Əli Əliyev: “Azərbaycan müxalifətində Azərbaycan bazarında olduğu kimi bir monopoliya ovqatı hökm sürür”

I hissəni burdan izləyə bilərsiniz: 

http://xeber.info/index.php/tech/az-rbaycan/item/800-etibar-maemmaedov-hakimiyyaetin-bir-zhanad-ilae-taemasdad-r-vae-oez-zaman-n-zhoezlaeyir

II sonuncu hissə

Milli Şura 100 faizlik Rusiya projesi idi

– Biz bir qədər əvvəl bu haqda danışdıq. “Qafqaz-Qafqaz” adlı profildən sizə belə bir sual ünvanlanıb: “Əli bəyi, Sərdar bəyi və Lalə xanımı Milli Şura ilə bir yerdə görmək istərdim. Sizlər də  – Cəmil müəllim, Gültəkin Xanım, Əli Bəy kimi etibarlı və ləyaqətli insanlar hesab edirəm. Təəssüf ki, sizin potensialınızdan milli dövlət üçün istifadə olunmadı”. Bu, hər halda maraqlı bir məqamdır. Siz Milli Şura ilə bir yerdə ola bilərsinizmi?

– Milli Şuranın fəaliyyəti iki dövrə bölünməlidir. Onun Rüstəm İbrahimbəyovun rəhbərliyi dönəmi var ki, o da müəyyən siyasi hərəkatlarla bağlı idi. Həmçinin Cəmil Həsənlinin rəhbərliyi altında olan siyasi dönəmi var. İbrahimbəyov dönəminə qarşı Milli Şuraya ən radikal mövqedə duran da Azərbaycanda mən olmuşam. Mən bunu beynəlxalq görüşlərdə, tədbirlərdə, mətbuatda da səsləndirmişəm ki, o vaxt Moskvanın Azərbaycanın daxilində olan bir qrupun və Azərbaycan müxalifətinin bir kəsiminin Azərbaycan hakimiyyəti tərəfindən hazırlanan bir layihənin qarşısını almaq üçün ortada bir təşəbbüsü var idi. Burada hər bir tərəf öz marağını güdürdü.

– Siz də Milli Şuranı Rusiya projesi hesab edirsiniz?

– 100 faiz bunu Rusiya projesi hesab edirəm.

– O Milli Şuranı?

– Bəli, İbrahimbəyovun dönəmində olan Milli Şuranı. Bunu özüm ifadə etsəm, bir qədər yanlış başa düşülə bilər, subyektiv qiymətləndirilər. Mən həmin layihənin müəlliflərinin dili ilə danışmaq istəyirəm. Misal üçün, aprel ayında İbrahimbəyov siyasi təcrübəsizlikdən irəli gələn bir yanlış məlumat verdi və bəyanatda Milli Şuranın “Milyarderlər Klubu”nun koordinatoru rolunda özünün çıxış etdiyini mətbuata bildirdi.

– Bəli.

– Və ikinci bir bəyanat da Pənah Hüseyn tərəfindən oldu. Pənah Hüseyn Azərbaycan siyasətində sıradan şəxs deyil. O bildirdi ki, biz ilk dəfədir ki, müəllifi olmadığımız layihənin həyata keçirilməsində iştirak edirik. Bu, Pənah Hüseynin bəyanatıdır. Bunların mabədində duran başqa bir bəyanat da oldu. Milli Şuranın siyasi tərəfdən iki təsisçisindən biri olan İsa Qəmbər 2013-cü ilin sentyabr ayında Şuradan çıxdıqdan sonra dedi ki, biz Milli Şurada iştirakımızla Moskva layihəsini Azərbaycan layihəsinə çevirə bildik və bu da bizim nailiyyətimizdir. Bunu da İsa Qəmbər səsləndirdi. Yəni Milli Şuranın təməlini quran 3 adamın – yadınıza salım ki, həmin vaxt Pənah Hüseyn də İsa Qəmbərlə bugünkündən fərqli münasibətdə idi və onun İsa bəyin yürütdüyü siyasətə təsiri də hamıya bəllidir – belə bəyanatlar verməsi aydın göstərdi ki, Milli Şura Moskva layihəsidir. Bundan başqa əlamətlər də oldu. Mən bu prosesi dərindən izlədiyimdən, bir detalı da yadınıza salım. YAP seçkilərdə namizədini müəyyənləşdirdiyi qurultayı 2013-cü il avqust ayının ilk ongünlüyünə təyin etmişdi. Bunu mətbuata YAP yetkililəri Aydın Mirzəzadə, Siyavuş Novruz və Mübariz Qurbanlı bildirmişdi. Mayın 31-də YAP-ın İcra katibi Əli Əhmədovun ABŞ səfiri Morninqstarla bir görüşü oldu. O görüş də mətbuata açıqlandı. Lakin detallar deyilmədi. O görüşdən sonra bir həftə ərzində – iyun ayının əvvəllərində YAP qurultayını keçirdi və YAP İlham Əliyevin prezident seçkilərində namizəd olacağını bəyan etdi. Bunlar çox mühüm detallardır. Bütün bunlardan gəldiyim qənaət odur ki, ABŞ Azərbaycan siyasi rəhbərliyinə bu üçlü tandemin, yəni Moskvanın, Azərbaycan müxalifətinin bir hissəsinin və hakimiyyətin daxilində İlham Əliyevin ola biləcək namizədliyinə qarşı vahid mövqenin hakimiyyət üçün çox böyük təhlükə ola biləcəyini gördü. Və qurultayın birdən-birə deyildiyi vaxtdan iki ay ertələnməsi, iki ay önə çəkilməsi və iki ay əvvəldən İlham Əliyevin namizədliyinin irəli sürülməsindən sonra “Milyarderlər Klubu”nun fəaliyyətini dayandırdı, Putin avqust ayında çox nümayişkəranə şəkildə…

– Qəfildən…

– …hərbi gəmi ilə, bayraqları endirmədən Bakı körfəzinə daxil oldu, Bakı limanına gəldi. Və hiss olundu ki, o, Azərbaycandan çox narahat gedir. Çünki Rusiyanın planları ilə bağlı Azərbaycandan istədikləri şeylər var idi və mən sevinirəm ki, Putin Azərbaycandan həmin dönəmdə əliboş qayıda bildi.

– Yəni Milli Şurada ola bilərsinizmi?

– Bilirsinizmi necədir? Milli Şuradakı siyasi ardıcıllıq nöqteyi-nəzərindən orada olmağımız bir az düzgün deyil. Çünki Milli Şura İbrahimbəyovun Milli Şurasının varisidir. Ancaq mən belə hesab edirəm ki, Azərbaycan müxalifəti öz imkanlarını cəmləməsə, toparlamasa, akkumulyasiya etməsə, bu hakimiyyətlə mübarizə aparmaq çox çətin olacaq. Mən də Azərbaycan müxalifətinin bir arada olmasının tərəfdarıyam. Bunun necə olmağının o qədər də əhəmiyyəti yoxdur.

– Burada Nəsimi Məmmədli də sizin bayaq dediyiniz məsələ ilə bağlı bir sual verib: “Əli müəllimə mənim çox böyük hörmətim var. Müxalifət düşərgəsində savadına və təcrübəsinə qiymət verdiyim insandır. Sualım bu olacaq ki, niyə müxalif düşərgədəki liderlər öz ambisiyalarını kənara qoyub, birləşə bilmirlər və nəyi gözləyirlər?”

– Sağ olsun, Nəsimi bəy, həm sualına və həm də münasibətinə görə… Mən də hesab edirəm ki, Azərbaycanın maraqları bizlərin şəxsi ambisiyalarımızdan çox yüksəkdə durur. Hesab edirəm ki, Azərbaycan müxalifəti daxilində bu umu-küsülərə əsas yaradan, “mən yaxşıyam, sən pissən” – kimi lazım olmayan mükalimələrə yol açan mövqedən çəkinməlidir. Onsuz da bizim bugünkü resurslarımız, hər bir partiyanın daxilində olan imkanlar təkbaşına hakimiyyət formalaşdırmağa zəmin yaratmır. Üstəlik, bütün hallarda imkanların ümumiləşdirilməsi, imkanların cəmlənməsi potensialı artıran bir siyasi xəttdir. Qarşıdan çox mühüm bir prezident seçkiləri gəlir. 2018-ci ildə keçiriləcək prezident seçkiləri – unutmaq lazım deyil ki, adı haqqında müzakirə apardığımız M.Ə.Rəsulzadənin qurduğu dövlətin 100 illiyinə təsadüf eləyir.

Müxalifət liderlərinin heç birindən aşağı deyiləm

– Namizədliyinizi irəli sürəcəksinizmi?

– O asılı olacaq müxalifət düşərgəsinin durumundan.

– Murad Rəsulzadə soruşur ki, “Özündə prezidentlik gücünü görürmü?”  

– Mən öz siyasi imkan və potensialımı Azərbaycanın müxalifət liderlərinin heç birindən aşağı hesab eləmirəm. Bu məsələnin bir tərəfi. İkinci bir tərəfdən, hesab edirəm ki, bugünkü şəraitdə Azərbaycanın müxalifət düşərgəsində olan heç bir siyasi liderin – içi mən qarışıq – Azərbaycanı təkbaşına idarə eləmək gücü yoxdur. Çünki siyasi idarəçilik bir şəxsin fəhmi ilə, imkanları və intellekti ilə bağlı olan məsələ deyil. Bu, mövcud dünyada beynəlxalq şərtlərlə, ölkənin iqtisadiyyatındakı iştirak payı ilə, kadrların idarəçilik təcrübəsi ilə, cəmiyyətin dəstəyi ilə, cəmiyyətin fəal hissəsinin verdiyi təkanla bağlı olan məsələlərdir. Ona görə hesab edirəm ki, bu gün Azərbaycan siyasətində bir qədər fərqli taktika seçilməlidir. Mənə elə gəlir ki, bu gün öz tərəfimdən Azərbaycanı dalana dirəməyəcək, istənilən siyasi xətti dəstəkləyən və namizədliyini irəli sürməyə hazır olan bir tərəf olmalıdır.

– Yəni demək istəyirsiniz ki, belə şərtlər olan zaman Milli Şuraya gedə bilərsiniz?

– Mən Milli Şuraya girməyi bir az yanlış sayıram. Mənə elə gəlir ki, yeni bir format formalaşmalıdır. Milli Şurada əsasən AXCP mövcuddur və orada başqa təşkilatların olmasına iddia etmək bir az yanlışdır.

2018-ci il prezident seçkiləri üçün gecikirik

– Yeri gəlmişkən, 2018-ci il yaxınlaşır və namizədlik, digər məsələlərdə yubanmırsınızmı?

