Azərbaycan Dövlət Neft Şirkətinin vəsaitlərini talamaqla tanınan SOCAR-ın xarici sərmayələr idarəsinin rəisi, “SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin oğlunun İsveçrə banklarındakı hesabında 28 milyon dollar dondurulub.

İndi ictimaiyyəti bir məsələ çox düşündürür: Axı Vaqif Əliyevin azyaşlı oğlu hansı bacarığın sahibdir ki, az müddətdə bu qədər milyonlara sahib ola bilib? Görünür, o, dövlətin pullarını peşəkar şəkildə mənimsəməkdə atasından çox şeyi öyrənib. Məhz mənimsədiyi vəsaitlər hesabına Vaqif Əliyev dünyanın bir sıra ölkələrində öz biznes imperiyasını qurub.

İsveçrə hökuməti tərəfindən Vaqif Əliyevi qəfil ifşası çox məqamlardan xəbər verir. Ən azı düşünmək olar ki, indi Vaqif Əliyevin dəbdəbəli həyat tərzi keçirən oğlunu korrupsiya cinayətləri üzrə həbs gözləyir. Çünki İsveçrə Konfederasiyası hökuməti sözügedən vəsaiti çirkli pullar hesab edir. Bununla əlaqədar İsveçrə Konfederasiyası hökuməti Azərbaycanın müvafiq qurumlarını da xəbərdar edib. Hətta yaxın vaxtlarda İsveçrə Federal Şurası tərəfindən Vaqif Əliyevin bütün aktivlərinin dondurulması gözlənilir.

Əgər aparılan təhqiqat nəticəsində bu aktivlərin qanunsuz yolla əldə olunduğu müəyyənləşdirilərsə, İsveçrə hökuməti bunları Azərbaycan dövlətinə qaytarmağa borcludur.

Hazırda Azərbaycanın müvafiq qurumlarının bu məsələ ilə bağlı hansı addımları atması hələlik bizə məlum olmasa da, görünən odur ki, Vaqif Əliyev bütün vasitələrlə özünü xilas etməyə çalışır. Xatırladaq ki, bu gün rəsmi məlumatlara görə, SOCAR özünün SOCAR Turkey törəmə şirkəti ilə Türkiyə iqtisadiyyatına 12,6 mlrd. dollar sərmayə yatıraraq, bu ölkədə ən böyük investora çevrilib.

SOCAR Turkey-in strukturuna Petkim, STAR Rafineri, Petlim, SOCAR Fiber, SOCAR Dagitim, SOCAR Depolama kimi şirkətlər daxildir. SOCAR-ın törəmə şirkəti həmçinin TANAP layihəsində 7% pay alıb.

Razılaşaq ki, bu hətta Azərbaycan kimi zəngin ölkə üçün böyük yatırımlardır – axı unutmaq olmaz, SOCAR qardaş ölkənin iqtisadiyyatına şəxsi deyil, dövlətin pullarını yatırıb.

Bu gün SOCAR Türkiyə şirkətində Vaqif Əliyevin rəhbərliyi altında onlarla şirkət fəaliyyət göstərir, onlara milyardlarla dollar vəsait yatırılıb, 2020-ci ilin sonuna isə Azərbaycanın Türkiyəyə yatırımlarının həcminin 19,5 mlrd. ABŞ dollarına çatacağı gözlənilir.

Belə investisiyalar şirkət rəhbərliyindən maksimal peşəkarlıq, dövlətin hər bir qəpiyinin hesablanması, gələcək investisiyalar üçün ölkə və şirkət rəhbərliyinə təqdim olunan layihələrin dərin təhlilinin aparılmasını tələb edir.

Lakin reallıqda biz nə alırıq? Əgər axtarış sistemlərində Vaqif Əliyevin adını yazsaq, KİV-də başçılıq etdiyi şirkətin fəaliyyəti haqqında bir neçə növbətçi bəyanatlardan başqa, biz böyük mətbu orqanlarda sonuncunun Fətullah Gülənin terrorçu FETÖ təşkilatı ilə sıx əlaqələrindən bəhs olunan onlarla məqalə ilə qarşılaşırıq.

