Özünü Yunis Səfərovun həyat yoldaşı kimi təqdim edən xanım Elmar Vəliyevin vurulmasının səbəbini açıqlayıb.

Xeber.İnfo həmin videonu təqdim edir:

''Bütün siyasi və vicdan məhbuslar azad edilməyənə qədər yeni müqavilə bağlanmamalıdır''
 
Avropa Parlamenti iyulun 4-də Avropa İttifaqının Azərbaycanla yeni müqavilənin bağlanması ilə bağlı şərtlər siyahısını tərtib edib.
 
"Turan” agentliyinin məlumatına görə, qərarda deyilir ki, yeni müqavilə əsas azadlıqları, korrupsiya ilə, çirkli pulların yuyulması və vergilərdən yayınma ilə mübarizəni təmin etməlidir.
 
Danışıqlarda tövsiyələr 564 lehinə, 69 əleyhinə, 47 bitərəf olmaqla qəbul edilib.
 
Tövsiyələrə əsasən, Avropa Komissiyası və Avropa İttifaqının xarici siyasət rəhbəri gələcək müqavilənin təkcə böyük şirkətlərə deyil, Azərbaycan və Aİ vətəndaşlarına sərfəli olmasını təmin etməlidir.
 
Bundan başqa tövsiyələrdə deyilir ki, müqavilə Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşməsinin demokratiyaya hörmət, qanunların aliliyinin, yaxşı idarəçilik, insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsi fonunda olmalıdır.
 
"Azərbaycan hakimiyyəti yaddan çıxarmamalıdır ki, yeni, geniş müqavilə ölkənin Aİ-nin əsas dəyərləri və hüquqlarına əməl etmədiyi şəraitdə ratifikasiya edilməyəcək. Danışıqlar bitənə qədər Azərbaycanda bütün siyasi və vicdan məhbusları azad edilməlidirlər”, - qərarda deyilir.
 
Avroparlamentin tövsiyələrində insan haqlarının müdafiəsi, əsas azadlıqlar və dinc toplaşma azadlıqlarının təmin edilməsində Azərbaycana yardım edilməsinin vacibliyi də qeyd edilib.
 
Qərarda həmçinin icra hakimiyyətindən asılı olmayan, müstəqil məhkəmə sisteminin təmin edilməsi üçün islahatların dəstəklənməsi də qeyd edilib.
 
"İqtisadi cinayətkarlıqla, korrupsiya, çirkli pulların yuyulması, vergilərdən yayınma ilə mübarizədə konkret addımlar atılmalıdır, "Laundromat” (pulların yuyulması) işi çərçivəsində araşdırma aparılmalıdır”.
 
Tövsiyələrdə deyilir ki, bundan sonra da Azərbaycanda azad və plüralistik KİV-lərə dəstək göstərmək, onların ölkədə dominant olan siyasi və oliqarx qruplardan müstəqilliyini, Aİ standartlarına uyğun olmalarını dəstəkləmək lazımdır.
 
Avroparlamentin üzvləri ümid etdiklərini bildiriblər ki, əgər danışıqların tempi sürətlənsə və əsas şərtlər yerinə yetirilsə yeni müqavilə Aİ-Şərq Tərəfdaşlığının 2019-cu ilə nəzərdə tutulan sammitində imzalana bilər.
 
Bundan başqa deputatlar Aİ-ni Avroparlament razılıq verməyənə qədər müqavilənin qüvvəyə minməməsi məsələsində təkid ediblər.
 
Parlamentdə Azərbaycan üzrə məruzəçi Norika Nikolay deyib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Azərbaycan Aİ-nin strateji enerji tərəfdaşıdır.
 
"Yeni, geniş müqavilənin imzalanmasının vaxtı çatıb. Bugünkü səsvermə göstərir ki, Avropa Parlamenti Azərbaycanda demokratik standartlara baxımından proqresə nail olmaq üçün baş verən hadisələrə diqqətlə yanaşacaq.
 
Hazırda Aİ ilə Azərbaycan arasında münasibətlər 1999-cu ildə imzalanmış əməkdaşlıq haqqında müqavilə əsasında formalaşıb. Yeni müqavilə üzərində danışıqlar 2017-ci ilin fevralında başlayıb.
 
Bir müddət əvvəl "Turan” agentliyi Brüsseldə olan diplomatik mənbəyə istinadən xəbər vermişdi ki, rəsmi Bakının nümayəndələri danışıqlarda siyasi və iqtisadi blokla bağlı məsələlərin həllini hər yolla ləngidir.  
 
Demokratiyanın tədrisi və Seçkilərin Monitorinqi Mərkəzinin sədri Anar Məmmədli Meydan TV-yə qətnamənin qəbul edilməsini gözlənilən olduğunu dedi.
 