– Mənə də elə gəlir ki, vaxtımız o qədər çox deyil. İctimai şüurda inikas olması üçün, qəbul olunmaq üçün qarşıdan gələn dövr o qədər də böyük vaxt kəsimi deyil. Yəni bundan sonra cəmi iki ilə artıq seçki kampaniyasının qaynar bir dönəmi başlayacaq. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan hakimiyyətinin uzun müddət idarəçiliyinin tərkib elementlərinin biri kimi müxalifətin yanlışlıqları da durur. Bizim səhv taktikamız da durur. Bizim narazı elektoratı qəlpələməyimiz hakimiyyətin çox asan şəkildə seçkini mənimsəməsinə yol açır. Bu baxımdan, mən müxalifətin seçəcəyi taktikanı çox vacib və həlledici sayıram. Hesab edirəm ki, Azərbaycan müxalifətinin seçəcəyi formul, düstur, onun gələcək uğurunun və yaxud da hakimiyyətin uğursuzluğunun rəhni, təməli ola bilər. Bu baxımdan, 2018-ci il prezident seçkiləri çox mühüm seçkilərdir.

– LDP lideri Lalə Şövkətlə bir yerdə seçkilərə getmək niyyətiniz varmı?

– Mən bu gün siyasi mənzərənin necə olacağını söyləyə bilmərəm. Azərbaycanda kifayət qədər mənim etimad göstərdiyim siyasi partiya liderləri var. Bunların biri də Lalə xanımdır. Ədalət partiyasının sədri İlyas İsmayılovla çox gözəl münasibətlərim var. İlyas müəllimi Azərbaycanda dövlətçilik təcrübəsi olan azsaylı müxalifətyönlü liderlərindən biri sayıram. ADP lideri Sərdar Cəlaloğlu ilə çox gözəl münasibətlərimiz var. Sərdar bəyi Azərbaycanın ən mütaliəli siyasətçisi sayıram. Siyasi fəhmi, siyasi bacarığı, intellekti çox yüksək səviyyədədir. Mən bu şəxslərlə birlikdə seçkilərə qatılmaq imkanına malikəm. Digərlərini də hesab edirəm ki, Azərbaycana fayda verə bilər. Pənah Hüseyni yüksək qiymətləndirirəm, Mirmahmud bəyi də həmçinin…

Müxalifət yeni bir formatda birləşməlidir

– Amma deyirsiniz ki, yeni bir siyasi qurum olmalıdır?

– Yeni bir format olmalıdır ki, orada hamı çox qəlb rahatlığı ilə iştirak edə bilsin. “Gəl mənim bayrağımın altından keç” – kimi bir yanlış bir təxəyyül olmamalıdır.

– Rəşad Qədirli deyir ki, adı olub, özü olmayan partiyası ilə həyatda məqsədi nədir?

– Müxtəlif şəxslər sosial şəbəkələrdə fikirlərini müxtəlif cür ifadə edə bilərlər.

– Yeri gəlmişkən, sizin də tərəfdarlarınızda mən hiss elədim ki, başqalarının fikirlərinə dözümsüzlükləri, dərhal müdaxilələri var. Belə şikayətlər əsasən AXCP və sədri Əli Kərimlidən olur. Amma mən baxıram, sizin də tərəfdarlarınızda belə aktivlik var.

– Bilirsinizmi necədir? Biz bu ədalət məsələsi uğrunda hakimiyyətlə köks-köksə dayanan partiyayıq. Bizim partiya ümumiyyətlə, AMİP-in daxilində formalaşan zaman məhz ədalət prinsipi dalğasında formalaşıb. Ona görə bizim insanların ədalətsizliyə dözümsüzlüyü başa düşülməlidir. Bu, bizim siyasi fəaliyyətimizin, mövcudluğumuzun, şəxsiyyətimizin çox həlledici bir keyfiyyətidir. Misal üçün, tanımadığım bu şəxs olmayan bir partiyadan danışır. Partiyanın olmadığını iddia etmək üçün dəlillər olmalıdır.

– Bu məsələ ilə əlaqədar bir sualı da verim.

28 may tədbirinə 31 nəfərlə qatıldıq

– Buyurun, buyurun…

– Ağaşirin Tarverdioğlu yazır: “Salam Əli bəy. Partiyanızın gücü və üzvləri varsa, niyə 28 May – Respublika Günü  tədbirinə 3 nəfərlə gəlmişdiniz? Yoxsa, tədbirin zəif keçməsi üçün hər hansı bir öhdəlik götürmüşdünüz?”

– Mən bu qəbildən olan sualları normal sayıram, olmayacağını da pis qarşılayıram. Bu sualların daxilində qərəz var.

– Tədbirə neçə nəfərlə gəlmişdiniz ki?

– Biz “Antiböhran” koalisiyasında həmin tədbirə hazırlığı müzakirə etmişdik. Partiyalar müxtəlif öhdəliklər götürmüşdülər. Mən yoldaşlarıma demişdim ki, 30 nəfər adam gətirəcəm. 30-31 nəfərlə biz həmin tədbirə qatılmışıq.

– Mən özüm də həmin tədbirdə iştirak edirdim. Adam az idi. Ümumilikdə koalisiyadan gələnlərin sayı az idi.

– İndi mən öz tərəfimdən deyirəm ki, mənim 30 nəfər nümayəndəm olub və bunu da kiməsə hesabat nöqteyi-nəzərindən demirəm, hara neçə nəfərlə getməyimi də özüm müəyyənləşdirirəm. Kiminsə kənardan verdiyi qiymətə o qədər də önəm vermirəm. O ki qaldı partiyanın gücünə və real imkanlarına, indi mən sizə dəqiq rəqəmləri açıqlayacam…

– Ümumiyyətlə, partiyanızın neçə üzvü var?

– Hansı partiyanın neçə üzvü var sualına heç bir partiya dəqiq cavab verə bilməz. Çünki bölgələrdə çox böyük passivlik var. Hətta mən deyərdim ki, insanlarda qorxu var, xof var. Partiya üzvlərimizin əksəriyyəti bir çox hallarda siyasi mənsubiyyətlərini gizlətmək məcburiyyətində qalırlar. Bu maddi çatışmazlıq ucbatından rayonlarla, əyalət təşkilatlarımızla mütəmadi əlaqə saxlamaq imkanlarımız, gediş-gəliş imkanlarımız, əvvəlki kimi aparat-təşkilat münasibətlərimizin bərqərar olması mümkün deyil. Bu da hakimiyyətin ümumilikdə siyasi təşkilatlara diqtə etdiyi şərtlərdən irəli gəldiyi üçün, partiyalar öz mövcudluqlarını seçkilərdə ortaya qoyurlar. Misal üçün 2010-cu ildə bizim partiya parlament seçkilərində 50-yə yaxın namizəd irəli sürüb. Ümumilikdə bizim blokun MSK-ya müraciət eləmiş 83 namizədi var idi. Onlardan 50-yə yaxını bizim partiyanın namizədləri idi. 2015-ci ildə biz yenidən parlament seçkilərinə qatıldıq. Qatıldığımız seçki bloku da “Azadlıq” Seçki Bloku idi. Orada 7 partiya təmsil olunurdu. Bu blokdan 80-90 namizəd irəli sürülmüşdü, onlardan 26-sı bizim partiyanın nümayəndəsi idi. Nəzərə almaq lazımdır ki, blokda təşkilatlanmış partiyalar olması səbəbindən bəzi dairələr üzrə biz öz namizədlərimizi geri çağırmışdıq. Və 24 namizədlə seçkilərə qatıldıq. Başqa bir misal da deyim. Biz 2013-cü il prezident seçkilərində namizədliyimizi irəli sürən zaman 100-dən artıq dairə ərazisindən və 70-dən artıq inzibati vahid ərazisindən qanunvericiliyin tələblərinə uyğun olaraq, 50-dən artıq imza toplamışdıq.

Azərbaycan müxalifətində Azərbaycan bazarında olduğu kimi bir monopoliya ovqatı hökm sürür

– 50 mindən?

– Yox, 50-dən. Hər dairədən minimum 50 imza yığılmalıdır. Və bu minvalla biz 70-dən artıq rayon ərazisində imza toplamağa müvəffəq olmuşduq. Bunu da rayon təşkilatlarımız vasitəsilə etmişdik. Belə olduğu təqdirdə, bu cür sualları qərəzli adlandırmamaq olmur. Nəzərə alın ki, prezidentliyə namizədliyi irəli sürülən 14 nəfərdən biri olmuşam. Baxın, kimlərin qeydə alınması məsələsi Prezident Aparatında müəyyən olunduğu vaxt, nədənsə mənim namizədliyim qeydə alınmır və imzalar da kənara qoyulur. Çox qəribədir ki. özünü radikal müxalifət adlandıran və yaxud da başqa statusda olan adamların namizədliyi qeydə alınır. Mən bu haqda məhkəmədə də demişəm, sonralar şikayət ərizələrimdə açıq göstərmişəm ki, mənim imzalarım bir-bir qapılardan yığılan imzalar olub. Hakimiyyət bu imzalarda qüsur tapa bilməyib. Ən qeyri-düz imzası çıxan namizəd də mən olmuşam. Hakimiyyət o qədər saxtakarlıqdan sonra mənim imzalarımı 40 mindən aşağı salmaq üçün müəyyən bir rəqəmə söykəndi, ancaq imzaları az çıxan qeydə alınmayan namizədlərdən birincisi olmuşam. Bu baxımdan, bizim partiyanın zəif olduğunu iddia eləmək, yalnız opponentlərimizin niyyətidir və onlar cəmiyyətə təlqin etməyə çalışırlar ki, bu partiyalar mövcud deyil və s. Mən də buna əks arqument olaraq başqa bir arqument göstərmək istəyirəm ki, hansı bir partiya ölkədə ciddi fəaliyyət müəllifi olub ki, biz onu edə bilməmişik. Hamının adlı-sanlı partiyalarının mitinqlərə 400-500 adam cəlb elədiyinin bütün Azərbaycan ictimaiyyəti canlı şəkildə şahidi olub. Gülünc müxalifətdaxili mübahisələr əvvəla onu deyim ki, idarəolunandır və bu, kiminsə ağlına gələn fikirlər deyil. Və Azərbaycan müxalifəti daxilində də Azərbaycan bazarında olduğu kimi bir monopoliya ovqatı hökm sürür. Kimlərsə çalışır ki, fikir müəllifi olsunlar və bunların opponenti olmasın, bunların ideya sürmək hakimliyinə şərik olmamalıdır. Ona görə də bu iddiada olan təşkilatları bu yolla, bu cür cılız yollarla hörmətdən salmağa cəhd göstərirlər.

Heydər Əliyev dönəmi ilə İlham Əliyev dönəmində çox ciddi fərq var

– Əlaqəli suallar var. Samir Kuman yazır: “Xalq tərəfindən tanınmayan, güclü komandası olmayan siyasi partiyaların əhəmiyyəti, vacibliyi nədir? Əgər güclü komanda varsa, niyə tanınmır? İdeologiya birliyi ətrafında birləşmək mümkün deyilmi?” Bizim tanınmış yazarlardan Elçin Rüstəmli də bir sual göndərib: “Müxalifətin hakimiyyətə qarşı mübarizə tarixində iri partiyalar davam gətirməyərək, parçalanıb, kiçilib. Siz də həmin partiyaların vaxtilə birində olmusunuz. Siyasi fəaliyyət imkanlarının da tam məhdudlaşdığını nəzərə alanda iri partiyalar, birliklər ciddi bir nəticə ala bilmirlər. O zaman siyasi səhnədə kiçik partiyaların rolu nədir? Vətəndaş və İnkişaf Partiyası kimi partiyaların siyasi cəmiyyətə töhvəsi nədir? Heç nəyə nail ola bilmirsinizsə, o zaman partiya sədri kimi qalmağın, partiya saxlamağın anlamı nədir?”

