Thursday, November 23, 2017

“Banklar ipoteka kreditini yalnız varlılara verəcək” - Şərh

Bu məqaləni qiymətləndir
(0 səs)

Əksər banklar ipoteka kreditlərində 40 faiz ilkin ödəniş və kreditə müraciət edilən zaman bir nəfər üçün 200 manat yaşayış minumumu hesablayırlar.

Bu barədə iqtisadçı-alim Vuqar Bayramov deyib.

“50 min manatlıq ev almaq istəyən vətəndaşımız ən azı 20 min manat ilkin ödəniş etməlidir. Əminəm ki, dünyanın heç bir ölkəsində kreditin təxminən yarısı qədər ilkin ödəniş nəinki tələb edilmir, banklar heç bu haqda düşünə bilmirlər ”- deyə ekspert qeyd edib.

“Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən 2016-cı il üçün ölkə üzrə orta yaşayış minumumu 136 manat müəyyənləşdirilməsinə baxmayaraq bankların əksəriyyəti heç bir iqtisadi əsaslandırma olmadan bir nəfərə 200 manat xərc hesablayır. Bu o deməkdir ki, 4 nəfərlik ailədə sadəcə 800 manat yaşayış xərci hesablanır və aylıq ödəniş də 400 manat olarsa o zaman ən azı 1300 manat əmək haqqı olmalıdır ki, heç də böyük məbləğli olmayana kreditə müraciət edə bilsin. Bu ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən təxminən 3 dəfə çox maaş tələbidir. Bu eyni zamanda o deməkdir ki, banklar ipoteka kreditini bundan sonra yalnız varlilara verəcəklər: bir neçə mənzili olan varlıların isə ipoteka kreditinə heç ehtiyacı yoxdur”. 

Oxu 636 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.