Türkiyənin “Sabah” qəzetinin hələ 2015-ci ildə yazıdığına görə, Fətullah Gülən və onun tərəfdarları Türkiyənin energetika sektorunu özlərinə tabe etmək üçün qardaş ölkənin bu sənayesinə onlarla milyard dollar yatırmağa hazırlaşan SOCAR-da öz adamlarını yerləşdiriblər. Bu adamların başlıca məqsədi isə təmsil etdikləri şirkətlərə gəlir gətirmək yox, Türkiyə hakimiyyətini, o cümlədən prezident Ərdoğanı dəstəkləyən sənayeçilərin mövqelərinin zəiflədilməsi olub.

Əlbəttə, yekunda Azərbaycan dövləti, Azərbaycan xalqı on milyardlarla dollar vəsait itirir, onun pulları uğurlu layihələrə yox, gülənçilərin Türkiyənin qanuni hakimiyyəti ilə mübarizəsinə sərf olunur. Bir neçə il əvvəl Türkiyə rəhbərliyi terrorçu-gülənçilərlə mübarizəyə başladı və Azərbaycan tərəfi bu işdə onlara dəstək oldu, özünü SOCAR Turkey-in rəhbərliyinə soxmuş bir çox nurçular işdən qovuldular. Lakin bu gün SOCAR Turkey-in qardaş ölkənin ərazisindəki fəaliyyətini təhlil edib, bunun tam belə olmadığı qənaətinə gəlirsən.

Belə ki, SOCAR Turkey-in indiki rəhbəri Vaqif Əliyevin adı daim “nurçu”, “gülənçi” kimi sözlərlə yanaşı çəkilib. Buna əmin olmaq üçün Azərbaycan və Türkiyə KİV-dəki çoxsaylı məqalələri oxumaq kifayətdir. Axı “Sabah” qəzeti kimi hörməli mətbu orqan əlində konkret sübutlar olmadan gülənçi Vaqif Əliyev haqqında yazmazdı. Nəzərə alaq ki, həmin yazıda adı keçən bir çox şəxslər nəticədə öz işlərini itirdilər, onların günahları sübut olundu. Lakin şirkət rəhbəri Vaqif Əliyev əsl nurçu davranışı nümayiş etdirərək, bu dəfə də gizləndi və SOCAR Turkey-in başında dayanaraq, müəllimi Gülənin qardaş Türkiyə rəhbərliyinə qarşı müharibəsini davam etdirdi. Bu məqsədlə xərclənən milyardlar isə Azərbaycan xalqının və dövlətinindir.

Belə ki, bu gün Petkim istisna olarsa, SOCAR Turkey-in bütün digər fəaliyyəti yalnız Azərbaycanla bağlıdır – bura həm neft və neft məhsulları, həm də qaz ixracı daxildir. Gələcək neft-kimya layihələrinin böyük əksəriyyəti də məhz Azərbaycan qazına söykənir.

Başqa sözlə, bu şirkətlər Azərbaycan qazının satışında vasitəçi rolunu oynayacaqlar və beləliklə, Azərbaycan üçün heç bir əlavə dəyər formalaşdırmayacaqlar. Onlar Türkiyədə qazın yayılması şəbəkəsini quraraq, qardaş ölkə bazarında uğurlu ola bilərlər, yəni qısaca, gülənçilərin Ərdoğan tərəfdarları sənayeçilərlə mübarizəsi prizmasından.

Lakin Azərbaycan üçün böyük gəlir gözləməyə dəyməz. SOCAR Turkey-in indiki rəhbərliyinin yatırımları sadəcə Türkiyə rəhbərliyinə yaxın şəxslərin bazardan çıxarılmasını nəzərdən tutur və belə fəaliyyət Azərbaycana heç bir gəlir gətirmir. Gülənçi Vaqif Əliyevin tək məqsədi var. Və bu məqsəd Azərbaycan xalqının və dövlətinin rifahı deyil. Digər tərəfdən Vaqif Əliyev və onun oğlunun bu əməlləri ölkə başçısının məmur övladları ilə bağlı etdiyi xəbərdarlıq çıxışlarına adekvat deyil. Təcrübə də göstərir ki, prezident İlham Əliyev xalqın və dövlətin vəsaitlərini oğurlayan, xaricdə dəbdəbəli həyat tərzi keçirən bu cür məmurları əsla bağışlamır. Yaxın tarixə nəzər salsaq görərik ki, son illər ölkə başçısı qudurğanlıq edən məmur övladlarının əməllərinə görə nə qədər dövlət məmurunu işdən azad edib.