– Əslində, bu suallar cəmiyyəti narahat edən aktual suallardır. Əvvəla, onu deyim ki, bu hakimiyyətin yürütdüyü siyasət elə bir siyasətdir ki, Azərbaycanda siyasi opponent olmamalıdır. Onlar anlayırlar ki, onların qeyri-demokratik, dünyanın tələblərinə uyğun olmayan avtoritar üsul-idarəsinin dəyişilmə yolu daxili mexanizmlərin olmasından keçir. Bu yerdə prezident İlham Əliyevin son günlər verdiyi açıqlamanı xatırlatmaq istəyirəm. Mənə də qəribə gələn bu açıqlamada ilk dəfədir o deyir ki, “Azərbaycanda siyasi qərarları mən qəbul edirəm və hədəfdə də mənəm”. Yəni hədəfdə olduğunu ifadə edir. Həqiqətən də İlham Əliyev hədəfdədir. Çünki Azərbaycanda institusional olaraq, mexanizmlər formalaşdırılmayıb. Hətta YAP-ın Azərbaycanda hakimiyyətə gəldiyi dövrə – 1993-cü ilə qədər formalaşmış siyasi institutlar bu hakimiyyət dönəmində məhv edilib. Burada məqsəd birdir və ondan ibarətdir ki, hakimiyyətə iddialı ola bilən komanda, qurum mövcud olmasın. Çünki belə qurumların mövcudluğu hakimiyyətin özü üçün təhlükədir və burada xüsusi qeyd eləmək istəyirəm ki, bu məsələyə münasibətdə Heydər Əliyev dönəmi ilə İlham Əliyev dönəmində çox ciddi fərq var. H.Əliyev böyük dövlət adamı idi. Biz onun yürütdüyü siyasəti qəbul edib, etməyə də bilərik, amma onun siyasi təcrübəsini, siyasi məharətini, bacarığını etiraf etməmək, sadəcə olaraq insanın özünə hörmətsizlik gətirir. H.Əliyev bilirdi ki, dövlət adına, demokratiya adına olan, müasir cumhuriyyət adına olan quruluşlarda siyasi sistem mövcud olmalıdır. O, bu və ya digər şərtlərlə bir neçə partiyanın mövcud olmasına, onun hakimiyyətinə qədər özünü təsbit eləmiş, bərqərar olmuş təşkilatlatrın mövcudluğuna mane olmurdu. Əksinə, müəyyən qədər stimullaşdırırdı. Özü siyasi baxımdan o qədər güclü idi ki, onların mövcudluğu onu narahat etmirdi. Əksinə, müəyyən mənalarda onlardan manipuliyasiya edirdi…

– Mübarizə görüntüsü yaradırdı…

– Mübarizə görüntüsü yaradırdı… Onun siyasi gücü bu cür davranmağa onu şərtləndirirdi. Ancaq İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü ildən sonra siyasi institutlar dağıdılmağa başlandı. Siyasi institutlar maddi resurslardan məhrum edildi. Partiya üzvləri amansızcasına sıradan çıxarıldı, həbs maşınından keçirildi. Təşkilatların maddi-texniki bazası əlindən alındı. Onlara yaxın olan media qurumları məhv edildi və siyasi partiyalarda olmaq bir təhlükə anlamına gətirildi. Təbii ki, bu, H.Əliyev dönəmindən sonra siyasi hakimiyyətin zəifiyini biruzə verən, üzə çıxaran ən böyük göstəricidir. Əgər hakimiyyət belə güclüdürsə, niyə müxalifəti məhv eləyir? Onu da nəzərə almaq lazımdır ki, zəif dövlətlərdə müxalifət olmur. İlham Əliyev Almaniyada olarkən etdiyi çıxışda, “Azərbaycanda sosial rifah o qədər yüksəkdir ki, müxalifət partiyalarını cəmiyyət dəstəkləmir” – kimi səhv və yanlış bəyanat vermişdi. Bunu da dünya mediası qarşısında etmişdi. Mənə bir güclü dövlət göstərə bilməz ki, orada güclü müxalifət olmasın. İstər bu, ABŞ olsun, istər Böyük Britaniya olsun. İnkişaf etmiş dünyanın bütün güclü dövlətlərində güclü müxalifət olur və hətta bəzi dövlətlərdə belə partiyaların olmasını “kölgə kabineti” adı ilə hökumət açıq şəkildə maliyyələşdirir. Bu baxımdan, Azərbaycanda müxalifət partiyalarının sıradan çıxarılması hökumətin yanlış, dövlətçiliyə ziyanlı, yalnız öz hakimiyyətinin qorunmasına xidmət etmək məqsədlərindən irəli gələn bir siyasi xəttdir. O ki qaldı bizim mövcud olmağımızın səbəbinə… Mən belə hesab edirəm ki, gedib fərdi fəaliyyətlə məşğul olmaqla yanaşı, hər bir azərbaycanlı vaxtının, intellektinin, imkanlarının bir hissəsini cəmiyyətə xərcləməyə borcludur. İctimai maraqlara təhkim etməyə borcludur. Bu baxımdan, bugünkü şərtlər daxilində partiyaların bir-birilə fərqi o qədər də böyük deyil. Bir dəfə müxalifət partiyalardan birinin lideri bizə qarşı bu iddiada olanda mən ona açıq şəkildə bildirdim. Masa ətrafında 6-7 partiya rəhbəri əyləşmişdi. O adam mənə zəif olduğumuzu iddia edəndə mən dedim ki, “biz hamımız birlikdə bir rayonun polis rəisi qədər imkanlara malik deyilik. Belə olduğu təqdirdə, bizim aramızda bu cür deferensiyanın aparılması ancaq müxalifətin zəiflədilməsinə xidmət edir”. Yenə də o məsələyə qayıdıram ki, bu kimi suallar ancaq müxalifətin zəifləməsinə və ayrı-ayrı admların müxalifət hakimiyyətində monopoliyasına xidmət edən suallardır. Mənim getməyə alternativ yerim var. Mən institut müəllimiyəm və mənim alimlik fəaliyyətim olub. Mən bu gün siyasətdən uzaqlaşaramsa, bu gün olduğu qədər də siyasətdən kənarda dolanışacağıma heç bir təsiri olmayacaq. Əksinə, yaxşılaşma olacaq. Ancaq mən hesab edirəm ki, vicdanı olan istənilən azərbaycanlı bugünkü hakimiyyətin Azərbaycan xalqına qarşı törətdiklərini dərk eləyən, istənilən özünü güc sayan insan siyasətə gəlməlidir. O adam istəyir bir QHT formalaşdırsın, istəyir bir mətbuat qurumu yaratsın. Bu mübarizədə olmaq hamı üçün bir görəvdir. Ona görə də mən siyasətdə olmağa qərar vermişəm. Bu, mənim vətəndaşlıq mövqeyimdir. Bu, mənim vətəndaşlıq vəzifəmdir və gələcək nəsillər qarşısında borcumdur.

“Apar qaytar”lıq bir təşkilat varsa, o da AXCP-dir

– Nabatəli Qulamoğlu sizi, “apar qaytar” silsiləsindən qiymətləndirib. Sonra da əlavə edib ki, AMİP-dən sağlam çıxan tək funksioner olaraq İlqar Məmmədovu tanıyıram.

– Bu şəxs AXCP-nin Məclis üzvüdür.

– Eləmi?

– Hə. Mən deyən məsələdir. Bilirsinizmi, düz hər zaman əyrini kəsib. Mən indi nə AXCP-nin, nə onun rəhbərinin, nə də onun üzvünün ünvanına bir şey demək fikrində deyiləm və bunu yanlış sayıram. Amma aparıb qaytarılması lazım bilinən bir təşkilat varsa, o da AXCP-dir. Çünki bu hakimiyyətin bərqərar olunmasında o partiyanın rəhbərliyində duran şəxslər qədər heç kəs xidmətdə olmayıb. Mən detallara varmaq istəmirəm. Məsələni dərinləşdirmək də istəmirəm. Bu adamlar yanlış yoldadırlar. Onlar bizi fikirlərimizdən də daşındıra bilməzlər, yolumuzdan da döndərə bilməzlər, ruhdan da sala bilməzlər. Hesab edirəm ki, bu yolla bu şəxslər ancaq müxalifətin parçalanmasına xidmət edirlər. Bu fikri bildirən şəxsi mən də şəxsən tanıyıram. “Azadlıq” blokunda olanda o adam dəfələrlə qarşımızda – sədrlərin qarşısında çıxış eləyib. Keyfiyyətini də bilirəm, mənşəyini də bilirəm, peşəsini də bilirəm ki, riyaziyyatçıdır. Belə şeyləri ona rəva bilmirəm. Amma əgər yazıbsa, hesab eləyibsə ki, belə demək lazımdır, o zaman mən də hesab edirəm ki, qaytarılması lazım bilinən bir təşkilat varsa, o da AXCP-dir. Çünki biz nə liderimizə, nə yolumuza, nə də məfkurəmizə heç bir vaxt dönük, sapıq çıxmamışıq.

– Ağır ittihamlar səsləndirirsiniz… Cəbhəçilər…

– Bu məsələnin “amma”sı var… Mən deyilənlərə cavab olaraq bildirirəm. Yaraşmır ki, belə fikirlər səsləndirsinlər. Biz ən azı 5 il birlikdə fəaliyyət göstərmişik. Kim də bilməsə, cəbhəçilər bilirlər ki, mən siyasi mövqeyimdə heç bir vaxt yanılmamışam. Əgər istəyirlərsə, bir yerdə olmamağımızın səbəblərini də mətbuata açıqlaya bilərəm. Əli Kərimlinin mənə etdiyi təklifləri cəmiyyətə açıqlaya bilərəm.

– Bəlkə ilk olaraq bizə açıqlayasınız?

– Yox, ehtiyac yoxdur. Hələ ki, buna ehtiyac yoxdur.

Azərbaycan siyasətində tıxac var

– Baba Allahnəzərov yazır: “Sizə demək istərdim ki, tutduğunuz yer yox, getdiyiniz yol əsasdır. Əgər yeni yol görürsünüzsə və gedə biləcəksinizsə, bu yolla gedin. İndiki yolda “probka”dır, keçə bilməzsiniz…”

– Baba müəllimə təşəkkür edirəm. O da köhnə hərəkatçı yoldaşlarımızdandır. Bu gün bizim vəzifəmiz yaranmış bu tıxacı təmizləməkdir. Həqiqətən də Azərbaycan siyasətində bir tıxanma mövcuddur. Bu tıxanmanın qarşısını yalnız mübarizə ilə almaq olar və diqqət yetirsəniz görərsiniz ki, Azərbaycan siyasətində həqiqətən də harada durmaq əsas deyil. Əsas mövqedir. Əsas səsləndirilən tezislərdir. Əsas bu hakimiyyətin fəaliyyətinin ifşa edilməsidir. Hakimiyyət ifşa edildikcə, onun zəifləməsi baş verəcək və bu tıxacın da aradan qaldırılması yolu yalnız hakimiyyətin ya özünün, ya da siyasətinin dəyişdirilməsindən keçir. O da yalnız mübarizə ilə əldə edilə bilər. Mən hesab edirəm ki, hakimiyyətə qarşı olan bütün güclər bu hakimiyyətin hakimiyyətdən kənarlaşdırılmasına yönəlməlidir. Bu bəladan qurtarmağımızın reseptini aramalıdırlar və bu yolun təmizlənməsi üçün nələr etmək lazım olduğunu axtarmalıdırlar.

