Mən növbəmi pozacaq qədər cəsarətli deyiləm, siz buyurun..

Bu məqaləni qiymətləndir
(1 Səs)

““Həzi Aslanov” stansiyasından “Dərnəgülə” hərəkət edən qatar “Qara Qarayev” stansiyasına daxil olanda təxminən 60 yaşında kişi özünü qatarın altına atmağa cəhd edib. Amma qatarın altına ata bilməyib. Buna baxmayaraq, qatar onu vurub platformaya atıb. İntihara cəhd edən şəxsin kimliyi artıq müəyyən edilib. Bu, 1971-ci il təvəllüdlü Cəlilov Cəmil adlı şəxsdir. O, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Dünyasını dəyişən şəxs Qarabağ müharibəsi iştirakçısı, birinci qrup əlil olub”.

Belə bir xəbər qarşıma çıxdı. Hadisə bu gün Bakıda baş verib. Bir neçə nüans diqqətimi çəkdi. Bu xəbəri oxumamışdan bir az əvvəl sosial şəbəkədə maraqlı və müqayisəli bir foto qarşıma çıxmışdı. Təqribən 46 yaşında görünən 70 yaşlı Hadi Rəcəbli tans oynayır, yeganə oğlunu Qarabağda şəhid vermiş 46 yaşlı ata 70 yaşlı görkəmdə. 26730680 1868587890098154 4828981859594530064 nFoto vicdanı olanlar üçün çox ağrıdıcı təsir bağışlayırdı. İntihar edən 46 yaşlı Qarabağ döyüşçüsünün də 60 yaşlı kimi xəbərdə təqdim olunması bu üzdən diqqətimi çəkdi. Problem 46 rəqəmində deyil məncə. Niyə bu ölkədə Qarabağ qaziləri, döyüşçüləri intihar edir? 46 yaşında 60, 70 yaşlı göründükləri üçünmü?

60 yaşında görünən Qarabağ döyüşçüsünün intihar etməsi ilk hadisə deyil, heç sonuncu da olmayacaq. Maraqlı olan odur ki, bu qazilər hansısa məmurla döyüşü uduzduqlarını bu şəkildə göstərirlər. İntihar edən qazilərin intihar səbəblərini araşdırsanız görəcəksiniz ki, halal hüquqları uğrunda mubarizə apar qazinin qarşısını bir məmur kəsib, məmur baryerini aşa bilməyən qazi, məğlubiyyətini intiharla qeyd edib.

Ancaq qazilərin intiharından yazmaq istəmirəm. Axı qazilərlə birlikdə ömrünün bahar çağına yeni qədəm qoyan, arzular səmasında yaşayan gənclər, hətta məktəblilər, hətta və hətta son günlərini yaşayan ahıllar da növbədənkənar tabuta soxulurlar. Ölüm cərgəsini pozaraq cəmiyyətdə natarazlıq yaradan şəxslərə haqq vermirəm, düzü. Amma düşünürəm ki, heç kim ciddi səbəb olmadan həyatla vidalaşmaz. Bir neçə dəfə görüşdüyü qızla vidalaşmağı həyatının böyük faciəsi, təlatümü, zəlzələsi, vəlvəəsi hesab edən şəxs sizcə, belə asanlıqla yaşamağa əl sallayır?

Əlbəttə ki, yox. Hər kəsi əl sallamağa fərqli səbəblər məcbur edə bilər. Məncə vida törəni hər hansı bir səbəbə bağlı deyil - ümidsizliyə, hər şeyin bitdiyinə, xoşbəxtliyin yollarının qapandığına görə qurulur. El arasında buna intihar deyirik, cəsədlə bərabər arzuları da torpağa tapşırırıq. Təkcə “qəhrəman”ın arzularını yox, onun kimi əlini hər yerdən üzən yüzlərlə insanın arzularını.

Matəm notlarını dərhal dəyişib, fikrimi ritmik davam etmək istəyirəm. Çünki, intiharın səbəbləri, cəmiyyət üçün fəsadları nə bilim nələri, nələri barədə yazılanları toplasaq cildlərlə kitablar olar. Ona görə mən 2107-ci ildə canına qəsd edənlərin sayı barədə təqribi bir məlumat verib, ritmik notlara üstünlük verirəm. Deməli, arxada qoyduğmuz ildə təqribən 420 nəfər həyatla növbədənkənar vidalaşıb – intihar edib. Mən növbədənkənar terminini ikinci dəfə səbəbsiz işlətmədim. Çoxdan oxuduğum bir əsərdə (müəllifi və əsərin adını unutmuşam) yazılırdı ki, insanın doğulması ölüm növbəsinə durmaqdır. Belliklə, hər kəs öz növbəsində ölür. İntihar edənlər isə növbədənkənar öldükləri üçün Allah onları bu ədəbsizliyə və qanuna tabe olmadıqlarına görə bağışlamır. Təbii ki, bədii və obrazlı yanaşmadır. Bununla da işim yoxdur.

 Heç ritmik not məsələsini də səbəbsiz işlətmədim. Ama bunun səbəbini dəyərli oxucular tapmalıdırlar...

başqa bir xəbərdə oxumuşdum ki, rayonların birində banka borcu olan şəxs özünü bankın qabağında yandırıb, digəri hakim ədalətsiz qərar verdiyi üçün məhkəmə binasının qarşısında özünə atəş açıb, biri də anons etmişdi ki, Bakıya gəlib əmək haqqını verməyən partiya qərargahının qarşısında üstünə benzin tökəcək. Birmənalı olaraq görürük ki, intihar edənlərin əksəriyyəti nəyə yaxud kiməsə etiraz olaraq bu yolu seçir. Nəticədə cəmiyyətdə tarazlıq pozulur, insanlar çıxış yolunu özünəqəsddə görürlər.

Yenə birmənalı deyirəm özünəqəsd, növbədənkənar ölmək, lap elə siz deyən olsun intihar heç bir mənada yaxşı hal və çıxış yolu deyil. Yox, madamı ki, çıxış yolu hesab edirsiniz, heç olmasa canınızın dəyərini bilin və ölümünüzlə kimlərəsə pis örnək olmayın. Məsələn, bankın qarşısında özünü yandırmaq istəyən zavallı, benzini üstünə qıraqda töküb bank müdirini qucaqlayaraq alışqanı yandıra bilməzmi? Bununla da narazı qaldığı idarədə özünü yandırmaqla ona qarşı zülm edəni də alışdırar, həm intiqamını almış olar, həm də geridə qalanların canı qurtular həmin şərəfsizdən. Əsir düşəcəyini görüb əl qumbarasını partladaraq özünü və düşməndən də bir neçəsini öldürən qəhrəmanlarımız azmı olub?

Bu rejimin vecinə deyil, ildə 420 nəfər intihar elədi, ya eləmədi. Ama 420 nəfərdən çox demirəm, 10-ca dənəsi özü ilə birlikdə dediyim kimi bir neçə zülm əhlini aparsa, hakimiyyətin yekəqarın məmurlarının canına qorxu düşər, ya düşməz? Can şirindi, ondan sonra məmurun ağzı nədi özbaşınalıq eləsin.

Hə, deyəcəksiniz, əlin yağlıdı öz başına çək. Mən də deyəcəm ki, mən növbəmi pozacaq qədər cəsarətli deyiləm. Siz bu cəsarəti özünüzdə görürsünüzsə, buyurun...

maxresdefault 1Cavid Cabbarlı

İlahiyyatçı, jurnalist 

Oxu 552 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.