Azərbaycanın İsraildən aldığı zirehli “Sand Cat”lar üzə çıxardı Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Silahlı Qüvvələr bu maşının ən azı 4 modifikasiyasını alıb.

Azərbaycan Müdafiə Nazirliyinin İsrailin “Plasan” şirkətindən aldığı “Sand Cat” (“Qum Pişiyi”) zirehli avtomobillərin təqdimatı keçirilib. ANS PRESS-in “AzeriDefence”ə istinadla verdiyi məlumata görə, bu gün prezident İlham Əliyev ordunun silahlanmasına yeni daxil olmuş zirehli maşınlarla tanış olub.

Fotolardan göründüyü qədər Azərbaycan Silahlı Qüvvələri bu maşının ən azı 4 modifikasiyasını alıb. Bunların arasında uzaq məsafədən nəzarət və izləmə imkanına malik elektro-optik sistemlərlə təchiz edilmiş nümunə diqqəti cəlb edir.

Maşınlar “Rafael” şirkətinin istehsalı olan 12.7 mm çaplı NEVT pulemyotu ilə silahlandırılmış “Mini Samson” döyüş modulu ilə komplektləşdirilib. Digər maşında isə “Rafael”in üzərində iki ədəd “Spike LR” tipli tank əleyhinə idarə olunan raket buraxıcı qurğusu yerləşdirilmiş yeni “Samson MLS” döyüş modulu qurulub.

“Samson MLS” modulunun üzərində hədəfi hər cür hava şəraitində izləməyə imkan verən optik sistemlər və lazer məsafəölçən yer alır.

Yüngül zirehli “Sand Cat” maşınları 4×4 təkər formuluna malikdir. Azərbaycana satılan “Sand Cat”lar standart maşınlardan mina partlayışlarına qarşı qoruması ilə seçilir.

“Sand Cat” maşınları postsovet ölkələrindən Qazaxıstan və Türkmənistanın istifadəsində yer alır.

Oxu 414 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.