– “Politika.az” saytının əməkdaşı Xəyyam Salmanzadə soruşur: “Hər bir vətəndaş kimi Əli bəy də müşahidə edir ki, ölkəmizdə insanlar çox ağır durumdadırlar. Bankların dollar krediti ilə bağlı vətəndaşları çarəsiz duruma salmağı, cəbhədəki vəziyyət, konkret düşmənlərin aktivləşməsi, iş ştatlarının ixtisara salınması, işsizlik, sosial problemlər artıq vətəndaşların bir nömrəli problemləridir. Özünü müxalifət lideri kimi cəmiyyətə təqdim edən Əli Əliyev bu problemlərdən çıxış yolu görürmü və hansısa addımlar atırmı? Yoxsa, hələ cəmiyyət Əli Əliyevin simasında bu liderlərlə neçə illərini boş yerə xərcləyəcək?”

– Azərbaycan həqiqətən də çox mürəkkəb durumdadır və bu hakimiyyətin fərsizliyi ucbatından Azərbaycan kimi zəngin bir dövlət çox böyük təsirli iki devalvasiya dalğası yaşadı. Bu gün faktiki olaraq, iqtisadiyyatımızda çöküntü mövcuddur. Yeni devalvasiya dalğasının olması gündəmdədir. İndi düzdür, hakimiyyət ideoloqları hər şeyin yaxşı olduğunu düşüncələrə yeritməyə çalışırlar, ancaq mən hesab eləmirəm ki, hər şey yaxşıdır. Çox qəribədir ki, prezident İ.Əliyev neftin belə tez ucuzlaşmasını gözləmədikləri bəyanatı ilə çıxış edir və çox qəribədir ki, SOCAR-ın – ARDNŞ-in vitse-prezidenti olan zaman beynəlxalq münasibətləri yaxşı bilən İlham müəllim bilməli idi ki, istənilən beynəlxalq müqavilələrdə fors-major hadisələr də nəzərdə tutulmalıdır. Hətta kiçik maşın istehsal edən mühəndislər də sürücülərin təhlükəsizliyini təmin etmək üçün fors-major halları düşünürlər. Necə ola bilər ki, bu boyda dövlətin rəhbərliyi neftin ucuzlaşmasından şok yaşayır? Bu, ondan irəli gəlir ki, Azərbaycan hakimiyyəti korrupsiyaya bulaşıb. Bu, ondan irəli gəlir ki, Azərbaycan hakimiyyəti neft pullarının miqdarından və neftin qoxusundan bihuş olub. Və o ölkə daxilində lazımı siyasi fəaliyyəti, iqtisadi diversifikasiyanı, iqtisadi gəlişməni həyata keçirməmişdi. Həmçinin Azərbaycan bu gün ən yüksək səviyyədə müxtəlif yanlış bəyanatlar verir. Mən onların bir neçə belə bəyanatlarının şahidi olmuşam. Sizin də yadınıza salım. İlk müşavirələrdə İ.Əliyev hamının “NAZ Lifan” almasını, yerli mebel istehsalı olan mebellərdən kabinetlərdə istifadə olunmasını tövsiyə etdi. Görmüsünüz ki, hər hansı məmur  “NAZ Lifan”-a əyləşsin və yaxud da hansısa məmurun iş otağında Azərbaycan istehsalı olan mebellərdən istifadə olunsun?

Özləri dağıtdıqlarını yenidən bərpa etmək tövsiyəsi verirlər bizə

– Axı o mebelləri də istehsal etmək üçün şərait yoxdur… İş adamlarını da müxtəlif yollarla sıradan çıxarırlar.

– O, tamamilə başqa bir məsələdir. Bəyanatlarından biri də o oldu ki. Azərbaycanda pambıqçılığı bərpa etmək lazımdır. Pambıqçılığı Azərbaycanda kim məhv etdi? YAP-ın monopolist siyasəti. Kəndlilər öz vəsaitləri, satdıqları əmlakın pulu hesabına pambıq əkdilər, satış məntəqələrində elə qiymət qoydular ki, zəhmətləri bir yana, qoyduqları vəsaiti geri götürə bilmədilər. Hamıya o sahənin kimin monopoliyasında olması da bəllidir. İndi Azərbaycanda pambığın kökü kəsildi. İndi də fındıqçılığın bərpası ilə bağlı bəyanat verir. Fındıqçılığı hansı nazirin Azərbaycanda monopoliyaya almasını kim bilmir ki? Bütün alternativ toplama məntəqələrinin qarşısını almaq üçün Azərbaycan imkanları ilə üst-üstə düşməyən bir zavod tikdilər və fındıqçılığı da həmin zavoda təhkim etdilər. Özləri dağıtdıqlarını yenidən bərpa etmək tövsiyəsi verirlər bizə. Bütün bunları etmək tək Azərbaycan cəmiyyətinin işi ola bilməz, Azərbaycan hökuməti düzgün istiqamətləndirilməlidir. Düzgün bank siyasəti olmalıdır. Azərbaycanın iş adamları kreditlərin faizləri altında can verirlər. Hansı azərbaycanlı iş adamı banklardan aldıqları yüksək faizli kreditlərlə iş qurub, onu inkişaf etdirə bilər? Hansı məhsulu istehsal edə bilər? Hansı iş yerini yarada bilər? Mümkün deyil. Bunların bütövlükdə iqtisadi məfkurəsi yanlışdır.

Kim nə qədər oğurlayıb – halal xoşu olsun…

Monopoliya məhv edilməlidir, məmurlar xəzinəyə girmək imkanlarından mərhum edilməlidir. Gəlir deklorasiyası tətbiq edilməlidir. Mən dəfələrlə bu haqda demişəm ki, Azərbaycanda maliyyə amnistiyası tətbiq edilməlidir. Bilinməlidir ki, kim nə qədər oğurlayıb – halal xoşu olsun, bundan sonra oğurlamasınlar. Bunu dayandrmaq lazımdır. Hakimiyyət bunu eləmir, çünki maraqlı deyil. Ortaya “Panama sənədləri” çıxdı. Azərbaycanın Vergi naziri Fazil Məmmədovun adı çıxır oradan. Hakimiyyət bir dəfə də reaksiya vermir. Nə üçün onun adını çəkirəm? Fazil Məmmədov tutduğu vəzifəyə görə biznes fəaliyyəti ilə məşğul ola bilməzdi. Onun “Panama sənədləri”ndə adı çıxır ki, səhv etmirəmsə, Virginiya adalarında şirkət təsis edir. Nə ixtiyarı var? Azərbaycan qanunvericiliyi ilə cəzalandırılmalı olan cinayət əməlidir. Niyə ölçü götürülmür? Bu kimi fəaliyyət iqtisadiyyatı dirçəltmir, ona görə də Azərbaycan vətəndaşları da bu sualda səsləndirildiyi kimi pis durumdadırlar və bu gün məndə olan məlumata görə, banklarda 5 minə yaxın böyük şirkətin hesabları dondurulub. Vergilər Nazirliyi onlardan necə, hansı yolla vergi tutulacağı ilə bağlı suallara cavab tapa bilmir. Bu, bir reallıqdır. Ona görə də Azərbaycan hakimiyyətinin konseptual olaraq bu vəziyyətdən çıxışı haqqında bir məfkurəsi, təfəkkürü və yaxud da düşüncəsi mövcud deyil. Bunlar situativ olaraq vəziyyətə əks reaksiya verirlər. Amma əslində hakimiyyət strateji olaraq düşünməlidir – nefti nə ilə əvəz edə bilər? Azərbaycanın lojistik imkanları böyükdür, Azərbaycanın qaz ehtiyatları var, Azərbaycanın böyük intellektual potensialı, yaxşı kadrları var. Bizim coğrafi məkanımız Azərbaycanın iqtisadi payını müəyyənləşdirməkdə rol oynaya bilər. Azərbaycanın gözəl iqlimi var. Azərbaycanın gözəl kənd təssərrüfatı təcrübəsi var. Kənd təsərrüfatı mallarına ehtiyacı olan çox böyük şimal qonşumuz var.

Azərbaycan hakimiyyəti azad insandan qorxur

Bütün bunlar olduğu halda, Azərbaycan hakimiyyəti kəndlini, iş adamını stimullaşdırmaqdansa, yenə də, “mənim adamlarım, mənim komandam necə yeni şərtlər daxilində biznesə nəzarət eləsin?” haqqında düşünürlər. Bunun kökündə duran bir məsələ var. Azərbaycan hakimiyyəti azad insandan qorxur. Mən hesab edirəm ki, Azərbaycana siyasi islahatlardan da əvvəl iqtisadi islahatlar gətirilməlidir. Çünki Azərbaycanda azad insan olmayana qədər azad cəmiyyət qurmaq mümkün olmayacaq. Yalnız azad, iqtisadi baxımdan müstəqil insan sərbəst, müstəqil fikirlərin daşıyıcısı ola bilər. Cəmiyyətə müsbət, pozitiv impuls yönəldə bilər. Bu gün partiyaların belə zəif olmasının səbəbi məhz həmin azad insanların, azad iş adamlarının, azad biznesin, orta təbəqənin cəmiyyətdə mövcud olmamasıdır.

– Çox sağ olun. Sizi tənqid edən suallar da çox idi. Bununla yanaşı, sizi müdafiə edənlər də var. Araz Zeynalov, Samir Əhmədov, Nağı Allahverdi Əli oğlu sizi müdafiə edən statuslar yazıblar. Mən Cahan Əliyevanın sözü ilə bitirmək istəyirəm: “O adamlar sizə çamur atmağa çalışırlar ki, artıq bütünlüklə çamurdadırlar. Sizə tutduğunuz bu yolda uğurlar arzulayıram və inanıram ki, tutduğunuz haqq yolu uğurlu nəticələr gətirəcək. Biz isə bu yolda axıra qədər sizinləyik”.

– Çox sağ olsun Cahan xanım. İnanıram ki, bizim tutduğumuz yol düz yoldur və yolumuzdan da dönmək niyyətində deyilik. Kimin nə deməsindən asılı olmayaraq, biz, inşallah bu yolda yürüməyə davam edəcəyik.

– Çox sağ olun, təşəkkür edirəm.   

– Siz də sağ olun.

xural.com

"Azərenerjitikintiquraşdırma” ASC-nin kollektivi Əmlak Məsələləri üzrə Dövlət  Komitəsinin "Azərenerjitikintiquraşdırma” ASC-nin başına gətirdiyi "oyunlar”la bağlı Arqument.Az-a müraciət ünvanlayıb. 

Müraciətdə Əmlak Məsələləri üzrə Dövlət  Komitəsinin sədri Kərəm Həsənovun şirkətin başına açdığı oyunlardan, həmçinin komitə sədrinin yol verdiyi qanunsuzluqlardan bəhs olunur. 

