Thursday, November 23, 2017

"Hakimiyyət "Bir pəncərə prinsipi"-ni imzalamaqla xarici donorlarında iştirakını vacib hesab edir. Azərbaycanda bəzi Qeyri Hökumət Təşkilatları (QHT) fəaliyyət göstərərkən verilmiş qrantlardan sui-istifadə ediblər. Belə ki, təşkilatlarının hesablarına daxil olan vəsaitləri öz şəxsi depozit hesablarına keçirmiş və nəticədə sahibkarlıq fəaliyyətinin subyektinə çevrilmişlər. Təşkilatlarının hesablarından öz hesablarına 37 bəzi hallarda isə 40 nəfərə yaxın şəxsin adından istfadə edilməsi haqqında faktlar var " -AHTHVC dialoq platformasının koordinatoru Əliməmməd Nuriyev
"Prezident sərəncam verməklə iş bitmir, o sərəncamın necə yerinə yetirilməsi maraqlıdır. Ədliyyə nazirliyinin kaprizləri ucbatından bizi çox süründürdülər. Qardaş, Allaha and olsun ki, qrantları necə alırdılarsa eləcədə alacaqlar. Bu Azərbaycan hökümətinin günahıdır" - Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı

 Daha maraqlı məlumatları video materialımıza baxmaqla əldə edə bilərsiniz.

"İnter"in prezidenti Rəşad Qasımovun istefasının səbəbləri barədə geniş yazı dərc etmişdik. Həmin yazıda istefanın səbəblərindən biri kimi sabiq prezidentlə klubun Müşahidə Şurasının sədri Yohann Enqbrextin münasibətlərinin pis olması göstərilmişdi. Yazı dərc olunandan sonra Yohann Enqbrextin ölkəmizə gəlişi və "İnter"də peyda olması barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Bu yazıda həmin məlumatları oxuculara təqdim edəcəyik.

Fanat.az-aməlumat verən mənbə bildirir ki, Yohann Enqbrext "İnter"ə maliyyə naziri Samir Şərifovun istəyi ilə gətirilib. Almaniya "Commerzbank”nın 5 ildi ki, Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən alman Samir Şərifovun ailəsinə məxsus biznesin (hansı şirkət olduğunu dəqiqləşdirə bilmədik - red.) ortaqlarından biridi.

Mənbənin sözlərinə görə, "İnter" klubunun səhmlərinin 51 faizi Maliyyə Nazirliyinə, 49 faizi isə Beynəlxalq Banka məxsusdu. Klubun baş sponsporu Beynəlxalq Bank olsa da, Cahangir Hacıyev vəzifədən getdikdən sonra "İnter" tamamilə Samir Şərifovun nəzarəti altına keçib. Nazir sabihi olduğu klubun rəhbərliyinə etibarlı bizens ortağını gətirməklə "İnter"i tamamilə nəzarətinə götürməyə nail olub.

Yohann Enqbrextin Rəşad Qasımovun istefasındakı roluna gəlincə, onların münasibətləri yaxşı olmayıb. Həmçinin Qasımova təklif edilib ki, formal olaraq prezident vəzifəsində qalsın, klubu isə alman idarə etsin. Amma o, bununla razılaşmayaraq postundan gedib. Rəşad bəyin gedişində Cahangir Hacıyevə yaxınlığı da rol oynayıb ki, bu barədə ötən yazıda ətraflı məlumat vermişdik. Bu məqamı nəzərə alaraq deyə bilərik ki, "İnter"ə bundan sonra təyin olunacaq yeni prezident də formal xarakter daşıyacaq və klubu Samir Şərifovun vəzifəyə gətirdiyi alman sədr idarə edəcək.

Yuraxırada da qeyd etdik ki, Cahangir Hacıyevin həbsindən sonra "İnter" tamamilə Samir Şərifovun nəzarəti altına keçib. Məlumatlı mənbələr bildirir ki, nazir sabiq bankirin klubunu ələ keçirməklə kifayətlənməyib, ona məxsus olmuş bir sıra gəlirli sahələrə də nəzarət edir. Elə Cahangir Hacıyevin məhkəmədə ən çox Samir Şərifovu ittiham etməsinin səbəblərindən biri də budu. Beynəlxalq Bankın sabiq sədri açıq-aşkar bildirir ki, bankdakı qanunsuzluqlardan maliyyə nazirinin xəbəri olub və hər şeyə görə onunla yanaşı, Samir Şərifov da məsuliyyət daşıyır. 

Qayıdaq, Yohann Enqbrextə. Bir müddət əvvəl onunla bağlı yazı dərc etmişdik. "İnter"in alman sədrinin maraq dairəmizə düşməsinin səbəbi isə onun sosial mediada paylaşdığı bir foto olmuşdu. Belə ki, cənab Enqbrext arxa fonda qoyun sürüsünün göründüyü fotoya "Çox adam soruşur ki, mən Azərbaycanı niyə sevirəm?" sözlərini yazmaqla tənqid hədəfinə çevrilmişdi. Azərbaycanın çörəyini yeyən, burda pul qazanan alman ölkəmizi məhz qoyunlara görə sevdiyini göstərməklə tənqid hədəfinə çevrilmişdi. Çünki fotonun fonunda nə Azərbaycanın hansısa dilbər güşəsi görünür, nə də hansısa möhtəşəm bir tikili. Şoran basmış çöl və qoyunlar... Təəssüf ki, həmin vaxt onun bu hərəkətinə layiqli qiymət verən tapılmadı. Əksinə, alman "İnter"dəki yerini daha da möhkəmləndirməyə nail oldu. 

