Tuesday, November 21, 2017

“Azərbaycanda vətəndaşa problemlər yaradan bir məmur aparatı var”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Rövşən Bəşirli : “Məmurlar müstəqil məhkəmə hakimiyyətinin olmadığını yaxşı bilirlər və bütün hakimiyyət qollarında qohumbazlıq, tayfabazlıq prinsipi ilə şəbəkəli olduqlarından vəzifələrini şəxsi mülkləri hesab edirlər”.

“Gənc Demokratlar Hərəkatı”nın sədri Rövşən Bəşirli Avropa ilə Azərbaycan arasında məmur vətəndaş münasibətlərilə bağlı söhbətlər apardıq.

-          Azərbaycanda vətəndaşların öz hüquqlarına münasibətini necə qiymətləndirirsiniz?

-   Ümumiyyətlə avtoritar və totalitar rejimlərdə insan hüquqlarının pozulması kütləvi xarakter daşıdığından kiminsə öz hüququ uğrunda mübarizə aparması gülünc görünür. Azərbaycan kimi ölkələrdə isə bu məslə bir az fərqlidir. Yəni demokratik dəyərlər prinsipini gostərən hökumət daha çox imitasiya yaratdığından insanları mübarizə aparmamaqda və ya müqavimət göstərməməkdə suçlayırlar. Bu mənada belə bir “müstəvi” yaradılır ki, guya insanlar məhkəməni uda bilərlər, hökumət tənqid oluna bilər və sair. Amma diqqətlə baxsaq görərik ki, İ.Əliyevin və ailəsinin biznesini ifşa edənlər daha ağır cəzaya məruz qaldılar. Məsələn, Xədicə İsmayıl kimi. Buna görə də hansısa hüquqlar uğrunda mübarizə aparmaq və müqavimət xarakterli tədbirlər görmək qeyri-mümkündür. Deməli ölkədə avtoritar rejim var və insanların hüquqları kütləvi şəkildə pozulur. Ən yaxşı halda hansısa nazirlik və ya idarə müdiri tənqid oluna bilər.

-    Azərabcyanda vətəndaş-məmur munasibətlərini necə dyərlədirirsiniz?

-    Məncə insanlardan qeyri-peşəkar şəkildə soruşsaq ki, məmurlardan nə dərəcədə razısınız o zaman məsələ aydın olar. Təəssüf ki, bizim ölkədə vətəndaş istənilən hüququnu əldə etmək üçün məmur əngəliylə qarşılaşır. Bu zaman isə cavabdeh məmura çıxmaq imkanı və hüququnu tələb etmək imkanı tanınmır. Çünki, Azərbaycanda Nazirliklərdə idarə rəislərinin, şöbə müdirlərinin, icra başçılarının və müavinlərinin, polis rəislərinin qəbuluna düşmək faktiki olaraq qeyri-mümkündür. Belə olan zaman da polis-vətəndaş münasibətlərindən danışmaq qeyri-mümkündür. Faktiki olaraq Azərbaycanda vətəndaşlara problemlər yaradan bir məmur aparatı var və o aparat formal olaraq mövcuddur və vətəndaşlara xidmət göstərmir.

-    Rövşən bəy, Sizcə bu məmur saymamazlığının əsas kökləri nədədir

-  Məncə burada əsas səbəbi oturuşmuş avtoritar rejimin mahiyyətində axtarmaq lazımdır. Çünki, hər hansı müqavimətdən çəkinməyən, korrupsiya yoluyla vəzifəyə gəlmiş məmur vəzifəsindən çıxarılacağından və cəzalanacağından qorxmadığına görə vətəndaşa qarşı hörmətsiz davranır və öz funksiyasını yerinə yetirmir. Eyni zamanda məmurlar müstəqil məhkəmə hakimiyyətinin olmadığını yaxşı bilirlər və bütün hakimiyyət qollarında qohumbazlıq və tayfabazlıq prinsipi ilə şəbəkəli olduqlarından vəzifələrini şəxsi mülkləri hesab edirlər. 

-  Bu məsələlədə Azərbaycanı Avropa dövlətlərindən fərqləndirən əsas cəhət nədir?

-İlk olaraq qeyd edim ki, ölkəmizdə olan neqativ halların böyük əksəriyyətinə Avropada rast gəlmək mümkün deyil. Əvvəla, Avropada istənilən vətəndaşın müraciətinə cavab verilir və hüquqlar tanınır. İkincisi, Avropada məmurlar vətəndaşdan qaçmırlar və vətəndaşın problemi həll olunmazsa onlar vətəndaşı qəbul edirlər. Eyni zamanda məmurlar hesabatlı olduqlarına görə hökumət də hesabatlıdır. Hər bir strukturun büdcəsi şəffafdır. Azərbaycanda hansısa rayonun icra hakimiyyətinin illik büdcəsi haqqında nə qədər vətəndaşın məlumatı var və ya hansısa icra başçısı bununla bağlı açıqlama verir?  

Cavad Bədəlov

Oxu 591 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.