“Şirvanda icra başçısı abadlıq adı altında tamet biznesinə girişib”

Bu məqaləni qiymətləndir
(1 Səs)

"Bu il dövlət büdcəsindən Şirvan şəhərinin abadlaşdırılmasına ayrılan 1,2 milyon manatın hara xərcləndiyini bilən yoxdur”

Redaksiyamıza Şirvan şəhərindən şikayət məktubu daxil olub.

Adının çəkilməsinin istəməyən kiçik sahibkar bildirir ki, icra başçısı Mərdan Camalov dükan sahiblərinin vəsaiti hesabına abadlıq işləri aparır.

"Şirvanda icra başçısı abadlıq adı altında tamet biznesinə girişib. Küçələrə tamet döşəyirlər. Tametin pulunu kvadratı 11 manatdan hesablayıb məcburən dükan və obyekt sahiblərinə ödətdirirlər. Tamet satan şirkət də icra başçısına yaxın adamlara məxsusdur. Bu il dövlət büdcəsindən Şirvan şəhərinin abadlaşdırılması üçün 1,2 milyon manat pul ayrılıb. Bu pulun hara xərcləndiyini bilən yoxdur. İndi onsuz da iflas vəziyyətində olan kiçik sahibkarların hesabına abadlıq işləri adı altında pul qazanırlar”, – sahibkar bildirib.

Şikayətçi abadlıq işlərinin fotoşəkillərini də təqdim edib.(bastainfo.az)

Oxu 528 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.