! Siz bu cür sadə məsələdə ilişib qalmısınızsa nə demək olar...

Elşad Mirinin Hindistana baxışı, yaxud İsa (ə)-ın həvarilərin it cəsədinə baxışı...

Daha sonra Elşad Miri Hindistanda gördüyü mədəniyyətsizliyi dəlil gətirərək bir sıra fikirlərini isbat etməyə çalışır. Hindistanda olan bu qeyri etik və qeyri mənəvi halları məgər Ərəbistanda görmürük? Ərəblərin hələ də yemək yemə və geyim mədəniyyətlərinin formalaşmadığının şahidi olmuruq? Bakıya gələn ərəb turistlərinin vəhşiliklərini mediadan oxumuruq? Ərəb turistlərini Bakı mehmanxanalarında gənc qızları zorlaması, mehmanxanda çalışan qadınları pul və digər vasitələrlə cinsi istismara məruz qoymaları uzaq keçmişdir? Yenə sayım? Hindistandan, Banqladeşdən danışanda və kimlərisə qınayanda bir hindistanlı sizə bu sualları versə nə deyəcəksiz əcaba? Görəsən deyəcəksinimi ki ərəblərdə uydurulmuş dinin nümayəndələridir?  Hz İsanın küçədəki it cəsədinə irad tutan həvarilərinə “onun nə gözəl dişləri var” hadisəsini nə qədər yazmaq olar ki, baxışınız dəyişilə? Hindistanda ancaq pislik eybəcərlik gördünüz? Bircə dənə də olsun müsbət bir şey yox idi? Təmizlik barədə dediyiniz hədislər ərəblərə aid deyil? Elşad bəy bu səfər barədə yazdığınız yazının 1-ci hissəsində o qədər şikayətənirsiz ki...

Bal arısı olaq Elşad bəy.

Hәqiqi müsәlman – bal arısı kimidir; gözәl şeylәrdәn yeyәr vә gözәl şeylәr istehsal edәr (danışar). Bir çiçәyin üzәrinә qonduğu zaman onu qırmaz, zәdәlәmәz. Çünki Allah, kobudluqla istәnildiyi zaman vermәdiyi şeylәri, nәzakәtlә istәnildiyi zaman verәr.

Antropomorfizm əqidəsi müsəlmanlara yaddır. Quran oxuyun Elşad bəy.

Antropomorfizm yəni, Allaha insan xüsusiyyətləri aid etmək, onu cism qərar vermək və s. Bu əqidə iudaizmdə, xristianlıqda mövcud idi. İslamda belə bir anlayış sistemi mövcud deyil. Sələf-vəhhabi deyə tanıdığımız radikal və qeyri İslami “məzhəb”in alimlərinin bu barədə söz və fikirləri mövcuddur ki, biz onları İslamdan hesab etmirik. Sələfi vəhhabilərin əqidə sistemini müsəlman adı ilə efirdə qeyd etməyiniz insafsızlıqdır.

Hansısa “firqə” nəsə deyirsə onu götürüb bütün İslama aid etmək siz demişkən absurddur. Absurd dediyinizi niyə “həqiqət” adı ilə müsəlmanlara sırımaq istəyirsiniz?

Yəhudilərin peyğəmbər barədə olanda sözlərini müsəlmanlara aid edirsiniz? Niyə? Yəhudilərin Hz Süleyman (ə) və Hz Davuda (ə) nisbət verdikləri müxtəlif çirkin sözləri elə qeyd edirsiniz ki, sanki bu saxta sözlər İslamın daxilindədi və siz İslamı bu yolla gözdən salamağa cəhd edirsiniz. İslam peyğəmbərinə (s) aidiyyatı belə olmayan çirkinlikləri ona nisbət verilmiş kimi qələmə vermək? İnsanların məlumatsızlığından istifadə edib onları aldatmaq, hansı əxlaqın acı meyvəsidir?

Heyif olan 11 il…

Hədis elmindən danışırsız Elşad bəy. Dediyinizə görə 11 il bu işə vaxt sərf edibsiniz. Heyif o 11 ildən. Başqa bir sahəyə o vaxtı sərf etsəydiniz yəqin ki, xalqımıza faydalı bir müəllim, həkim ola bilərdiniz. Hədislərin mətnlərində olan kəlimə dəyişikliyi hədisi etibardan salırmı? Peyğəmbərin (s) təbliğ üsuluna diqqət edəndə görürük ki, Allah Rəsulu eyni mövzuda belə şərait və müxatəbi nəzərə alaraq müxtəlif tövsiyələr etmişdir.

