Əhalini intihara sürükləyən hakimiyyət

Bu məqaləni qiymətləndir
(1 Səs)

Rejim qurbanları olan insanlar hüquqları üçün mübarizə aparmalı olduğu halda intihara əl atır

Son illər Azərbaycanda intihar hallarının sayı artıb.  Demək olar ki, hər gün intihar hadisəsilə bağlı bir xəbər alırıq. İntihar xəbərlərini təəccüb və heyrətlə qarşılasaq da, səbəbini bilmirik.  

 Araşdırmalar sübut edir ki, sosial problemlər, qayğılar və bu qayğılardan doğan stress halları sonucda intihara yol açır. Xüsusilə, indiki zamanda çoxlarının banklara kredit borcunun olduğunu, sosial problemlərdən əziyyət çəkdiyini nəzərə alsaq, intiharların səbəbləri barədə aydın təsəvvürümüz yarana bilər.

Ümumiyyətlə intihar sosial hadisədir. Şəxsin özünü öldürməsi spesifik bir cinayətdir və sosial xarakter daşıyır. Bu, şəxsin ağır psixoloji durumu nəticəsində baş verir. Şəxsin düşdüyü maddi və psixoloji vəziyyət, həyatında yaranan digər problemlər onun özünü öldürməyə gətirib çıxarır. Hər bir intihar hadisəsinin  köklərini araşdırmaq lazımdır.

Dəbdəbəli həyat tərzi sürən, heç bir maddi problemi olmayan, sosial qayğılardan əziyyət çəkməyən şəxslər nümunə kimi cəmiyyətə təqdim edilir. Müğənnilər, dövlət məmurları, biznesmenlərin həyat tərzi ilə sıravi vətəndaşların yaşam tərzi arasında olan uyğunsuzluq, uçurum sonda ikincilərin dərin psixoloji sarsıntı keçirməsinə səbəb olur.  Bütün bunlar psixikaya təsir göstərir ki, sonucda da xoşagəlməz hallarla qarşılaşırıq.

Çox təəssüf ki, ölkəmizin Avropaya və dünyaya inteqrasiyasının mənfi təzahürləri bizim həyat tərzimizə təsir edir. Bunlardan biri də Azərbaycanda mövcud olan adət-ənənələrin, düşüncə tərzinin dəyişməsidir. Düşünürəm ki, mövcüd şəraitdə yaşamaq ilk psoxoloji gərginlik yaradandan sonra intihara yol açır.

 Araşdırmalar göstərir ki, intihar hallarına müxtəlif yaşlarda olan insanlar arasında rast gəlinir. İntiharları sosial problemlərdən əziyyət çəkən insanların yaşadığı depressiyanın zirvəsi kimi də qiymətləndirmək olar. Uzun müddət tənhalığa, ümidsizliyə qapılan və ümidini nəyəsə bağlayan insanın gözləntiləri reallaşmadıqda, maddi durumu düzəlmədikdə, dövlət qurumları onların müraciətlərinə düzgün baxmadıqda çıxış yolu kimi intihara əl atır.

Müasir zamanda depressiya əsrimizin bəlalarından biri kimi qələmə verilir. Bizdə intiharın səbəbləri arasında sosial, işsizlik və sair problemlər xüsusi aktuallıq kəsb edir. Amma intihara gətirib çıxaran səbəblər arasında qeyri-sosial məsələlər də var.

Hökumət intihar hallarına qarşı samballı mübarizə aparmaq istəyirsə əhalinin sosial durumunun yaxşılaşması istiqamətində ciddi işlər görməli, yeni iş yerləri açmalıdır.  İş tapa bilməyən, aldığı maaş, pensiya aylıq xərclərini ödəməyən insanlara dövlət əlavə dəstək göstərməlidir. Əks təqdirdə biz gələcəkdə daha ciddi problemlərin şahidi olacağıq. Rejim qurbanları olan insanlar hüquqları üçün mübarizə aparmalı olduğu halda intihara əl atır.

Rövşən Bəşirli

Oxu 449 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.