Burada maraqlı sual da ortaya çıxır, məgər Vaqif Əliyev prezident İlham Əliyevin etimadını itirmiş digər məmurların sonrakı aqibətini düşünmür? Axı həmin məmurlar da məhz övladlarının harın əməllərinə görə prezidentin etibarını itiriblər.

Buna görə də hər bir insan hansı mənsəb və ya var-dövlətə sahib olmasından asılı olmayaraq, həddini aşmamalıdır. Həmişə çalışıb həddini bilməlidir. Nəfsin ağıla bələdçilik elədiyi insanlarda, ailədə, nəsildə və cəmiyyətdə heç kim xoşbəxt ola bilməz. Övladı harınlıq edən məmur gedib hansısa strukturda yüksək vəzifədə otura və ya pulun, milyonların içində üzə bilər, amma o mənsəb və pullar onun üçün “qızıl ləyən”dir, içində qan qusur. Gərək ki, Vaqif Əliyev də bu məsələlərdə “gözü çıxmış qardaş”ından öyrənsin!

"Son zamanlar mediada "Azərişıq" ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (ARETSİ) rəisi Canəhməd Əhmədovun özbaşınalığı, daha doğrusu əxlaqsızlığı ilə bağlı xəbərlər işıqlandırıldı. Amma təəssüf ki, Canəhməd Əhmədov cəmi 500 manat xərc çəkməklə həmin xəbərləri saytlardan yığışdıra bildi. Sizdən xahiş edirik ki, Canəhməd Əhmədovun İmişli rayonundə etdiyi əxlaqsız hərəkəti işıqlandırasınız".
1525084857 6Bu sözlər İmişli rayon sakinlərinin redaksiyamıza göndərdiyi şikayətdə yer alıb. Şikayətdə bildirilir ki, Canəhməd Əhmədov Aran elinə yaraşmayan hərəkətlər etməkdən də çəkinmir və milli mentalitetə zidd davranışları ilə qısa müddətdə İmişlidə xüsusi ad çıxara bilib. Belə ki, 2 ay əvvəl Canəhməd Əhmədov tabeliyində işləyən xanımlardan birinə əxlaqsız təklif edib. Həmin xanım əməkdaş (xanımın kimliyi şikayətdə əksini tapsada, adını açıqlamağı lazım bilmirik – red.) bu təklifi rədd edir. Bu hadisədən sonra Canəhməd Əhmədovun etdiyi əxlaqsız hərəkət rayonda böyük söz-söhbətə səbəb olur ki, nəticədə əxlaqsız təklifi rədd edən xanımın ailəsi dağılır və işdən çıxmalı olur. Həyat yoldaşı bu hadisədən sonra “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinə əli baltalı hücum edərək, Canəhməd Əhmədovu öldürmək istəyib. Canəhməd Əhmədov həmin zaman idarədə gizlənir. İdarə müdirini tapa bilməyən həmin şəxs idarənin içində və çolundə qarşısına çıxan hər şeyi dağıdır. Canəhməd Əhmədov idarəni dağıdan həmin şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmir və məsələnin ictimailəşməsinin qarşısını almaq üçün bütün addımları atır.
Şikayətdə həmçinin qed olunur ki, Canəhməd Əhmədov tabeliyində işləyən bütün işçiləri ilə kobud davranır. Hətta işə təzə gələn əməkdaşlarının da qarşısında fantastik tələblər qoyur. Cəbhəboyu bölgələrdə çalışan əməkdaşları təhqir etməkdən çəkinmir. Şikayətdə iddia edilir ki, böyük bir vəzifəni icra edən Canəhməd Əhmədovda şizofreniya xəstəliyindən əziyyət çəkir və buna görə müalicə də alıb.
Redaksiyamızın apardığı araşdırmalar zamanı məlum oldu ki, Canəhməd Əhmədov bu vəzifəə qədər Qaradağ rayonunda çalışıb. Bu zaman işində ol verdiyi qanunsuzluqlara görə, Baba Rzayev tərəfindən işdən çıxarılıb. Buna səbəb Canəhməd Əhmədovla bağlı iş adamlarının çoxsaylı şikayətlər etməsi və daş karxanalarına "leviy" işıq xətləri çəkməsi olub.
Amma qısa müddət sonra Canəhməd Əhmədov Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Ötən il Prezident İlham Əliyev bir qrup "Azərişıq" əməkdaşını təltif edən zaman Canəhməd Əhmodava əməkdar mühəndis adı verilir. Belə bir şəxsin adının əməkdar mühəndis adına təqdimatını vermək böyük korrupsiya maraqlarından xəbər verir. İmişli sakinlərinin sözlərinə görə, Canəhməd Əhmədovu "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov himayə edir. Onun bütün qanunsuz əməllərini sədr müavini görməzdən gəlir. Buna görə o, heç Baba Rzayevi də saymır və ASC sədrini saymaması ilə qürrələnir.
Redaksiyamıza Canəhməd Əhmədovla bağlı daxil olan məlumatları araşdırmaqda davam edirik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