"Qətnamə ilə bağlı uzun müddət idi hesabat hazırlanırdı, sənəd çərçivəsində Avropa Parlamentinin qrup nümayəndələri son 6 ayda 2 dəfə Azərbaycanda oldular. Eyni zamanda, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Bakıya səfər edib, dövlət və qeyri-dövlət təşkilatları ilə görüşdü. Nəticədə bu hesabat ortalığa çıxdı”.
 
Onun sözlərinə görə, hesabat qəbul edilənə qədər də Avropa İttifaqı təmsilçiləri Azərbaycanda insan hüquqlarının vəziyyətindən şikayətlənirdilər.
 
"Bundan əlavə qanunun aliliyi, vətəndaş cəmiyyətinin problemləri, siyasi baxışlara görə təqibləri gündəmə gətiriblər. Bu sənəd beynəlxalq həmrəylik sənədidir. Bununla Avropa Parlamentinin 564 üzvü Azərbaycandakı siyasi repressiyalara biganə olmadıqlarını göstərdilər və açıq şəkildə ifadə etdilər ki, rəsmi Bakı ilə dünya birliyi qarşısındakı öhdəliklərə hörmət edəcəyi təqdirdə əməkdaşlıq etmək olar. Əks təqdirdə Bakı ilə Brüssel arasında imzalanacaq saziş Avropa Parlamentində ratifikasiya olunmayacaq. Bu, çox ciddi xəbərdarlıqdır və rəsmi Bakı bundan nəticə çıxartmalıdır. Hakimiyyət bundan sonra Avropa Parlamenti ilə əməkdaşlıq etmək üçün məlum sənəddəki müddəalara önəm verməlidir”.
Anar Məmmədli
 
Anar Məmmədli hökumətin qətnamədən nəticə çıxaracağı haqda danışmaqda çətinlik çəkir:
 
"Hər halda hakimiyyət son zamanlar belə təbliğat qurmağa çalışırdı ki, Avropa Şurası ilə münasibətləri pisləşsə də, Avropa İttifaqı ilə münasibətlər tənzimlənir, sazişin imzalanması istiqamətində işlər gedir. Aparılan bu təbliğat çərçivəsində qətnamə göstərdi ki, vəziyyət heç də hakimiyyətin dediyi kimi deyil. Brüsselin tərəfdaşa çevrilməsi üçün insan hüquqları əsas şərtdir. Baxmayaraq ki, hakimiyyət təmsilçiləri Avropa İttifaqının müxtəlif strukturları ilə dil tapmağa çalışırlar, müəyyən tədbirlər hazırlayırlar. Amma Avropa Parlamentinin böyük susqunluğuna nail olmaq mümkün olmayacaq. Sənəd tarixi olduğu üçün münasibətlərə təsirini gösrtərəcək”.

Meydan TV-nin məlumatına görə, Gəncənin icra başçısı Elmar Vəliyev bu dəqiqələrdə xəstəxanada vəfat edib.

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu  bildirilir.

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu  bildirilir.

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

***

21:49

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub.

 APA-nın əldə etdiyi məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.

 Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.

 İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.

   Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

 Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir

Qobustan sakini xidmət rəisindən şikayətçidir
 
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qobustan Rayon Bölməsinin rəisi xəstə oğlumu zorla əsgər göndərmək istəyir. Həkim I dərəcəli skolioz və onurğa xəstəliyi diaqnozu qoysa da, xidmət rəisi "plan doldurmaq" xatirinə fikrindən dönmür".
 
Bunu Abşeron rayon Güzdək qəsəbəsi, S.Ə.Şirvanı küç.,ev 89-da yaşayan Nəriman Kərimov deyib. 
Mərdan Nəhmətov
 
"Oğlum onurğa xəstəliyindən əziyyət çəkir, fəqərə əyriliyi var" 
Nəriman Kərimov
 
O, Qobustan rayonu Təklə-Mirzəbala kəndində qeydiyyatda olduğunu, lakin işi ilə əlaqədar Güzdək qəsəbəsinə köçdüyünü bildirib: "Hazırda ailəmlə birlikdə Abşeron rayonun Güzdək qəsəbəsində yaşasaq da, Qobustan rayonunda pasport qeydiyyatında qalmışıq. Ona görə də neçə vaxtdır ki, Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi faktiki xəstə oğlum Kərimov Şərif Nəriman oğlunu nəyin bahasına olur olsun, "plan doldurmaq” naminə hərbi xidmətə göndərmək istəyir. Və bunun üçün də 3 iyul 2018-ci il tarixinə son bildirişi də ünvanımıza göndərib. Qoy olsun, amma adamı bir az eşitmək də lazımdır axı. Oğlum uzun müddətdir ki, onurğa xəstəliyindən əziyyət çəkir, fəqərə əyriliyi var". 
Şərif Kərimov
 
