Mədən Hasilatında şəffaflıqla bağlı məlumatlandırma sessiyası keçirilib

Bu məqaləni qiymətləndir
(1 Səs)

Qəbələ şəhərində Mədən Hasilatında şəffaflıqla bağlı məlumatlandırma sessiyası keçirilib

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 24 oktyabr 2016-cı il tarixində Qəbələ şəhərində informasiya sessiyası keçirdi. Qəbələ rayonu “İnformasiya və Turizm üzrə Peşə Təlim Mərkəzi”ndə keçirilən tədbirdə əsas iştirakçı xanımlar təhsil işçiləri olsa da, mədəniyyət, kitabxana və muzey işçiləri də iştirak etdilər. Bütövlükdə tədbidə 30-dan artıq xanım iştirak etmişdir.

L.Məlikova əvvəlcə icra olunan layihəyə verilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirdi. O, təşkilatın daim qadınlarla bağlı layihə icra etdiyini bildirdi və qadınların maarifləndirilməsinin vacibliyini vurğuladı. Daha sonra L.Məlikova qlobal miqyasda şəffaflıq təşəbbüsünün meydana gəlməsini və burada məqsədin korrupsiyaya qarşı və şəffaf xərcləməyə yönəlik olduğunu bildirdi. Layihə rəhbəri yoxsulluğun azaldılması üçün şəffaflığı yeganə texnologiya olduğunu bildirdi.

Bundan sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının üzvü Rafiq Təmrazova verildi. R.Təmazov şəffaflığn əhəmiyyəti mövzusunda hazırladığı təqdimatla MHŞT prosesinin meydana gəlməsini, prosesdə vətəndaş cəmiyyətinin rolunu, MHŞT prinsiplərini ardıcıllıqla şərh etdi. O, neft gəlirlərinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini qeyd edərək proses nəticəsində hökumətin hesabatlılığının əhəmiyyətini göstərdi. R.Təmrazov eyni zamanda şəffaflıq təşəbbüsünün Azərbaycanda tətbiq olunmasını, standartın təkmilləşməsini və vətəndaş cəmiyyətinin rolunun güclənməsinin vacibliyini qeyd etdi. Daha sonra Rafiq Təmrazov üzvü olduğu Çoxtərəfli Qrupun fəaliyyətindən danışdı və vurğuladı ki, hökumət, şirkətlər və vətəndaş cəmiyyəti kimi QHT koalisiyasının üzvlərindən ibarət bu struktur ölkədə şəffaflıq təşəbbüsünü idarə edən strukturdur. R.Təmrazov bütün məsələlərin Çoxtərəfli Qrupda konsensusla qəbul edildiyini, vətəndaş cəmiyyətinin problemlərinin burada müzakirə olmsını qeyd etdi.

MHŞT üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasının Şura üzvü sevil Alahverdiyeva Azərbaycanın şəffaflıq prosesində iştirakıyla əhəmiyyətli addımları sadaladı və qeyd etdi ki, 2015-ci ildə Azərbaycanın statusu aşağı enib və cari il ölkə üçün bu baxımdan əhəmiyyətlidir. Sonda S.Allahverdiyeva MHŞT üzrə QHT koalisiyasının fəaliyyətindən, idarə olunmasından, beynəlxalq müstəvidə statusundan və görmək istədiyi işlərdən danışdı.

Sonda isə iştirakçıların sualları cavablandırıldı.

Oxu 430 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.