 Bolqarıstanlı Qavazov İmişlinin Xoşçobanlı   kəndindəki gölə necə “düşüb”?
İmişli rayonunun Xoşçobanlı kəndində balıq saxlanılan göllərlə bağlı illərdir mübahisə və çəkişmə gedir. Sakinlərin şikayəti ilə əlaqədar Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, İmişli rayon icra hakimiyyətinin və prokurorluğunun nümayəndələri dəfələrlə bu göllərə baxış keçirib, araşdırma, təhqiqat, inzibati icraat, məhkəmə çəkişməsi olub. Amma hamının bildiyi ən sadə həqiqət elə bu dayaz göllərdə batırılıb.
8E0BB24F 281D 408F 99CF 7400D6695289 w1023 r1 sBu barədə redaksiyamıza İmişli rayonunun Xoşçobanlı kəndində yaşayan şəhid atası Əmirov Əmiralı Gürşad oğlu məlumat verib. Onun sözlərinə görə, torpaq islahatı aparılarkən kəndin ərazisindəki 424 hektar torpaq sahəsi örüş məqsədilə əhalinin ümumi istifadəsində saxlanılıb. Bu ərazinin təxminən 40 hektaradək hissəsi Xoşçobanlı bələdiyyəsi tərəfindən ayrı-ayrı şəxslərin icarəsinə verilib, sonuncular isə 2005-ci ildən başlayaraq orada balıq yetişdirmək üçün süni yolla göllər yaradıblar.
“İcarədarlar təxminən 4500 metrədək uzunluqda kanal qazmaqla göllərin kənarına bənd vurub və bunun hesabına orada suyun səviyyəsini yer səthindən 1,5 metr hündürlüyə qaldırıblar. Nəticədə bu göllər, ətrafdakı əkin sahələrini və qəbiristanlığı daim zinə sularının altında saxlayır, münbit torpaqlarda şoranlaşma yaradır”- şikayətçi belə deyir.
Kənd sakinlərinin çoxsaylı şikayətlərindən sonra Ədliyyə Nazirliyinin regional şöbəsinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlətlər Nazirliyinin  Ətraf Mühitin Mühafizə Departamentinin, nazirliyin 7 saylı ərazi idarəsinin nümayəndələri dəfələrlə yerində araşdırma aparıb. Amma Əmiralı Əmirov deyir ki, şikayətlərdə göstərilən faktlar təsdiqini tapsa da, qanunsuzluğun qarşısını almaq üçün təsirli tədbirlər görülməyib:
“Bizə verilən cavablarda bildirilib ki, göl sahiblərinə xəbardarlıq edilib, barələrində inzibati tənbeh tədbiri görülüb, onlara icrası məcburi olan göstərişlər verilib, bəzi əməlləri cinayət tərkibli olduğundan prokurorluğa müraciət olunub. Amma bu qədər səlahiyyətli dövlət orqanları ötən üç il ərzində kiçik bir kənddəki qanunsuzluğun qarşısını ala bilməyiblər. İndi araşdırmaların qarşısını almaq, yaxalarını kənara çəkmək üçün məhkəməni önə veriblər. İmişli rayon məhkəməsi də bu göllərin çirkabına batıb.”
Ə. Əmirovun sözlərinə görə 2017-ci ildə 7 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsi İmişli Rayon Məhkəməsində “qanunsuz olaraq yaradılmış süni göllərin doldurularaq torpağın əvvəlki vəziyyətə gətirilməsinə dair” iddia qaldırıb. Məhkəmə iddianı təmin etməyib. Şikayətçi deyir ki, çıxarılmış qətnaməni uzun müddət üzə çıxarmayıblar, nəhayət əldə edib oxuyanda xeyli təəccüblənib:
“6 səhifəlik qətnamənin təxminən yarıdan çoxunda yazılanların işə heç bir aidiyyatı yoxdur. Məhkəmə qətnaməyə lüzumsuz olaraq mülki və bələdiyyə qanunvericiliyində yer alan bəndləri, cavabdehlərin izahatlarını köçürüb. Sonra “Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı”, Konstutisiya Məhkəməsinin M. Bağırovun şikayəti üzrə qərarlarına istinad edib. Ən mühümü isə məhkəmə hesab edib ki, “ekologiya idarəsinin subyektiv hüququ pozulmayıb”, yaxud “bələdiyyə ilə icarədarlar arasında bağlanılmış icarə müqaviləsi ləğv edilmədən bu tələb irəli sürülə bilməz”. Çox qəribədir. Əgər bu göllər qanunsuz yaradılıbsa, ətraf mühitə zərərli təsir edirsə, niyə də aidiyyatı dövlət orqanı iddia qaldıra bilməsin?! Məhkəmə işin faktiki hallarının obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıldığını qeyd edir. Halbuki mübahisələndirilən əraiyə müstəqil baxış keçirməyib, heç bir dövlət orqanının sənədinə, araşdırmasına istinad etməyib.”
