Tuesday, November 21, 2017

Əli Həsənov 3 ailənin yaşadığı bağçanı kimə satıb? - FOTO+VİDEO Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Şikayətçilər: “Alqı-satqı müqaviləsinin kimlərin arasında imzalandığını və neçəyə satıldığını bilmirik”

Bakı şəhəri, Neapol 8-də yerləşən 206-saylı Uşaq Baxçasında məskunlaşmış Ağdam şəhəri, Qızıl Əsgər küç., ev 3/3 ünvanında  qeydiyyatda  olan məcburi köçkünlər - Səfərovlar ailəsi ciddi haqsızlıqla üzləşiblər. Bu barədə Xeber.İnfo vasitəsilə müvafiq qurumlara müraciət edən ailələr, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə də üz tutublar. Problemin nədən ibarət olduğunu və şikayətçilərin tələblərini özlərindən eşitmək üçün Xeber.İnfo-nun əməkdaşı 206 saylı bağçada olub.

Səfərovlar ailəsi üzləşdikləri haqsızlığı belə şərh ediblər: “Biz, Azərbaycan Respublikası vətəndaşlarıyıq, həm də Ağdam şəhərindən məcburi köçkün düşmüş və Bakı şəhərində müvəqqəti məskunlaşmış insanlarıq. 206 saylı uşaq baxçasında ikisi 3 nəfərdən,  biri isə 5 nəfərdən ibarət 3 təsərrüfata malik  3 ailəyik. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının 08 iyun 2008-ci il tarixli 1497 saylı qərarı ilə ailə üzvülərimizdən biri Səfərov Mahir Əvəz oğlu ayrı təsərrüfat kimi qeydə alınmış və həmin vaxtdan ayrı yaşayır və 3 nəfərdən ibarət ailə üzvləri vardır.  Digər ailə Səfərov Əvəz İbad oğlu, həyat yoldaşı Səfərova Nailə Dursun qızı və Səfərov Qalib Əvəz oğlundan ibarətdir. Üçüncü ailə isə Səfərov Nəsimi Əvəz oğlunun gözdən əlil azyaşlı bir qızının daxil olduğu 5 nəfərdən ibarət ailədir. 

{youtube}UcSxQ0Ycqpo{/youtube} 

 Biz 3 təsərrüfat kimi Ağdam rayon İcra Hakimiyyəti orqanı tərəfindən qeydə alınmağımıza və yaşamağımıza baxmayaraq,  Qaçqinlarin və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Xətai rayon şöbəsi bizi ayrı təsərrüfat kimi qeydə almaqdan imtina edir.

Hal-hazırda yaşadığımız 206 saylı bağça bizim xəbərimiz olmadan satılıb. Alqı-satqı müqaviləsinin kimlərin arasında imzalandığını və neçəyə satıldığını bilmirik. Qaçqinlarin və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Xətai rayon şöbəsi bizə yataqxananı tərk etməyimizlə bağlı şifahi xəbərdarlıq edib və 3 ailə olduğumuz halda bir ailə kimi qeydiyyat apararaq bir ailə üçün nəzərdə tutulan kompensasiya verir. Bir ailə üçün 50000 (əlli min) AZN ödəyir. Ümumilikdə 11 nəfərdən ibarət olan 3 ailə bu məbləğə necə və harda ev ala, yaxud tikə bilər? Biz öz haqqımızı və qanunun bizə verdiyi hüququmuzu tələb edirik. Müvafiq dövlət orqanlarında ailə təsərrüfatı kimi qeydiyyatda olan hər üç ailəyə düşən konpensasiya ödənilməlidir”.

Səfərovlar ailəsi problemlə bağlı bir çox dövlət qurumlarına müraciət etdiklərini bildiriblər: “Səfərov Mahir Əvəz oğlu 01 iyul 2016-cı il tarixdə bu problemin çözülməsi ilə bağlı şəxsən Əli Həsənov cənabının qəbulunda olmuşdur. Qəbul zamanı Əli Həsənov cənabı bu problemin həlli ilə bağlı heç bir maneə ola bilməyəcəyini bildirib və məsələnin tezliklə müsbət həll olunacağını deyib. Ancaq həmin vaxtdan  3 aya yaxın vaxtın keçməsinə baxmayaraq heç bir müsbət nəticə yoxdur”.

https://www.youtube.com/watch?v=_wHOP_1rNfE

Səfərov ailələri qanunun onlara verdiyi hüququ tələb edir və hər üç ailəyə ayrı-ayrılıqda konpensasiya ödənilməsini istəyirlər.