Qeyd edək ki, Yohann Enqbrextin ata və anası alman olsa da, Qazaxıstanda doğulub, 11 yaşına qədər orada yaşayıb. Rus dilində sərbəst danışdığından ölkəmizdə dil problemi ilə üzləşmir. Onun həmçinin məşqçi kimi UEFA-nın B kateqoriyası var. Alman 5 ilə yaxındır ki, "Commerzbank”nın ölkəmizdəki nümayəndəliyinin rəhbəridir. Bu bank isə Azərbaycan Beynəlxalq Bankı sıx əməkdaşlıq edir. Bir sözlə, o, indi Samir Şərifovun "çətiri" altında olsa da, bir vaxtlar Cahangir Hacıyevlə də yaxşı münasibətləri olub. Hətta bəlkə də biznes ortaqlıqları belə var... 

Qubad İbadoğlu: “Ölkə başçısına yazdığımız məktubdan sonra qısa müddətdə QHT-lərin və qrantların qeydiyyatı məsələsi, reyestrdən çıxış, vergi cərimələri, bank hesabları il bağlı problemlər həll olundu”

Məlum olduğu kimi, Astanada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə beynəlxalq rəhbər komitənin 35-ci iclasında müzakirə olunan əsas məsələ Azərbaycanın fəaliyyətinin dayandırılması olub. Gərgin müzakirələrdən sonra bu qərar qəbul olunmayıb və 4 ay sonra keçiriləcək iclasa qədər Azərbaycan hökuməti qarşısında şərtlər qoyulub. Bu iclasda iştirak edən  Mədən Sənayesində Şəffaflığın Artırılması" QHT Koalisiyasının rəhbəri Qubad İbadoğlu ötən gün vətənə  dönüb və ilk müsahibəsini “Yeni Müsavat” qəzetinə verib.

- Qubad bəy, bu iclasda məhz Azərbaycanla bağlı məsələnin qoyulmasının səbəbi nə idi?

- Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə rəhbər komitənin təmsilçiləri olaraq bu il iyulun 1-də Osloda razılaşmışdıq ki, Azərbaycanla bağlı müzakirəni növbəti iclasımızda yekunlaşdıraq. Çünki iki ildən çoxdur ki, hər iclasda Azərbaycanla bağlı aktiv müzakirələr olur. Osloda qərara gəldik ki, Azərbaycan da daxil olmaqla 15 ölkəyə qiymətləndirici missiya göndərək. Mən özüm də qiymətləndirmə komitəsinin üzvüyəm. Bizim missiyamız bu günə qədər Azərbaycan da daxil olmaqla 13 ölkədə işini yekunlaşdıra bilib. 13 ölkədən 6-nın hesabatı müzakirədən keçdiyinə görə və qiymətləndirmə komitəsində qoyulduğuna görə  həmin 6 ölkə üzrə müzakirəni davam etdirib qərar verməli idik.  

Azərbaycanla bağlı məsələni rəhbər komitə əvvəlcədən planlaşdırmışdı. Azərbaycanın  qiymətləndirmə hesabatı onu göstərirdi ki, ölkəmiz fəaliyyətini dayandırmalıdır. Düzdür, seçim imkanları var idi, ancaq o variantlar bir-birindən o qədər də fərqlənmirdi. Bir seçim Azərbaycanın ümumiyyətlə MSŞT-dan çıxarılması idi, ancaq bu real görünmürdü. Bir çox QHT-lər müraciət etmişdilər ki, Azərbaycanın statusunu qaytaraq, Azərbaycan bu təşəbbüsdən çıxarılmasın. Ona görə də Azərbaycanın çıxarılması məsələsi müzakirə olunmayıb. “Financial Times” qəzeti yazırdı ki, Azərbaycanın QHT-ləri ölkələrinin təşkilatdan çıxarılmasına çağırış ediblər, bu yanlış fikirdir. 

Məsələ bundan ibarətdir ki, çıxarılma məsələsi real variant olmayıb və heç bir QHT tərəfindən dəstəklənməyib. Qeyri-hökumət təşkilatları həm beynəlxalq, həm də yerli səviyyədə Azərbaycanın həmin təşəbbüsdə qalmasının tərəfdarı olduğunu dəfələrlə bəyan ediblər. Fikir müxtəlifliyi ondan ibarət idi ki, beynəlxalq QHT-lər Azərbaycanın fəaliyyətinin dayandırılmasına çağırırdılar. Yerli QHT-lərin fikirləri  isə ikiyə bölünmüşdü. MSŞT Koalisiyasına üzv olan təşkilatlardan 11-nin rəhbəri,  rəhbər komitə olan Şuraya daxildir. 11 nəfərdən 6-ı müraciət göndərmişdi və bu müraciətdə Azərbaycandakı mövcud situasiya dəyərləndirilirdi. 