 "Azərenerjitikintiquraşdırma” ASC-nin kollektivi adından hazıralan və Arqument.Az-a göndərilən müraciətdə deyilir:            "Azərenerjitikintiquraşdırma” Dövlət Tresti 1939-cu ildə energetika obyektlərinin tikintisi və quraşdırılması sahəsində Tikintiquraşdırma tresti kimi fəaliyyətə başlayıb. 1998-ci il iyul ayında isə  Dövlət Şirkətinin əsas müəssisə və təşkilatlarının bazasında, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin I Dövlət Proqramına uyğun olaraq "Azərenerjitikintiquraşdırma” Açıq Tipli Səhmdar Cəmiyyəti (Səhmlərin 66% dövlətə,  34% isə səhmdarlara məxsusdur) yaradılıb.

Respublikada fəaliyyət göstərən bütün su və istilik elektrik stansiyalarının əksəriyyəti (Mingəçevir SES, Varvara SES, Sərsəng SES, Araz SES, Şəmkir SES, Yenikənd SES, Əli-Bayramlı DRES, "Azərbaycan” DRES) Səhmdar Cəmiyyətinin idarə və müəssisələri tərəfindən tikilmiş və quraşdırılmışdır. Səhmdar Cəmiyyət energetika obyektləri ilə yanaşı, çoxlu sayda hidrotexniki obyektlər, qurğular, sosial-ictimai təyinatlı obyektlər və yaşayış evləri tikərək istifadəyə verilib.

    Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2010-cu il tarixli 839 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq və Əmlak Məsələləri Dövlət  Komitəsinin 30 avqust 2010-cu il tarixli 263 nömrəli sərəncamı ilə "Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilıb. 

Əmlak Məsələləri Dövlət  Komitəsinin yuxarıdakı sərəncamından sonra Səhmdar Cəmiyyətin vəziyyəti daha da pisləşıb. Belə ki, Səhmdar Cəmiyyətə ƏMDK-i öz işçisini sədr təyin etmiş, bütün səlahiyyəhətləri öz əlində cəmləşdirmişdir. 2012-ci ilin avqustundan məqsədyönlü şəkildə Səhmdar Cəmiyyətin fəaliyyəti dayandırılmış, işçiləri qanunsuz olaraq öz hesabına ödənişsiz məzuniyyətə buraxılmışdır. Səhmdar Cəmiyyətin işçilərinə çatası əmək haqqı, kompensasiyalar və dividentlər bu günə kimi ödənilməmişdir. 

Dəfələrlə Prezdent İlham Əliyevə Səhmdar Cəmiyyətdəki problemlərlə əlaqədar müraciət etmişik, baxılması üçün Əmlak Məsələləri Dövlət  Komitəsinə göndərilmişdir, lakin bu günə kimi yalan vədlərdən başqa heç nə verməyiblər.

      Əmlak Məsələləri Dövlət  Komitəsinə və Əmək Müffətişliyinə istər kollektiv halda, istərsə də fərdi qaydada müraciət etməyimizə baxmayaraq, işçilərə çatası əməkhaqları və digər ödənişlər ödənilməyib. 4 ildən çoxdur, Əmlak Məsələləri Dövlət  Komitəsindən səhmdarlara yazılı olaraq cavab verilib ki, Səhmdar Cəmiyyət investisya müsabiqəsinə açıq elan edilib, özəlləşdirmədən sonra investor tərəfindən sizin əmək haqqı və digər ödənişləriniz ödəniləcək. Ancaq buna baxmayaraq, Səhmdar Cəmiyyətin ən böyük daşınmaz əmlakı və torpaq sahəsi olan 8 km qəsəbəsində yerləşən "Elektrikquraşdırma” və "Santexquraşdırma” idarələrinin daşınmaz əmləkı inzibati binaları, anbarları və  3 hektar torpaq sahəsinin özəlləşməsindən sonra da işçilərə çatası əmək haqqı borcları və digər borclar ödənilməmişdir. Həmin idarələrin daşınmaz əmlakı və 3 hektar torpaq sahəsini kim özəlləşdirib, investor kimdir bizdən gizli saxlanılıb... 

Bundan başqa, Səhmdar Cəmiyyətə məxsus çoxlu sayda avtonəqliyyat vasitələri və maşın-mexanizmləri satılmış, yenə də bir qayda olaraq əmək haqqı borcları və digər borclar ödənilməmişdir. Daşınmaz əmləkın özəlləşməsi, avtonəqliyyat vasitələri və maşın-mexanizmləri satılmasına baxmayaraq Səhmdar Cəmiyyətin ümumi yığıncağı çağrılmamışdır. Daşınmaz əmlak, avtonəqliyyat vasitələri və maşın-mexanizmləri bazar qiymətlərindən çox-çox aşağı satılmışdır.

Prezdent İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, vətəndaşların şikayətlərinə vaxtında və yerində baxılsın, yeni iş yerləri  ilə təmin edilsin. Buna baxmayaraq 4 aydan çoxdur ki, Əmlak Məsələləri Dövlət  Komitəsinin sədrinin qəbuluna düşə bilmirik. Müəsissənin işlə təmin edilməsi və digər problemlər həll edilməmiş qalıb. 

Səhmdar Cəmiyyətin kollektivi olaraq, bütün bu məsələlər haqqında 2016-ci ilin may ayında yeni yaranmış Azərbaycan Respublikasının Prezdenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevə ərizə ilə müraciət etmişdik. Müraciətimiz yenə də baxılması üçün Əmlak Məsələləri Dövlət  Komitəsinə göndərilıb. Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsi "Azərenerjitikintiquraşdırma” ASC-nin fəaliyyətini 4ildir məqsədyönlu şəkildə tam dayandırmış, daşınmaz əmlakını, maşın-mexanizmlərini, inventarlarını satıb dağıtmış, işçilərini pərən-pərən salmışdır".

Müraciətdəki iddialarla bağlı Əmlak Məsələləri üzrə Dövlət  Komitəsindən mövqe öyrənmək mümkün olmadı. Onu da qeyd edək ki, bu müraciət ölkə başçısına və digər dövlət qurumlarına da rəsmi şəkildə göndərilib. 

 "Cəmiyyətdə ictimai-sosial tarazlıq yaratmaq üçün İlahi tərəfindən təyin olunmuş bir neçə kütləvi tədbir var. Bunlardan biri də Ramazan ayıdır. Bu ayda Quran nazil olub, oruc ibadəti hər bir imanlı şəxsə fərz buyrulub. Eyni zamanda mənəvi yüksəliş üçün çox münbit şərait yaranıb. Kim istəsə, günahlarını bağışlansın, İlahi mərhəmətlə əhatələnə bilər. Bu dediklərim fərdi şəkildə dualar və ibadətlə mümkündür."

Bu fikirləri SalamNews-a açıqlamasında ilahiyyatçı Cavid Cabbarlı bildirib.

Onun sözlərinə görə, Ramazan ayının daha önəmli tərəfi isə sosiallaşmadır. Cəmiyyətin bütün təbəqələri sübh azanından şam azanına qədər eyni aclıq əzabını dadmaqla eyniləşir. Maddi baxımdan zəngin olanlar aclığın nə olduğunu yaşamalı və imkansızlara yardım etməlidirlər. Bu ay sanki bir sınaqdır. Yəni dinin “kasıblara yardım edin”, “acları doydurun”, “çılpaqları geyindirin” və bu kimi göstərişlərini aclıq, çılpaqlıq, kasıblıq hisslərini yaşamaqla icra etmək görəvi qarşıya qoyulur.

"Düşünürəm ki, bu ayda ilahi ədalət daha çox təzahür edir. Din kasıbları yedizdirin və geyindirin deyir. Ola bilsin ki, bir zəngin bu göstərişi qulaqardına vursun və qiyamətdə desin ki, "İlahi mən aclığın və çılpaqlığın nə olduğunu bilmədiyim üçün maddi sərvətimdən xərcləməkdə tənbəllik etdim". Ramazan ayı həm də bu cür ehtimal olunan bəhanələrin qarşısını alır. Allah oruc tutmağı vacib etməklə zənginlərə də aclığı daddırır ki, ehsan etməkdə tənbəlləşməsinlər. Təbii ki, həm oruc tutmaqda, həm də kasıblara ehsan etməkdə “ilahi nicat” mükafatı gizlədilib. Quran məntiqi ilə desək, oruc tutsanız, nicat tapa bilərsiniz", - deyə ilahiyyatçı Cavid Cabbarlı vurğulayıb.

Allah bütün ibadətlərimizi qəbul eləsin və sosiallaşmaqda bizə yardımçı olsun!

Gürcüstan paytaxtı Tiflisdəki Cümə məscidində Ramazan günlərində azan verilmir.

Bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bildirib.

R. İgidov bildirib ki, Gürcüstanda “Din haqqında” qanuna əsasən, yüksək səslə azan verilməməlidir: "Azan yalnız məscidin içində verilən bilər. Bildirirlər ki, azanın ucadan səslənməsi narahatlıq yaradır. Ancaq mən bu fikirlə razı deyiləm. Təklif edirəm ki, dövlətə, aidiyyəti təşkilatlara müraciət edək. Necə ki, xristianlar kilsədə yüksək səslə zəng çalır, biz də yüksək səslə azan verilməsini tələb edək. Bu məsələyə hamı, həmçinin ictimaiyyət dəstək verməlidir”.

GMİ-nin rəhbəri Gürcüstanda vəhhabi-sələfi təhlükəsinin artdığını da diqqətə çatdırıb: "Bu gün İŞİD-ə qoşulanların əksəriyyəti onlardır. Biz icazə verməməliyik ki, sələfilər Gürcüstanda güclənsinlər".(apa)

Çərşənbə, 15 İyun 2016 00:00

Putinin Qarabağdakı məkrli planı AÇIQLANDI

Yazan

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair uzun müddətdən bəri dayanmış danışıqlar Qərbin iştirakı olmadan bərpa edilir. Virtualaz.org-un xəbər verdiyi kimi ATƏT prezidentlərin iyunun 20-də Sankt-Peterburqda baş tutacaq görüşünün hazırlanmasında iştirak etmədiyini açıqlyıb. Təşkilatın rəsmisi deyib ki, ATƏT Rusiya prezidentinin iştirakı ilə Sankt-Peteburqda təşkil ediləcək üçtərəfli görüşə cəlb olunmayıb və bu səbəbdən həmin görüşlə bağlı hər hansı şərh verə bilməz.

Bu, Qarabağ nizamlanmasında əsl sensasiyadır və faktiki olaraq Qərbin prosesdən kənarlaşdırılmasına hesablanmış təşəbbüsdür. Əvvəllər də Rusiya prezidentinin (həm Dmitri Medvedyevin, həm Vladimir Putinin dövründə) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşləri təşkil olunub. Həmin görüşlərdə Minsk Qrupunun həmsədrləri birbaşa iştirak etməsə də həmsədrlər həmişə danışıqların keçirildiyi məkanda olurdu və prezidentlər müzakirələri başa vurub onları nəticələr barədə məlumatlandırırdı, danışıqların növbəti mərhələsinə dair təlimatlar verilirdi.

