Saturday, September 23, 2017

"Evimə zəng edib, qızıma ziyan vuracaqları ilə təhdid edirlər" - MÜRACİƏT

Bu məqaləni qiymətləndir
(11 səs)

“Evimə zəng edib, qızıma ziyan vuracaqları ilə təhdid edirlər”. Bu sözlər Şəki rayon sakini Səbuhi adlı şəxsin Xeber.İnfo-a göndərdiyi şikayət məktubunda yer alır. Səbuhi, Rafiq Əliyev tərəfindən mütəmadi olaraq təhdid olunduğunu və hətta bu üzdən yaşadığı rayonu tərk etdiyini bildirir. Ailəsinin təhlükəsizliyi ilə bağlı etdiyi müraciətlərin də nəticəsiz qaldığını qeyd edir.

Şikayət məktubunu təqdim edirik:

“Şəki şəhər sakini atam Bədrəddin Əhmədoğlu avtomobil təmir sexində işləyirdi. 15 dekabr 2011-ci il tarixdə Şəki şəhər sakini Əhməd Əliyev adli şəxs atamın işlədiyi sexə gəlmiş və onu bıçaqla hədələyib, pul tələb etmişdir. Qeyd edim ki, Əhməd Əliyev narkotik istifadəçisi olub. Atam özünü müdafiə məqsədi ilə onu itələmiş, Əhməd Əliyev qarajda xəndəyə yıxılamış, başı pilləkənin dəmir hissəsinə dəymiş və dünyasını dəyişmişdir.

Hadisə ilə bağlı cinayət işi açılmış və atama məhkəmənin qərarı ilə bəraət verilmişdir. Məhkəmənin qərarı ilə razılaşmayan Əhməd Əliyevin ailə üzvləri bu məsələni qan davasına qədər gətirib çıxarmışdırlar.

Mərhum Əhməd Əliyevin qardaşı Rafiq Əliyev özündən başqa 3 nəfərələ atam işlədiyi təmir sexinə gəlmiş, onu döyərək, xəsarət yetirmişdir. R.Əliyev atama bildirib ki, bu ölüm hadisəsinin qisasını oğlun Səbuhidən alcağıq. Sonra mənə qarşı təhdidlər başladı. Mən bununla bağlı 13 dekabr 2012-ci ildə polis idarəsinə ərizə ilə şikayət etdim.Məni polis idarəsinə cagirdlar və şikayət ərizəmi gözümün önündə cırdlar və dedilər ki, Əliyevlər bilirsən kimin qohumdur. Onlardan şikayət etmək sənə əlavə bəlalar gətirə bilər.

Bu hadisədən bir müddət sonra evimə naməlum zənglər gəlməyə başladı. Qızıma ziyan vuracaqları ilə bağlı mütəmadi təhdidlər edirdilər. Ailə üzvlərim və mən qorxu içində yaşayırdıq. Buna görə də ailəmi götürüb müvəqqəti Bakıda yaşamaq qərarına gəldim. 13.02.2013-cü il tarixdə atam rəhmətə getdi. Atamın yas məclisində iştirak etmək üçün Şəkiyə getdim. Mərasim zamanı qızımı qaçırmağa cəhd etsələr də, qonşuların səyi nəticəsində buna nail ola bilməmişlər. Ailəmi gətirib Bakıda yerləşdirdim və Rafiqlə məsələyə aydınlıq gətirmək üçün Şəkiyə qayıtdım. Rafiqlə görüşüb söhbət etidyimiz zaman mübahisə yarandı, əlbəyaxa olduq. Bizi polis idarəsinə apardılar. Rafiqi dayasına görə buraxdilar, məni saxladılar və işgəncə verdilər. Aldığım xəsəratərlər nəticəsində 4 gün xəstəxanada müalicə aldım. 13.02.2014-cü il tarixdə atamın ildönümünə Şəkiyə getdim. Rafiq mənə ziyan vurmaq məqsədi ilə bir maşınla mənim atomubilimə vurdu. Mən xəsarət aldım və bir müddət müalicə aldım. R.Əliyev ailə üzvlərim və şəxsən qızıma ziyan vuracağı ilə bağlı təhdidlər edir. Lakin ailəmin təhlükəsizliyi ilə bağlı etdiyim müraciətlər cavabsız və nəticəsiz qalır”. 

Oxu 293 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.