Həmin dəyərləndirmədən sonra biz eyni zamanda Azərbaycanın bu statusda qalmasını, namizəd statusunun saxlanılmasını, Azərbaycanda dəyişikliklərin baş verdiyini bəyan edərək ölkəmizə növbəti dövr üçün islahedici tədbirlər planının təqdim olunmasına çağırmışdıq. Bu müraciətdə həmçinin Azərbaycanda yüksək səviyyəli missiyanın göndərilməsi də  xahiş olunurdu. 11 nəfərlik Şura üzvündən digər 5 nəfərin müraciətində isə yalnız Azərbaycanın statusunun qaytarılmasına çağırış var idi, başqa məsələlərə  münasibət yox idi.

- Astanada əsasən hansı variant  müzakirə olunurdu?

- O iclasda nə Azərbaycanın statusunun qaytarılması, nə də ölkənin təşəbbüsdən çıxarılması gündəmdə deyildi. Gündəmdə olan Azərbaycanın fəaliyyətinin dayandırılması idi. Azərbaycanın fəaliyyətinin dayandırılmasının fəsadlarını biz əvvəlcədən görə bilirdik. Hökumət son olaraq müəyyən addımlar atmışdı. Bu addımlar çox qısa müddətdə ciddi dəyişikliklərə gətirib çıxartdı. Bu daha çox praktiki problemlərin həllinə yönəlmişdi. QHT-lərlə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində yeganə addım isə prezident fərmanının imzalanması idi ki, xarici qrantların qeydiyyatı ilə bağlı “bir pəncərə sistemi”nə keçirilsin. O baxımdan praktiki problemlər həll olunmuşdu və bununla bağlı problemlər MSŞT qrupuna getmişdi. Ancaq ortada hesabat var idi və qiymətləndirmə hesabatında bunların heç biri nəzərə alınmamışdı. Çünki qiymətləndirmə hesabatının son müddəti oktyabr ayının 10-da idi. Ona görə də Azərbaycanla bağlı müzakirələr çox uzun çəkdi, bir neçə iclas bu məsələyə həsr olundu. Yekun qərar da ondan ibarət oldu ki, Azərbaycanın statusu olduğu kimi qalır, namizəd kimi fəaliyyətini davam etdirir. Eyni zamanda ölkəmizə növbəti toplantıya qədər islahedici tədbirlər proqramı təqdim olundu. Bununla yanaşı qərar qəbul olundu ki, iyunun 26-da  Azərbaycana qiymətləndirici göndərilsin.

- İslahedici tədbirlər proqramında hansı tələblər var?

- Bu proqram daha çox MSŞT-nə üzv olan təşkilatların problemlərinin həllinə yönəlib. Qiymətləndirmə də göstərdi ki, bizim ən çətin məsələmiz Azərbaycanda vətəndaş cəmiyyətinin prosesdə iştirakı ilə bağlıdır. Proqrama prosesdə iştirakı əngəlləyən mövcud qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsi və bu qaydaların ləğvi nəzərdə tutulur. Birincisi, bundan sonra hər iki ildən bir reysterdən çıxarış alması MSŞT-nə üzv olan təşkilatlara şamil olunmur. İkincisi, bu təşkilatların MSŞT-dan aldığı qrantlar qeydiyyatdan keçirilmir. Üçüncüsü, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə dəstək verən xarici donorların fərdi qrantları müvafiq orqanlardan təsdiqlənmədən təşkilata verilir. Azərbaycan hökuməti bizim növbəti iclasımıza qədər bu 3 dəyişikliyi etməlidir. Növbəti iclasımız martın 8-9-da Kolumbiyanın paytaxtı Baqotada olacaq. Azərbaycanın 4 aydan bir az çox vaxtı var. Bu müddət ərzində sözügedən dəyişiklər edilməsə yenidən Azərbaycanın fəaliyyətinin dayandırılması məsələsi gündəliyə gələcək. Əgər edilibsə, ölkəmiz fəaliyyətini davam etdirəcək. İyunun 26-da  Azərbaycanda yenidən qiymətləndirmə başlayacaq və problemlərin nə dərəcədə həll edildiyinə baxılacaq.

- Hansı meyarlar üzrə qiymətləndirmə həyata keçiriləcək?

- Bizim vətəndaş cəmiyyəti protokolu var və həmin protokola görə, QHT-lərin söz, ifadə, birləşmək azadlığı və qərarların qəbulunda iştirak imkanları qiymətləndiriləcək. Həmçinin bizim standartın 1.4 - çoxtərəfli qrupun idarə edilməsi tələbi üzrə 2.6 standartı ilə bağlı - Dövlət Neft Şirkətinin prosesdə iştirakı, bu şirkətin xərcləmələri  ilə bağlı qiymətləndirmə aparılacaq. Sonuncu blok qiymətləndirmə isə Azərbaycanda MSŞT-nün fəaliyyətinin nəticələri üzrə olacaq.

- Bu tələblərin qoyulması və ölkəmizə konkret olaraq vaxt verilməsi ilə bağlı hökumətə müraciət etmisinizmi?

