Saturday, April 21, 2018

"Qətərin paytaxtı Dohada baş tutan görüşdən öncə son anda bəzi iştirakçıların mövqeyini dəyişməsi neft hasilatının dondurulması ilə bağlı razılığın əldə olunmasına əngəl törətdi".

Bu barədə NTV telekanalına müsahibəsində Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Nazir bildirib ki, söhbət Səudiyyə Ərəbistanından və bəzi Fars körfəzi ölkələrindən gedir: "Onlar təklif etdi ki, neft hasilatının dondurulması ilə bağlı təşəbbüsə mütləq şəkildə görüşdə iştirak etməyən ölkələr də qoşulsun. Söhbət İran və Liviyadan gedir".

Xatırladaq ki, ötən gün baş tutan 6 saatlıq görüşdə neft hasilatının "dondurulması" ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

Ermənistanın ədliyyə general-mayoru, Qanunların Baş İcbari İcraçısı Miqran Poqosyan istefa verib. 
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni general adı ofşor qalmaqalında hallandığı üçün istefa verdiyini açıqlayıb. O, öz adının ofşorda hallandığından təəssüf etdiyini dilə gətirib.
Qeyd edək ki, “Panama Papers”in yaydığı sənədlərdə Miqran Poqosyanın da adı adı çəkilir. Poqosyanın adının 2011-ci ildən bəri Panamada qeydiyyatdan keçmiş üç şirkətlə bağlı olduğu bildirilir. 

Aprelin 16-da Qaradağ rayonu ərazisindəki göldə batan 22 yaşlı Kənan Muradov tələbə imiş. 

Bu barədə AzNews.az-a Bakı Avrasya Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfayət Əliyev məlumat verib. Onun sözlərinə görə, mərhum Avrasiya Universitetinin 3-cü kurs tələbəsi olub: “Universitetimizdə fəaliyyət göstərən “KVN-ART” klubunun ssenaristi, həmçinin Tələbə Gənclər Təşkilatının fəallarından idi. Hadisə universitet rəhbərliyini üzdü. Bu gün səhər-səhər şəxsən özüm orada olmuşam. Hadisə ilə bağlı müəmmalı fikirlər var. Kənan çox cəld və çevik oğlan idi. Tələbə yoldaşları da təsdiq etdi ki, o, üzməyi çox yaxşı bilirmiş”. 

Ş.Əliyev əlavə edib ki, hadisə yerində olarkən əslən Zərdabdan olan qayıqçı izahat verdikdən sonra yoxa çıxıb:“Kənanın nəşi bu gün səhər saatlarında təxminən 9-10:00 arası aşkar edilib. Mənə verilən məlumata görə, Kənan Muradovun ölümündə şübhəli məqamlar çoxdur”. 

Ş.Əliyev hazırda hadisə ilə bağlı cinayət işinin açıldığını vurğulayıb: “İzahat verənlər hadisənin saat 6-da baş verdiyini deyib. Amma Kənan Muradov saat səkkizdə status paylaşıb”.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Muradov Kənan Cəlal oğlu aprelin 16-da Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki göldə batıb. Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirliyin qarşısında aksiya: Şikayətçilər rayonlardan Bakıya gəldi

Bü gün günorta saat 14.30 radələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında çox sayda şikayətçi toplanıb.

Bölgələrdən gəldiklərini deyən şikayətçilər sosial müavinət almaqda problemlərlə qarşılaşdıqlarını bildiriblər.

Nazirliyin qarşısına polis əməkdaşları cəlb edilib. Hələlik şikayətçiləri dinləmək üçün nazirliyin heç bir rəsmi nümayəndəsi gəlməyib.(cəbhə.info)

Bazar ertəsi, 18 Aprel 2016 00:00

4 saylı internatda maliyyə maxinasiyaları

Yazan

Direktor Vəfa Seyidova müəllimə, tərbiyəçi və xadimələri işə hansı «şərtlər» əsasında qəbul edir? 

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlara dövlət qayğısı ildən-ilə artmaqdadır. Belə ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulan internat məktəbləri əsaslı şəkildə təmir olunur, müasir avadanlıqlarla təchiz edilir və onların burda rahat yaşamaları üçün hər cür şərait yaradılır. Üzülərək qeyd etmək istəyirik ki, bəzi internat məktəblərində cərəyan edən xoşagəlməz hadisələr ciddi problemlərin meydana çıxmasına rəvac verir. Xəzər rayonunda yerləşən 4 saylı Respublika Xüsusi İnternat məktəbində də acınacaqlı durum yaşanmaqdadır. 

