Tuesday, September 26, 2017

Metropoliten torpaq satmaqla məşğuldur – İDDİA+FOTO

Bu məqaləni qiymətləndir
(2 səs)

“Metropoliten Binəqədi rayonunda torpaq satmaqla məşğul olur”. Bu iddia ilə Xeber.İnfo-a məktub daxil olub. Həmin məktubu olduğu kimi təqdim edirik:

 “Binəqədi rayonu 7-ci mkr 3126-cı məhəllədə Dərnəgül deposunun inşaat ərazisində yerləşən maqistral su kəmərlərinin kollektir vasitəsilə ərazidən kənarlaşdırılaraq mövcud xətlərə birləşdirilməsi üçün dəhlizin açılması məqsədilə 3 fərdi yaşayış evinə 461 min manat dövlət vəsaiti ödəməklə dövlət ehtiyacları üçün alınaraq sökülüb və su xətləri həmən ərazidən aparılaraq mövcud xətlərə birləşdirilib. İndi bu ərazi maqistral su kəmərlərinin sanitar-mühafizə zonasına aiddir. Lakin buna baxmayaraq hər ilin aprel ayında kimlərsə bu əraziləri zəbt edərək qanunsuz tikintilər aparmaq istəyir. Təkcə keçən il iki dəfə belə hal baş vermişdir. Vaxtında aidiyyatı qurumlara ünvanladığım müraciətlər sayəsində çətinliklə qanunsuz tikintinin qarşısı alınaraq ərazi yüngül konstruksiyayla hasarlanaraq təhlükəsizliyi təmin edilmişdir. Bu gün yenidən həmən ərəzinin yüngül konustruksiyalı hasarı Bakı Metropoliteni QSC-nin tikinti biriqadası tərəfindən uçurdularaq ərazinin hasarlanma işlərinə başlanılmışdır. Məsələ orasındadır ki, bu ərazi maqistral su kəmərlərinin sanitar-mühafizə zonası və su xətlərinin düz üstü olduğu üçün burada hərhansı ağır tikinti materiallardan istifadə edərək hasarlama işləri aparmaq çox təhlükəlidir. 5 ildir ki, bu məsələylə bağlı mübarızə aparıram, artıq yorulmuşam. Bu qədər qanunsuzluq olmaz. Azərsu ASC tərəfidən dövlət büdcəsindən vəsait xərclənərək xətlərin təhkükəsizliyi üçün ərazı hasarlanır və 11 aydan sonra həmən hasarlar metropoliten tərəfindən dağıdılır. Buna nə ad vermək olar? Bu su xətlərinin həcimi çox böyükdür. Qaza baş vermiş olsa onun qabağını almaq mümkün olmayacaq. Axı bu torpaqlar nəynizə lazımdır? Nəyə görə bizə rahat yaşamağa imkan vermirsiniz? Onsuz da su xətlərinin köçürülməsi zamanı qanunsuz olaraq layihədən kənara çıxmaqla su xətlərinin istiqamətlərini dəyişərək evlərimizi təhlükə altına salmısınız. İndi niyyətiniz nədir? Evlərimizi su altına salmaq istəyirsiniz? Burdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Baş Nazirin Müavini Abid Şərifova müraciət edərək bizi bu zülümdən xilas etmələrini xahiş edirəm. Ancaq Siz Bakı Metropolitenini durdura bilərsiniz.

Səmədov Elşən”.

Xeber.İnfo

Oxu 620 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.