Polis rəisinin döydüyü müsavatçı ölkəni tərk etdi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Mitinqlərə qatılıb hakimiyyəti tənqid etdiyi üçün, daim polis tərəfindən təqiblərə məruz qaldığına görə Müsavat Partiyasının üzvü , siyasi fəal Üfüq Tağızadə ölkəni tərk etmək məcbiriyyətində qalıb. Bu barədə Ü.Tağızadə özü Xeber.İnfo-a məlumat verib.

Ü.Tağızadənin sözlərinə görə, Milli Şuranın və təmsil olunduğu Müsavat Partiyasının mitinqlərinə qatıldığı üçün daim polis tərəfindən təhdidlərlə üzləşib: “Ölkədəki vəziyyətlə heç zaman barışmamışam və hakimiyyətin yanlış siyasi xəttini tənqid etmişəm. Bakıda təşkil olunan etiraz mitinqlərinə həmişə qatılmışam. Lakin Lənkəran Rayon Polis İdarəsinin rəisi İslam Hümbətov dəfələrlə məni həbslə təhdid edib, hətta öldürməklə qorxudub. Mənə mənəvi ziyanla yanaşı fiziki xəsarət də yetiriblər. Bir neçə ay əvvəl Polis İdarəsində rəis başda olmaqla məni döydülər və huşsuz halda xəstəxanaya yerləşdirdilər. Mənim döyülməyimlə bağlı heç bir dövlət orqanı şikayətimi qəbul etmədi. Hətta tibbi ekspertiza rəyi ala bilmədim. Xəstəxandan bildirdilər ki, biz sənə xəsarət almağınla bağlı rəy versək, polis rəsisi bizi də sənin gününə salar. Həyat yoldaşım, digər ailə üzvlərim və doğmalarım mənə görə narahatdırlar və həbs olunmağımdan ciddi sarsıntı keçirirlər. Hətta fiziki varlığım təhlükəsiz deyil”.

Ü.Tağızadə həbs olunacağı ilə bağlı ciddi mesajların aldığını dedi: “Qeyd etdiyim kimi siyasi mövqeyimə görə dəfələrlə polis idarəsinə aparılmışam, ailəmlə birlikdə təhdid olunmuşam. Sonun dəfə bir polis əməkdaşı mənə dedi ki, səni həbs edəcəklər. Onunsuz da vəziyyətin ağır olduğunu bilir, həbs olunacağımı təxmin etmişdim. Bu məlumatdan sonra ölkəni tərk etmək məcburiyyətində qaldım. Ailəmi də götürüb doğmalarımı və vətənimi tərk etdim”.

Oxu 655 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.