Ə. Əmirov daha sonra qeyd edir: “Göllərin yaradılması çox yaxın tarixdir, yəni son 10-15 ilə aiddir. Bunu saxtalaşdırmaq mümkün deyil. Sovet hakimiyyəti illərində bu ərazidə keçmiş Telman adına kolxozun mal ferması olub. Bu, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən tərtib edilmiş “Xoşçobanlı kəndinin islahata gedən yer quruluşu xəritəsi”ndə də öz əksini tapıb. Düzdür, kəndin ümumilikdə 20 hektar ərazisində kiçik göllər olub. Qeyd etdiyim xəritədə onların harada yerləşməyi də göstərilib. Həmin göllərin heç biri mübahisələndirilən ərazidə deyil. Biz bu xəritə və digər sübutları məhkəməyə təqdim etmişdik. Amma onların heç biri qətnamədə qeyd edilməyib. ”
Vətəndaş deyir ki, mübahisənin araşdırılmasında xüsusi əhəmiyyət kəsb edən, mötəbər sübutları Ədliyyə Nazirliyinə də göndərib, sonuncu isə Şirvan Apellyasiya Məhkəməsinə ünvanlayıb. Amma bu məhkəmədən ona bildirilib ki, “mülki iş üzrə tərəf olmadığınızdan müraciətinizə məhkəmə qaydasında baxılması mümkün deyil, iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edə bilərsiniz.” Vətəndaşı ən çox təəccübləndirən də budur ki, niyə məhkəmələr işin obyektiv araşdırılmasında maraqlı deyil? Axı onun təqdim etdiyi sənədlər də elə bu işə aiddir, ayrıca iddia qaldırmağa nə ehtiyac var?
“Bizim əlimizdə olan sübutları ona görə işə əlavə etmək istəmirlər ki, onlara hüquqi qiymət veriləndə hazırda mövcud olan göllərin süni surətdə yaradılmağı və qanunsuz fəaliyyət göstərməyi üzə çıxacaq. Bunları təkzib etmək mümkün deyil. Məhkəmənin istinad etdiyi “Qavazov Bolqarıstana” qarşı iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilib ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” standartlar tətbiq edilir. Ya “Mahmudov Rusiyaya qarşı” iş olsun. Sonuncuda məhkəmənin qiymətləndirməsi belədir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bizim bu göllərlə bağlı iddiamızın arxasında şübhə, qənaət və ehtimal yox, faktın özü, səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş sənədlər, digər mötəbər sübutlar dayanır. Belə iddianı araşdıran məhkəmə, qətnaməyə cəfəngiyyat köçürməkdənsə, elə özü də sorğu verib aidiyyatı orqanlardan rəsmi cavab ala bilərdi. Bu qərar dövlət orqanlarını da yalançı çıxarıb- Ekologiya Nazirliyi, Əmlak Komitəsi, İmişli RİH göllərin süni, məhkəmə isə təbii yolla yarandığını bildirir. İndi hakim Akşin Əfəndiyevdən soruşmaq lazımdır ki, sən bu göllərin təbii yolla yaranmağını necə müəyyən etmisən- balıqlarının dadına baxmaqlamı???”
Şəhid atasına ən çox təsir edən süni göllərin qəbiristanlıqda uyuyan əzizlərinin, o cümlədən, hərbi xidmət keçən zaman düşmən gülləsinə tuş gələn oğlu Vüqarın qəbrinin su içərisində olmağıdır:
“Göl sahiblərinin yaxınları, ətrafdakı üç kənddən vəfat etmiş adamlar bu qəbiristanlıqda dəfn edilib. Bu qanunsuz əmələ görə ölülərimiz də rahat deyil.” O, hələ də ümid edir ki, Ədliyyə Nazirliyi bu biabırçılığa son qoyacaq.