AzFakt.com-a xəbər verir ki, gundelik-bakı.com-a daxil olan məlumatlara görə, direktor Vəfa Seyidova qanunları ayaq altına ataraq öz bildiyi kimi işləyir. Bu barədə az sonra geniş bəhs edəcəyik. Xatırladaq ki, bir neçə ay əvvəl vətəndaş Gülnar Ələsgərova Mətbuata müraciət edərək direktordan şikayətini dilə gətirmişdi: «2012-ci ilin oktyabrında internat məktəbinə işə düzəlmək üçün Vəfa Seyidovaya 5000 manat pul verdim. Direktor dedi ki, əvvəlcə tərbiyəçi kimi işlə, bir müddət sonra səni sinif müəllimi keçirdəcəm. Mən də buna razı oldum. Tərbiyəçi kimi 290 manata yaxın maaş alırdım. Üstündən 3 il keçəndən sonra direktora dedim ki, üç azyaşlı uşağa baxıram, aldığım əməkhaqqı xərclərimi ödəmir, söz verdiyiniz kimi məni artıq sinif müəllimi keçirdin. Direktor heç bir halda pulumu qaytarmayacağını və müəllim kimi işə düzəltməyəcəyini dedi. "Verdiyin pulu da çıxartmısan. İndi nə pul, nə də iş var. Sən mənə bata bilməzsən”-deyə cavab verdi. Direktor aidiyyəti qurumlara müraciət etdiyim üçün məktəbdə 10 nəfərin iştirakı ilə xüsusi iclas çağırtdıraraq məni də dəvət etdi. İclasda ən ağır sözlərlə əxlaqımı təhqir etdi. Ona verdiyim pulu mübahisələndirməyimin səbəbini soruşdu. 

 Halbuki, şikayətimdə ilk növbədə əməkhaqqımın 290 manatdan 240 manata salınmasına etiraz etmişdim. Çünki müəllimlərin maaşı artdığı halda, mənimkini 50 manat azaltmışdılar. Eyni vəziyyət 5-6 tərbiyəçiyə də şamil olunmuşdu. Şikayət etməyim onu necə özündən çıxartmışdısa, üstümə cumdu, boğazımdan tutdu və mən arxası üstə stula yıxıldım. Tərbiyəçilər direktoru tutdular ki, mübahisə yaranmasın. O, mənim üstümə gəlsəydi, yəqin ki, özümü müdafiə edərdim. Ancaq mənə xəsarət yetirən o oldu, bununla bağlı əlimdə ekspertiza rəyi də var». Qeyd edək ki, 4 saylı internatın direktoru işçisinin bu ittihamlarına cavab olaraq özünümüdafiə açıqlaması verdi. Təəssüflər olsun ki, Gülnar xanımın göstərdiyi faktların heç biri araşdırılmadı. Cəzasızlığın nəticəsidir ki, bu gün Vəfa Seyidova 4 saylı internat məktəbində özbaşına işlərlə məşğul olur. Etibarlı mənbənin bildirdiyinə əsasən direktor bura ayrılan yardımları, o cümlədən büdcə vəsaitlərini şəxsi əmlakı kimi istifadə edir: «İnternatda təhsil alan uşaqlara dövlət qayğısı yüksəkdir, amma direktorun diqqəti çox aşağıdır. O hər vasitə ilə internata dövlətin və imkanlı iş adamlarının ayırdığı vəsaitləri, ərzaq yardımlarını mənimsəməyə çalışır. 4 saylı internat məktəbi sanki Vəfa xanımın özəl mülküdür. Direktor işə qəbulu da özünəxas «qaydalar» əsasında aparır. Kim onun «şərtləri» ilə razılaşırsa, müəllimə, tərbiyəçi, xadimə vəzifəsinə düzələ bilir». Vəfa Seyidovanın törətdiyi qanuna zidd işlərin sənədləri və «ölü can»ların siyahısı da redaksiyamıza təqdim olunub. Yaxın günlərdə bu internatda baş verən qandondurucu hadisələrlə bağlı araşdırma yazısı yayımlayacağıq. Bizi izləməyə davam edin. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Komitə sədri ölkənin yarısını "özəlləşdirib”, siyahıda onlarla zavod, fabrik, torpaq sahələrinin adları var