Allah Rəsuluna verilən “Əməllərin ən fəzilətlisi hansıdır?” sualına qarşısındakı şəxsə və zamana görə;

- Allaha iman, Allah yolunda cihad və həcc.

- Allahı zikr etmək.

- Namaz

- Allah üçün sevmək.

- Ana-ataya xidmət.

- Hicrət şəklində cavablar vermişdir. İndi bu hədislərdə kəlimə fərqi var deyə hamısı batildir? 11 ildə bunu öyrəndiniz? Təəssüf.

Türk dilindən azəri dilinə tərcümə edilən kitab və...

Elşad bəyin türk dilindən tərcümə etdiyi yeni tərcüməni inşallah oxuyacağam və ehtiyac olsa fikirlərimizi qeyd edərik. Verlişdə qeyd edilən birinci məsələ Hz Adəmin (ə) Cənnətdə olmaması məsləəsinə gəlincə bu təzə icad deyil ki? Hz Adəmin Cənnətdə olması Quran və ağıl baxımından zatən uyğun deyil. “Hz Adəm (ə) məsumdur” mövzusunda buna toxunduq. Xülasəsi sizə təqdim edirik.

Cənnət nə deməkdir?

Gəlin yenə də ilk öncə Cənnət sözünün mənasını öyrənək.

" CƏNNƏT " sözün kökü " CƏNNƏ " felidir, və mənası : " gizli, örtülü " deməkdir . Bu " CƏNNƏ " kökündən bir sıra sözlər yaranıb ki bəzilərinə işarə edək.

1) CƏNAN - yəni " qəlb " bu da görünməyəndir .

2) CUNNƏ - qalxan , yəni bədəni örtən.

3) CƏNİİN - ana bətnində olan uşaq . O da örtülü, görünməyəndir.

4) CƏNNƏT- gizli, gözə görünməyən bağ.

5) CİN - gizli, gözə görünməyən .

6) MƏCNUN - cin vurmuş, ağlı örtülmüş.

Cənnət sözünün istilahi mənasına gəlincə isə qısa və çox sadələşdirilmiş şəkildə deyə bilərik ki; Cənnət, Qiyamət günü yaxşı əməl sahiblərinə veriləcək əbədi və sonsuz bir mükafat.

Bu məqamda bir məsələni də araşdırmaq yerinə düşərdi. Görəsən Qurani-Kərimdə gələn bütün cənnət sözləri bizim bildiyimiz, axirətdə möminlərin girəcəyi Cənnətdir?

Qurana baxdıqda görəcəyik ki, Cənnət sözü həm də bağ və bağça mənasındadır. Xüsusən dünya üçün işlənən bütün "cənnət" kəlmələri "bağ, bağça" mənasındadır. Nümunə üçün bəzi ayələrə diqqət edək;

Səba 15: جَنَّتَانِ عَنْ يَمِينٍ وَشِمَالٍ (Orada) sağdan və soldan iki bağça var idi.

Səba 16: وَبَدَّلْنَاهُمْ بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ – Onların iki bağçasını elə iki bağçaya çevirdik.

Kəhf 39: إِذْ دَخَلْتَ جَنَّتَكَ - Bağına girdiyin zaman.

Cənnətə, Cənnət deyilməsinin bir səbəbi də ordakı nemətlərin gözlərimizdən, gizli olmasındadır. Buna dəlil Səcdə sürəsi 17-ci ayədir.

Səcdə 17: Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz.

Axirət Cənnətində günahın baş verməsi Quran baxımından qeyri mümkündür.

Quran ayələrinə nəzər saldıqda görəcəyik ki, axirət Cənnətində günah, günah işin və həmçinin mənasız işlərin baş verməsi mümkün deyildir. Həmin ayələrə diqqət edək;

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا   - Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər. (Nəbə 35)

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَ - Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. (Vaqiə 25)

لَا تَسْمَعُ فِيهَا لَاغِيَةً   -Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir. (Ğaşiyə 11)

Hz Adəm (ə) –ın axirət Cənnətində olmamasına daha bir neçə dəlil.

Hz Adəmin həqiqi-axirət Cənnətində olmamasına daha bir neçə dəlil təqdim edək;

1) Axirət cənnətində qadağan yoxdur. (Mursəlat 43)

2) Orada üsyan və günahdan söhbət belə gedə bilməz. (Ğaşiyə 11, Vaqiə 25, Nəbə 35)

3) Əsl cənnət olsaydı Şeytan ora girə bilməzdi. – Şeytanın həqiqi Cənnətdə nə işi var?

