Ənvər Nəzərli vəfat etdi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Azərbaycan təhsil nazirinin keçmiş müavini, pedaqoq, şair, ictimai xadim Ənvər Nəzərli 90 yaşında vəfat edib.

Ə.Nəzərli doğulduğu Şamaxı rayonunda dəfn olunub. 

Qeyd edək ki, Ənvər Əşrəf oğlu Nəzərli 1926-cı il yanvar ayının 13-də Şamaxı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Ağsu rayonunun Gədəli kəndində, Bakının Kürdəxanı və Maştağa qəsəbələrində müəllim, Azərbaycan Komminist Partiyası Mərkəzi Komitəsində təlimatçı, Şəki Şəhər Partiya Komitəsinin ikinci katibi, Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin müavini vəzifələrində çalışıb.

Ə.Nəzərli bir sıra şeir kitablarının müəllifidir. O, "Xalqlar dostluğu" və "Şərəf" nişanı ordenləri ilə təltif edilib.(report

Şair Əvəz Qurbanlının Xeber.info-ya verdiyi məlumata görə, mərhum qəzəlxanın yas məclisi sabah iyul ayının 15-də saat 13:00-da (kişilər və qadınlar üçün eyni vaxtda) Təzə Pir məscidində keçiriləcək.

Oxu 839 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.