- Biz bu ayın 11-də Koalisiya adından Azərbaycan prezidentinə məktub ünvanlayaraq narahatçılığımızı bölüşmüşdük. Dövlət başçısına müraciət etməkdə bir məqsədimiz də ondan ibarət idi ki, o prosesə müdaxilə eləsin, işi nəzarətə götürsün. Əgər ölkə başçısı prosesə müdaxilə etməsəydi, bəlkə də Azərbaycanın fəaliyyətini dayandıracaqdılar. Bizim məktubdan sonra qısa müddətdə təşkilatların, qrantların qeydiyyatı məsələsi, reyestrdən çıxarış məsələləri həll olundu. Bizim Şuranın üzvü olan Oqtay Gülalıyevin özünə və ailəsinə  qarşı açılan cinayət işinə xitam verildi. Bəzi təşkilatların  vergi cərimələrinin aradan qaldırılması ilə bağlı addımlar atıldı. Prezident həmçinin  xarici donorların fəaliyyətinin “bir pəncərə sistemi” ilə sadələşdirilməsi ilə bağlı sərəncam imzalandı. Bütün bunlar baş verməsəydi, yəqin ki, Azərbaycanın MSŞT-də fəaliyyətinin dayandırılmasının qarşısını almaq mümkün olmayacaqdı.

- Bəzi QHT-lər isə atılan bu addımları yetərli hesab etmirlər. Siz necə?

- Təbii ki, bütün bunlar ona görə baş verdi ki, koalisiya bu məsələni birbaşa dövlət başçısı səviyyəsinə qaldırdı və bu addımlar atıldı. Təbii ki, sadəcə bununla Azərbaycan vətəndaş cəmiyyətinin problemlərini həll etmək mümkün deyil. Bu dəyişikliklər yalnız  MSŞT-nə üzv olan təşkilatlara şamil olunur, əlavə olaraq bizim özümüzün fəaliyyətimizin dayanıqlı olması üçün mütləq qanunvericilikdə dəyişikliklə baş verməlidir. Son iki ildə qanunvericilikdə 26  dəyişiklik edilib, onun çoxu məhdudlaşdırıcı xarakter daşıyır.  Bu baxımdan qanunvericilik üzərində ciddi iş getməlidir.

- “Financial Times” ABŞ Dövlət Departamentinin nümayəndəsinin də iclasda Azərbaycanı müdafiə etməsi və hətta yekun qərara təsir etməsi barədə yazmışdı. Bu doğrudurmu?

- Əvvəla, Azərbaycan vətəndaşı olduğumuza görə ölkəmizlə bağlı müzakirələr bizim iştirakımız olmadan keçirildi. O baxımdan mən müzakirələrdə kimin hansı mövqe tutduğunu bilmirəm. Təbii ki, ABŞ Dövlət Departamentinin nümayəndəsinin də fikrini demək hüququ var idi, şirkətlərin də. Bizdə qərarlar konsensusla qəbil olunur, bu baxımdan razılıq olmasaydı qərar Azərbaycanın xeyrinə qəbul olunmazdı. Düşünürəm ki, onların da razılığı olub.

-  O iclasda məhz ABŞ-ın Azərbaycanı xilas etməsi doğrudurmu?

- Xeyr, bu, doğru deyil. Əvvəla, ABŞ hökuməti  orada qərarlara birbaşa təsir etmək imkanına malik deyil. Orada qərarlar heç bir hökumətin təsiri ilə qəbul edilmir. Əksinə, vətəndaş cəmiyyəti üzvlərinin, investorların iştirakı ilə qəbul edilir. ABŞ Dövlət Departamentinin mövqeyi bəllidir, onlar istəyir ki, Azərbaycan şəffaflıq təşəbbüsündə qalsın. Çünki bu Azərbaycanın investisiya cəlbediciliyini artıra bilər. Azərbaycanın enerji resurslarının Avropaya çıxmasını təmin edən Cənub Qaz Dəhlizi layihəsi də gündəmdədir ki, bu da Amerikanın marağındadır. Bu baxımdan ABŞ-ın mövqeyi anlaşılandır. Lakin bu məsələdə Azərbaycan hökumətinin atdığı addımlar önəm kəsb edir. Hökumətə konkret məsələlər təqdim olunub. Adətən hökumət nümayəndələri gözləyib, son günlərdə  tələsik addımlar atırlar. Bu fəaliyyətin nəticələrini beynəlxalq təşkilatlara təqdim etmək çətindir. Mən ümid edirəm ki, bu dəfə Azərbaycanın hakimiyyət dairələri bu məsələnin ciddiliyini nəzərə alacaqlar və bu gündən etibarən fəaliyyətə başlayacaqlar. Əks təqdirdə İdarə Heyətinin növbəti iclasında Azərbaycanın Təşəbbüsdə fəaliyyətinin dayandırılmasından  başqa alternativ qalmayacaq.

- O iclasda Azərbaycana qarşı qərəz vardımı?

- Məsələ sadəcə ondan ibarətdir ki, burada yerli və beynəlxalq QHT-lərin hərəsinin öz məqsədləri var. Bizim MSŞT-da olmaqda məqsədimiz odur ki, bundan bir imkan kimi istifadə edək. İstifadə edirik, təşkilatları, qrantları qeydiyyatdan keçiririk və sair. Biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə vətəndaş cəmiyyəti üçün bir imkan, şans və platforma kimi baxırıq, perspektiv  baxımından qiymətləndiririk. Bəzi beynəlxalq təşkilatların yanaşması ondan ibarətdir ki, MSŞT Azərbaycandakı problemlərin həlli üçün hakimiyyətə siyasi təzyiq etmək üçün bir vasitə ola bilər. 