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmlaklarının ilkin siyahısı yayılıb. Arqument.Az xəbər verir ki, bu barədə miq.az saytı məlumat yayıb.
Sayt sual edir ki, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın təsdiq edilməsi barədə Tədbirlər Planı mövzusunda rüblük, yarımillik, illik hesabatlarda, kollegiya iclaslarında odlu-alovlu danışan K.Həsənov görəsən DƏN-ə işə qəbul olunandan sonra aldığı saysız –hesabsız mənzilləri, torpaq sahələrini, obyektləri hansı vəsaitlə əldə edib?
K.Həsənov həmyerlisi, ona karyerada qalxmağa kömək etmiş F.Əliyevdən fərqli olaraq, Bakı şəhərinin mərkəzindən uzaq, şəhər ətrafında yerləşən, gözə çarpmayan müəssisə və obyektləri ələ keçirməyə daha çox üstünlük verir. Ona birbaşa və dolayısı ilə məxsus olan torpaq və qeyri yaşayış sahələrinin tam olmayan siyahısını oxuculara təqdim edirik:
1. Xəzər rayonu Şüvalan qəsəbəsi, A.İldırım küçəsi 39 ünvanındakı rayon maliyyə şöbəsinin köhnə 2 mərtəbəli binası. Tikilialtı sahəsi 600 kv.m, torpaq sahəsi 1156 kv.m.
2.Xəzər rayonu Şüvalan qəsəbəsi, Şimal DRES-in uşaq bağçası. Tikilialtı sahə 800 kv.m, torpaq sahəsi 3000 kv.m.
3.Suraxanı rayonu Hövsan qəsəbəsi, Yardımçı təsərrüfat. Tikilialtı sahə 1300 kv.m, torpaq sahəsi 47000 kv.m.
4.Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəniz yolu. Məmmədov Umudəli Ramazan oğlunun adına rəsmiləşdirilib .Tikilialtı sahə 220 kv.m, torpaq sahəsi 8400 kv.m.

5.Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 42 ünvandakı qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 150 kv.m, torpaq sahəsi 1300 kv.m. Binnətov Zəbullanın adına rəsmiləşdirilib.

6. Xəzər rayonu Şüvalan qəsəbəsinin cənub–şərq hissəsində Maşınqayırma Pansionatının yarımçıq tikilisi. Tikilialtı sahə 600 kv.m, torpaq sahəsi 127022 kv.m. Rəsmiləşdirilib Davudov Yusif Abdulhəmid oğlunun adına.

7.Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri –yaşayış sahəsi. Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.

8.Sabunçu rayonu Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, 3 ünvanda qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 1200 kv.m, torpaq sahəsi 23500 kv.m. Mustafayev Azad Niyazi oğlunun adına rəsmiləşdirilib.

9.Xəzər rayonu Gürqan qəsəbəsi, Dənizkənarı tikili. Tikilialtı sahə 550 kv.m, torpaq sahəsi 50000 kv.m.

10.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.İldırım küçəsi "Aqro” kooperativinin və Su doldurma məntəqəsinin yanında. Tikilialtı sahə 2000 kv.m, torpaq sahəsi 58000 kv.m.

11. Xəzər rayonu Buzovna yolu, Mərdəkandan Buzovnaya gedəndə sol tərəfdə SMD-26-nın əmlakı və torpaq sahəsi.

12. Vişnevka dəmir yolunun yanı, Yardımçı təsərrüfat, idman sağlamlıq mərkəzi.

13.Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 a keçmiş Keyfiyyət Evi. Tikilialtı 960 kv.m, torpaq sahəsi 3000 kv.m. İsmayılov Ramazan İslam oğlunun adına rəsmiləşdirilib.

14. Xəzər rayonu Şüvalan qəsəbəsi, bağlara gedən təzə yolun üstündə. Tikilialtı sahə və torpaq sahəsi 5000 kv.m. Donuzçuluq və heyvandarlıq yardımçı təsərrüfatı.