4) Əbədilik yurdudur. Ora girən bir daha ordan çıxarılmaz. – Quranda dəfələrlə Allah buyurur ki; – Onlar orada əbədi qalacaqlar. (Ali-İmran 107 )

5) Adəm yer üzünün xəlifəsi olmaq üçün yaradılmışdır. (Bəqərə 30) – إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً

“Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”.

6) Hz Adəmdən (ə) danışan bu ayələrdə Allah Hz Adəm mövzusuna başlamadan öncə buyurur;

Əraf 10: Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!

Əraf 11: Sizi yaratdıq, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı.

Ayələrdən gördüyünüz kimi, Allah insanları yer üzündə yaratdığını və Hz Adəmin hadisəsin də yer üzündə baş verdiyini deyir.

Bu sözləri gərək Türkiyədə deyilə ki qəbul edəsiniz? Siz Quranla getdiyiniz halda necə olur ki, Quranın özündə olan bu həqiqətlərdən xəbərsizsiniz?

Heyz halında namaz və oruc?

Quranı oxuyub nəfsinə görə ondan hökm çıxartmaq heç bir müsəlmana yaraşan iş olmadığı kimi, Allah dərgahında da böyük günahlardan biridir. “Quranda bu məsələ yoxdur” deyib özündən hökmlər uydurmaq? Əgər belə doğru danışansınızsa nə üçün digər ilahi hökmləri (həccin ayinləri, yaxud zəkatda qızılın ya gümüşün zəkat miqdarı, səfərə çıxan şəxsin neçə km sonra müsafir olmas və s) bizə bir-bir Quran ayəsi ilə göstərə bilmirsiniz? Hətta gündəlik həyata keçirtdiyiniz dini ayinləri belə Quranla yox, inkar etdiyiniz məzhəblərlə həyata keçirirsiniz. Elə deyilmi bəy?

Elşad bəyin çarəsizliyi və ikili mövqe nümayiş etdirməsi.

Qadının heyz halında namaz qılmasını, Elşad bəy ilk öncə təsdiq etməyib, “hələ araşdırmamışam” deməsinə baxmayaraq bir neçə dəqiqə sonra araşdırmadığı mövzunu təsdiq və müdafiə etməsi də gözümüzdən qaçmadı. Hədisdə buyrulan “Yalançının yaddaşı olmaz” ifadəsi də sanki gözümüzün qarşısında canlandı.

Gəlin bu cür “ilahiyyatçıların” təqdim etdiyi uydurulmuş dindən, Allah Rəsuluna nazil edilmiş həqiqi dinə əməl edək.

Mahir Şəkərov – İlahiyyatçı yazar.

Bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Masallıda növbəti məhkəməsi keçirilib.

Məhkəmə prosesində ölkənin ictimaiyyət və media nümayəndələri, diplomatik korpusun əməkdaşları və siyasi xadimlər iştirak edib. 

Bu dəfəki proses zamanı məhkəmənin keçirildiyi binanın önünə toplaşan insanlara və media nümayəndələrinə qarşı təzyiq göstərilməyib və onların məhkəmə zalına sərbəst buraxılması təmin edilib.

Maide.Az xəbər verir ki, hakim Anar Alməmmədovun sədrliyi ilə keçirilən prosesin ikinci hissəsində şahidlərin ifadələri dinlənilib. 

Növbəti proses iyun ayının 7-si saat 14:00-də təyin olunub. 

Məhkəmədən sonra Şeyx Sərdar Hacıhəsənlinin vəkilləri Cavad Cavadov, Osman Kazımov, Yalçın İmanov və Nemət  Kərimli  məhkəmə prosesinin gedişi ilə bağlı açıqlama verib. 

Vəkillərin açıqlamasını təqdim edirik:

Cümə axşamı, 25 May 2017 00:00

AXCP sədr müavini saxlanılıb

Yazan

AXCP sədr müavini Gözəl Bayramlı saxlanılıb. Bu barədə AXCP sədri Əli Kərimli facebook səhifəsində status yazıb: “Dostlar, indicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl xanımın çantasına nəsə atıb (hələ nə olduğu bilinmir) onu saxlayıblar. Hakimiyyətə müraciət edirəm: Mübarizəni kişi kimi aparın, heç olmasa, qadın siyasətçiyə qarşı bu namərdliyi etməyin. Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!
Ali Karimli (Əli Kərimli)

Gələcəyin həkimi olacaq 22 yaşlı gənc tələbəni xilas edək! – FOTO

Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsinin V kurs təbələbəsi Çiçək Bəşirli kəskin Mieloblast Leykoz xəstəliyindən əziyyət çəkir.