İndi isə belə məlum olur ki, Sankt-Peterburq görüşündə ATƏT-in Minsk Qrupu ümumiyyətlə iştirak etməyəcək. Bu görüş barədə ATƏT-lə hər hansı məsləhətləşmələr aparılmayıb və həmsədrlər Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində baş tutacaq danışıqlara hər hansı formada cəlb olunmayıb. Prezidentlərin görüşü barədə təşəbbüs Rusiya prezidenti Vladimir Putinə məxsusdur, ABŞ və Fransa xarici siyasət idarələri bu görüşün hazırlanmasında iştirak etmir.

Hansı ki, prezidentlərin iyun görüşünə hər iki tərəfin razılıq verdiyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın sonlarında, iyunun əvvəllərində Parisdə həmsədrlərlə ayrı-ayrılıqda keçirdikləri görüşün nəticələrinə əsasən ATƏT tərəfindən elan edilmişdi. Gözlənilirdi ki, prezidentlərin iyun görüşü Parisdə baş tutacaq. Lakin bir neçə gün əvvəl gözlənilmədən Rusiya XİN öz saytında prezidentlərin Sankt-Peterburqda görüşəcəyinə dair məlumat yerləşdirdi, daha sonra məlumatın “qeyri-korrekt olduğunu” görüb onu XİN-in saytından çıxardılar. Ancaq çox keçmədən Kreml rəsmən təsdiqlədi ki, prezidentlər İlham Əliyev və Serj Sərkisyan Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Sankt-Peterburqda görüşəcəklər.

ATƏT-in hər hansı formada iştirakı olmadan baş tutacaq bu görüş, Rusiyanın danışıqlar prosesində özünün həlledici rolunu nümayiş etdirməyə hesablanıb və Kreml Qərbə mesaj verir ki, Qarabağda hərbi əməliyyatların dayandırılmasında həlledici rolunun olduğu kimi danışıqlar prosesi də müstəsna olaraq onun səlahiyyətindədir. Əslində aprelin əvvəllərində döyüş əməliyyatlarının dayandırılması üçün Rusiyanın hansı hərbi-siyasi və diplomatik fəallıq göstərdiyini nəzərə alaraq Moskvanın Qarabağ məsələsində həlledici rolunu hamı qəbul etmişdi.

Rusiya cəmi 4 gün sonra hərbi əməliyyatların dayandırılmasına nail oldu və tərəfləri danışıqlar masası arxasına çağırdı. Hətta prezident Putin aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistan dövlət başçılarının ilk görüşünə də ev sahibliyi etməyə hazırlaşırdı. Lakin bu görüş Moskvada yox, Vyanada baş tutdu, özü də uzun müddətdən bəri ilk dəfə hər üç həmsədr ölkənin yüksək səviyyədə iştirakı ilə.

Vyana görüşündə atəşkəsin monitorinqinin gücləndirilməsi və prezidentlərin iyun ayında münaqişənin mahiyyəti üzrə danışıqları bərpa etməsi haqda razılaşmalar əldə edilib. Xeyli təəcüblü də olsa artıq bir aydan çoxdur ki, təmas xəttində sakitlik hökm sürür, ciddi insidentlər qeydə alınmır və monitorinqin gücləndirilməsinə dair mexanizmlər hələ qəbul edilməsə də atəşkəs rejiminə riayət olunur.

Hərbi əməliyyatları Rusiyanın dayandırdığı halda danışıqların Qərbin meydançasında , yəni Vyanada baş tutması Moskvanın həlledici rolunu şübhə altına ala bilərdi. Çünki Rusiyanın Qarabağ məsələsində hakim rola malik olmasından tərəflərdən heç biri məmnun görünmür. Rəsmi Bakı uzun müddətdir buna səy göstərirdi ki, Qərb nizamlama prosesinə daha yaxından və daha yüksək səviyyədə cəlb olunsun. Ermənistanda isə indi Rusiyadan küsüblər, çünki hesab edirlər ki, aprel döyüşləri Rusiyanın Ermənistanın müttəfiqi olduğuna şübhə yaradıb. Bu səbəbdən Ermənistan da Qərbin danışıqlar prosesində daha üstün rola malik olmasında maraqlı görünürdü. Ancaq Putin qəfil təşəbbüslə hər şeyi alt-üst edir və bir daha hamıya göstərir ki, bu regionda “xozeyin” kimdir...

Çərşənbə, 15 İyun 2016 00:00

Ruhaninin Bakı səfərindən gözləntilər

Yazan

“İran Azərbaycanın xeyrinə addım atmayacaq”

Natiq Miri: “Ermənistan bütün zamanlarda İran üçün geosiyasi faktordur”.

Fikrət Sadıxov: “ABŞ və Avropa İranı hələ də obyektiv dövlət hesab etmir”.

İran prezidenti Həsən Ruhaninin Bakıya rəsmi səfərinin vaxtı açıqlanıb. Ruhaninin səfəri 8-10 avqust tarixinə planlaşdırılır. Qeyd edək ki, bu görüşlər Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə 3 tərəfli keçiriləcək. Ruhaninin səfəri zamanı Rəşt-Astara dəmir yolunun tikintisi və ya maliyyəşdirilməsi ilə bağlı ilkin müqavilə imzalanması gözlənilir. Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü Dağlıq Qarabağa hansı təsiri göstərəcək? Azərbaycanın regionda roluna nə kimi təsiri olacaq?

“Cümhuriyət”ə şərhində politoloq Natiq Miri bu görüşlərdən sonra Azərbaycanın geosiyasi əhəmiyyətinin artacağını bildirib. Onun sözlərinə görə, Azərbaycan Rusiya və İranı birləşdirəcək körpü ölkədir: “Ruhaninin Azərbaycana səfəri 3 prezidentin görüşü ilə əlaqəli səfərdir. Bu səfər əsasən Şimal-Cənub Dəhlizinin yekunlaşması ilə bağlıdır. Bu, geosiyasi baxımdan çox əhəmiyyətli hadisə olduğu üçün düşünürəm ki, bu səfər çox böyük önəm daşıyır.

Eyni zamanda bu görüş çərçivəsində Şimal-Cənub Dəhlizi kontekstində Azərbaycanın da geosiyasi əhəmiyyəti artacaq. Çünki Azərbaycan Rusiya və İranı birləşdirəcək körpü ölkədir. Bu baxımdan da Azərbaycan həm Rusiya, həm də İran iqtisadiyyatı üçün çox əhəmiyyətli rol oynayacaq. Bu hadisədən sonra hesab edirəm ki, həm Rusiya, həm də İranda Azərbaycana qarşı münasibət dəyişməlidir”.

Bu görüşlərin Qarabağ münaqişəsinə də təsirinə toxunan N.Miri qeyd edib ki, Rusiya bu məsələdə özünə rəqib istəmir. Politoloqun fikrincə, İran Dağlıq Qarabağ münaqişəsində həlledici siyasi faktor ola bilməz: “Bu münasibət dəyişərsə, Qarabağ məsələsinə də müəyyən qədər təsiri olacaq. Düşünürəm ki, İran Qarabağ məsələsində o qədər də aktiv deyil. İranın Ermənistana ciddi təsir edəcəyini də düşünmək olmaz. Çünki Ermənistan bütün zamanlarda İran üçün geosiyasi faktordur. Ermənistan türk dövlətlərinin arasında yerləşmiş xristian dövləti olduğu üçün bu İranın fars şovinizm siyasətinə uyğundur. Ona görə də İranın birmənalı şəkildə Azərbaycanın xeyrinə bir davranış sərgiləyəcəyini düşünmürəm. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bu məsələdə Rusiya o qədər də maraqlı deyil. Çünki Rusiya bu məsələdə özünə rəqib istəmir. İran sadəcə olaraq, Qarabağda gedən prosesləri dəstəkləyici bir ölkə kimi çıxış edə bilər. Ancaq həlledici bir siyasi faktor ola bilməz”.

Politoloq Fikrət Sadıxov isə vurğulayıb ki, bu görüş hər 3 dövlətin ümumi maraqlarına xidmət edəcək. Onun sözlərinə görə, bu görüşdə terrorizmlə mübarizədə gündəmə gələcək: “Bu, əslində, yaranmaqda olan, öz konturlarını açıq bildirən alyans bu 3 dövlətin ümumi maraqlarını nəzərə alan alyansdır. Burada hər 3 dövlətin maraqlarına xidmət edəcək bir sıra məsələlər müzakirə olunacaq.

Bu görüşlərdə ilk növbədə, nəqliyyat, iqtisadi və istisna deyil ki, terrorizmə, separatçılığa qarşı da bir sıra məsələlər müzakirə olunacaq. Çünki hər 3 dövlət terrorizmdən əziyyət çəkən ölkələridir. Mən əminəm ki, bu məsələ də gündəmdə öz əksini tapacaq”.

İranın Dağlıq Qarabağ münaqişəsində roluna toxunan F.Sadıxov İranın bu münaqişəyə müsbət təsirinə inanmadığını bildirdi. Onun sözlərinə görə, İranın Qarabağ probleminin həllində yaxından iştirakına Qərb ölkələri imkan verməyəcək: “Aydındır ki, Rusiya həm strateji tərəfdaş, həm də bir partnyor kimi Dağlıq Qarabağ məsələsində uzun illərdir məşğuldur. İranın isə bu məsələlərdə yaxından iştirak etməsi və hansısa bir problemi həll etməsi şübhə altındadır. İranın Dağlıq Qarabağ münaqişəsinin həllində yaxından iştirak etməsinə Qərb ölkələri imkan verməyəcək. Çünki ABŞ və Avropa İranı hələ də obyektiv dövlət hesab etmir. Digər səbəb isə ondan ibarətdir ki, biz özümüzdə düşünmürük ki, İranın bu məsələdə vasitəçiliyi bizə hansısa bir xeyr gətirsin. İranın Ermənistanla münasibəti müxtəlif sahələrdə kifayət qədər yaxındır. Biz bunu yaxşı başa düşürük. Hesab etmirəm ki, İranın fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa müsbət təsirini göstərsin”.

Sabiq MTN zabiti Eldar Mahmudovun əlindəki şantaj videolarından danışdı

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun əlində şantaj videolarının olması haqda məlumat geniş müzakirələrə səbəb olub. Sabiq MTN əməkdaşı Ərəstun Oruclu gununsesi.info-ya müsahibəsində deyib ki, Eldar Mahmudovun əlində 2800 ədəd kompromat xarakterli intim video var. Eldar Mahmudovun həbsinə yol açan kifayət qədər ciddi ittihamlar ortada olsa da, sabiq nazir hələ də azadlıqdadır. Bu isə belə ehtimallar yaradıb ki, MTN şefinin azadlıqda qalması əlində olan şantaj materiallarına görədir.

