Saturday, April 21, 2018

“Neft pulları lazımsız layihələrə sərf olundu”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Azər Qasımov: “Neft pulları ilə yeni iş yerlərinin yaradılması istiqamətində işlər aparılmalı idi”

Xeber.İnfo-nun müsahibi Demokratik İnteqrasiya Assosiasiyasının həmtəsiçisi Azər Qasimovdur

-          Azər bəy, neft şirkətində ixtisarlara şahid oluruq, nə baş verir?

-           Manatın ucuzlaşması bütün sahələrə təsir edib. Azərbaycan iqtisadiyyatı neftdən asılı olduğu üçün bu sahədə daha çox problemlər üzə çıxır. Neft şirkətində ardıcıl və kütləvi ixtisarlara rast gəlirik. Hesab edirəm ki, bu ixtisarlar öz tempi ilə davam edəcək. Problem ixtisarla bağlı deyil, ixtisardan sonrakı dövr daha çox fəsadlı olacaq. Çünki ixtisar olunan işçilərə yeni iş yerləri lazımdır. Bu qədər ixtisar olunan işçinin də işlə təmin edilməsi hələ ki, həllini tapmayıb. Düşünürəm ki, bununla bağlı ciddi addımlar atılmadığı üçün problemin getdikcə şişəcəyini gözləməliyik.

-          İxtisarların ancaq neft sektorunda baş verdiyini deyə bilərik?

-          Neft sektorunda olan ixtisarlar bu il və gələn il də davam edə bilər. Neft şirkəti strukturlarına daxil olan əsasən Azəriqaz, zavodlar, neft-qaz tikinti trestində ixtisarlar davam edəcək. Bu günlərdə “Bahar” əməliyyat şirkətindən gələn məlumata görə 30 işçinin əmək müqaviləsi uzadılmayıb. Bu proses davam edəcək. Amma çox təəssüflər olsun ki, bu qədər ixtisarların qabağında ölkədə yeni iş yerləri açılması ləng gedir. Çox güman ki, bu prosesin mənfi təsirləri ilin sonunda öz nəticəsini verəcək.

 

-          İxtisar edən şirkətlər təşkilatlarında islahat işlərinin göründüyünü iddia edirlər. Bu məsələyə münasibətiniz necədi?

-          Bütün bu ixtisarların adını struktur islahatları qoyurlar. Onu da qeyd etmək lazımdır ki, neft şirkətində struktur islahatlarının aparılması labüddür. Biz illər öncə həyəcan təbili çaldıq ki, Azərbaycanda hasilat aşağı düşür və bu haqda düşünmək lazımdır. Neft pulları ilə yeni iş yerlərinin yaradılması istiqamətində işlər aparılmalıdır. Amma çox təəssüflər olsun ki, neft fondundan əldə edilən pullar lazımsız layihələrə getdi. Çox təəssüflər olsun ki, bu sahəyə məsuliyyət daşıyan qurumlar hələ də öz məsuliyyətini hiss etmirlər. Digər tərəfdən qeyri-neft sektoru güclənmə  işsizlik artacaq.

Xeber.İnfo

Oxu 568 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.