Картинки по запросу putin erdogan aliyev

Rusiya, Türkiyə İrana qarşı Qərbin sanksiyalarında iştirak məqsədilə Bakıya göstərilən təzyiqin nəticəsi olmayacaq. Bu barədə dövlət başçısının köməkçisi Əli Həsənov bildirib.

O, Facebook səhifəsində yazıb ki, bu məsələ ilə bağlı Azərbaycana təzyiq var.

“Azərbaycan Qərbin sanksiyalarına qoşulmayacaq və ərazisindən başqa ölkələrə qarşı əməliyyat meydanı kimi istifadə olunmasına imkan verməyəcək. Azərbaycan Rusiya, İran və Türkiyənin dost xalqlarına qarşı sanksiyalarda iştirak etmir”, deyə o qeyd edib.

Həsənov hansı sanksiyalardan söhbət getdiyini, bununla bağlı kimin və nə vaxt Bakıya təzyiq göstərdiyini dəqiqləşdirməyib.

Siyasi ekspertlər hesab edir ki, Əli Həsənov Əliyev hakimiyyətinin Rusiya prezidenti Vladimir Putinin maraqlarına uyğunlaşdırılan mövqeyinə, bəlkə də birbaşa Kremlin diqtəsi ilə atılan addımlara qeostrateji don geyindirməyə çalışıb.

Əli Həsənovun Rusiya və İranla yanaşı, Türkiyənin adını çəkməsi sadəcə ictimai rəyin manipulyasiyası kimi qiymətləndirilir. Çünki, Qərb Türkiyəyə qarşı hər hansı sanksiya tətbiq etməyib. Əksinə, Avropa Birliyi Türkiyə ilə danışıqları bərpa edib və əməkdaşlığa can atdığını büruzə verib. Türkiyə ərazisində Rusiya bombardmançısının vurulması ilə əlaqədar yaranan insidentdə də Qərb Türkiyənin mövqeyini birmənalı müdafiə edib. Türkiyə-Qərb münasibətlərində olan qərginlik isə əsasən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın davamlı olaraq irəli sürdüyü ittihamlara görə yaranıb.  

Qeyd edilməlidir ki, İrana qarşı əvvəlki sanksiyalar da aradan qaldırılıb. Qərbin Rusiya ilə bağlı sanksiyaları isə xalqa qarşı yox, Putin rejiminə qarşı yönəlib. Məlumdur ki, sanksiyaya məruz qalan bütün məmurlar və oliqarxlar Vladimir Putinin yaxın ətrafına daxil olan şəxslərdir.   

Təhlilçilərin fikrincə, hazırda Putinlə Ərdoğanı birləşdirən yeganə amil hər ikisinin əbədi və misilsiz hakimiyyət arzusunda olmasıdır. Hakimiyyətin bölünməsi və uzağı iki dönəmdən sonra dəyişməsi demokratiyanın əsas şərtidir,  əgər Rusiya və Türkiyədə demokratik rejim bərqərar olarsa, əbədi və misilsiz hakimiyyət arzularının üzərindən xətt çəkiləcək. Bu səbəbdən Ərdoğanın Türkiyəni müdafiə edən sivil dünya ilə yox, strateji maraqları Türkiyə ilə daban-dabana zidd olan Putin rejimi ilə yaxınlaşması təəccüblü deyil. Azərbaycanda qısa fasilələrlə 50 ilə yaxın öz hakimiyyətlərini sürdürən Əliyev rejiminin də demokratiya ixrac edən Qərbin yox, bütün despotik rejimlərin müdafiəçisi kimi çıxış edən Putinin maraqlarına uyğun siyasət yürütməsinin motivi eynidir. 

