Thursday, November 23, 2017

Xədicə İsmayılova, sən demə Eldar Mahmudovun qurbanı imiş... Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində dünən azadlığa buraxılmış jurnalist Xədicə İsmayılovanın həbsinin ləğv edilmiş MTN-in keçmiş rəhbərliyi ilə əlaqələndirilməsi iddialarının dövriyyəyə media deyil, hakimiyyət ideoloqları tərəfindən buraxılmasına dair yazı yerləşdirib. 

Həmin yazını təqdim edirik:

“Mütəmadi oxuduğum saytlardan biri yazır ki, dünən şərti azadlığa buraxılmış jurnalist Xədicə İsmayılova, sən demə MTN-nin keçmiş rəhbərliyinin qurbanı imiş. Daha bu qədər də yox da...

Belə imiş isə, onda hələ də iqtidarda olan siyasi hakimiyyət hara baxırmış? Belə çıxır ki, İlqar Məmmədovun da həbsinə DİN rəhbərliyi məsuliyyət daşıyır? Heykəl olayına görə həbs edilənlərə də narkotiki Kolumbiya narkokarteli gətirib?

Belə ideoloji tezisləri prezident Əliyevi zərbə altından çıxarmaq üçün irəli sürürlər. Əminəm ki, bu yazı jurnalist təxəyyülünün məhsulu deyil. Müəllif-ideoloqlar anlamırlar ki, belə xəbərlərlə müdafiə etmək isdədiklərini daha çox hədəfə çıxarırlar. Yaxşı olmazdımı ki, belə ictimai miqyaslı yanlış həbs qərarları qəbul ediləndə həmin ideoloqlar ölkə başçısına düzgün məsləhətlər verəydilər?

Necə də iqtidarımızın addımları Rusiya hakimiyyətinin yanlış davranışına bənzəyir. Beynəlxalq təzyiqin altında Ukraynanın Dirəniş simvolu Nadejda Savçenkonu vətəninə təhvil verən Putin, qəddini dik saxlamaq üçün, qərarını ölmüş jurnalistlərin ailə üzvlərinin xahişi ilə izah etməyə cəhd edib. Təbii ki, bu məsxərə gülüşdən başqa heç nə doğurmadı.

Belə gülünc hallara düşməmək üçün düzgün siyasət yürüdüb səhv qərarlardan məsafələnmək lazımdır ki, sonradan gülüş obyektinə çevrilməyəsən.

Bu məlumat isə bütün dünyanın baxdığı Euronews kanalında yayılıb. Qeyd edim ki, video məlumatdan sonra dünyadan qonaqları Azərbaycana dəvət edən reklam çarxı da yayılıb. Bu qədər təzadlı Azərbaycan...”

Oxu 742 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.