Onlar da bir vasitə kimi baxırlar və fəaliyyətlərini sadəcə koalisiya ilə məhdudlaşdırmaq istəmirlər, siyasi məhbus məsələsini qaldırılar, repressiyaları qaldırırlar. Bu da onların işidir. Bizim fikir ayrılığımız yalnız oradadır. Ümumilikdə hər iki tərəf Azərbaycanın MSŞT-də qalmasının tərəfdarıdır və “Financial Times”də gedən məlumatlar yanlışdır. Bu yanaşma isə təkcə Azərbaycana qarşı deyil. Hətta Norveçin qiymətləndirməsi də göstərdi ki, orada da problemlər var. Bu ABŞ-da da ola bilər. Çox güman ki, növbəti iclasda 3 ölkəni bu Təşəbbüsdən çıxaracağıq, onlardan biri də Tacikistan ola bilər.

- Ermənistanın da Təşəbbüsə qoşulması gözlənilirmi?

- Ermənistanla bağlı 3 ilə yaxındır ki, danışıqlar gedir. Dünya Bankı bunun üçün  onlara texniki dəstək verir. Mən bu iclasda Ermənistan məsələsini də qaldırdım və bəyan etdim ki, əgər Ermənistan Təşəbbüsə qoşularkən Azərbaycanın işğal edilmiş rayonlarından əldə etdiyi gəlirlərlə  bağlı məlumatı hesabata daxil edəcəksə, biz Ermənistanın Təşəbbüsdə iştirakının əleyhinəyik. Həm İdarə Heyətinin sədri, həm də beynəlxalq katibliyin rəhbəri bundan sonra münasibətlərini bildirdilər və açıq mətnlə dedilər ki, Ermənistanın qəbulu şərtlə olacaq. Biz Ermənistanın qarşısını şərt qoyacağıq ki, təşəbbüsə qoşulandan sonra yalnız öz əraziləri çərçivəsində dağ-mədən sənayesindən əldə etdiyi  gəlirləri hesabata daxil edə bilər. Ermənistan işğal etdiyi ərazilərlə bağlı məlumatları isə hesabata daxil etməmək öhdəliyi götürəcək. Ümid edirəm ki, növbəti iclasda MSŞT bir qlobal institut olaraq Ermənistanın işğalçı ölkə olmasını bir daha təsdiq edəcək. Bu məsələdə mən dövlətin maraqlarını və hakimiyyətin mövqeyinin qorunması üçün çalışacağam və mübarizə aparacağam. 

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən olan deputat İmamverdi İsmayılov 29 oktyabr Zəngilanın işğalının 23-cü il dönümü günündə şəhidlərin hüzuruna çıxmaqdan boyun qaçırıb.

Artıq 5-ci dəfədir ki, parlamentdə zəngilanlıları "təmsil edən” deputat Zəngilan Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin hər il birlikdə təşkil etdiyi "Şəhidlər Xiyabanı” ziyarətində iştirak etməyib. Bu barədə AZXEBER.COM-a tədbirdə iştirak edən deputatın seçiciləri məlumat veriblər.

Seçicilərinin bu günə kimi tək bir problemini belə parlamentdə qaldırmayan, şəhid ailələrinin belə görüşünə çıxmayan deputatın hər il ənənəvi olaraq keçirilən tədbirlərdə iştirak etməməsi bütün rayon ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb. Başı öz şəxsi biznesinin inkişafına qarışan deputat demək olar ki, rayonla bağlı nazik olan bütün iplərini birdəfəlik qopardıb.

Qeyd edək ki, İmamverdi İsmayılovun öz şəxsi biznesi olması ilə bağlı məlumatlar müxtəlif dövürlərdə mətbuatda yayımlanıb və deputat bir dəfə də olsa bu məlumatlarla bağlı heç bir açıqlama verməyib. Onun ailə üzvlərindən oğlunun Sumqayıt DYP-də yüksək vəzifə tutduğu və Sumqayıtda ən bahalı avtomobil nömrələrinin qara bazarda satışını həyata keçirirdiyi iddia edilir.

SOCAR patronunun oğlu Fətullah Gülən camaatı ilə “rəqs” etdiyi üçün həbsə edilib.

Bu gün aldığımız xəbərdə bildirilir ki, iki gün əvvəl İstanbulda SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev həbs edilib. Onun Fətullah Gülən icmasının fəal üzvlərindən və təşkilatçı isimlərindən biri olaraq həbs edildiyini söyləyirlər.

Türkiyədə fövqəladə vəziyyət davam etdiyinə görə bu xəbəri dəqiqləşdirmək bir qədər çətindir. Amma hər halda, yaxın saatlarda xəbərə aydınlıq gətirməyə çalışacağıq.

İndilik əlimizdə olan xəbər bundan ibarətdir ki, Rəşad Abdullayevin azərbaycanlı tələbələrdən ibarət yaratdığı Fətullah Gülən camiəsinin bütün üzvləri möhkəm təşviş içindədilər. Hər kəs, hər an həbs ediləcəyini düşünür.(Azerbaycansaati.tv)

Azərbaycanda “Gənclər şəhərciyi”nin salınması mümkün olmayacaq. Hansı ki, cəmi bir il əvvələdək bu haqda yüksək səslə danışılırdı. Hətta layihənin gerçəkləşdirilməsi üçün yer də ayırılmışdı. 