15.Xətai Mexanizasiya ASC-nin nəzarət səhm zərfi.

16.Bəhrəmtəpə Qum-Çınqıl ASC-nin nəzarət səhm zərfi.

17.Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Bakı şəhər yol polisinin keçmiş ərazisi.

18.H.Zərdabi küçəsində Ticarət Nazirliyinin keçmiş qarajının yerində hündür mərtəbəli binaya şərikliyi (Papanin körpüsünün yanı.)

19.H.Ələskərov küçəsi 6-12 ünvanında hündür mərtəbəli binaya şərikliyi.

20. Nizami rayonu 8-ci km bazarı.

21.Kənar şəxslərin adına rəsmiləşdirilən Nərimanov və Səbail rayonundakı villa və mənzillər. H.Hacıyev küçəsindəki 2 mənzili, Qubada, Şamaxıda, Qəbələdəki villaları, Bigəhdəki bağ evi və s.

Qaçqınlarla İş üzrə Dövlət Komitəsi (Qaçqınkom) sözün həqiqi mənasında həm büdcə pullarını talan edir, həm də şıdırğı mənzil alverinə girişib. 
Qaynarinfo.Az politika.az-a istinadla xəbər verir ki, bu yaxınlarda qurumun nümayəndələri Qazax rayonunda Qarabağ əlilləri və məcburi köçkünlərə mənzil paylayarkən, daha bir qalmaqala səbəb olublar.
Belə ki, rayonun Qazaxbəyli kəndində inşa edilmiş binalardan mənzil verilənlərin çoxu xeyli imkanlı adamlar olublar. Məcburi köçkünlərə isə səslərini çıxarmasınlar deyə 1 və ya 2 otaqlı mənzillərdən paylayıblar.
Lakin məsələ bu qədər sadə də deyil. Komitə sədri Əli Həsənovun nümayəndələri açıq şəkildə mənzilləri satışa çıxarıblar. Elə bu səbəbdəndir ki, Ağdam və digər rayonlarda yeni tikililərdən təkcə məcburi köçkünlərə deyil, həmçinin yerli məmurlara da az mənzil çatmayıb.
Təqdim edəcəyimiz siyahıdan da aydın görəcəksiniz ki, vəziyyət çox dramatikdir. Çünki məcburi köçkünlərə çatmalı olan mənzillər məmurlara verilib. O məmurlara ki, hərəsinin bir neçə mənzili var və yenisinə qətiyyən ehtiyacları yoxdur.
– Ağdam rayonunun sabiq prokuroru, hazırda Qaxda eyni adlı vəzifəni daşıyan İslam Qasımov. Bu şəxs Ağdamdakı yeni qəsəbədə evlə təmin olunub.
 – Tərtər Məhkəməsinin sabiq hakimi, əslən ağdamlı olan şəxs də evlə təmin olunub.
– Ağdam Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Qara həkim də başqalarından geri qalmayıb. O da «Qaçqınkom» tərəfindən mənzillə təmin edilib.
– Ağdam rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, rayon Maliyyə Şöbəsinin sabiq rəisi Elşad Əhmədov. Bu şəxs də Qasımbəyli kəndindəki evlərdən birinə sahib çıxıb.
– Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımov. Əli Həsənov ona da mənzil peşkəş edib.
– Ağdamın təhsil şöbəsinin sabiq müdiri Elmira Şükürova. Bu şəxsin Bakıda bir neçə evi var. Bərdədə villası, Gəncədə isə topdağıtmaz əmlaka malikdir. Amma «ehtiyac» üzündən «Qaçqınkom»dan da «dar günü» üçün bir ev alıb.
– Arzu Rəhimova. Ağdam icra başçısının müavini olan xanım Rəhimovanın Bakıda, Bərdədə evləri olduğu halda, Qaçqınkom ona yeni tikilən qəsəbədə daha bir mənzil hədiyyə edib. Və bu da belə əsaslandırılıb ki, guya, qaçqınlıq həyatı yaşayan icra başçısının müavininin evə ehtiyacı var.
– Ağdamda yüksək vəzifədə çalışan Hafiz Əzizadə də komitə sədrindən mənzil alıb. Bu məmurun da Bakıda və Bərdədə bir neçə evi var və başqalarının işlətməsinə verdiyi obyektləri mövcuddur. Və bunun üzərindən «imkansız» məmura daha bir ev də verilib ki, sərvətinə sərvət qata bilsin.
– Bir başqa mənzil sahibi olmuş şəxs Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayevadır. Bakıda və Bərdədə evləri olan Laura xanımın Quzanlıdakı Təzə qəsəbədə də mənzil sahibi olması hamını təəccübləndirib. Çünki direktorun olmayan bir şeyi yoxdur.
– Ağdam Uşaq Xəstəxanasının həkimi Həqiqət Süleymanova da «ehtiyac içində» yaşayanlar kateqoriyasına şamil edilib. Baş həkim Bərdə və Bakıda mənzillərə sahibdir. İmkanları da xeyli çoxdur. Amma o da digər məmurlar kimi, Əli Həsənovun mənzili ilə təltif olunub və ona təzə qəsəbədə yeni ev verilib.
Göründüyü kimi, "Qaçqınkom"un sədri əslində, ehtiyac içində olan, uçuq daxmalarda yaşayan məcburi köçkünləri siyahıda birinci etməli olduğu halda, məmurları önə çıxarıb. 