Naxçıvan Muxtar Respublikası, Sahbuz rayon, Daylaqlı kənd sakini olan gənc istedadlı tələbənin lazımi müalicəni almasına ailəsinin imkanı yoxdur. NDU-unun Tibb Fakultəsinin ən yaxşı oxuyan tələbələrdən biri olan Bəşirli Çiçək dəfələrlə universitet və muxtar respublikanın rəhbərliyi tərəfindən mükafatlandırılıb. Ötən ilin oktyabr ayında leykoz xəstəsi olduğunu bilən gələcəyin həkiminin müalicəsinə oxuduğu universitet rəhbərliyi, müəllimlər və tələbə yoldaşları kömək edir. NDU-dan edilən kömək və Bəşirli ailəsinin çəkdiyi xərc 22 yaşlı tələbənin ağır xəstəlikdən xilas olmasına yetmir. Təəssüf ki, gənc tələbənin ailəsi bütün varidatını satıb, 60 min manatdan çox vəsait yığsa da bu Çiçək Bəşirlini əvvəlki sağlamlığına qovuşığıb daxil olan istedadlı balasını xilas etmək üçün etdiyi müraciətlərə mənfi cavab alan Alməmməd Məmmədov çarəsiz vəziyyətdə qalıb. İmkanlı şəxslərdən və müvafiq qurumlardan gələcəyin həkimi olacaq xanımın həyatını xilas etməyə çağırırıq.

Miq.az Tibb Fakultəsinin V kurs tələbəsi Çiçək Bəşirlinin “Həyat Fondu”nun yaradıcıları Leyla xanım Əliyeva və Hacı Nuran Hüseynova kömək üçün yazdığı müraciəti təqdim edir:

“Yazaraq sizə bildirirəm ki, mən Naxçıvan Dövlət Universitetinin, Tibb fakultəsinin V kurs tələbəsiyəm. Yeddi aydır ki, kəskin Mieloblast Leykozdan əziyyət çəkirəm. Diaqnoz B.Eyvazov adına Hemotologiya və Trasfuziologiya İnstitunda qoyulmuş, müalicə üçün Belarusiya Respublikasına göndərilmişik. Yaxınlarımız və xeyirxah insanların köməyi ilə Minsk şəhər Voroyonka Uşaq Onkologiya Mərkəzində bir kurs mülicə almişam. Orada xəstəliyin müalicəsinin kimyəvi terapiya ilə keçməyəcəyini və ilik transplantasiyasını vacib biliblər. Çox bahalı əhəmiyyat olduğundan Bakıya qayıtmalı olmuşuq. İki blok kimyəvi terapiyanı ATU Tədris Terapevtik Klinikada almış, imkanımız tükəndiyi üçün Naxçıvana qayıtmalı olmuşuq.

Dəfələrlə lazımı qurumlara müraciət etsəkdə B.Eyvazov adına Hemotologiya və Trasfuziologiya İnstituna yönləndirilmişik. Azərbaycanda ilik transplantasiya yalnız Talassemiya Mərkəzində mümkün olsada, yaşım çox olduğundan mərkəz məni qəbul etmir. Qardaşımla ilik uyğunluğumuzda yoxlanılıb və donordur. Hələ də Hemotologiya İnstitunda müalicə alıram, xəstəlik residiv verib, bunun üçün güclü kimyəvi terapiya və dərhal ilik nəqli olunmalıdır. Buna görədə steril şərait olmalıdır, lakin burda o şərait yoxdur deyə, lazım olan güclü terapiya verə bilmirlər.

Sizdən bunu yaşayan və minlərlə belə insanlara kömək edən neçə-neçə gəncə həyat bəxş edən biri olaraq mənə kömək etməyinizi xahiş edirəm ki, gələcəkdə məndən bir həkim kimi kimlərəsə sizin vasitəçiliyinizlə kömək edin. Bu xahişimə laqeyd yanaşmayacağınıza ümid edir, təməlini qoyduğunuz “Həyat fondu”nun mənədə həyat bəxş edəcəyinə bütün qəlbimlə inanıram”.

Miq.az olaraq imkanlı şəxslərdən bu hesaba pul köçürüb, gənc tələbənin həyatını xilas etməyi xahiş edirik:

Əlaqə telefonu: +99450 447 53 40

12 -dən səhifə 149