Kİmsə hansısa dövlətlə siyasi əməkdaşlıq edərsə... bizdən deyil! – Hacı Əbülfəz yazır Xüsusi

Bu məqaləni qiymətləndir
(2 səs)

Əvvəldə rəsmən bəyan eləmək istəyirəm ki, VƏTƏN sevgisi imandandir və öz millətini, soydaşlarını sevmək qohumlarını sevmək kimi təbii bir hissdir. Ancaq, heç bir halda xəstə təəssübkeşlik hissi alqışlanmamalıdır. 

Millətçilik ağına-bozuna baxmadan öz millətinin nümayəndələrini hamıdan üstün tutmaq deyil, haramxorluq, yalançılıq, yaltaqlıq, qorxaqlıq, haqsızlıq, əxlaqsızlıq, zalımlıq və sair bu kimi rəzil sifətləri hamıdan əvvəl, özün başda olmaqla, öz millətinin nümayəndələrinə rəva bilməmək formasında olmalidir. Əslində bu hissin ümmətçilik kontekstində olması bəyəniləndir. Yox, artıq bu millətçilik deyilən “azar” səni tapibsa, heç olmasa belə olsun.

 Bu gün turançılıq, türkçülük yönümündə səslənən "türkün türkdən başqa dostu yoxdur" kimi şuarlar, əslində etnik türk olan azəriləri, osmanlı türkləri və iraq türkmənlərini vahid bir qütb olaraq təqdim etməyə xidmət edir. Nədənsə bir neçə il bundan öncə İŞİD İraq türkmənlərinin evlərini viran qoyub, qiz-gəlinini qul bazarında satanda və bu zülmün sürdürüldüyü müddət ərzində nə AXCP, nə Müsavat, nə də digər turançı və türkçü toplumlar belə haray-həşir salmırdılar.
 Bu gün isə, İraq Sünni Üləmalar Şurasının sədrinin, İraq türkmənlərinin hərbi və siyasi rəhbərliklərinin israrla Mosul əməliyyatına kənardan heç bir müdaxilə istəmədiklərini bəyan etməklərinə, öz güclərinin yetərli olduğunu bildirmələrinə baxmayaraq, vahid mərkəzdən komanda almış kimi bütün türkçü və turançı qüvvələrin qəfil hərəkətə gəlməsi düşündürməyə bilməz.
 Məsələni daha dəqiq incələdikdə, Mosula hücum eden silahlı qüvvələr arasında tam məzhəb vəhdətinin hökm sürdüyünü nümayiş etdirən bəyanat, vəhdət namazlarinin video və foto görüntülərinin yayılmasına baxmayaraq bu əməliyyatın şiiələrin sünnilərə divan tutması kimi təqdim olunmasına bu qədər israrlı cəhdlərin əsil məqsədi aydın olmaqa başlayır.

Son günlər Mosul və Kərkük ətrafında cərəyan edən hadisələrdə ilk baxışda biri - biri ilə heç bir əlaqəsi olmayan tərzdə, bir yerdə şiələrin zalım, digər yerdə isə türkmənlərin məzlum kimi təqdim olunması əslində "optik yalan" effekti yaratmaq, insanların şüuraltına "şiə-türk" qarşıdurmasının mövcudluğu anlayışını sızdırmaq məqsədi güdür.
 Daim bütün mümkün vasitə və metodlarla şieliyin "fars istehsalı", şiəliyin irançılıq, turan və türk düşmənçiliyi kimi təqdim olunmasını da nəzərə alsaq, əsil niyyətin Azarbaycanda şiə-türkçü qarşıdurması yaradaraq bu bəlanın türk-fars qarşödurması kimi qonşu İrana transfer olunması olduğuna şübhə yeri qalmır.
 Əgər bu gün kiminsə İraqda türkmən qardaşlarınızın məruz qaldığı zülmə görə ürəyi ağrımırsa, o, şəxs türk və müsəlman deyil!

Ancaq bunu da unutmayaq ki, digər yerlərdə, Yəməndə, Suriyada, İraqda, Myanmada, Nigeriyada və sair coqrafiyalarda müsəlmanlara olunan zülmə görə ürəyi ağrımayanlar nəinki türk və müsəlman, hətta insan deyil.
Mən Əli (ə) şiəsiyəm, bu, mənim əqidəmdir. Ancaq mənim siyasi mənsubiyyətim Azərbaycan vətəndaşı olmaqdır. Bu gün Azərbaycanda özünü şiə hesab edən kimsə, vətənimizin və dövlətçiliyimizin əleyhinə, İran və Türkiyə başda olmaqla hansısa dövlətlə siyasi əməkdaşlıq edərsə, öz subyektiv fikrim olaraq qətiyyətlə bildirirəm ki, o şəxs bizden deyil.
Şiəlik İranin daxilində deyil, İran şiəliyin daxilində bir məvhumdur. İran inqlabdan qabaq, şah rejiminin əsarətində olanda da dünya şiələri əslən İrandan olan müctəhidlərə təqlid edirdi və irançı sayıla bilməzdilər.
Nəyə görəsəməsələyə millətçilik kontekstindən baxan qardaşlarımız İranın ali dini rəhbərinin və silahli qüvvələrinin baş qərargah rəisinin milliyyətcə azəri olduğunu israrla görməzdən gəlirlər.
Bu gün sionizm və imperializm Azərbaycanda, yalançı "şiəlik-fars şovunizmi" düsturundan, xalqımızın bu mənfur niyyət barədə məlumatsızlığından yararlanaraq, şiəliyi türkçülük qarşısında duran ikinci, əks qütb kimi təqdim etməklə ictimai-siyasi sabitliyi pozmaq , burada "fitilin ucunu" alışdırrnaqla əsil bombanı Ərdəbil və Təbrizdə partlatmaq istəyir.
Aşırı türkçü baxışlı qardaşlarımız bilməlidirlər ki, qonşu İranın dağılması nəticəsində nəinki biz turanı qazanmayacağıq, əksinə, müstəqilliyimizi sözün tam anlamında itirəcəyik. Bu gün bütün Azərbaycan vətəndaşları İran və irançılığa xatir deyil, haqq, azadlıq və Azərbaycana xatir birlikdə bu bəlanın qarşısını almağa səfərbər olmalıdır.

Xeber.İnfo

 

Oxu 1066 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.