Thursday, November 23, 2017

Rəşad Ələkbərov: “Azərbaycanda vətəndaşın təhlükəsizliyi və mülkiyyət hüququ qorunmur”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Xeber.İnfo-nun suallarını "Demokratik İnteqrasiya Assosiasiyası"nın sədr müavini Rəşad Ələkbərov cavablandırıb.

-          Azərbaycanda insan hüquq və azadlıqları hər hansı problem varmı?

-                     Düşünürəm ki, Azərbaycanda insan hüquq və azadlıqları kobud şəkildə pozulur. Bu pozuntunu müxtəlif formalarda görə bilərik. Məsələn, ifadə azadlığının məhdudlaşdırılması, o cümlədən jurnalistlərin və demokratik fəalların təhdid olunması, həbsi, onlara qarşı fiziki təzyiq və sair. Toplaşmaq azadlığının məhdudlaşdırılması, ədalətsiz məhkəmələr, o cümlədən siyasi motivlərlə həbslər, hakimiyyətin məhkəmələrə təsiri, eyni zamanda mülkiyyət hüquqlarının pozulması və lazımi kompensasiya ödənilmədən zorla köçürülmə halları daha çox müşahidə olunur.

-                     Bu qədər pozuntulara rəğmən hakimiyyətin susqunluğunu necə qiymətləndirirsiniz?

-                     Bütün hallarda vətəndaş öz təhlükəsizliyini və əmlakının toxunulmazlığını dövlətə etibar etməlidir. Vətəndaş-dövlət arasında qarşılıqlı hesabatlılıq olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda əmlak toxunulmazlığına və vətəndaşın təhlükəsizliyinə əməl olunmur. Hakimiyyət insan hüquqlarını pozan vəzifəli şəxslərin məhkəmə təqibi və ya cəzalandırılması üzrə tədbirlər görmür. Əksinə hüququ pozulan vətəndaşın məhkəmələr tərəfindən müdafiə olunmamasına şahid oluruq. ABŞ Dövlət Departamenti dünya ölkələrində insan hüquqlarının vəziyyəti haqqında illik hesabatında Azərbaycanla bağlı dəhşətli faktlarla rastlaşırıq. Hesabatda qeyd olunur: “Həbsxanalardakı problemlər kimi onların həddindən artıq sıxlığı, havalandırmanın pis olması, məhbuslara qarşı fiziki təzyiq və onların hüquqlarının pozulması qeyd edilib. Monitorinq həyata keçirilən illər ərzində 621 məhbusun ölümünün əsas səbəbi vərəm, xərçəng və ürək xəstəlikləri olub”.

-                     Əmlak hüququnun pozulmasına və vətəndaşın təhlükəsizliyinə hökumətdən biganəlik hiss olunur. Sizcə bunun səbəbi nə ola bilər?

-                     Bu barədə az qala hər gün faktlar eşidirik. Hətta dövlətin ayrı-ayrı məmurları vətəndaşın əmlak hüququnu pozur. Dəfələrlə hüquq müdafiəçiləri Bakının mərkəzində ev sahiblərinin hüquqlarının pozulduğunu bildirib. Onlar bazar qiymətlərindən xeyli az kompensasiya alıblar və hüquqi müdafiədən məhrum olublar. Vətəndaşın əlindən vətəndaşın əmlakını zorla alırlar. Əmlak sahibinin heç bir razılığı və fikri belə nəzərə alınmadan əmlakı müsadirə olunur. Bu hal iki vəziyyətdə mümkündür. Ya vətəndaş əmlakının müsadirə olunası qədər cinayətkar olmalıdır, ya da hakimiyyət heç bir hüquqi əsas olmadan quldurluq yolu ilə vətəndaşın əmlakını əlindən almalıdır. Düşünürəm ki, hakimiyyət heç bir hüquqi əsas olmadan vətəndaşın əmlakını mənimsəyir.

Oxu 382 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.