Tuesday, November 21, 2017

"Nar Mobile"də kütləvi ixtisarlar və şok korrupsiya

Bu məqaləni qiymətləndir
(3 səs)

İxtisarlarda ayrı-seçkilik və əcnəbi sevgisi...

Son günlərdə isə mətbuatda "Azerfon” ilə bağlı şok iddialar səsləndirilir. Bu iddialar isə özünü şirkətin nümayəndəsi kimi təqdim edən Yusif Nəcəfov adlı əməkdaşından irəli sürülüb. 

Şirkətin nümayəndəsi Yusif Nəcəfovun bir müddət öncə yazdığına görə, payçılardan biri gizli şəkildə Ermənistan şirkətləriylə əlaqə qurub Əhali arasında «Nar Mobile» kimi tanınan «Azərfon» MMC ilə bağlı olduqca ilginc ittihamlar səsləndirilib.

Bir müddət öncə problemlə bağlı jam.az-a müraciət edən şirkətin əməkdaşı Yusif Nəcəfov yazır ki, «Azərfon»da baş verən hadisələr artıq əndazələri aşıb. 

Onun sözlərinə görə, ötən ilin dekabr ayının 1-dən etibarən işçilərin kütləvi ixtisarına başlanılıb. Lakin bu zaman kobud qanun pozuntularına yol verilib. Şikayətçi bildirir ki, Əmək Məcəlləsinə uyğun olaraq ixtisar zamanı işçilərin təhsili, stajı və ailə vəziyyəti nəzərə alınmalı olduğu halda, buna məhəl belə qoyulmayıb: "Tənha analar, ailəsinin tək işləyən işçiləri ixtisar edilsə də, bir ailədən və yaxın qohumdan ibarət olanları vəzifə başında saxlayıblar. İşdə qalanların çoxu tanışlıq sayəsində, ya da kadrlar idarəsinin rəhbəri Mətanət Babayevaya pul verməklə istəklərinə nail olublar». 

Yusif Nəcəfov qeyd edib ki, sıravi işçilərdən dəfələrlə çox əmək haqqı alan idarə, şöbə rəislərindən biri də ixtisar edilməyib: "Şirkətdə 30-40 min manat maaş alan əcnəbilərdən biri əgər ixtisar edilsəydi, bu ona yaxın işçinin işdə qalmasını təmin etməyə imkan verərdi. Lakin hər şey tərsinə baş verir. Xarici vətəndaş işində qalır, yerlilər isə işdən çıxarılır. Bakının ən bahalı otel və mərkəzdə yerləşən evlərində yaşayan bu adamlar xərclərini şirkətin hesabına ödətdirirlər. Bu azmış kimi, övladlarının da adlarını şirkətdə işçi kimi yazdırıb, onların adına maaş alırlar”. 

"Azərfon”un işçisi yazıb ki, şirkətin baş direktoru Kent Maknili maliyyə direktoru Könül Kərimovayla yaxın əlaqələrindən istifadə edərək, bir sıra qanunsuzluqlara əl atıb: "Bu iki şəxs birləşərək bir sıra maliyyə fırıldaqlarına əl atıblar ki, nəticədə şirkətə külli miqdarda zərər dəyib. Könül Kərimova uzun müddətdir özünü sabiq rabitə naziri Əli Abbasovun adamı kimi təqdim edirdi. Son dövrlər isə bu barədə ümumiyyətlə danışmır”.

Yusif Nəcəfov bildirib ki, şirkətin marketinq direktoru Maks Fyodrov vətəndaş nikahı ilə yaşadığı Taisiya adlı xanıma bütün imkanları yaradıb. 

"Kent Maknili öz qızının adını da şirkətə yazdıraraq, uzun müddətdir ona işçi və şirkətin məsləhətçisi kimi pul ödətdirir” deyə yazan "Azərfon” işçisi vurğulayır ki, o, mobil operatorun hesabından özünün məsləhətçi kimi işlədiyi şirkətlərin hesablarına pullar köçürür: "Şirkətin direktoru kimi aldığı maaşdan əlavə, şirkətin məsləhət verəni kimi də şirkətdən özünə pullar ödəyir.

Öz ölkələrinə ildə 2 dəfə gedib-gəlmə pullarını şirkət ödəyir. Qalan hallarda isə həmin pulu özləri ödəməlidirlər. Bunun üçün saxtakarlıq edib özlərinə ezamiyyə yazdırıb, pulunu şirkətə ödətdirirlər". 

Şirkətə aid daha bir ilginc iddia isə payçılardan biri ilə bağlıdır. Yusif Nəcəfov yazıb ki, milliyyətcə yunan olan Yorqos Ermənistan şirkətləri ilə əlaqələr qurub. 

Onun iddiasına görə, Ermənistanın ZET və "Arto Lebedev” şirkətləriylə gizli əlaqələr qurulub və pullar köçürülüb. "Türk şirkətləri ilə əlaqələrə imkan verməyən Yorgos, digər işçini də yunan millətindən təyin edib”. "Azərfon”un hüquqşünası Emil Məmmədovun da qanunsuzluqlar etdiyini yazan sözügedən şəxs vurğulayır ki, o, sabiq MTN şefi Eldar Mahmudovun yaxın adamı kimi tanınır: "Özünü Eldar Mahmudovun adamı kimi təqdim edən Emil Məsimovun işçilərin danışıqlarını, yazışmalarını gizli şəkildə izləyərək, sonradan onlardan şantaj vasitəsi kimi istifadə etməsini də bilməyən yoxdur".

Qeyd edək ki, şikayətçi bir müddət öncə Könül Kərimovanın həyat yoldaşının Kent Maknilini otellərdən birinin qarşısında döydüyü barədə məlumat verib.

Göründüyü kimi, "Azerfon” şirkətinin adı keyfiyyətsiz xidmətlərlə yanaşı, həmçinin ədalətsiz ixtisarlarda da hallanır. 

Rəhbərliyin öz işinin öhdəsindən necə gəlib-gəlmədiyi ictimaiyyətdə maraq doğurur.Biz də elə bu baxımdan, cəmiyyətdəki narazılıqlara işıq salmağa çalışdıq. 

Ümid edirik ki, adıkeçən şirkətin fəaliyyətində ciddi dönüş müşahidə edəcək, səriştəsiz kadrların "Azerfon” rəhbərliyindən uzaqlaşdırılmasının şahidi olacağıq.

Onu da qeyd edək ki, bu məlumatlar mediada yayıldıqdan sonra qurum tərəfindən təkzib edilməyib. 

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Mövunu davam etdirəcəyik.

Oxu 600 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.