Bütün dünyanın diqqət mərkəzində olan Skripal qalmaqalında Azərbaycan,  Əli Həsənovun iddia etdiyi kimi, neytral mövqe tutmayıb – birbaşa Kremlin mövqeyini dəstəkləyib və uduzub. Xatırladaq ki, Kimyəvi Silahların Qadağanı Təşkilatının (Organization for the Prohibition of Chemical Weapons – OPCW) aprelin 4-də keçirilən iclasında keçmiş Rusiya casusu Sergey Skripalın İngiltərədə zəhərlənməsinə dair müzakirə keçirilirdi.

41 ölkə arasında Rusiyanın təşəbbüsünü yalnız Çin, Azərbaycan, Sudan, Əlcəzair və İran müdafiə ediblər.

Təşkilatın 17 üzvü səsvermə zamanı bitərəf qalıb. Səsvermədə 41 ölkənin nümayəndələri iştirak etsə də Rusiyanın təklifi keçməyib.

Buna da bax: Azərbaycan Skripal qalmaqalında Rusiyanın tərəfində durdu

Əli Həsənov deyir ki, Azərbaycana bu məsələ ilə bağlı təzyiq var. İstisna deyil ki, Azərbaycan məhz Kremlin təzyiqi ilə Putinlə eyni mövqedən çıxış edir. 

Çərşənbə axşamı, 01 May 2018 00:00

Azərbaycanlı iş adamını güllələdilər

Yazan

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı iş adamı həmyerlisi tərəfindən güllələnib

APA-nın “letnews.ru”a istinadən verdiyi məlumata görə, başından bir neçə güllə yarası almış 31 yaşlı Füzuli Q. adlı şəxsin meyiti aprelin 30-da axşam saatlarında aşkar edilib.
Hadisədə şübhəli bilinən digər azərbaycanlı sahibkar, 46 yaşlı Mahir M. axtarışa verilib. Onun silahlı olduğu deyilir.
1525155881 2
Ötən gün Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. 
 
Xəbərdə bildirilirdi ki, "mafiya rəhbərləri" ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər.
 
Minval.info-nun əldə etdiyi məlumata görə, saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var.
 
O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.
 
Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu "BizimləSən” verilişidir.
 
Belə ki, ginekoloq Natiq Məhərrəmov bəhs etdiyimiz verilişdə tez-tez reklam edilir, mükəmməl, peşəkar, xeyirxah, xəstələrini düşünən biri kimi göstərilir. Bu yolla da verilişi izləyən minlərlə insan həkimin tələsinə düşüb, onun qəbuluna yollanıblar.
 
O da saxta dərmanları xəstələrinə aldıraraq həm sağlamlıqları ilə oynayıb, həm də onları borca salıb. Bu yolla da özü üçün yaxşı gəlir əldə edib. Əldə etdiyi bu gəlirlərlə də efirdə jestlər edib, verilişə sponsor olub. Ataların bir sözü var: "Qaz gələcək yerdən toyuq əsirgənməz”.
Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər götürülüb. Bundan başqa onların əməlləri dərman vasitələrinin dövriyyəsini əks etdirən "qara mühasibatlıq” sənədləri, eləcə də "Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.
Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.
Bakıda 1 saylı körpələr evi ilə bağlı qalmaqallı görüntülər yayılıb.
 
Videoda qadınla kişinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı görünür.
 
Görüntüləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz İnstaqram hesabında paylaşıb.
 
O bildirib ki, körpələr evindəki bu hadisə ilə dəfələrlə qarşılaşıb:
"Bu mənzərə ilə artıq bir neçə dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıqlar- geyimlər, yeməklər, şirniyyatlar, qoyun ətləri, bir sözlə hər şey gəlir. Kimə gəlir? Oradakı körpələrə! Amma o uşaqlar bunların 10 faizini görür. Niyə?! Çünki 1 gün sonra o bazarlıqlar maşınlara doldurulur və harasa gedir. Sadəcə mənə bir vətəndaş olaraq çox maraqlıdır... O bazarlıqları siz hara aparırsınız? Düşünürəm ki, cavabı hər kəs bilir. Amma yenə də biz soruşaq görək hara gedir? Bəlkə də, açıqlaması var”.
 
