Thursday, November 23, 2017

Rektorun qarajını sökdülər - Nazirliyi məhkəməyə verdi

Bu məqaləni qiymətləndir
(1 Səs)
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ona məxsus qarajın sökülməsinə görə kompensasiyanın ödənilməməsi ilə bağlı məhkəməyə müraciət edib.
 
"Qafqazinfo”nun verdiyi xəbərə görə, Nail Bayramov adlı şəxslə birgə Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıran rektor Maliyyə Nazirliyini də prosesə üçüncü şəxs qismində cəlb edib.
 
İddiaçılar icra hakimiyyətindən sökdükləri qarajın pulunu tələb ediblər. Bu il fevralın 3-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iş üzrə qərar çıxarılıb və M.Babanlının iddiası rədd edilib.
 
Maliyyə Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyəti qərardan apellyasiya şikayəti veriblər. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın sədrliyi ilə bu gün (4 aprel 2017) davam etdiriləcək.
Oxu 237 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.