“Korrupsiyaya Qarşı Mübarizə İdarəsikorrupsiya əməliyyatlarına göz yumur...”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Ruslan Cavadov: “... kiçik rüşvət alıb-vermə faktlarını araşdırmaqla məşğuldur

Məlum olduğu kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2013-cü il üçün yekun korrupsiya hesabatını açıqlayıb. Daha dəqiqi, İdarənin rəisi Kamran Əliyev mediaya 2013-cü ildə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olan şikayətlərn statistikasını açıqlayıb.

İdarə rəisi bildirib ki, 2013-cü il ərzində istintaq şöbəsi 367 şəxs barəsində 201 cinayət işinin araşdırılmasını tamamlayaraq, baxılması üçün aidiyyəti məhkəmələrə göndərib.

Hesabatagörə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ən çox şikayət səhiyyə və təhsil sahəsindən daxil olub. Elə bu fakta əsaslanan K.Əliyev də respublikada korrupsiya cinayətlərinə daha çox təhsil, səhiyyə və sosial təminat sahəsində rast gəlindiyini bəyan edib. Yəni, dolayısıyla, ötən il Səhiyyə, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin korrupsiyaya daha çox bulaşdığına işarə vurub.

UmidPartiyasininCəlilabadrayon şöbəsininsədrmüaviniRuslanCavadovKorrupsiyayaQarşı Mübarizə İdarəsininhesabatınınreallıqlaüststə düşməməsini deyir: “Azərbaycanda, hətta ölkədən kənarda da ən cox korrupsiyalaşmış struktular kimi nəqliyyat, əmlak, vergi və gömrük orqanları tanınır. Ancaq maraqlısı və qəribəsi odur ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hesabatlarında bu qurumların adları ya ümumiyyətlə çəkilmir, ya da epizodik xatırlanır. Məsələn, K.Əliyevin son hesabatından belə çıxır ki, vergi və gömrük orqanlarında ötən il, ümumiyyətlə korrupsiya faktı qeydə alınmayıb. Adı beynəlxalq hesabatlarda belə ən cox korrupsiyalaşmış strukturlar kimi hallanan vergi və gömrük orqanlarında ötən il korrupsiya ilə bağlı bircə şikayətin belə olmaması inandırıcı görünmür. Ən azı ona görə ki, vaxtaşırı mətbuatda sahibkarların bu qurumlar tərəfindən rüşvət tələbilə üzləşdiklərinə dair konkret şikayətlər dərc olunub. Qanuna görə KİV-də gedən məlumatlar əsasında prokurorluğun araşdırma aparmaq səlahiyyəti var. Yəni, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin oturub gözləməsinə ehtiyac yoxdur ki, mətbuata şikayət edən sahibkarlar mütləq onlara da rəsmi müraciət ünvanlasınlar.

R.Cavadovhesab edir ki, Azərbaycanda rüşvət tələbilə üzləşən insanlarəksər hallarda şikayət etməkdən çəkinirlər: “Çünki nəticəsi olaçağına inanmırlar. Digər tərəfdən də, bir qurum daxılində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı baş verən korrupsiyadan məhdud sayda insanın xəbəri olur. Onlar bu və ya digər şəkildə bu korrupsiya əməliyyatında iştirak etdiyindən kimsə şikayətçi olmur. Ancaq nə yazıq ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ayrı-ayrı dövlət qurumlarında baş verən böyük korrupsiya əməliyyatlarına göz yumaraq, kiçik rüşvət alıb-vermə faktlarını araşdırmaqla məşğuldur.

Oxu 608 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.