Tuesday, November 21, 2017

“Ziyalı ünsiyyəti” çərçivəsində növbəti görüş keçiriləcək

Bu məqaləni qiymətləndir
(2 səs)

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin davamlı layihəsi olan “Ziyalı ünsiyyəti” çərçivəsində növbəti görüşün qonağı fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubovdur. Xəzər Universitetində pedaqoji fəaliyyət göstərən və Mədəniyyət kanalında yayımlanan “Məclisi-Üns” proqramının daimi eksperti olan Mail Yaqubovla görüş “Klassik ədəbiyyatda gözəllik, sevgi və mey anlamları” mövzusunda olacaq. Tədbirə elm və mədəniyyət xadimləri, ictimaiyyətin fəal nümayəndələri, tələbə gənclər dəvət olunmuşdur. 

Sizləri bu maraqlı görüşə dəvət edir və mənsubu olduğunuz media orqanlarında onu işıqlandırmağı xahiş edirik.
Görüş 26 noyabr 15:00-da “Aydınlığa doğru” İctimai Birliyinin ofisində keçiriləcək. 

Ünvan: M.Rəsulzadə qəs., C.Məmmədquluzadə küç., 27 (Nəsimi m\s yaxınlığı)
Telefon: 050 660 96 39; 055 921 05 07

Oxu 467 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.