Bakıda və Abşeron yarımadasında səhər saatlarından etibarən güclənən külək bir sıra fəsadlar yaradıb. 

Xırdalan şəhərində “köhnə bazar” adlanan ərazidə güclü külək dayanacağı aşırıb. Sosial şəbəkələrdə hadisə yerindən foto paylaşılıb. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında küləyin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi ilə bağlı xəbərdarlıq yaymışdı.

Ölkə ərazisində martın 30-da saat 09:00-13:00-dək havaşəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xeber.info-a verilən məlumata görə, şimal-qərb küləyi Maştağada və Bakıda 30, Neft Daşlarında və Çilov adasında 29, Qum adasında 28, Pirallahıda 24, Binədə və  Sumqayıtda 23, Ələtdə 20, Zabratda 19, Daşkəsəndə 30, Neftçalada 22, Xınalıqda 20, Biləsuvar və Şamaxıda 18 m/s-dək güclənib.

Neft Daşları Stansiyasından alınan məlumatına əsasən dalğanın hündürlüyü 6,5 metrə çatıb.

Qeyd edək ki, martın 31-i səhərədək güclü küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30, yarımadanın bəzi yerlərində isə arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.

Fransada güllələlən Rahim Namzov dünyasını dəyişib.

Bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid FB-səhifəsində yazıb: “Bu dəqiqələrdə Fransada, Tuluzda yaşayan azərbaycanlı Rahim Namazovu güllə ilə vurub öldürdülər. Avtomobildə o, həyat yoldaşı ilə birlikdə olub. Mərhumun həyat yoldaşı hal-hazırda xəstəxanaya aparılıb. Əlavə məlumatı olanlardan xəbəri dəqiqləşdirməyi xahiş edirım”.

Deputat Fəzail Ağamalı Xarici işlər naziri Elmar Məmmədyarovu istefaya çağırıb.

Xeber.İnfo -nun verdiyi xəbərə görə adekvat addım atılmır:

“Ona görə də nazirin ən böyük töhfəsi o olardı ki, istefa versin”.

Spiker Oqtay Əsədov isə deputaat belə cavab verib: “Bu, deyəsən, “Ana Vətənçi”lərin adətidir. O gün partiyanızın keçmiş üzvü olan prezidentliyə namizəd də bunu dedi, indi də siz…”

Xristianların baş ruhanisi, Papa I Fransisk xristian dini ehkamlarını alt-üst edəcək maraqlı bir fərziyyə irəli sürüb.

Papa I Fransisk təktanrılı dinlərdə əsas atributlarından sayılan cəhənnəmin olmadığını iddia edib.

Məsələ ilk dəfə İtaliyanın “La Reppublica” qəzetində dərc olunan məqaləsindən sonra ortaya çıxıb

Mövzu o qədər şişib ki Vatikan açıqlama verməyə məcbur olub. Açıqlamada “Həmin məqalədə sitat olaraq dırnaq içində verilən ifadələr Papanın sözlərinin hərfən anlaşılması demək deyil”, – deyə bildirilib.

“La Reppublica”nın təsisçisi və keçmiş baş redaktoru Euceniyo Skalfari daha öncələr olduğu kimi, Papa ilə söhbətini qəzetdə yayımlayıb. İtaliyanın, o cümlədən dünyanın ən tanınmış media isimlərindən sayılan Skalfari ateist olmasına rəğmən özünü Papanın yaxın dostu kimi qələmə verir.

Müsahibə ruhani liderin yaşadığı Vatikandakı Santa Marta qonaq evində baş tutub.

Müsahibənin ən diqqət çəkən məqamlarından biri də Papanın yaradılış, cənnət və cəhənnəmlə bağlı sözləri olub.

E.Skalfarinin dediyinə görə, bu mövzu üzərində dialoq aşağıdakı kimi keçib:

“Skafari: “Öncəki görüşümüzdə insanlığın yox olacağını və Tanrının başqa varlıqlar yaradacağını söyləmişdiniz. Günah içində ölən və sonsuza qədər cəza çəkmək üçün cəhənnəmə gedən ruhlardan bəhs etmədiniz. Yalnızca yaxşı ruhların Tanrının lütfünə icazə veriləcəyini bildirdiz. Bəs pis ruhlar? Onlar harada cəzalandırılacaqlar?

Papa: Cəzalandırılmayacaqlar, tövbə edənlər Tanrı tərəfindən bağışlanacaq və onu təfəkkür edənlərin arasına gedəcək. Tövbə etməyənlər və buna görə bağışlanmayanlar yox olacaq. Cəhənnəm yoxdur, günahkar ruhların yox olması var.