Sabiq MTN zabiti, “Təhlükəsizlik” Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl məsələ ilə bağlı olkə.az-a deyib ki, Eldar Mahmudovun əlində çoxlu faktların olmasını istisna etmir: “Əgər Eldar Mahmudovun əlində 2800 video varsa, onun 2790-ı siyasi qərar qəbul etmək üçün heç nədir. Görünür, o videoların içərisində elələri var ki, şantaj xarakterlidir. Şantaj xarakterli olduğuna görə də siyasi qərar verilmir, işin başında duran şəxs həbs olunmur. Bu prosesin içərisində olan şəxslər var ki, onlardan da bir neçəsi həbs olunmayıb. Bütün bunlar göstərir ki, Eldar Mahmudovun əlində çox güclü kompromatlar var. Əldə olan faktların sayı önəmli deyil, məsələyə təsir edə biləcək şəxslərə qarşı şantaj materialı olduğuna görə Eldar Mahmudov toxunulmaz qalıb. Yerdə qalan videoların təsir gücü siyasi qərar verməyə yaramır.

Eldar Mahmudovun həbs olunmamasının səbəbi istintaqla bağlı deyil. Elə tapşırıqlar, sifarişlər olub ki, Eldar Mahmudovun komandası bunu əllərində saxlayıb. Komanda olaraq bu işlərin üstünün açılmasına hazırlıqlı olublar. O videoların hələ ki bir neçəsi buraxılıb. Hansısa komitə sədrinin, jurnalistin, varlı bir şəxsin - arvadın ərə, ərin arvada xəyanət videolarını çəkib saxlayıblar. Kiminsə sekslə məşğul olması heç kimə maraqlı deyil. Məşğul olur, yaxşı edir. Onlar xəyanət videolarını çəkiblər ki, sabah əllərində fakt kimi istifadə etsinlər. Azərbaycan tam olaraq köklənib seks kaseti məsələsinə, ancaq məsələ təkcə seks kaseti deyil. O kasetlərin hətta 2790 ədədi siyasi qərar qəbul etmək üçün boş şeydir”.

Mən Yaqub müəllimdən təriflər yazan, ona böhtan atanları “vuranlar” kompaniyasından. Müraciətim qarışıq bunu da bir araşdırsın. Mənə yaxşılığa gəlincə ...

Bu gün 14 iyun tarixində Teleqraf.com., Asvision.az.. Azadinform.az.nevs.a saytlarlnda millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun Kanal 13 telekanalında çıxışıda ona ünvanlı iradlarımdan sonra mənim haqqımda həqiqətə söykənməyən açıqlaması ilə qarşılaşdım. Söz – cavab haqqımdan çıxış edərək Saytınız vasitəsi ilə məsələyə aydınlıq gətirmək istəyirəm.

Əvvəla mən bu ilin yanvar ayından bu günə kimi görkəmli maarifçimiz H.Zərdabinin vətənimizdə qalmış yeganə övladı Qərib Soltanın 49 il sonra çətinliklə tapdığım və hazırda bərbad vəziyyətdə olan - 3 qadının uyuduğu məzarına diqqət ayrılmasına çalışıramş. ANS T ele kanalı, İnteraz televiziyası, Zəriflik jurnalı, Kaspi qazeti, 525-ci qazet,Bakı-Baku internet qazeti,Moderator.az, İnterpress.az, Avrasiya.net., Zərdab.com və onlarla sayt bu mövzunu işıqlandırıb.
Azər¬tac¬-da direktor müavini işləyən Dağbəyi müəllim İsmayılova də müraciət etdim ki, dövlət saytıdır onlar da işıqlandırsınlar.Dağbəyi müəllim dedi ki, Tarix institutu rəy verməlidir bu məsələyə.Sonra bu tapıntı işıqlanmalıdır. Mən də Yaqub müəllimin rəhbərlik etdiyi Tarix İnstitutuna dəfələrlə getdim. Rəsmi məktub verdim. Qəbuluna yazıldım və bu qəbul üçün əl telefonumu götürdülər. Zəng vuradılar yenə 2-3 dəfə getdim. Katibə gah dedi ki, Yaqub müəllimin Tatar qonaqları gəlib, gah dedi ki, konfransdadır, gah dedi ki, müdafiədədir, gah dedi ki, MM-dədir.Axırda da dedi ki Yaqub müəllim məktubunuzu evə aparıb... Arada rastlaşdım Yaqub müəllimlə.Elə Tarix institutunda.Dedi ki, Cəbi müəllimə tapşırmışam. 2 dəfə də onun qəbuluna gəldim. Sonra həm Yaqub müəllimin (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) həm müvini Cəbi Bəhramovun (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) elektron ünvanlarına bu məsələ ilə bağlı xahişlərimi ünvanladım.(Aşağıda həmin yazılarımı diqqətinizə çatdıracağam).
Deməli, göründüyü kimi mən yalan danışmıram. Bu gün də onun mətbuat katibi ilə FB-də xeyli yazışdıq. Hər şeyi o bilir. Mesajlar da 1000 faiz təsdiq edir ki, mən bu məsələ ilə bağlı Tarix institutuna dəfələrlə müraciət etmişəm. Cəbi müəllimlə bu gün də danışdım. O dana bilməz və danmadı da. Mən müraciət etmişəm. Saymayıblar. Xüsusən Cəbi müəllim saymayıb. Yaqub müəllimin xəbəri olub. Ola bilər işi çoxdur, yadından çıxıb.Faktdır ki, özü Cəbi müəllimə tapşırıb.O mənə şöbə üdiri ilə danışacağını da deyib.Sonra rədd edib məni.. Ancaq utanc hissi yaradır ki, klişi alimlər qadın alimi öz mənafelərinə görə yalançı çıxarırlar. Hələ böhtan atır, deyirlər. Təəssüf.

Hörmətli Yaqub müəllimin mənə tarixi yaxşılığı barədə də deməliym. Bəli Yaqub Mahmudov mənim doktorluq dissertasiyama ƏIlavə Rəy verən alimlərdən biridir. Çox sağ olsun. Ancaq bir haldaki böyük alimimiz, hörmətli alim bu hadisəni qabartdı mən də aydınlıq üçün deyim ki, müdafiə ərəfəsində liftin qarşısında avtoreferatımı bir-iki alimə verərkən Yaqub müəllimdə orada idi.Hörmət əlaməti olaraq avtoreferatımı ona da təqdim etdim. Qeyd edim ki, mən fəlsəfədən müdafiə edirdim, o tanınmış tarixçidir. Yəni sırf mənim sahəmin alimi deyil ki, mən buna çox-çox maraqlı olaydım. Yaqub müəllim avtoreferatı alıb dedi ki, 2 səhifəlik rəy gətir imzalayım. Gətirdim. Halbu ki, akademiklərimizdən birinin aponentim olmağını arzulamışdım. 1992-ci ildə gün fərqi ilə müdafiələrimiz olmuşdu, uyğun mövzular idi. Ona bu arzumu bildirdikdə (o da millət vəkilidir) demişdi ki, xaricdə oluram, alınmaz, amma avtoreferatlar gətir qoy iş yerimə tapşıraram əlavə rəylər verilər sənə. Mən çox sağ olun deyib, istəməmişdim O YAXŞILIĞI . Müdafiə edənlər bilir, əlavə rəylər ən asan prosesdir... Minnətlik iş deyil.
Amma mən hər ehtimala qarşı Yaqub müəllimin Böyük yaxşılığının əvəzini ona qələmimlə vermişəm. Xırdalığa ehtiyac yoxdur. Allahın yanında ona borcum yoxdur.
Üçüncüsü, hörmətli millət vəkili, ziyalımız Yaqub müəllim yazıda qeyd edir ki, “Göstərilən xanımın mənə qarşı növbəti böhtan kampaniyasına qoşulmasına təəccüb etmirəm, çünki yaxşılıq etdiyim adamlardan pislik görməyə vərdiş etmişəm. X.Quliyevaya isə növbəti dəfə də yaxşılıq etməyə hazıram!!!””
Mən Allaha and içirəm ki, Yaqub müəllimə qarşı hazırda kimin, kimlərin böhtan kompaniyası apardığından tam olaraq xəbərsizəm və əsla və əsla kim isə məni öz kömpaniyasına qoşmağa cürət edə bilməz. Olub belə kompaniyalar. Mən Yaqub müəllimdən təriflər yazan, ona böhtan atanları “vuranlar” kompaniyasından olmuşam. Müraciətim qarışıq bunu da bir araşdırsın. Nazimdən soruşsun bir... Amerikanın kəşfi məsələsi var idi, yadınızda?.. Həəə... Xırdalıqlara enməyəcəyəm. 2 səhifədən çoxdur mənim RƏYLƏRİM arxayın.
Sonda da hörmətli Yaqub müəllim bildirib ki, “mən növbəti dəfə də YAXŞILIĞIMI etməyə hazıram”. Təşəkkür edirəm. Ancaq Qərib Soltan mənim həmvətənimdir. Qərib Soltan Həsən bəy Zərdabinin vətəndə qalmış yeganə övladıdır və o artıq 50 ildir ki, (1967-ci ildə vəfat edib) əbədiyyətə qovuşub. Yaqub müəllimlərin etdiyi yaxşılıq tariximizə xidmətdir. Daha mənə, üstəlik Qərib Soltana yox...
Sonda da deyim, Yaqub müəllimin mətbuat katibi Nazim Xəlilov Asvisyon.az saytına verdiyi açıqlamanın adını “Həmin xanım mənə böhtan atır” oyub. Təəssüf edirəm. Axı ən azı Nazim Xəlilov 1000 faiz bilir ki, mən Tarix institutuna dəfələrlə yazılı və çox dəfələrlə şifahi müraciətlər etmişəm... Nazim bilir yazılı sübutlar var. Buyuruq qulu olnda nə olar, bəs vicdan?.. Hazırda və əsl həqiqətdə Yaqub müəllim mənə böhtan atır...Təkrar edirəm mən Tarix institutuna dəfələrlə nüraciət etmişəm.
Yaqub müəllimi isə qınamıram. Nazim kimi yalançı mətbuat katibi olduqda belə açıqlamalar olar. Yaqub müəllim bir Cəbi müəllimdən, hələ katibəsindən dəqiqləşdirsin. Soğan yeməyiblər... ardını bilirsiz də.

Xatirə Quliyeva
Fəlsəfə üzrə elmlər doktoru.
Buyurun elektron məktublarımla tanış olunş.

xatire guliyeva
Кому: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

18 января, 12:58
1 файл
AMEA-nın Tarix İnstitutunun direktoru,
Millət vəkili, çoxhörmətli Yaqub müəllim Mahmudova
Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı
Xatirə Quliyeva tərəfindən

Məktub

Salam, Yaqub müəllim, hərvaxtınız xeyir olsun. Vətən tariximizin bütün sahələrinin diqqətli tədqiqatçısı olduğunuz üçün Sizə bildirmək istəyirəm ki, görkəmli maarifçi H.Zərdabinin özü (ikinci dəfə dəfn olunduğu yer) , həyat yoldaşı Hənifə xanım Abayeva (onun ilk və son qəbir yeri) və eləcə də onların Azərbaycanda qalmış övladları Qərib Soltanın taleyi, məzar yeri barədə indiyə kimi dəqiq məlumatlar yox idi. 14 yanvar 2015-ci ildə ANS TV-də mənim Qərib Soltanın məzarı barədə ilk dəfə açıqlamam olmuşdur. Əlbəttə Xəbərlər proqramlarının formatına müvafiq olaraq həmin inforasiya 1-2 dəqiqədən artıq yayılanmamışdır. Lakin həmin məlumatla bağlı mənim dəqiq faktlara əsaslanan geniş şərhlərim vardır.
Sizdən bu məktub vasitəsilə xahişim budur ki, həmin məzarın aşkarlanması tarixi fakt olduğu üçün rəhbərlik etdiyiniz institutda mənim eksklyüziv eli seminar keçirməyimə icazə verəsiniz .