"Çox güman ki, Murovdağa göndərməyi planlaşdırır"
 
N. Kərimov deyir ki, ortada həkim rəyinin olmasına baxmayaraq, bölməsinin rəisi, polkovnik leytenant Mərdan Nəhmətov qərarında israrlıdır: "Respublika Xəstəxanasında Kəmalə Orucova adlı həkim onu müayinə etdikdən sonra onurğa əyriliyi və onurğa xəstəliyi diaqnozu qoymuş və bildirib ki, oğlunuz "Hərbi xəstəliklər cədvəlinin 66-cı maddəsi üzrə belə xəstəliklə hərbi xidmətə yararsız hesab olunur. Doğrudan da, Qanunvericiliyin 66-cı maddəsində qeyd olunur ki, onurğa əyriliyi və digər qazanılmış deformasiyalar funksiyalar cüzi pozulduqda hərbi xidmətə çağrılan vətəndaş "C” qrafası üzrə dinc dövrdə hərbi xidmətə yararsız hesab olunur. Lakin qanun mənim xəstə oğlumu dinc dövrdə hərbi xidmətə yarasız hesab etsə də, rəis Şərif Kərimovu birbaşa xidmətə yararlı hesab edərək 3 iyul tarixində çox güman ki, Murovdağa göndərməyi planlaşdırır". 
 
"Qolu tamamilə keyiyir, siniri tamamilə itir"
"Bir daha qeyd etmək istəyirəm ki, oğlum Şərif həqiqətən onurğa xəstəliyindən çox əziyyət çəkir. Bir azca hava sərin olan kimi sağ əlinin barmaqlarının ucundan çiyinlərinə kimi əvvəlcə rəngi göyərir və ağrı verir. Sonra isə bu qolu tamamilə keyiyir, siniri tamamilə itir. Ona görə də evdə ona heç bir fiziki iş gördürə bilmirik. Gecələr isə bel ağrısından yata bilmir. Səfərbərlik İdarə rəisinə dəfələrlə xahiş etmişik ki, Şərifə bir göndəriş yaz. Qoy Travmatalogiya İnstitutunda komissiya yoxlayıb rəy versin ki, onu hərbi xidmətə göndərmək olar, ya olmaz. İmkan vermir və göndəriş verməyə razı olmur. Hələ mənə kobud formada xəbərdarlıq etdi ki, sənin, deyəsən, birinci çağırışçı oğlunu müftə saxlatdığımıza görə dişinin dibində şirə qalıb. Ona görə istəyirsən ki, ikinci oğlunu da ordudan saxladasan”, - o bidirib. 
"Oğlumun hərbi biletini illərdir ki, şkafında "əsir” saxlayır"
 
Vətəndaş problemlə bağlı SHXÇDX-nin rəisi Arzu Rəhimova, müdafiə naziri Zakir Həsənova və hərbu prokuror cənab Xanlar Vəliyevə də məüraciət etdiyini deyib: "Həqiqətən də, kiçik oğlumun sağ qıçı tam yandığı üçün həkim komissiyası onu hərbi xidmətə yararsız yazmışdı. Mən də kasıb olduğum üçün "komissara” vaxtında "hörmət” edə bilmədim. Elə ona görə kiçik oğlumun hərbi biletini illərdir ki, şkafında "əsir” saxlayır, vermir. Bu adam başa düşmür ki, evdə 12 ildir ki, şəkərdən əziyyət çəkən həyat yoldaşıma pul-imkan dərdindən əlillik qrupu ala bilmirəm. İndi də böyük oğlumu müayinə və müalicə olunmadan əsgər göndərmək istəyir. Bir ata olaraq mən də razıyam ki, oğlum gedib vətəndaşlıq borcunu versin. Amma əvvəlcə sağaldın, sonra göndərin. Axı mənim pulum yoxdur ki, onu Bakıya, isti yerlərdən birinə saldırım. Murovdağda da "-" 20-26 dərəcə şaxtaya onun nə onurğası, nə də sol qolu tab gətirər. Belə olsa, oğlum Şərifin cəbhədən sağ-salamat qayıtması mümkünsüz bir məsələdir. Madam ki, Qobustan Hərbi Səfərbərlik İdarə rəisi qəti qərara gəlib, iki ayağını bir başmağa dirəyibsə, mən də o zaman cənab müdafiə naziri Zakir Həsənovdan xahiş edirəm ki, xəstə oğlum Şərifin əvəzinə ordu sıralarına məni göndərsin. Qoy mənə nə istəyir olsun. Son illər həm "Bank of Baku” dan, həm də "Beynəlxalq Bank"dan ayrı-ayrılıqda 3200 və 1200AZN kredit götürüb oğlumun müalicəsinə verdim. Xeyri olmadı. Ona görə də Ali Baş Komandan İlham Əliyevdən xahişim budur ki, hərbi çağırışçı oğlum Kərimov Şərif Nəriman oğlunun sağlamlıq durumunun hərbi həkim komissiyası tərəfindən yoxlanılmasına və müalicəsinə, daha sonra Qobustan rayon Hərbi Səfərbərlik İdarə rəisinin qanunsuz əməllərinə qiymət verilməsi üçün aidiyyatı orqanlara göstəriş versin".
Mövzu ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qobustan rayon bölməsinin rəisi Mərdan Nəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. 

