Məktəb direktoru şagirdi polisə verdi – davamiyyət aşağı olduğu üçün

Bu məqaləni qiymətləndir
(2 səs)

Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən Vüqar Əvəzov adına 300 saylı tam orta məktəbin direktoru İradə Xəlilova 9-cu sinif şagirdini - Qurbanov Rəvan Seymur oğlundan polisə şikayət edib. Bu barədə R.Qurbanovun anası RealMedia.az-a məlumat verib.

R.Qurbanovun anası direktordan şikayət edir: “Məktəbin direktoru İradə Xəlilova heç bir səbəb olmadan oğlum Rəvanı 6-cı polis bölməsinə verib. İradə Xəlilova öz şikayətini belə əsaslandırıb ki, şagirdin davamiyyəti aşağıdır, o tez-tez dərsdən yayınır. Adətən görmüşük ki, daxili nizam-intizamı pozduğuna görə, məktəbdaxili cəzalandırılır, valideynə məlumat verilir və sair. Oğlum dərslərdə iştirak etmirdisə, niyə bizə məlumat verilməyib? Yaxud, məktəb rəhbərliyi Rəvanın niyə məktəbə getməməsi ilə bağlı maraqlanmayıb?”

Qurbanova oğlunun direktor tərəfindən təhqir olunduğunu da iddia edir: “Məktəb direktoru hansı əsasla oğlumu yoldaşları yanında “siz nataraz ailəsiniz” deməklə, təhqir edir? Təkcə oğlumu deyil, həm də onun ailəsini – bizi alçaldıb. Sinif yoldaşlarının yanında direktorun etdiyi bu yanlış hərəkət Rəvanın psixologiyasına ciddi təsir edib. Məhz belə hallar məktəblilərin intiharına səbəb olur”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Oxu 624 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.