Friday, September 22, 2017

Vidadi İsayev Bərdə ilə vidalaşır – Obyektlər satışa çıxaırılır…

Bu məqaləni qiymətləndir
(1 Səs)

“Bərdədən Prezident Administrasiyasına göndərilən şikayətlərin sayı xeyli artıb. İşsiz, problemlər içində yaşayan rayon və kənd sakinlərini nə dinləyən var, nə də onların probleminin həllinə çalışan.

Vətəndaşlar və sahibkarlar hər gün ölkə başçısına rayondakı acınacaqlı vəziyyətlə bağlı müraciər ünvanlayırlar”. Bu barədə bir neçə gün əvvəl Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunurdu. 

Xəbərdə həmçinin qeyd olunurdu ki, Vidadi İsayev rayona nəzarəti itirib. Yaxın vaxtlarda Bərdənin icra başçısı postunu da itirəcəyini bilən V.İsayev indi vaxt udmaqla məşğuldur.

Bərdədə sahibkarlara normal münasibət yarada bilməyən, onların sərbəst işləməsinə ciddi maneələr yaradan V.İsayevin əməllərindən sahibkarlar açıq şəkildə narazılıq edirlər. Əsasən subsidiyalar məsələsində ciddi əngəllərlə üzləşən sahibkarlara qarşı ciddi təzyiqlər edilir. Bərdəyə kimin icra başçısı təyin olunmasına gəlincə bu məsələ bir qədər müəmmalıdır.  Bildirlir ki, Bərdəyə xanım icra başçısı təyin oluna bilər.

Bu gün isə, Bizimxeber.az-a daxil olan məlumatda bildirilir ki, Vidadi İsayev Bərdədəki obyektlərini satışa çıxarır. Yaxın rayonlardan gələn iş adamlarından biri icra başçısına məxsus obyektlərin bir neçəsini artıq alıb. Hətta sənədləşmə işləri də yekunlaşıb. Həmçinin, icra başçısı ilə birinci müavin Vahid Qarayev arasında ciddi skandalın yarandığı bildirilir. Vahid Qarayev çoxdandı icra başçısı olmaq arzusunu bu dəfə reallaşdırmaq niyyətindədir. Özünü həmişə mətbuatdan və müəyyən dairələrdən qoruyan birinci müavin bu dəfə bunu bacarmayıb. Rayon bələdiyyə sədri ilə çox yaxın münasibətlərdə olan birinci müavinin adı həm də rayonda ciddi narazılığın yaraıdlmasında iştirak edənlər sırasında çəkilir.

Bir sözlə, Bərdə rayonunda yeni struktur dəyişikliləri qaçılmazdır. Rayon rəhbərliyi və aidiyyatı qurumlar Vidadi İsayevin getməsini səbirsizliklər gözləyirlər…

Oxu 959 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.