Ümid edirik ki, müvafiq qurumlar problemin ədalətli həlli üçün əlindən gələni edəcək.

Səfərov ailələri Xeber.İnfo vasitəsiylə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova və digər aidiyyatı dövlət qurumlarına müraciət ünvanlayıblar. Həmin müraciəti olduğu kimi təqdim edirik:

 "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin

   İşləri Üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənova.

 

Surəti: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə-şəxsi

              nəzarətinə götrülməsi xahişi ilə.

Surəti: Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rəsizadəyə- şəxsi nəzarətinə götrülməsi xahişi ilə.

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova-şəxsi nəzarətinə götrülməsi xahişi ilə.

Surəti: Azərbaycan Respublikasının  Milli Məclisi sədri cənab Oqtay Əsədova -

şəxsi nəzarətinə götrülməsi xahişi ilə.

Surəti: Türkiyənin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinə.

Surəti:  Rusiyanın Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinə.

Surəti:  Amerika Birləşmiş Ştatlarının Azərbaycanda Fövqəladə və               

               Səlahiyyətli səfirinə.

Surəti:  Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı daimi nümayəndəliyinin rezident əlaqələndiricisinə.

Surəti:  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının   (ATƏT) Azərbaycan üzrə nümayəndəsinə.

Surəti: Fransanın  Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinə.

Surəti: Çin Xalq Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinə.

Surəti: Yaponiyanın Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinə.

Surəti: İtaliyanın Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinə.

Surəti: Norveç Krallığının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinə.

Surəti: İsveç Krallığının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinə.

Surəti: Fillandiyanın Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinə.

Surəti: İsveçrənin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinə.

Surəti: Almaniyanın Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinə.

Surəti: Böyük Britaniyanın Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinə.

Surəti: Kütləvi İnformasiya vasitəsi ilə  Ağdam rayon İctimaiyyətinə.

Bakı şəhəri, Neapol 8-də yerləşən 206-saylı uşaq baxçasında məskunlaşmış Ağdam şəhəri, Qızıl Əsgər küç., ev 3/3 ünvanında qeydiyyatda olan məcburi köçkünlər - Səfərovlar ailəsi üzvləri tərəfindən

                                              Şikayət ərizəsi.

Hörmətli, Əli Həsənov cənabı!

    Biz, Azərbaycan Respublikası vətəndaşlarıyıq, həm də Ağdam şəhərindən məcburi köçkün düşmüş və Bakı şəhərində müvəqqəti məskunlaşmış insanlardanıq. 206 saylı uşaq baxçasında biri 3 nəfərdən,  biri 3 nəfərdən və digəri 4 nəfərdən ibarət 3 təsərrüfata malik  ailəyik. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının 08 iyun 2008-ci il tarixli 1497 saylı qərarı ilə ailə üzvülərimizdən biri Səfərov Mahir Əvəz oğlu ayrı təsərrüfat kimi qeydə alınmış və həmin vaxtdan ayrı yaşayır və 3 nəfərdən ibarət ailə üzvləri vardır.

Hörmətli Əli Həsənov cənabları!

Maraqlı odur ki, biz 3 təsərrüfat kimi Ağdam rayon İcra Hakimiyyəti orqanı tərəfindən qeydə alınmağımıza və yaşamağımıza baxmayaraq Sizin rəhbərlik etdiyiniz Komitənin vəzifəli məmurları, onların yaratdıqları komissiya bizi ayrı təsərrüfat kimi qeydə almaqdan imtina edir. Ayrı təsərrüfatda yaşayan Səfərov Mahir Əvəz oğlu 01 iyul 2016-cı il tarixdə bu problemin çözülməsi ilə bağlı şəxsən Siz Əli Həsənov cənabının qəbulunda olmuşdur. Qəbul zamanı Siz Əli Həsənov cənabı bu problemin həlli ilə bağlı heç bir maneə ola bilməyəcəyini bildirmisiniz və məsələnin tezliklə müsbət həll olunacağını diqqətə çatdırmısınız. Ancaq həmin vaxtdan 75-gün keçməsinə baxmayaraq Dövlət Qaçqınkomun şöbə müdirləri-Sənan Hüseynovun və C.Mehdixanlının imzaları ilə bizə daxil olmuş çoxlu sayda rəsmi arayışlarda məsələnin həll edilməsinin və yaxud da həll edilməməsinin mahiyyətini qanunlarla şərh edən, izah verə bilən əsaslandırılmış cavablar yazılmamışdır. Bundan əlavə olaraq nəzərinizə çatdırırıq ki, oğlumuz və qardaşımız Səfərov Nəsimi Əvəz oğlunun 4 nəfərdən ibarət ailə üzüvləri ilə birlikdə 20 il müddətində həmin 206 saylı bağçada yaşamasına baxmayaraq bu gün də Qaçqınkomun Xətai rayon sektorunun müdiri  Faiq Əliyev məqsədli və qərəzli şəkildə onun qeydiyyatında əngəllər yaratmağa cəhdlər göstərir.

