“Artıq “Hacı Cavad” məscidinin tikintisi başa çatıb”.
 
Xeber.info-nun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
 
M. Qurbanlı bu il “Hacı Cavad” məscidinin açılışının olacağını qeyd edib.
 
Qeyd edək ki, 2017-ci ilin iyun ayında Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülüb, həmin rayonun ərazisində yeni ünvanda, Abbas Mirzə Şərifzadə küçəsində tikilməsinə qərar verilib.(apa)
 
Xeber.info

Sosial şəbəkələrdə avtomobil yolunu süpürərkən vurulan və hadisə yerində ölən qadının fotosu müzakirələrə səbəb olub.  Vətəndaşlar yüksək sürətli yolda asfaltın xüsusi texnika ilə deyil, yaşlı qadınlar vasitəsilə təmizlətdirilməsini tənqid ediblər. Həmin yolda piyada xəttinin olmaması, sürət yüksək olmasını təhlükəli vəziyyət kimi qiymətləndirilib.

Xeber.İnfo - nun verdiyi xəbərə görə, fotonun qeydə alındığı hadisə martın 27-də baş verib. Aeroport yolunda asfaltı süpürən “JEK” əməkdaşı Cəmilə Salahova Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayevin idarə etdiyi “KamAZ” markalı yük maşını ilə vurulub.

C.Səlimova hadisə yerində vəfat edib.

Xeber.İnfo

Cümə axşamı, 29 Mart 2018 00:00

Prezident seçkidə rəqibini üstələdi

Yazan

Prezident seçkilərinin ilkin nəticələrinə görə, Misirin indiki prezidenti Əbdülfəttah əs-Sisi seçicilərin 21,5 milyonunun səsini toplayaraq liderdir.

Xeber.İnfo  xarici KİV-ə istinadən xəbər verir ki, Sisinin 2018-2022-ci illərdə ölkəyə yenidən başçılıq edəcəyi artıq istisna edilmir. 

Onun seçkidə yeganə rəqibi olan Musa Mustafa Musa isə 721 min səs toplaya bilib. 

Xeber.İnfo

“Bank Standard”ın bir qrup əmanətçisi Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı, Mərkəzi Bankın sədri Elman Rüstəmov və bir qrup vəzifəli şəxs haqda məhkəməyə müraciət edib.
 
Xeber.İnfo xəbər verir ki, bu haqda iqtisadçı Əkrəm Həsənov məlumat yayıb. Xəbərə görə, bankın 82 əmanətçisi bankın müflisləşməsində təqsirli şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb. Təqsirkarlardan vurulan zərərin əvəzi – 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. Bu, təxmini 81 mln. manat təşkil edir.
 
Ə. Həsənov bildirib ki, ümumiyyətlə, əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq.
 
İddiada əsas sübut kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur. Belə ki, Ləğv Planında “Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın cəmi 196 mln. manatlıq əmlakı var və buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq.
 
Ə. Həsənov bildirib ki, bu və digər sübutlara əsasən əmanətçilər hesab edir ki, aşağıdakı şəxslər bankın müflisləşməsində təqsirkardır:
 
1. Mərkəzi Bank, habelə şəxsən onun sədri Elman Rüstəmov və baş direktoru Rəşad Orucov (bank nəzarətinə görə məsul olmuş “Bank Mamed”in kürəkəni). Onların əsas vəzifəsi səmərəli bank nəzarətinin həyata keçirilməsi (əmanətçilərin maraqlarını qorumaq üçün) olduğu halda, əksinə, “Bank Standard”dakı qanun pozuntularına ən azı göz yumub, tədbir görməyib, üstəlik bankı yeri gəldi-gəlmədi kreditləşdiriblər.
 
2. Bankın auditoru olmuş “KPMG”. Bankın auditini qeyri-obyektiv həyata keçirib və onun maliyyə vəziyyəti barədə ictimaiyyətdə yanlış təəssürat yaradıb. Məsələn, 2012-2013-cü illər üzrə təxmini 15 mln. manat zərərin olduğunu bildirib. Halbuki, artıq o zaman zərər xeyli çox olub.
 
3. Bankın İdarə Heyətinin keçmiş sədrləri Səlim Kriman və Abbas Nəsibov. Onların qanunsuz əməlləri elə Ləğv Planında birbaşa qeyd olunub. Krimanı hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Nəsibov isə son illərdə bankda auditin həyata keçirilməsinə imkan verməyib. Devalvasiya ilə əlaqədar banka dəymiş 197 mln. manat zərərə görə də Abbasovun təqsiri araşdırılmalıdır.
 
