Saturday, November 25, 2017

Hökumət korrupsiya yaradan səbəbləri niyə aradan qaldırmaq istəmir?

Bu məqaləni qiymətləndir
(0 səs)

Elşən Allahverdiyev:  “Azərbaycanda korrupsiyanı yaradan səbəblər hakimyyətdə olan məmurların pul qazanmaq hərisliyidir”

Korrupsiya ölkəninmaddihəyatnemətlərininkiçikoliqarxikqrupunxeyrinə ədalətsiz şəkildə bölünməsinə, cəmiyyətinböyükhissəsininyoxsullaşmasınavə ölkədə sosialgərginliyinartmasınasəbəbolur.

TəhsilNazirliyinin 2015-ciil üzrə rəsmihesabatındakorrupsiyadaadı hallandığınagörə 21 nəfərvəzifəli şəxsinişdənqovulması göstərilir”.

Mövzuilə bağlı “Korrupsiyayavə İnhisarçılığaQarşı Mübarizə” İctimaiBirliyininsədriElşənAllahverdiyevinmünasibətini öyrəndik. E.Allahverdiyev “Doğru xəbər”ə bildirdi ki, korrupsiya iqtisadi sahədə sağlam bazar rəqabəti mexanizminin pozulmasına, inhisarçılığın yaranması və inkişafına, dövlət büdcə vəsaitinin, xüsusən dövlət sifarişlərinin bölünməsi və kreditlərin qeyri-səmərəli paylanılmasına, cəmiyyətin əksəriyyətinin hesabına korrupsiya münasibətlərində olan bir qrup insanın əsassız varlanmasına, korrupsiya elementlərinin hesabına malın və xidmətlərin qiymətinin artmasına, gizli iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli şəraitin yaranmasına gətirib çıxarır ki, bu da son nəticədə dövlətin öz iqtisadi funksiyasını tam həcmdə, səmərəli və ədalətli şəkildə həyata keçirməsinə maneçilik törədir. Korrupsiya ölkənin maddi həyat nemətlərinin kiçik oliqarxik qrupun xeyrinə ədalətsiz şəkildə bölünməsinə, cəmiyyətin böyük hissəsinin yoxsullaşmasına və ölkədə sosial gərginliyin artmasına səbəb olur.

E. Allahverdiyev  hesab edir ki, korrupsiya bütün sahələri iflicləşdirir: “Korrupsiya cəmiyyətin ayrı-ayrı strukturlarının həyatını nizamlayan əsas vasitəyə çevrilməklə qanunu, hüququ nüfuzdan salır. Siyasi sahədə isə korrupsiya siyasətin məqsədinin ümummillilikdən oliqarxik klan və qruplaşmaların hakimiyyətinin təmin olunmasına, kapitalı xaricdə gizlədən korrupsionerlərin ölkənin milli təhlükəsizlik maraqlarına xəyanət etmələrinə, beynəlxalq arenada ölkənin nüfuzdan düşməsinə, onun siyasi və iqtisadi cəhətdən təcrid olunmasına, cəmiyyətin hakimiyyətə inamının azalmasına, insanlarda demokratik dəyərlərə dair ümidsizliyin yaranmasına və başqa, totalitar dövlət forması olan diktaturaya yol açır. Dünyanın demək olar ki, bütün ölkələrində korrupsiya halları mövcuddur. Ona görə də beynəlxalq səviyyədə korrupsiya ilə mübarizənin gücləndirilməsi məsələlərinə BMT, Avropa Şurası kimi təşkilatlar da xüsusi diqqət yetirir

E. AllahverdiyevAzərbaycanda hər kəs korrupsiyanın olmasını bildirir. Sizcə Azərbaycanda korrpusiyanın əsas səbəbləri nədir? – sualına belə cavab verdi: “Azərbaycanda korrupsiyanı yaradan səbəblər hakimyyətdə olan məmurların pul qazanmaq hərisliyidir. Yəni yuxarıdakı təsnifatda deyildiyi kimi yüksək çinli məmurlar vətəndaşlara verilən hüquq və imtiyazları onlara satırlar. Sadəcə MTN olaylarını yadınıza salın. O vəzifə sahiblərindən niyə pul tələb olunurdu? Ona görə ki, onlar korrupsiyaya bulaşmış adamlar idi. Hökumət korrupsiyanı yaradan səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirməlidir, Azərbaycan hökuməti isə bunu istəmir. Təsəvvür edirsinizmi, Təhsil Nazirliyinin 2015-ci il üzrə rəsmi hesabatında korrupsiyada adı hallandığına görə 21 nəfər vəzifəli şəxsin işdən qovulması göstərilir. Bu üzə çıxandır və yalnız bir strukturdadır. Buna görə də korrupsiya ilə tam əhatələnmiş məmur ordusu  heç vaxt maraqlı olmayacaq ki, korrupsiya halları aradan qalxsın.

E. Allahverdiyevmiyyətin korrupsiyadan yaxa qutarmaüçün vətəndaş cəmiyyətinin inkişafını çox zəruri hesab edir: “Cəmiyyətin korrupsiyadan azad olması üçün ilk növbədə hökumətə təsirləri olmalıdır.  Həm də normal vətəndaş cəmiyyəti formalaşmalıdır. Azərbaycanda isə vətəndaş cəmiyyətini sıradan çıxarmaq üçün hökumət bütün üsullardan istifadə edir. Eyni zamanda insanların maddi durumu normal olmadığından onlar öz hüquqları uğrunda mübarizə aparmağa maraq göstərmirlər.

Digər tərəfdən hökumət özündə cəsarət tapıb korrupsiya əleyhinə islahatlar aparmalı və müvafiq mexanizmlər hazırlamalıdır ki, məmurların korrupsiyaya meylliliyi azalsın. Bu günkü hökumətin isə bu cür addımlara meylliliyi təəssüf ki, görünmür.

Cavad Bədəlov 

Oxu 510 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.