Hörmətli Əli Həsənov cənabları!

Bu problemlə bağlı aşağıdakı suallara Azərbaycan ictimaiyyətinə açıq olan,şəffaf cavab verməyinizi şəxsən sizdən xahiş edirik?

1. Dövlət Qaçqınkomun  “komissiyaları”nın fəaliyyətlərini, elə məcburi köçkünlərin özlərinə yerlərdə şəffaf göstərməmələri nədən xəbər verir və nəyin göstəricisi kimi qəbul edilməlidir?

2 Məcburi köçkünlər Sizin qəbulunuzda olandan sonra Komitə tabeliyində olan idarələrin lüzumsuz süründürməçilikləri nəyi etiva edir?

3. Bu problemin, yəni biz məcburi köçkünlərə 206 saylı uşaq baxçasını özəlləşdirən (satın alan) şəxsin adının bu günə qədər də açıqlanmaması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən rüşvətxorluğa və korrupsiyaya qarşı vermiş olduğu sərəncam və göstərişlərin tələblərinə və mahiyyətinə, Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya Haqqında vermiş olduğu fərmanın maddələrindəki müddəaların tələblərinə cavab verirmi?

4. Siz Əli Həsənov cənabının da məlumatlı olduğu və biz məcburi köçkünlərin konstitusion hüquqlarının pozulması ilə müşayət olunan bu problemin həllinin Sizə aidiyyatı olduğu halda başqa yüksək mərhələdə olan orqanları, təşkilatları da narahat etməyə lüzum görürsünüzmü?

5. Sizcə, bizi incitməkdə, süründürməkdə Qaçqınkomun vəzifəli məmurlarının məqsədləri nə ola bilər?

6. Biz yeni evlərlə və yaxud da ailə üzvülərimizə veriləcək bərabər kompensasiya ilə təmin olunana qədər 206 saylı uşaq baxçasını tərk etməyəcəyimiz təqdirdə bizə qarşı zor tətbiq edilməsinə göstərişlər verəcəksinizmi?

Hörmətli Əli Həsənov cənabları!

Xətai rayonu Neapol 8 də yerləşən 206 saylı Uşaq Baxçasının kim tərəfindən özəlləşdirilməsi  barədə bizə məlumat çatdırılmasını şəxsən Siz Əli Həsənov cənablarından xahiş edirik.

İnanmaq istəyirik ki, şəxsən Sizə və surətlərini başqa ünvanlara, məxsusi olaraq Azərbaycan Respublikası Prezidentinə ünvanladığımız bu şikayət ərizəsinin obyektiv araşdırılması və tabeçiliyinizdə olan vəzifəli şəxslərin örtülü və qanunazidd maraqlarının rədd edilməsi ilə yekunlaşan və haqq-ədalətin  bərqərar olması üçün lazımi tədbirlər görməkdən və qərarlar qəbul etməkdən imtina etməyəcəksiniz.

Hörmətlə: Səfərov Əvəz İbad oğlu, Səfərov Mahir  Əvəz oğlu, Səfərov Qalib Əvəz oğlu, Səfərova Nailə Dursun qızı, Səfərova Sevda Mütalib qızı, Səfərov Nəsimi Əvəz oğlu

Əlaqə tel: (055)-920-97-90 ; (012)-379-24-86 

Tarix: 14.09.2016.  

Mövzunu diqqətdə saxlayacağıq 

Cavid Cabbarlı

Xeber.İnfo

Oxu 640 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.