Rasim Əliyevin valideynləri məhkəmə hökmünün ləğvini istəyir Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Mərhum jurnalist Rasim Əliyevin valideynləri oğlanlarının qətli ilə bağlı məhkəmənin hökmündən apellyasiya şikayəti verib.

Bu barədə vəkil Fariz Namazlı məlumat verib.

O bildirib ki, apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini istəyiblər: "Şikayətimiz ondan ibarətdir ki, nə istintaq dövründə nə də məhkəmədə cinayət işinin motivləri tam olaraq araşdırılmayıb. Biz məhkəmədə, istintaq dövründə vəsatətlər verib, Rasim Əliyevin ölümündə həkim səhlənkarlığını qabartdıq. Lakin vəsatətlərimiz təmin olunmadı, baxılmamış saxlandı. İndi apellyasiya şikayətimizdə işin yenidən birinci instansiya məhkəməsinin hazırlıq iclasına qaytarılması tələbini qoymuşuq. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilməlidir”.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. (Lent.az)

Oxu 669 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.