Qaynarinfo.Az xatırladır ki, “Gənclər şəhərciyi” gənclər və  idman naziri Azad Rəhimovun projesi idi. Layihənin icrası üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılması nəzərdə tutulmuşdu. Məqsəd kimi isə gənclərin mənzil təminatını yaxşılaşdırılması göstərilirdi. 

Amma neftin kəskin ucuzlaşması nəticəsində yaranan maliyyə böhranı A.Rəhimovun reallaşmasında çox maraqlı olduğu bu projenin də arxivləşdirilməsinə səbəb olub.

Qeyd edək ki, gənclər və idman nazirinin “Gəınclər şəhərciyi” projesi ölkəyə neft pullarının sürətli axını dövründə - hardasa 10 il öncə irəli sürülmüşdü. Bu o vaxt idi ki, ayrı-ayrı oliqarxlar bu cür ilk baxışdan gözqamaşdırıcı layihələrlə çıxış etməyi sevirdilər, çünki həmin layihələr milyonlarla manatlıq büdcə vəsaitinə nəzarət etmək, ondan istənilən cür yararlanmaq imkanı verirdi. 

Hələ 2007-ci ildə A.Rəhimov bildirmişdi ki, Gənclər və İdman Nazirliyi “Gənclər şəhərciyinin tikilməsinin yollarını axtarır: “Bu istiqamətdə fəal olmasa da, müxtəlif şirkətlərlə danışıqlar aparılır”. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən nazirlik üçün Hövsan qəsəbəsində ayrılmış 3 hektar yer neçə müddətdir ki, boş qalıb. 

Aradan 8 il keçdikdən sonra isə necə olmuşdusa, A.Rəhimov 180 dərəcə əks açıqlama ilə çıxış etdi. Nazir ötən ilin dekabrında qəfildən bəyan etdi ki, hazırkı bazar iqtisadiyyatı sistemində gənclər üçün şəhərciyin inşası mümkün deyil. O, daha sonra əlavə etdi ki, dövlət büdcəsindən pul ayrılaraq gənclərə ev tikilməsi də düzgün olmazdı: “Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, yaxın gələcəkdə gənclər şəhərciyinin inşası gündəmdə olan məsələ deyil”. 

Əlbəttə, Rəhimovdan soruşsaq ki, niyə 2007-ci ildə “Gənclər şəhərciyi” inşa etmək fikrinə düşmək bazar iqtisadiyyatı sisteminə görə mümkün idi, amma 2015-ci ildə yox? - əminik ki, nazir bu sual qarşısında ağlabatan cavab verməyə çətinlik çəkərdi. 

Ona görə də Azad müəllim gərək doğrusunu danışa və uzun illər boyu haqqında tərifli sözlər deyilən bir layihədən imtina olunmasının gerçək səbəbini açıqlayaydı. Deyəydi ki, səbəb – maliyyə qıtlığıdır. 

Qaynarinfo.Az-ın məsələ ilə bağlı araşdırmasından o da məlum olub ki, əslində “Gənclər şəhərciyi” layihəsi 2-3 il əvvələdək reallaşdırıla bilərdi. Bunun üçün büdcə vəsaiti ayırmaq çətin deyildi. Sadəcə olaraq, həmin vaxt da hökumət daxilindəki bəzi anti-Rəhimovçu çevrələr bu projenin başlamasına mane oldular. Çünki “Gənclər şəhərciyi” layihəsi adıçəkilən nazirə milyonlarla manat vəsait üzərində nəzarət fürsəti yaradırdı. Belə layihələr isə onu həyata keçirənləri bir az da gücləndirir. A.Rəhimovun “vurulmasında” maraqlı olanlar məhz bu səbəbdən “Gənclər şəhərciyi” ideyasının reallaşmasına mane olublar. 

Sonradan isə başlayan iqtisadi böhran – neftin kəskin ucuzlaşması, devalvasiya və s. kimi amillər sözügedən projeni avtomatik olaraq arxivə göndərdi. 

İndi kağız üzərində qalan həmin layihə yəqin ki, Azad müəllim üçün kədərli bir xatirədən başqa heç nə ifadə eləmir... 

Milli Məclisin hazırda davam edən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb. 

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İctimai birliklər və Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Dəyişikliklər dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumun ləğvi, dini ekstremizm əleyhinə aparılan əməliyyatlar zamanı əməliyyat zonasının hüquqi rejimi ilə bağlı yeni tələblər, eyni zamanda dini fanatizm zəmnində milli, irqi ayrı seçkiliyin salınması, bunun maliyyələşdirilməsi ilə bağlı 5 ilədək azadlıqdan məhrum etmə sanksiyalarını əhatə edir. 

