Fətullah Gülənə məktub - Arzu ABDULLA yazır

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bir dəfə sosial şəbəkədə nurçubaşı Fətullah Gülənə aid bir link paylaşdım. Fətullah Gülənin "ürəkkeçmə" şoularından biri idi. Budur haa, it ilxısı-köpək sürüsü töküldü üstümə. Adamlardan biri təsadüfən tanış çıxdı. Bu tanışım çox “dərin” nurçu idi.

Statusuma yazdığı kobud şərhə görə üzr istədi. Sonra Fətullah Gülən “sevgisinin” məqsədindən danışdı. Bəli, məqsədindən. Fətullah Gülən azərbaycanlı nurçular üçün məqsəd idi. Yəni pul qazanmaq, vəzifə tutmaq üçün məqsəd. Fətullah hoca sadəcə pul boxçası idi, odur ki, onu ancaq pul əldə etmək məqsədi ilə “sevirdilər”.

Universitet təhsili alan bu nurçu isə alim əmisinin məsləhəti ilə bu yola düşmüşdü: “Pul Ərəbistanda olsa, dalınca yüyür” ideyası ilə yaşayan əmisi əslində bu adamı Fətullahın qucağına atmaqla üzünə xeyli qapılar açmışdı.

O zaman “Soliton”un Bakı filialında çalışırdı. Yüksək maaş alırdı, üstəlik, nur babası da vaxtlı-vaxtında yardımını əsirgəmirdi. Adam “mənə pul lazımdı, Fətullah-zadı neynirəm” deyirdi.

Bax bu, nurçuların acı reallığı idi. Onlar pul qazanmaq üçün “nura” boyanmışdılar.

Əslində bu təriqətin bünövrəsi əyri qazılmışdı. Nurçuluq ideyasını ortaya atan, kürd millətçisi Nursi Səid Kürdinin məqsədi nur paylamaq deyildi, ara qarışdırmaq, parçalamaq, dağıtmaq idi. Üstəlik, onun, Türkiyənin qurucusu Atütürkə olan nifrəti, ikiüzlü münasibəti çox iyrənc idi. Bu münasibətə nəzər salanda Nursi Səid Kürdünin nə qədər idbar olduğu üzə çıxır.

Eyni zamanda özünü peyğəmbər kimi sırımağa çalışan bu savadsızın ortaya qoyduğu kitablar da onun bəlli xarici kəşviyyata yalmandığından xəbər verirdi.

Əslində savadsız olan, hətta əlifbanı bilmyən Nursi bu qədər kitabı necə yazırdı? Eyni sualı onun davamçılarından olan Adnan Oktar haqqında da vermək olar. Bir adam bu qədər kitabı necə yaza bilər? Bəlli fikir mərkəzinin hazırladığı kitabların üstünə sadəcə bu adamların adı müəllif kimi yazılır. Məgər yəhudi mənşəli Adnan Oktarın başına yığdığı botokslu-slikonlu kediciklərindən zamanımı qalır kitab yazmağa?

Bu gün Fətullahı puluna görə sevirlər. Çünki vaxtı ilə Səid Nursi Kürdi pul verənlərin diqtəsi ilə Türkiyəni uçuruma aparan ideologiyanı ortaya atmışdı. Fətullahın bu gün başında dayandığı nurçuluq ideyasını.

Acınacaqlısı odur ki, Fətullah Gülən hər nə qədər arif olsa da bu güzgü effekti verən fəlsəfəni unutmuşdu. Əgər unutmasaydı Azərbaycan hakimiyyətini hədələməzdi. O, elə bilirdi ki, ətrafında quyruq bulayan həmyerlilərimiz onun bir kəlməsi ilə hətta hakimiyyəti devirəcək.

Amma unutmuşdu ki, gördüyü işin mayası saflıqla deyil, pula olan hərisliklə, əclaflıqla yoğrulub.

Unutmuşdu ki, puluna görə yanında olanlar eləcə bütün pulu olanların yanındadırlar.

Məsələn, Fətullah Gülənin aqressiv nökərlərindən biri tez-tez əmrə müntəzir olub, üzünü şiələrə tərəf tutub bir iki ağız hürür. Hər dəfə layiqli cavabını alır. Amma bu adam ona layiqli cavab verənlərin hamısını İran agenti adlandırır. Amma yaxından tanıyanlar deyir ki, müstəqilliyimizin ilk günlərində bu yalaqaçanın işi-peşəsi ölkəmizdə olan xarici səfirliklərdən pul dilənmək idi. Təbii, onlara işləmək şərti ilə. İndi Şah Babamızı, Şah İsmayıl Xətaini qaralayıb. Görəsən, bu dəfə hansı səfirlikdən yal alıb? Görəsən, Şah Babamızı qaralama sifarişinə neçəyə razı olub? 

Bu yalaqaçan anlamır ki, şiəliyin kökündə pula hərislik dayanmayıb. Şiəliyin kökündə etiraz, ÜSYAN dayanıb. Ədalətsizliyə, əxlaqsızlığa qarşı çevrilən ÜSYAN.

O ÜSYAN ki, məhv ediləcəyini bilə-bilə etiraz etdi. Çünki hələ etiraz etmək gücü var idi. Bu gün o güc hər bir şiənin genində, qəlbində, qanında var.

O ÜSYAN ki, kökündə dünya malı deyil, İNSANLIQ dayanırdı. Bu gün də o, İNSANLAR VAR, sabah da OLACAQ! Dünya durduqca HAYQIRACAQ - YA HÜSEYN- deyə.

Batdımı qulaqlarınız bu HAYQIRTIDAN. Batdı, batdı.

Karsınız-ədalətsiziliyin ərşə dirədiyi bu qədər ahı-naləni eşitmirsiz.

Korsunuz-haqsızlığın HAQQ üzərindəki zülmünü görmürsünüz.

Ya bəlkə, görürsünüz... Amma qulaqlarınıza, gözlərinizə möhür vurulub. Pula hərislik, dünya malına möhtaclıq qəlbinizi o qədər pasladıb ki, hissləriniz ölüb artıq.

Mənsə okeanın o tayındakına, Fətullah Gülənə bir ismarıc hazırlayıram. İsmarıc edəcəm ki, Fətullah Gülən, nə edirsən et, qanlı caynaqlarını məmləkətimin üzərindən çək. Hə, bir də Aşıq Ələsgərin o məşhur müraciətini xatırladacam ona: "ACIQLANIN çal köpəyə, hürməsin!"

 

Oxu 527 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.