Bazar ertəsi, 18 Aprel 2016 00:00

Bakı bazarlarında leş biznesi - FOTO

Yazan

Son aylar mətbuatda tez-tez tonlarla ölmüş heyvan cəmdəklərinin, xəstə mal və at ətinin paytaxta gətirilərkən saxlanması haqqında məlumatlar yayılır. Lakin bu ətlərin haraya aparıldığı və kimlər tərəfindən sifariş verildiyi haqqında məlumat verilmədiyi kimi, ciddi araşdırma da aparılmır. Lakin heç kimə sirr deyil ki, adətən belə ətlər kolbasa sexlərinə və dönərxanalara verilir. Mənşəyi bilinməyən ətlərin insan orqanizminə nə dərəcədə zərərli olduğu isə hamıya bəllidir. Buna baxmayaraq, belə xoşagəlməz hallara paytaxt bazarlarında tez-tez rast gəlinir. 

Leş alverçiləri ət satışını aşkar deyil, gizli yollarla həyata keçirirlər. Bu cür ətlər əsasən, rayonlardan gətirilir. Ət “alverçiləri” rayonlara gedərək ölmüş, qoca, xəstə heyvanları kəsib, paytaxt ərazisində dönərxanalara, kafelərə, kolbasa sexlərinə satırlar. Belə ətlərin qiyməti isə 1-3 manat civarında dəyişir. 

Musavat.com-un müxbiri bu mövzunun izi ilə Bakı bazarlarında ucuz ət axtarışına çıxıb və önəmli faktların şahidi olub.

“Təzə bazar”a üz tutub, “dönərlik ət” axtarışına çıxdım və bazarda ucuz ət satanları tapmaq üçün özümü alverçi kimi təqdim etdim. Bir neçə piştaxtaya yaxınlaşıb, ucuz ət axtardığımı dedim. Qəssabların diqqətli və narahat baxışları şübhələrimdə yanılmadığımı göstərirdi.

3-4 qəssabdan “bizdə yoxdur” cavabı eşitdikdən sonra nəhayət ki, “qəhraman”ımı tapdım. Özümü dönərxana işlədən sahibkar kimi təqdim edərək, asta səslə “dönərlik nəyin var, dayı” deyə, soruşdum. 55-60 yaşlı Anar adlı şəxs (ad şərtidir) bir qədər də mənə yaxınlaşıb, sakitcə necə ət istədiyimi soruşur. Dönərxana üçün ucuz ət istədiyimi bildirirəm. Bir anlıq məni süzüb, açıq danışmağımı istəyir. Kiloqramı 2-2,5 manata dönərlik mal əti istədiyimi deyirəm. 

O isə indi o qiymətə ət olmadığını və bazarda belə qiymətə ət tapa bilməyəcəyimi deyir: “Sən bunu bir neçə ay öncə desəydin, ala bilərdin. İndi sən dediyin ətlərin də qiyməti bahalaşıb. Əvvələr ölü heyvanların ətini kəndlidən 1 manatdan alırdım. İndi leş əti də qalxıb. Camaat ölü heyvanını da baha satmaq istəyir. Gündəlik sənə nə qədər ət lazımdır? 60 kiloqram ət verərəm, ancaq 3 manata, 3 manat 50 qəpiyə... Gündəlik müştərim olsan, qiyməti bir az aşağı da eliyərəm”.