Komitə sədri bildirib ki, Cinayət Məcəlləsindəki dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alır. O, deyib ki, müstəqillik dövründən bu günə qədər Azərbaycanda 3 min nəfər xaricdə dini təhsil alıb: “Azərbaycanda 2166 məscid var, onun da 1600-ü daimi fəaliyyət göstərir. Həmin şəxslərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirir. Bu gün Azəraycanda həm Bakı Dövlət Universitetində, həm də islam universiteti fəaliyyət göstərir ki, ölkəmiz bu ali məktəblər vasitəsilə öz mütəxəssislərini yetişdirir. Artıq bu proses gedir və davamlı şəkildə aparılacaq. O cümlədən xaricə gedib orada təhsil alıb informasiya almaq məsələləri də bizim gündəliyimizdə var”. 

S.Novruzovun dediyinə görə, təklif olunan dəyişikliklər  Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərilməsinin, həm dövlətin konstitusion quruluşunun dəyişdirilməsinin, həm də Azərbaycanda dünyəvilyin pozulmasının qarşısını  alır. Xaricə gedib  orada təhsil alıb informasiya  almaq məsələləri də bizim  gündəliyimizdə var. İctimai televiziya, eləcə də  televiziya və teleradio yayımları haqqında qanunda da  göstərilib ki,  informasiyalar hansı miqdarda  hansı hallarda hansı formada gedə bilər. Əks halda onların fəaliyyəti dayandırılacaq”.

“Xaricdən sifariş almaq təhlükəlidir. Bu gün ölkədə bununla bağlı real təhlükə var”. Bunu isə deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, kimsə Səudiyyə Ərəbistanından, kimsə Türkiyədən, kimsə İrandan təlimat alır: “Burada sifariş almaq məsələsini ortaya çıxarmaq lazımdır. Xaricdən dini əqidə formasında idarə olunan qurumların da idarə olunması qadağan olunmalıdır. Bu gün xeyli sayda idarə olunan KİV orqanları da var. Burada media mənsublarının məsuliyyəti məsələsi də nəzərə alınmalıdır. Jurnalistlərin fəaliyyətinə də sanksiyalar tətbiq olunmalıdır. Din insanın içində olmalıdır, hoqqabazlıq göstərmək üçün deyil”.

“Bu gün din pərdəsi adı altında müəyyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirilər”. Bu fikirləri isə deputat Qənirə Paşayeva səsləndirib. Onun sözlərinə görə, indiyədək Azərbaycanda dini təriqət və məzhəb baxımından heç zaman münaqişə yaşanmayıb. “Sadəcə bu gün biz dünyada dini rərdə altında öz çirkin məqsədlərini həyata keçirən qüvvələrin şahidi oluruq. Din pərdəsi altında dünayanın bir şox ölkəsi cəhənmnəmə çevrilib. Mən elə bu günlərdə Kərküklərin nümayəndəsi ilə əlaqə saxladım və oradakı vəziyyətlə maraqlandım. Deputat bildirib ki. burada din adı altında terror təşkilatları bir cəhənnəm yaradıblar. Burada insanlar əziyyət içərisindədir. O deyib ki, Azərbaycan hər zaman bizə dəstək olub və ümid edirik ki, Azərbaycan bundan sorna da müxtəlif platformalarda dsətək verəcək, yanımızda olacaq”- deyə, millət vəkili vurğualyıb. 

Q.Paşayeva ümidvar olduğunu bildirib ki, Azərbaycan bundan sonra da Kərkukdə yaşayan soydaşlarımıza sahib duracaq və onlarə dəstək verəcək. “Ona görə də dini ekstremizmə qarşı mübarizə sərt formada aparılmalıdır. Düzdür, Azərbaycanən müvafiq qurumları bu istiqamətində fəaliyyət göstəriri. Ancaq cəmiyyət olaraq mövqeyimiz birmənalı olamalı və bu tendensiyaya qarşı aktiv mübarizə aparmalıyıq”- o, qeyd edib. Millət vəkili onu da əlavə etdi ki, dini ekstremizimin qarşısını almaq üçün öz dini alimlərimiz yetişdiməliyik: “Biz bu yolla maarifləndirmə işi aparılmalıdır”.

Deputat Musa Qasımlı da bu məsələyə kifayət qədər həssas yanaşmanın tələb olunduğunu deyərək xüsusilə də xaricdə təhsillə bağlı məsələyə ciddi yanaşma zərurətindən bəhs edib.

Deputat Zahid Oruc xaricdə təhsil almış 3 min nəfərin də Azərbaycan vətəndaşları olmasını xatırladıb. Eyni zamanda qeyd edib ki, Azərbaycan İslam Universiteti pulsuz təhsil verərsə, bununla bağlı dövlətin dəstəyi olarsa, xaricə təhsil almağa gedənlər ölkədə təhsil almağa üstünlkü verər: “Unutmayaq ki, xaricə gedənlər həm də pulsuz təhsil alacaqlarına görə bu seçimi edirlər”. 

Vitse-spiker Bahar Muradova isə qanunun yalnız dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumları əhatə edən bir maddəsinin dəyişdirildiyini deyib və konkret maddə ətrafında danışmağı təklif edib. 

Spiker Oqtay Əsədov isə “xahiş edirəm qanun layihəsini düzgün oxuyasınız və biləsiniz ki, konkret nəyi müzakirə edirik. Biz bu qanunu qəbul etmişik və bir maddəyə dəyişiklik edirik. Buna görə bu qədər çıxış etmək olmaz axı” deyə, irad tutdu və məsələni səsverməyə çıxardı. 