4. Maliyyə Bazarlarına Nəzarət Palatası, habelə şəxsən onun Direktorlar Şurasının sədri Rüfət Aslanlı və baş icraçı direktoru İbrahim Alışov, habelə bankın sağlamlaşdırılması dövründə İdarə Heyətinin sədri olmuş Xalid Əhədov. Bu şəxslər bankın 2016-cı ilin may-sentyabr aylarında həyata keçirilmiş “sağlamlaşdrma” proseduruna görə suçludurlar. Belə ki, həmin prosedur Nazirlər Kabinetinin qərarı və planı olmadan aparıldığı üçün qanunsuz olub. Daha sonra, Ləğv Planında birbaşa qeyd olunur ki, bu prosedur uğursuz olub və bank əlavə iri itkilərə məruz qalıb. Üstəlik Mərkəzi Bankın həmin dövrdə banka ayırdığı 115 mln. manatın taleyi müəmmalıdır.
 
Ə. Həsənov deyib ki, Azərbaycan məhkəmələri iddiaları təmin etmədiyi təqdirdə əmanətçilər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədirlər.
 
Xeber.İnfo

Bu gün Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib.

 

Xeber.İnfo-nun məlumatına görə, prezident İlham Əliyev və prezident Həsən RuhaniNeftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıbar.

Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub.

 

Daha sonra Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın sərmayə yatırdığı İranın Astara Yük Terminalına dair videoçarx nümayiş etdirilib.

Xeber.İnfo

“Bu gün imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşibdir. İllər boyu əməkdaşlıq üçün potensial və imkanlar mövcud olmuşdur. Bu imkanlar hər iki xalqın mənafeyinə xidmət etmişdir. İki ölkə arasındakı qarşılıqlı etimad indi daha da artmışdır. İki ölkə arasında müştərək işlər çoxalıb. İki xalq və iki dövlət şahid olublar ki, əməkdaşlıq nə qədər faydalı və bəhrəlidir. Bu gün belə qərara gəlmişik ki, bu əməkdaşlıq tellərini daha da möhkəmləndirək. Bu əməkdaşlıq bu gün və sabah üçün deyil, bəlkə də iki ölkənin tarixi üçün yadda qalacaq əməkdaşlıq olacaqdır”.

Xeber.İnfo xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

“Möhtərəm Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu gün imzalanan sənədlər də tarixi sənədlərdir. İki xalqın mənafeyinə, bütün bölgənin və eləcə də bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir. Tranzit məsələsinə gəldikdə isə, Şimal–Cənub dəhlizi İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə birləşdirir, eləcə də Şimali və Şərqi Avropanı. Bu, onu göstərir ki, Şimal-Cənub nəqliyyat dəhlizi nə qədər böyük əhəmiyyət daşıyır. İki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərarı dövlətlərimizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir. Xəzər dənizində bizim çoxlu birgə mənafelərimiz vardır. Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar”.

H.Ruhani deyib ki, iki dövlətin qarşılıqlı sərmayə qoyuluşu barədə qərarları, həm Astara-Astara layihəsinə, həm də sabah açılışı olacaq avtomobil istehsalı müəssisəsinə sərmayə qoyuluşu göstərir ki, ölkələrimizin geniş əməkdaşlıq üçün güclü iradəsi var: “Gələcəkdə dərman istehsalı, səhiyyə və enerji mübadiləsi sahələrində əməkdaşlığımızı genişləndirə bilərik. Enerji, turizm sahələrinə və digər sahələrə kapital qoyuluşu ilə əlaqədar əməkdaşlıq edə bilərik. Bu, onu göstərir ki, qarşılıqlı mənafe və ortaq proqramların icrası müstəvisində birgə addımlar ata bilək. İki prezidentin və iki dövlətin bu gün qəbul etdiyi qərarların icrası üçün ciddi səylər göstərilməlidir. Banklar arasında əməkdaşlıq qarşımızda duran əsas məsələlərdən biridir. İki ölkənin müştərək komissiyası çalışmalıdırlar ki, bu sahədə əməkdaşlıq yaxşılaşsın. Biz iqtisadiyyat, həmçinin maliyyə və pul mübadiləsi sahələrində əlaqələrimizi genişləndirə bilərik. İkinci məsələ yaxşı ticari əlaqələrin qurulmasıdır. Yəni, azad ticarətin bərqərar olması üçün belə qərara gəlindi ki, müştərək komissiya fəaliyyətini gücləndirsin. Bununla da iqtisadiyyat və ticarət sahələrində əlaqələrimizi genişləndirə bilək. Turizm sahəsində yaxşı addımlar atılmışdır. İndi onun şahidiyik ki, hər iki tərəfdən yüz minlərlə insan bir-birinin ölkələrinə səfər edir. Bu da göstərir ki, bölgədə böyük və tarixi olan iki ölkə arasında yaxın əlaqələr var. Regional və siyasi müstəvidəki məsələlər, həmçinin elm, texnologiya sahəsində əməkdaşlıq üçün hər iki ölkənin iradəsi mövcuddur”.