“Qəhraman”ım deyir ki, bu ətləri özü çox vaxt 2 manat 80 qəpikdən, 3 manatdan alır. 3 manat 50 qəpiyə satır ki, özünə də nəsə qazanc qalsın: “Yol puluna, əziyyətimə, riskimə görə gərək, mən də 50-60 qəpik qazanım”. 

Həmsöhbətim deyir ki, əvvəl 1-1.5 manata olan ətlər indi 2-3 manatadır: “Əvvələr müştərilərim var idi, tonlarla ətin kiloqramını 1 manatdan alıb, sexlərə 2 manatdan satırdım. İndi elə söhbət yoxdu. Ölü, xəstə heyvanın ətini qapıda 2 manat, 2.50 qəpikdən satırlar. Həm də bir az təhlükəlidir. Bu yaxınlarda nə qədər adamı saxlayıblar. Ona görə son aylarda ət gətirənlər də azalıb. Hökümət güclü nəzarət edir. Amma yenə də gizli yolla sexlərə, dönərxanalara verirlər. Sexlər yalvarır ki, ət gətirin. Bəs, kolbasalar nədən hazırlansın?”

Paytaxt ərazisində bir neçə dönərxanaya da baş çəkdik. Dönərxanada dönərçi işləyən Aqşin adlı şəxslə həmsöhbət olduq. 

O, belə hallara çox rast gəldiyini dedi: “3 ildir ki, “28 May” metrostansiyasının ətrafında dönərçi işləyirəm. Bir neçə dəfə ət dəllalları 3-4 manatdan ucuz ət təklif ediblər. Lakin müdiriyyət qəbul etməyib. Dönər üçün təzə ətin kiloqramını topdan 6-7 manata alırıq. Əgər bu qiymətdən aşağı ət olarsa, deməli, xəstə və yaxud ölmüş heyvanın ətidir”.

Bazarda ətlərin qiymətinin fərqli olması heyvanın yaşı və cinsi ilə bağlıdır. Misal üçün əldən düşmüş, yaşlı heyvanları ölməmiş kəsirlər. Onların ətləri dana əti ilə müqayisədə bərk olur və gec bişir. Lakin görüntü baxmından heç nə ilə fərqlənmir. Yaxşı əti seçmək üçün gərək müştəri təcrübəli olsun. Təssüf ki, bu gün də bazarlarda, yarmarkalarda bu cür ətlərə rast gəlirik. Bakı bazarlarında bəzi yerlərdə ət 5 manat, bəzilərində isə 8 manata satılır. Arasında bu fərq isə heyvanın  yaşı və ətin keyfiyyətinin sübutudur.

Onu da deyək ki, paytaxtdan fərqli olaraq rayonlarda leş əti satmaq adi hala çevrilib. Kəndlərdə heyvan ölən zaman dərhal qəssablara xəbər verilir ki, kolbasalıq leş əti var, gəlin alın. Qəssablar da belə fürsəti əldən vermir, ölü heyvanın ətini daha ucuz qiymətə alıb, qazanc əldə edirlər. 

Kəndli onsuz da murdar olmuş heyvanını satmaq üçün qəssabın verdiy istənilən pula razılaşmalı olur. Elə vaxtlar olur ki, ətin kiloqramını 50 qəpikdən belə hesablayırlar. Və yaxud gözəyarı qiymət deyib, alver edirlər. Aldıqları əti isə sexlərə, dönərxanalara verirlər. 

Aşağıda təqdim etdiyimiz səs yazısı isə müxbirimizin leş əti satan satıcı ilə söhbətindəndir. Bu faktlar göstərir ki, təhlükədən heç birimiz sığortalanmamışıq.(musavat.com)

 

Milli Məclisin deputatı, "AVROMED” şirkətinin təsisçisi Cavanşir Feyziyev barədə redaksiyamıza ilginc informasiya daxil olub

İnformasiyaya görə, Milli Məclisin deputatı Cavanşir Feyziyev Zağulba-Buzovna yolunun kənarında özünə şahlara məxsus malikanə tikdirir.