Bundan sonra qanuna edilən dəyişikliklə əlaqədar layihə səsə qoyularaq qəbul edilib. 

“Kütləvi informasiya vasitələri haqqında” qanuna da müvafiq dəyişikliklər edilib. Burada dini ekstremizmə qarşı nəzərdə tutulmuş əməliyyat məlumatlarının yayılmasına yol verilməməsi məsələsi əksini tapır. Həmçinin dəyişikliyə görə, əməliyyat aparılan xüsusi zonada KİV əməkdaşlarının iştirakı əməliyyatı aparan orqan tərəfindən müəyyən ediləcək.  

Yerli icra hakimiyyəti başçılarının iki səlahiyyəti ləğv edilib.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, yerli icra hakimiyyəti başçılarının mədəni-maarif idarələrinin işini təşkil etmək və Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdıraraq nazirliyin yerli bölmələrinin rəhbərlərini təyin etmək səlahiyyətləri ləğv olunub. 

"Topaz" uduşdan vergi çıxmayacaq - Milli Məclis təsdiqlədi

Azərbaycanın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiqlənib.

"Report"un verdiyi xəbərə görə, Vergi Məcəlləsində dəyişiklik idman mərc oyunlarından əldə olunan uduşların vergidən azad olunmasını nəzərdə tutur.

Qeyd edək ki, hazırda idman mərc oyunlarından əldə edilən uduşdan 10% dərəcəsi ilə vergi tutulur. 

Camal Seyidli: “Məmur rüşvət yaxud qahumluq əlaqələrinə görə təyinat aldığı yeri özününküləşdirib, obyekt kimi istifadə edir”

 “Azərbaycanda insanlar öz fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs olunurlar. Siyasi müxalifətə, mediaya və sivil cəmiyyətə məhdudiyyətlər qoyan Azərbaycan hakimiyyəti nüfuzlu beynəlxalq təşkilatlar qarşısındakı götürdüyü öhdəliklərə əməl etmir. Ölkədə seçki və media islahatlarına təcili ehtiyac var. Azərbaycanda demokratiyanın durumu ilə bağlı ciddi narahatlıq qalmaqdadır”. Bu sözləri ictimai-siyasi fəal Camal Seyidli deyib.

C.Seyidli Azərbaycanda demokratiya və insan hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edib: “Hüquqa söykənən, vətəndaş inkişafına tam zəmanət verən qanunvericilik bazası xeyli məhdudlaşdırılıb. Qanunlara mürtəce dəyişikliklər xüsusən fəal insanların həbs olunması və fəaliyyətlərində məhdudiyyət yaratmağa hesablanıb. Ölkədə demokratik cəmiyyətin formalaşdırılması üçün ciddi və süni əngəllər yaradılıb. Vətəndaşlar ən sadə hüquqlarını belə qoruya bilmir, problemin çözümünü ya intihar etməkdə, ya da mühacirətdə görürlər.Azərbaycanda “şah qanundur” prinsipi işləyir. Sadə jek rəisi özünü hakimi mütləq hesab edir. Rüşvət yaxud qahumluq əlaqələrinə görə təyinat aldığı yeri özününküləşdirib, obyekt kimi istifadə edir. Belə faktları dar sahələrə aid etmək olmaz. Yəni ölkədə korrupsionerləşmiş idarə və müəssisə tapmaq xeyli çətinləşib. Məmur vətəndaşa öz marağı çərçivəsində yanaşır. Kiçik bir faktdediklərimə əyani nümunə ola bilər. Hələ bir neçə il əvvəl jekdən arayış istədim. Arayışa görə məndən fantastik rəqəm tələb olundu. Heç nədən çəkinmədən, jek rəisi təkid etdi ki, dediyi məbləği verməsəm arayış verməyəcək. Bir qədər mübarizədən və söz duelindən sonra arayışı ala bildim. Lakin bu mübarizəni hamı apara bilmir. Ölkə əhalisinin böyük əksəriyyəti hüquqi maarifçilikdən uzaq salınıb. Əksəriyyət hüquqlarını bilmir. Ona görə əqidəsi xalqı və dövləti talamaq olan məmurlar daha tez aldada bilirlər. Azərbaycan Konstitusiyasında da göstərilir ki, “Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir”. Lakin bir qrup zümrədən başqa böyük əksəriyyət hüquq və azadlıqları ancaq xəyal edə bilər”.

Camal Seyidli diqqəti məhkəmə sisteminə yönəltdi: “Azərbaycan məhkəmələri siyasi hakimiyyətin iradəsini təmsil edir. Günahsız yerə, hakimiyyəti tənqid etdiyinə görə yüzlərlə vətəndaş məhbus həyatı yaşayır. Təbii ki, bütün hallarda belə insanlar məhbəsə məhkəmə qərarı ilə göndərilir. Cəmiyyət üçün faydalı, istedadlı gənclər narkotika və bu kimi ittihamlarla həbsə salınırlar. Digər sahələrdə ədalətin yoxluğu o qədər də təsir etmir. Lakin məhkəmə sistemində ədalətsziliyin höküm sürməsi cəmiyyət, hakimiyyət və elə dövlət üçün ciddi təhlükələrdən xəbər verir”.  

62 -dən səhifə 149