Məhz bu ifadəyə görə, Vatikan xüsusi açıqlamasında məsələnin fərqli oladuğunu iddia edib. Açıqlamada Papanın Pasxa günlərində jurnalisti qəbul etdiyi doğrulanıb, lakin ona hər hansı bir müsahibə verilmədiyi bildirilib. Bundan başqa, Papanın sözlərinin məzmun olaraq təhrif olunduğu qeyd olunub.

Xəbərlərdə E. Skalfarinin daha öncələr də Papa ilə sərbəst olaraq görüşdüyü və həmin söhbətlərin böyük mübahisələrə səbəb olduğu bildirilir. 93 yaşlı Skalfarinin pontifiklə dialoqlarını diktafona yazmaması da onun Papanın ifadələrini təhrif etdiyi şübhələri daha da artırıb.

Lakin Papanın daha öncələr bəzi ayinlərdəki söylədiyi cümlələr də dindarlar arasında narazılıq yaradıb.. Məsələn, I Fransisk nitqlərinin birində “ Sonsuz lənət işgəncə otağı deyil. Sonsuz lənət daima Tanrıdan uzaqlaşmaqdır” ifadəsi böyük səs-küy yaradıb.

Roma Papasını yaradılışla, habelə Adəm və Həvvanın cənnətdən qovulması ilə əlaqədar ifadələri əsl sensasiya yaradıb.

Skalfari “ OnlarIn cənnətdən qovulması, əslində yaradılışları deməkdirmi? Yaradılış bumudur?” sualına Papa belə cavab verib:
“Yaradılış bu şəkildə gerçəkləşməz. Yaradıcı, yəni Tanrı, bütün kainatı və enerjini yaradıb. Bu enerji isə Tanrının Yer kürəsi, dağları, dənizi, ulduzları, qalaktikaları və canlıları, atom zərrələrini yaratmaq üçün istifadə etdiyi alətdir”.

Papanın bu sözlərini xristian dini xadimlər arasında bidət olaraq qiymətləndirənlər tapılıb.

Daha öncələr də I Fransiskə yönəlik sərt tənqidlərlə tanınan jurnalist Antonio Soççi pontifiki azğın tezislər irəli sürməkdə günahlandırıb.

Soççi bütün yepiskop və kardinalları Papaya qarşı qalxmağa çağırıb və “Bu cür bidət fikirləri yayan insan necə papa ola bilər?” deyə müraciət edib.

Xristian dindarları hiddətləndirən əsl məsələ papanın əvvəllər də olduqca böüyk mübahisələrə səbəb olan sözlərinin həmişə Skalfariyə verdiyi müsahibələrdə ortaya çıxmasıdır. Onlar pontifikin sözlərinin təhrif olunmadığını, əksinə, tamamilə doğru olduğunu iddia edirlər.(Musavat.com)

Cümə, 30 Mart 2018 00:00

ƏSL ERMƏNİ SIRTIĞI...

Yazan

Xeber.info - nun xəbərinə görə,bu erməni qadın bu günlərdə Bakı hava limanında saxlanılıb.
Estoniyada yaşayan və Tallin şəhər Şurasının üzvü olan Karine Oqanesyan adlı bu "axçi" martın 23-də Estoniyadan Bakıya gələn rəsmi nümayəndə heyətinin tərkibində hava limanında eniş edib. Lakin sənəd yoxlanışı zamanı onun kimliyi bəlli olduqdan sonra ölkəmizə girişi dayandırılıb. Qadın aeroportda 12 saat gözlədikdən sonra ölkədən deportasiya edilib.

Kanal13 internet televiziyasının Bakı filialının rəhbəri jurnalist Əziz Orucovun səhhəti pisləşib. Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova FB-səhifəsində yazıb: “Bu gün Əziz bəylə telefonla danışdım. Səhhətində ciddi problemlər yaranıb. Böyrəyinin ağrıları artıb, bu da təyziqinin qalxmasına səbəb olub. Bu azmış kimi ürəyində də problemlər yaranıb. Sol qolunda uyuşmalar olduğunu, döşqəfəsində kəskin küt ağrıların artdığını dedi. Xahiş etdi ki, növbəti görüşdə ona lazımi dərman preparatları aparım”.

Qeyd edək ki, Əziz Orucov saxta ittihamlarla 6 il azadlıqdan məhrum edilib.

Xeber.İnfo jurnalist Cavid Cabbarlının videomüraciətini təqdim edir:

https://www.youtube.com/watch?v=wHYy_sKTaZs

“Salam, Hər vaxtınız xeyir!

Əziz həmvətənlər, Azərbaycanı tərt etmək məcburiyyətində qalaraq, Avropanın müxtəlif ölkələrinə mühacirət edən həmvətənlərimizə qarşı hökumətin apardığı kampaniya artıq bütün sərhədləri aşmaqdadır. Bu kampaniyanın başında prezident yardıçmısı Əli Həsənov və digər iriranqlı məmurlar dayanır. Azərbaycan hakimiyyəti bütün işini,gücünü bir yana atıb vətəninin, doğmalarının həsrətiylə qürbət elin künc-bucağında başını girəliləyən bir neçə gəncin üstünə düşüb. Hökumət və Əli Həsənov Azərbaycandan qovduqları gənclərə həsr etdikləri enerjini Qarabağın azadlığına sərf etsəydilər ,ən azı bir neçə rayonumuz işğaldan azad olunardı.