İran prezidenti qeyd edib ki, bölgədəki məsələlər siyasi yolla həllini tapmalıdır: “Biz bu qənaətdəyik ki, Yəməndəki problem siyasi yolla tənzimlənməlidir və hərbi yolla həll olunmamalıdır. Belə düşünürük ki, Suriya məsələsi də siyasi vasitələrlə həll yollarını tapmalıdır. Bununla əlaqədar bölgədəki ölkələrin göstərdiyi səylərlə bağlı Azərbaycanın və İranın baxışları eynidir. Biz belə düşünürük ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir. Bizim bugünkü iclasdakı və gələcək üçün istəyimiz müştərək mənafelərimizin, dövlətlərimiz və dünya üçün Azərbaycan və İran xalqları arasındakı əlaqələrin və iki dost dövlət arasındakı səmimi münasibətlərin gücləndirilməsidir”.

Xeber.İnfo

EE0ACF15 7EDB 4917 9A72 1DB20E8202C6 w650 r0 sBu yazıda siz Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qanunsuz yollarla əldə etdiyi mülk və ticarət obyektlərinin (şəkilləriylə birlikdə) bir qismi ilə tanış olacaqsınız. Jurnalistlərə mənzil verilməsiylə bağlı bina tikintisi zamanı büdcədən ayrılan vəsait yeyintisindən ən çox Əli Həsənov bəhrələnib. Şəkillərdən də görəcəyiniz kimi təhsil və mətbuat sektorundan biznes kimi istifadə edən Əli Həsənovun təhsildə rüşvətin çiçəklənməsində və mətbuat reketçiliyində rolu böyükdür.Beləliklə başlayırıq.
hesenov1Bu şəkildə gördüyünüz Beynəlxalq Mətbuat Mərkəzi və 103.3 fm dalğasındakı Araz Radiosunun da əmlakı və bütünlükdə şirkət Əli Həsənova məxsusdur. Yenə də ortaya çıxan bir sual var. Əli Həsənov bu radionu və əmlakı hansı yolla əldə edib?
Hakim ailənin nəzarətindəki media orqanları xaric, bütün ölkə mətbuatına nəzarəti Ramiz 
Mehdiyev – Əli Həsənov cütlüyünün keçirdiyi artıq bir faktdır. Ölkədəki bir çox media qurumu və hətta televiziyaların nəzarəti Əli Həsənova tapşırılıb.hesenov3

Kaspi Təhsil Mərkəz. Çoxunuza bu ad tanışdır. Bəli, bu binanın və mərkəzin sahibi də məhz Əli Həsənovdur.
Bakının bir çox yerində filialları olan Kaspi Təhsil Mərkəzinin sahibi olan Əli Həsənov yəqin ki, bu binaları hansı yolla əldə etməsi barədə suala cavab verməkdə çətinlik çəkəcək.
Mətbuat prospektində baş ofisi yerləşən Kaspi Təhsil Mərkəzinin Bakı şəhərində əlavə 4 filialı fəaliyyət göstərir. Yasamal, Nərimanov, Xətai və Əhmədli filialları
Sual ortaya çıxır ki, sadəcə əmlak dəyəri milyonlarla AZN dəyərində olan bu binalar hansı yolla əldə edilib. Kaspi Təhsil Mərkəzi də öz fəaliyyəti zamanı dövlət büdcəsinə vergidən yayınmaqla məşğuldu.Jurnalistlərə verilən ev kurasiyasını əlində saxlayan Əli Həsənovun bu layihədən əldə etdiyi qeyri-qanuni vəsaitlərlə özünə tikdirdiyi başqa bir mülkühesenov7
Əli Həsənovun özünə tikdirdiyi bağ evinin möhtəşəmliyi, əslində jurnalistlər üçün tikilən və tikiləcək binalara dövlət büdcəsindən ayrılan vəsaitinin yeyinti həddini göstərir.
Büdcədən oğurlanmış pullarla tikilən klinikanın öz fəaliyyəti zamanı büdcədən vergi qaçırması bəlkə də normal haldır.hesenov8
Mənşəyi bəlli olmayan vəsaitlərlə əldə edilən bu klinikanın fəaliyyəti də bir o qədər bəlli deyil.
Əli Həsənovun qanunsuz yollarla əldə etdiyi daha bir bina mülkü.
Burada yayılan şəkillər maddi sübut kimi ələ alınaraq Əli Həsənovun bu mülkləri hansı yolla əldə etdiyi araşdırılmalı və dövlət vəsaitini mənimsəməklə bağlı haqqında cinayət işi açılmalıdır.
Mövzu ilə bağlı araşdırmamız davam edəcək

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair sosial şəbəkələrdə irəli sürülən iddialara münasibət bildirib.