 4 hektarlıq ərazidə inşa edilən malikanədə işlər artıq tamamlanmaq üzrədir. Dənizə gözəl panoraması olan malikanədə müasir üzgüçülük hovuzu, sport zal, futbol meydançasının olduğu deyilir.

Məlumata görə, deputat mülkün ərazisini aldığı ilkin vaxtlarda ərazi heç də 4 hektar olmayıb. Malikanəyə qonşu olan "nisbətən kasıb” insanlara evləri üçün real bazar qiymətindən ikiqat artıq vəsait ödənilib. Məsələn, məlumatda deyilir ki, deputat qonşuluğunda 90 kvadratmetrlik bir mərtəbəli türk vətəndaşına məxsus evə 250 min manat ödəyərək buldozerə verdirib torpağı həyətinə qatmışdır.

Məlumata görə, mülkün ümumi hasarının tikintisinə və fasadının ağlayına yarım milyona yaxın pul xərclənib. Yüz metrlik giriş məsafəsində mühafizəsi olan malikanənin bütün ərazisi video kamera nəzarəti altındadır.

Qədim Moğol memarlığının Tac-Mahal üslübunda inşa edilən malikanənin fasad hissəsinə ağ mərmərdən istifadə olunub. Məlumata görə, bu mərmərlər qonşu İran, Türkiyədən yox, birbaşa Sakit Okeandan-Yapon dənizindəki adalardan çıxarılan ağ mərmərlərdi.

Deyilənə görə, malikanənin fasad hissəsinin ağ mərmərlər üzlənməyi deputata ikiqat baha başa gəlib. Belə ki, ilk partiyada bütün mərmərlərdə paslı nöqtələr və xəttlər aşkarlanıb. Aşkar olunan deffektlərə görə, bütün mərmərlər geriyə - Yaponiyaya qaytartdırılaraq əvəzinə daha saf və keyfiyyətli mərmərlər gətizdirilib.

Ancaq bundan sonra da deputatın malikanədə bir problemi qalır. Belə ki, malikanənin ərazisindən "Azərenerji”yə məxsus yüksək gərginlikli xətt keçir. Yüksək gərginlikli elektrik xəttinin malikanənin ərazisindən sökülərək yerinin dəyişdirilməsi üçün əvvəllər "Azərenerji” ilə deputat "razılaşma” əldə etsə də sonradan bu "razılaşma” pozulub. Yüksək gərginlikli elektrik xətti hələ də malikanənin ərazisindən keçir. Razılaşmanı hansı tərəfin pozduğu haqda bilği yoxdu.

Qeyd edək ki, Azərbaycanda dərman biznesinin təxminən 90 faizinə deputat Cavanşir Feyziyev nəzarət edir. Təsisçisi olduğu "AVROMED” şirkəti Qafqazın ən böyük dərman deposuna sahibdir. Hələ bir neçə il öncə yerli mətbuatda "AVROMED” şirkətinin Çindən keyfiyyətsiz dərmanları alaraq İran vasitəsilə Azərbaycana gətizdirib, burada isə onu üzərində Almaniyada, Rusiyada istehsal olunduğu yazılan qutulara qoyduraraq baha qiymətə apteklərə paylatdırdığı barədə məlumat getmişdi.

Əlavə edək ki, Cavanşir Feyziyev 1991-1994 -cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir.

1994-1998-ci illərdə müxtəlif beynəlxalq təşkilatlarda çalışmışdır.

1998 - 2002-ci illərdə "Planet Co. Ltd” şirkətinin təsisçisi və direktoru olmuşdur.

Məlumata görə, 2002-ci ilin oktyabr ayından hal-hazıradək "Avromed” şirkətinin və eyni zamanda Şəkidə fəaliyyət göstərən "Tour-İnvest” şirkətinin təsisçisidir. (Qlobal.az)

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bazar ertəsi, 18 Aprel 2016 00:00

Qardaş bacı qatili oldu - Dəhşət

Yazan

Bakıda qətl törədilib.

Nizami rayon Prokurorluğundan verilən məlumata görə, rayon ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlüElşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davudovanı yaşadığı evdə bıçaqlayıb. Nəticədə xəstəxanaya çatdırılan qadın orada dünyasını dəyişib.

Hadisəni törədən E. Davudov saxlanılıb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./apa/

157 -dən səhifə 177