Azərbaycan siyasətinə söyüşün məhz YAP hakimiyyəti tərəfindən gətirildiyi heç kimə sirr deyil. Bu barədə geniş bir yazı ilə çıxış etmişəm. Həmin yazıda mərhum Cəlal Əliyevdən tutmuş İlham Əliyevə qədər, Mirşahindən tutmuş Əli Həsənova və Hafiz Hacıyevə qədər hamısının söyüş mədəniyyətilərindən nümunələr təqdim etmişəm.

Bu gün isə, bir zamanlar İlham Əliyev də daxil olmaqla hakimiyyətin üst təbəqəsinə “bu itlərə deməliyik ki, bizi öldürsəniz də qorxmayacağıq”deyə, xitab edən Azər (Mandata) Həsrətin AzTvdəki çıxışından bir neçə cümləsinə toxunmaq istəyirəm. Mərhum jurnalist Elmar Hüseynov qətlə yetiriləndə hökuməti ən ağır ifadələrlə söyən Azər bəy bəzi jurnalistləri də mövqeysizlikdə ittiham edirdi. Deyirdi ki, bir ayağınız müxalifətdə, bir ayağınız da hakimiyyətin yanında olmasın. Ya orda olun, ya burda. İndi, bilmirəm hansı səbəblər Azəri cut tulladıb hökumətin yan-yörəsinə fırıldadıb. Bildiyim odur ki, qonşudan geri qalmamaq üçün bu dəfə Həsrət zavallı mühacirləri asıb-kəsir. Əli Həsənovun hücum komandasını ləyaqətlə yerinə yetirdiyini nümayiş etdirən Azər bəy, iddia edir ki, ölkəni tərk edənlər Azərbaycan cəmiyyətində özlərini realizə edə bilməyiblər. Yaxud nəinki ölkədə heç ailələrində özlərini doğrultmayıblar ki, ailə üzvləri onlardan imtina edirlər. Sonra onların heç avropalı ola bilməməsini də deyir və xarici qüvvələrə işləməkdə ittiham yağdırır.

Azər Həsrət, hökumət sənə bundan sonra ən yaxşı halda deputat mandatı verə bilər. Bu qədər mövqeysizlik bir mandata dəyərmi, onu özün müəyyən etməlisən. Mən isə bu ittihamları bir bir cavablandırmıram. Çünki, sən də bilirsən ki, hamısı yalandır və Əli Həsənovun böhtanına özünü şərik etməklə afərin qazanmaq istəyirsən. Amma növbəti ittihamını cavabsız qoya bilmərəm. AzTv-nin efirindən deyirsən ki, bu adamlar doğuşdan zibil kimi doğulublar. Sən təkcə bu gəncləri deyil, Azərbaycan ailəsini, Azərbyacan anasını, atasını təhqir edir, zibil adlandırırsan. Unutma, məhz bu ittihamda sənin də xüsusi payın var.

Əziz həmvətənlər, hökumət Əli Həsənov timsalında var gücü ilə bir neçə gənci bəhanə edib söyüş siyasətini davam edir. Bunlar ölkəni hər mənada dağıdıblar, indi dava salıb aradan çıxmaq, yaxud suçu digərlərinin üzərinə atmağa çalışırlar".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “ana müxalifət” partiyasının – CHP-nin lideri Kamal Kılıcdaroğluna qarşı 250 min lirəlik təzminat davası açılması üçün məhkəməyə müraciət edib.

Xeber.info xəbərinə görə, buna səbəb Kılıçdaroğlunun CHP-nin TBMM-dəki son qrup toplantısında Ərdoğanla bağlı sözləri olub.

Belə ki, Kılıcdaroğlu çıxışında “Buradan ilk dəfə söyləyirəm, FETÖ-nün bir nömrəli siyasi qanadı prezident kürsüsünü işğal edən zatdır.

Məhkəməyə versin, isbat edəcəyəm”, – demişdi.

“Artıq “Hacı Cavad” məscidinin tikintisi başa çatıb”.
 
Xeber.info-nun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
 
M. Qurbanlı bu il “Hacı Cavad” məscidinin açılışının olacağını qeyd edib.
 
Qeyd edək ki, 2017-ci ilin iyun ayında Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülüb, həmin rayonun ərazisində yeni ünvanda, Abbas Mirzə Şərifzadə küçəsində tikilməsinə qərar verilib.(apa)
 
Xeber.info
6 -dən səhifə 178