Ə. Həsənov APA-ya açıqlamasında bildirib ki, son günlər bəzi mənfi reputasiyaya malik internet saytları və “Facebook” istifadəçiləri onun prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair məqsədli şəkildə əsassız və spekulyasiya xarakterli iddialar yayır.

“Bildirirəm ki, martın 21-də İctimai televiziyada prezidentliyə namizədlərin üçüncü teledebatına baxdıqdan sonra martın 22-də günorta saatlarında Hafiz Hacıyevlə əlaqə saxlamışam. Onun diqqətinə çatdırmışam ki, teledebatın əvvəlində aparıcı mövzuya uyğun danışmağı xahiş edir, Seçki Məcəlləsinin tələblərinə riayət etməyin zəruriliyini xüsusi vurğulayır.

 Bu mənada, məqsədli şəkildə bəzi vəzifəli şəxslər, o cümlədən də mənim haqqında müsbət fikir bildirilməsi, bir sıra dövlət orqanları rəhbərlərinin isə tənqid olunması yaxşı hal deyil və cəmiyyət tərəfindən pis qəbul olunur. Ondan xahiş etmişəm ki, çıxışlarında bu tipli subyektiv mülahizələrlə ictimai rəyi çaşdırmasın. Bundan başqa Hafiz Hacıyevlə mənim aramda hər hansı məsələ ilə bağlı fikir mübadiləsi və ya müzakirə aparılmayıb”, – Ə. Həsənov deyib.

1522241772 5Hüquqşünas Ələsgər Məmmədli meydan.tv-yə açıqlamasında hazırki prezidentin köməkçisinin prezidentliyə namizədə zəng edib istiqamət verməsini seçkiyə inzibati müdaxilə kimi dəyərləndirib.

"Qanunvericilik onun namizədlərə belə tövsiyə verməsini qadağan edir. Ə.Həsənov inzibati institutun rəhbəri olaraq çox önəmli funksiyanı həyata keçirən bir tərəfin, daha doğrusu, hakimiyyətin icra strukturlarına rəhbərlik edənin köməkçisi olaraq Hafiz Hacıyevə zəngi seçki prosesinə müdaxilə sayılmalıdır”.

Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Prezident seçkilərində ümumilikdə 8 şəxsin namizədliyi qeydə alınıb. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir. Habelə Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Hazırda seçkilərdə təşviqat mərhələsidir.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Ancaq rəsmilər bəyan ediblər ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

Azərbaycan prezidenti olmaq istəyən namizəd evdə qalmış xanımların problemlərini həll edəcəyinə söz verdi.

Bu sözləri prezidentliyə namizəd Razi Nurullayev deyib

Razi Nurullayev deyib ki, hakimiyyətə gələrsə yeni İslam modelini tətbiq edəcək:

“Azərbaycanın mental xüsusiyyətlərinin təsiri nəticəsində çoxsaylı ailə qura bilməyən qadınlarımız var. Fiziki məhdudiyyəti ucbatından və ya digər səbəblərdən ailə qura bilməyən xanımlarımızın da sayı az deyil. Bizim yeni İslam modelimiz bu məsələləri həll etmək üçün əsaslara malikdir.

Xanımlarımız gözəldir və xoşbəxt olmaq onların haqqıdır. İslam dini də bu təbliğ edir. Bununla bağlı geniş konsepsiyamız var, təqdim edəcəyik”.

Çərşənbə, 28 Mart 2018 00:00

Ruhani Azərbaycana gəldi

Yazan

Türkmənistanda rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani görüşlərini bitirərək Azərbaycanın paytaxtı Bakıya səfər edib.

Xeber.İnfo xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərinə gedən Ruhani rəsmi təmaslarının ardından bu gün səhər Mərv şəhərində bəzi tarixi yerləri ziyarət edib.

Dünən Ruhaninin türkmən həmkarı ilə keçirdiyi təkbətək danışıqlar sonrası heyətlər arası görüşlər baş tutub və daha sonra İran və Türkmənistan arasında 13 əməkdaşlıq sazişi imzalanıb.

Prezident Ruhaninin Azərbaycan səfəri prezident İlham Əliyevin rəsmi dəvəti əsasında gerçəkləşib.

H.Ruhanini Azərbaycanın rəsmi şəxsləri və Bakıdakı İran diplomatları qarşılayıb.

H.Ruhani Azərbaycan rəhbərliyi ilə görüşəcək və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.

Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

16 -dən səhifə 187