Əfqan Muxtarlıya 3 ay həbs cəzası verildi - VIDEO

Bu məqaləni qiymətləndir
(1 Səs)

Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə sanksiya məhkəməsi artıq başa çatıb. Əfqan Muxtarlı barədə istintaq dövrü üçün 3 ay həbs qəti imkan tədbiri seçilib. Onun dediyinə görə DSX-nın bir əməkdaşı Ə. Muxtarlının ona xəsarət yetirərək sərhəddi keçməyə cəhd etdiyini məhkəmədə söyləyib. 

Vəkilin bildirdiyinə görə gün ərzində Əfqan Muxtarlı qida ilə təmin olunmayıb. Saat 12:00-dan dindirilmədə olan Əfqanı birbaşa məhkəmə zalına gətiriblər. Vəkillərin ağır şəkər xəstəsi olan Əfqan Muxtarlının qidalanmağa ehtiyacı olduğunu bildirmələrinə məhkəmə məmurları tərəfindən məhəl qoyulmayıb. 

Əldə olunan məlumata görə Əfqan Muxtarlı məhkəmə çıxışında bəyan edib ki, onun həbsi birbaşa İlham Əliyevin sifarişidir. O, bildirib ki, dəfələrlə İlham Əliyev haqqında tənqidi yazılar yazıb, onun özü və ailə üzvlərinə aid biznes şəbəkəsi barədə araşdırmalar apardığına görə onun həbs olunması barədə fitfa verilib:

"Mənə evimin yanında 3 nəfər uniformalı və bir mülki geyimli şəxs hücum çəkdi. Məni zorla maşına oturtdular. İşgəncəyə məruz qaldım. Naməlum istiqamətdə apardılar.

Başqa bir maşına təhvil verdilər. O maşınla məni Laqadexiyə gətirdilər. Orada isə Azərbaycan sərhədçilərinə təhfil verdilər".(basta)

Oxu 432 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.