Körpələr evinin baş həkimi Nəhayət Əliyeva "Qafqazinfo”ya açıqlama verərək bildirib ki, avtomobillə daşınan ərzaq məhsulları yox, yataq dəstləri və dəsmallardır. Baş həkim bu dəstlərin dəyişdirilmək və ya yuyulmaq üçün aparıldığını açıqlayıb.
 
Onun sözlərinə görə, körpələrə aid ərzaqların daşınmasını iddia etmək böyük cinayət olmaqla yanaşı, günahdır. Bu səbəbdən yayılan video yanlış qələmə verilib:
 
"Bura nazirlik tərəfindən ciddi nəzarət olunur. Bu səbəbdən uşaqlara məxsus ərzaqların və digər məhsulların mənimsənilməsindən söhbət gedə bilməz. Bu, yolverilməzdir”.

Səlim Müslümov, Elman Mehdiyev, Nazim İbrahimov və Qorxmaz Hüseynov... 
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bağlı 2-2,5 milyard manatlıq yeniti qalmaqalından sonra daha bir neçə məmurun cinayətə cəlb edilməsi ilə bağlı xəbərlər dolaşır. 
 
"Yeni Müsavat"ın yaydığı məlumatda bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxın olub və bu da bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. 
 
Beləliklə, yeyintinin böyük bir hissəsinin Dövlət Sosial Müdafiə Fondunda (DSMF) mənimsənildiyi vurğulanır ki, bu da sözügedən qurumun  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsindən öncə baş verib. 
 
Həmin ərəfədə isə DSMF-yə (2002-ci ildən bəri) S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-ci illər arasında qısamüddətli dövrdə Fondun sədri Elman Mehdiyev olub. 
 
2006-cı ildən Fond yenidən S.Müslümovun nəzarətinə keçib - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib. 
 
Arqument.Az-a verilən məlumatlarda Elman Mehdiyevin də cinayətə cəlb olunması istisna edilmir. Bildirilir ki, bu məsələ artıq ölkə başçısı səviyyəsində müzakirə edilib. 
 
Cinayət məsuliyyətinə cəlb olunacaq məmurlardan birinin Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun olacağı bildirilir. Hətta bir neçə gün öncə Prezident Adminstrasiyasınn rəhbəri Ramiz Mehdiyev də onun öz işinin öhdəsindən gələ bilməsi və ayrılan dövlət vəsaitlərinin ünvanı üzrə xərclənmədiyini vurğulamışdı. 
 
R. Mehdiyev Nazim İbrahimovla bağlı məsələdən ölkə başçısının da xəbərdar olduğunu bildirmişdi. 
 
Son məlumatlara görə, yoxlamaların hədəfində olan məmurlardan biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynovdur. Onun da külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləmədiyi iddia olunur. 
 
Qeyd olunur ki, yaxın günlərdə "Azərsu” ASC-də yoxlamalar aparılacaq və bu yoxlamalar Qorxmaz Hüseynov üçün arzuolunmaz nəticələr verə bilər. 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, 2018-ci ilin mart ayında ən çox ixrac və idxal olunan malların statistikasını yayımlayıb.
 
İxrac olunan mallar siyasıhısında xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları birinci yerdə gəlir və ixrac olunan malların 80.06 %-i təşkil edir. 
 
İkinci yerdə isə neft məhsulları 135 958.25 $ ilə ümumi ixraca nisbətən ixracın 4.05 %-i təşkil edir.
 
Statistikaya görə, 2018-cil mart ayında ixrac gəliri 3 355 033.87 ABŞ dolları, idxal xərcləri isə  2 191 105.51 ABŞ dolları dəyərindədir. İdxalda yeyinti məhsulları 337 915.07 $ ilə ümumi idxala nisbətən idxalın 15.42 %-i təşkil edir.(Toplum Tv) 
Bazar ertəsi, 30 Aprel 2018 00:00

MSK üzvü Azər Tağıyev vəfat etdi

Yazan

Azərbaycan Vəkillər Kollegiyasının (VK) keçmiş sədri, Mərkəzi Seçki Komissiyasının (MSK) Azər Tağıyev dünyasını dəyişib.

“Report”un xəbərinə görə, o, bu gün səhər saatlarında vəfat edib.

Xatırladaq ki, A.Tağıyev səhəttində problem olduğu üçün ötən il VK- sədrliyindən öz istəyi ilə istefa verib.

4 -dən səhifə 182