İMZA: Xatirə Quliyeva

28.01.2016.

"Azərbaycanın təhsil sahəsində baş verən böhran heç kimə sirr deyil. Təhsil naziri Mikayıl Cabbarov nazir təyin ediləndən sonra müəyyən islahatları həyata keçirsə də, hələ də bu sahədə ciddi nailiyyət əldə olunmayıb". 

Bu barədə Arqument.Az-a daxil olan ilginc informasiyada bildirilir. 

Məlumata görə, təhsil nazirliyinin strukturunda çalışan bəzi insanların vəzifə səlahiyyətlərində sui-istifadə etmələri Mikayıl Cabbarovun komanda olaraq gördüyü müsbət işləri heçə endirir: "Məhz bu kimi təhsil məmurlarının neqativ əməllərinə görədir ki, bu ilin may ayının 22-də keçirilən qəbul imtahanlarında abituriyentlərin 86 %-i "2” qiymət aldı. 

Bundan əlavə, müəllimlərlərlə şagirdlərin davranış qaydalarında da çox ciddi problemlər var. Bəzən təhsil sistemində müəllim və şagirdlər arasında elə xoşagəlməz hadisələr baş verir ki, bunu sadəcə mətbuata çıxarmaq etik cəhətdən mümkün olmur. 

Müəllim və şagirdlərin davranış qaydaları müvafiq qanunlarla müəyyənləşdirilsə də bəzi təhsil ocaqlarında bu sadəcə formal xarakter daşıyır. Bu qanunların mexaniki olaraq daim işlək olunmasına məsul olan Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektorunun fəaliyyəti demək olar ki, hiss olunmur". 

Məlumata görə, BŞTİ-nin daxili nəzarət sektoru bu cür qüsurların aradan qaldırılmasında heç də maraqlı görünmür: " Daha doğrusu, təhsil sahəsində çalışan müəllimlərin qanunsuz əməllərindən bu sektor "özünəməxsus” formada bəhrələnməyə çalışır. Daxili nəzarət sektorunun qanunsuz əməllərə yol vermiş müəllimlərə tətbiq etdikləri cəza üsulları iki fərqli formadadır". 

Arqument.Az-a verilən məlumata görə, öncə fəaliyyətində qüsura yol vermiş müəllim Sektorun müdiri Sərxan Rzayevin qəbuluna çağırılır: "Müəllimin yol verdiyi qüsurun müqyasından asılı olaraq sektor müdirinin qapısı kandarında saatlarla gözlədilir. Hətta deyilənə görə, elə müəllim olub ki, sektor müdirinin qapısı ağzında 4 saat gözləməyə məcbur edilib. Saatlarla gözlədilən "çp"  etmiş müəllimlər sonda sektor müdiri tərəfindən qəbul edilir". 

Məlumata görə, BŞTİ-nin Daxili Nəzarət Sektorunda bu qaydanı əvvəlki sektor müdiri Rövşən Abdullayev qoyub: "Qeyd edək ki, sonradan Rövşən Abdullayevin bu əməyi "qiymətləndirilərək” yuxarı vəzifəyə - nazirliyə təyinat aldı. Ancaq onu da qeyd edək ki, bu sektorda baş verənlər heç də tamamilə mənfi çalarlardan ibarət deyil. Daha doğrusu, bu sektora - müdir Sərxan Rzayevin qəbuluna çağırılan müəllimlərlə baş verənlərin sonu "indeyski” filmlərdə olduğu kimi "xoşbəxtliklə” başa çatır. Belə ki, cəzalandırılmağa və yaxud baş vermiş neqativ hadisənin mahiyyətinin tam aydınlaşdırılmağı üçün sektora çağırılan müəllimlərin əksəriyyəti ilə "sülh” əldə edilir. Əldə edilən "sülh”ün detalları isə ictimaiyyət üçün çox vaxt sirr olaraq qalır". 

Məlumata görə, Sərxan Rzayevin bu "uğurlu” strategiyası nəticəsində hazırda Daxili Nəzarət Sektoru BŞTİ-nin ən gəlirli sektoruna çevrilib. Hətta deyilənlərə görə, digər sektorda çalışanlarış bəziləri bu sektora transfer olmaq üçün müəyyən çabalar  göstərirlər. 

BŞTİ-nin və eləcə də idarənin Daxili Nəzarət Sektorunun fəaliyyəti haqqında araşdırmalarımız davam edir. 

Qarşı tərəf də məsələ ilə bağlı münasibətini sərgiləyə bilər.

Çərşənbə axşamı, 14 İyun 2016 00:00

Jurnalistika yoxsa qarayaxma - Xalid Mahmud yazır

Yazan

Jurnalistikanın əsas məqsədi cəmiyyətdə, ictimai-siyasi həyatda baş verən neqativ halları araşdırıb, ictimailəşdirməkdir. Bu, jurnalistikanın əsas işi və vəzifəsidir. Yəni bu işi öhdəsinə götürən şəxs hər kim olursa olsun, ilk öncə öz vicdanı qarşısında hesabat verməyi bacarmalıdır.

Baxaq görək bugünkü jurnalistikamız günün tələblərinə cavab verirmi? Təbii ki, ürək ağrısıyla (çoxluq etibarilə) yox demək məcburiyyətindəyəm. Düzdür, bu peşəni şərəf və ləyaqətiylə təmsil edənlər də çoxdur. Ancaq təəssüflə qeyd etməliyəm ki, bir çoxları əlinə qələm götürüb ya idarə və təşkilatların qapılarını gəzərək “nəzir” yığır, ya da hansısa ucqar rayonda oturub yerli icra orqanlarından “danos” yazıb göndərən birinin məktublarını çap etməklə məşğuldur.

Ucqar rayon demişkən, elə bu yazını da yazılmasının səbəbi məhz bu amillərdir. Belə ki, ucqar dağ rayonu olan Lerikin Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun məruz qaldığı haqsızlıqların əsassız qarayaxma olduğunu görməmək mümkün deyil.

Balaşirin Nəsirov Universiteti bitirdikdən sonra uzun müddət kənd məktəblərinin birində ixtisası üzrə müəllim işləyib. İctimai işlərdə fəallığı ilə seçilib. Hələ keçmiş sovetlər birliyi dövründə Lerik rayonunda nəşr olunan “Bolluq uğrunda” qəzetində onun fəaliyyətini əks etdirən məqalələr dərc olunub. Müəllim işlədiyi dövrdə nə onun “saxtakarlığı”, nə də “rüşvətxorluğu” barədə heç kim heç nə yazmayıb. Çünki rayonda vicdanla işləyən və işinin peşəkarı olan şəxslərdən olub.

Bu günün özündə də dövrü mətbuatda elmi, bədii, publisistik yazıları ilə çıxış edir. Rayonun sayılıb-seçilən qələm adamlarından sayılır.

Bir neçə il bundan öncə B.Nəsirov rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu vəzifəyə təyin olunduqdan sonra bir neçə adam, daha doğrusu, vəzifə və kreslo iddiasında olan bəzi "danosbaz"lar onunla bağlı qarayaxmalara başlayıb. Bu qarayaxmalar o qədər intensivləşib ki, sanki bütün ölkənin təhsil sistemini bərbad günə qoyan Balaşirin Nəsirovdur. Amma vicdanı olan hər kəs bilir ki, Balaşirin müəllim vəzifəyə təyin olunduğu gündən rayonun təhsilində bir çox uğurlara imza atıb, xeyli neqativ halları aradan qaldırıb, hər kəsə qarşı ədalətli davranıb.

Məhz onun vəzifədə olduğu müddətdə rayondan olan xeyli gənc ölkənin və xaricin ən tanınmış, prestijli universitetlərinə qəbul olunub, test imtahanlarında yüksək nəticələr əldə edib.

Təhsildəki neqativ halları tənqid etmək olar. Yazının əvvəlində də qeyd etmişdim ki, jurnalistikanın əsas vəzifəsi cəmiyyətdə, ictimai və siyasi həyatda baş verən neqativ halları üzə çıxararaq ictimailəşdirməkdir. Amma ictimailəşdirərkən kiminsə şəxsi həyatına müdaxilə etmək olmaz. Tənqid olunan şəxs kim olursa olsun. Əgər kiminsə şəxsi həyatı müxaxilə olunursa, bu artıq jurnalistika yox, mədəniyyətsizlikdir, qanunla da yolverilməzdir.

Ümumiyyətlə götürdükdə, ölkənin təhsil sistemi heç də ürəkaçan səviyyədə deyil. Neqativ hallar kifayət qədərdir. Ancaq bütün bunları bir və ya bir neçə şəxsin üzərinə yıxmaq insafsızlıqdır. Və həm də yalan və təhqir dolu ifadələrlə. Həmin yazılara baxanda isə ancaq bir şey görürsən: eyni sözlər, ifadələr, təhqir dolu cümlərlər ardıcıl olaraq hər yazıda əksini tapır. Yəni fakt və sübut yoxdur, ortada böyük bir şəbədə, uydurma, saxta, qərəz və yalan var...

Müəllifin biri yazır ki, Balaşirin Nəsirov yaşı ötmüş müəllimlərdən 1000 manat pul alaraq onları məktəbdə saxlayır. Baxın, olkəmizdə müəllimin aldığı əmək haqqı 150 manat civarındadır. Bu rəqəmi də 1 ilə vuranda, müəllimin illik maaşı 1800 manata bərabər olur. İndi deyin görək, hansı müəllim 800 manata görə 1000 manat verəcək? Və üstəgəl bir il əziyyət çəkərək. Əlbəttə ki, heç kim… Bu boyda yalanı ancaq hansısa vəzifə iddiası, şəxsi qərəzi olan şəxslər uydura bilər, necə ki uydurublar.

Və ya başqa bir iddiasında yazır ki, guya Balaşirin Nəsirov bu vəzifəyə gəlmək üçün 55 min manat rüşvət verib. Adama sual verərlər ki, sən yanında idinmi? Bu boyda vicdansızlıq haradan qaynaqlanır? Bunu sübut etməyə faktın varmı? Sabah məhkəmədə, qanun qarşısında cavab verə biləcəksənmi? Bütün bu "reket" düşüncə Zərdabi ənənələrinə, Milli mətbuatın adına xələl gətirən haldır.

Maraqlı məqam ondadır ki, bu "danosları" yazanlar bir cümləlik olsa belə, təhsilin uğurlarını qeyd eləmirlər. Bu söz oğrularının əməlləri isə bir gün özlərinin qarşısına çıxacaq. Onlar yalansız yaşaya bilmədikləri kimi, yalan da onların həyat simvoluna çevrilib. Çünki onların bir məramı var: yalanla qazanmaq. Amma unudurlar ki, yalan ayaq açır, amma yerimir və yalanın bu günü olur, sabahı yox...

Çalışın sabahsız yaşamayın!

Xeber.İnfo

Xalid Mahmud

116 -dən səhifə 165