Bölmədən isə Arqument.Az-a bildiriblər ki, vətəndaşın dedikləri həqiqəti əks etdirmir: "Bizdə həkim komissiyasında tanınmış və savadlı cərrah var. Biz kimisə göndərməkdə israrlı və ya qərəzli deyilik. Həkimlər nə qərar versə, ona uyğun addım atılacaq”.(Arqument.az)
Çərşənbə axşamı, 03 İyul 2018 00:00

Ölkədə sular da kəsildi

Yazan

Bakıda və Sumqayıtda suların kəsildiyi bildirilir.

Xeber.İnfo-a daxil olan məlumata görə Sumayıtda və Bakının bəzi rayonlarında suyun verilməsi dayandırılıb. Ehtimal olunur ki, elektirik enerjisinin kəsilməsi ilə əlaqədardır.

Qeyd edək ki, Azərbaycanın paytaxtı da daxil olmaqla, bütün rayon və şəhərlərində elektirik enerjisi kəsilib. İlkin səbəb kimi Mingəçevir Su Elektrik Stansiyasında partlayış və yanğının baş verdiyi bildirirlir.

"Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev qəza nəticəsində bütün ölkədə işıqların sönməsi ilə əlaqədar qurumun dispetçer mərkəzinə gəlib.
 
Hazırda onun rəhbərliyi altında güclərin ötürülməsi prosesi həyata keçirilir.
 
Bildirilir ki, "Azərenerji" ASC hazırda Gürcüstan və ya Rusiyadan enerji mübadiləsinin aparılması və qəzanın nəticələri aradan qaldırılanadək respublikanın elektrik enerjisi ilə təmin edilməsinə çalışır.
"Heç bir panikaya, narahatlığa əsas yoxdur"

"Bu gün Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb".

Bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, artıq qəza baş vermiş blokda bərpa işləri aparılır.

 "Artıq ölkənin şimal və bəzi qərb rayonlarına elektrik enerjisinin verilməsi bərpa olunub. Digər ərazilərə də elektrik enerjisinin verilməsi üçün iş aparılır"-deyə, nazir qeyd edib.

K. Heydərov bildirib ki, ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək: " Heç bir panikaya, narahatlığa əsas yoxdur".

Mingəçevirdə İES-də yanğın söndürülüb.

Partlayış 6-cı blokda baş verib. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Yanğın söndürülüb.

Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və artıq 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb.

***

01:25

Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib hal hazırda yanğın davam edir.

FHN-nin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub.

Hadisənin səbəbi hələlik məlum deyil. Hazırda ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

\APA\

01:10

Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında qəza baş verib.

“Report” Şirvan bürosu xəbər verir ki, ehtimala görə, İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.

"Azərişiq" ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hadisənin səbəbləri araşdırılır.Bunu "Report"a "Azərişıq"ın mətbat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təsdiq edib.

Tezliklə ətraflı məlumat veriləcək.

00:50

Paytaxt Bakı da daxil olmaqla ölkənin bir sıra bölgələrində bu dəqiqələrdə işıqlar sönüb.

Teleqraf.comxəbər verir ki, hazırda "Azərişıq" ASC hadisənin səbəblərini araşdırır.

Bazar ertəsi, 02 İyul 2018 00:00

Ziya Məmmədovun VİLLASI YANDI - YENİLƏNİB

Yazan
Qafqazinfo-nun əməkdaşları hadisə yerinə gedib.
Məlum olub ki, Ziya Məmmədova məxsus olan mülklərdən birində səhər saatlarında yanğın başlayıb. Belə ki, elektrik şitində qəfil alovlanma baş verib və yanğının böyüməsinin qarşısı alınıb.
Villanın mühafizəçiləri bildirib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları çağırılıb və yanğının qarşısı qısa müddətdə alınıb.
  * * *
Bakıda "Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb.
BakuPost Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.
Şahidlərin "Qafqazinfo”ya verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.
Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.
3 -dən səhifə 187